Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Epizod
Epizod (yun. επεισόδιον – əlavə) – Süjeti böyük və mürəkkəb əsərin (roman, poema, dram) müəyyən bitkin hissəsi. Ədəbi əsərin (epik, lirik-epik və dramatik) süjetinin, həmçinin kinofilmin nisbətən müstəqil məna daşıyan bitkin hissəsi. Homerin “İliada” əsərində Hektor və Andromaxanın vidalaşması, Nizaminin “İsgəndərnamə” poemasında İsgəndərin Bərdəyə gəlişi klassik Epizodlardandır. Hadisələrin dinamik inkişaf qanunlarına ciddi surətdə tabe olan dram əsərlərində Epizoda yer verilmir, lakin əxlaq komediyalarında bu mümkündür. “Epizod” termini müasir anlamda öz mənasını genişləndirmişdir. Məsələn, “Ulduz müharibələri” filmin də ayrı-ayrı seriyalar “Epizod” adlanır. 1)əhvalat, hadisə, vaqiə, təsadüf, ittifaq; 2)ədəbi-bədii əsərin az-çox bitmiş, müstəqil olan bir parçası; Məsələn, romandan bir epizod danışdı; 3)təsadüfi bir əlamət, vəziyyət və ya hadisə. Epizodik – 1)sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Məsələn, epizodik kömək, işin gedişinin epizodik yoxlanması; 2)yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan.
Epizod rol
Epizodik rol (ing. Cameo episode) və ya kameo (ing. cameo) — tamaşalar, filmlər, video oyunlar və televiziya kimi səhnə sənətlərində insanlar tərəfindən yaxşı tanınan birinin qısa müddətli görünməsinə deyilir. Kinofilmlərdə Alfred Hitchcock epizod rollarının birincilərindən olub. Son dövr rejissorlarından olan Quentin Tarantino da epizod rollarında adları çəkilən rejissorlardandır. Cameo sözünün ingiliscə mənası bəzəməkdir. Üstəlik, bəzi rejissorlar öz filmlərində qısa olaraq özləri də oynayırlar. Frank Coraci rejissorluq etdiyi "Around the world in 80 days" və "The waterboy" filmlərində özü də oynamışdı. M. Night Shayamalan "The village", Alfred Hitchcock "Murder" filmlərində özləri də qısa olaraq görünürlər. Bundan əlavə, bəzən rejissorun dostları rejissorun filmlərində qısametrajlı rollar alırlar.
Ulduz müharibələri: I Epizod – Gizli təhlükə
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Dəmir yığanın həyatından bir epizod (film, 2013)
Dəmir yığanın həyatından bir epizod (bosn. Epizoda u životu berača željeza) ― 2013-cü il Bosniya istehsalı dram filmi, rejissor və ssenarist Danis Tanoviçdir. Film 63-cü Berlin Beynəlxalq Film Festivalı müsabiqəsində ilk dəfə göstərildi və orada "Münsiflər Qran Prisi"ni qazandı, Nazif Muyiç isə "Ən Yaxşı Aktyor" nominasiyasında "Gümüş Ayı"ya layiq görüldü. Film 2013 Toronto Beynəlxalq Film Festivalında "Müasir Dünya Kinosu" bölməsində nümayiş olunmuşdur. Film 86-cı Akademiya Mükafatlarında Ən Yaxşı Xarici Dildə Film nominasiyasında Bosniyanı təmsil etdi və qısa siyahıya düşdü. Roma cəmiyyətindən olan ailə Bosniya və Herseqovinanın kənd yaşayış məntəqəsində yaşayır. Nazif köhnə avtomobillərdən metal yığır, onu metal qırıntıları satan şəxsə satır. Onun yoldaşı Senada onların iki kiçik qızını böyüdən ev xanımıdır. Bir gün o, kəskin mədə ağrısı hiss edir. Xəstəxanada bətnindəki uşağının öldüyü və septisemiyanın qarşısını almaq üçün təcili olaraq əməliyyat olunmalı olduğu bildirilir.
Ulduz müharibələri. Epizod 1: Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri. I Epizod: Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri: IV Epizod – Yeni ümid (film, 1977)
Ulduz müharibələri (ing. Star Wars; daha sonra Ulduz müharibələri: IV Epizod – Yeni ümid (ing. Star Wars: Episode IV – A New Hope) adı ilə buraxılmışdır) — Corc Lukasın ssenaristliyi və rejissorluğu ilə 1977-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "20th Century Fox" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Rollarda Mark Hamill, Harrison Ford, Kerri Fişer, Piter Kuşinq, Alek Ginness, Devid Prouz, Ceyms Erl Cons, Entoni Deniels, Kenni Beyker və Piter Mehyü var. Bu, "Ulduz müharibələri" film seriyasındakı birinci epizod və "Skayuolker saqası"nın dördüncü xronoloji epizodudur. Corc Lukas 1974-cü ildə Fleş Qordon kimi kosmik operalardan, Edqar Berrouzun Con Karter romanlarından, Akira Kurosavanın samuray filmləri və Cozef Kempbellin "Min üzlü qəhrəman" kitabından ilhamlanaraq "Ulduz müharibələri" üzərində işləməyə başlamışdır. Büdcəsi 11 milyon dollar olan film 25 may 1977-ci ildə nümayiş olunmuşdur və o dövrdə ən populyar filmlərdən birinə çerilmişdir. Film təkcə kinoteatrlarda nümayişi zamanı ABŞ-də 215 milyon dollar, dünya üzrə isə 337 milyon dollardan çox gəlir əldə etmişdir. Bundan əlavə, film 6 Oskar mükafatına layiq görülmüşdür. Film bir neçə dəfə əhəmiyyətli düzəlişlərlə yenidən buraxılmışdır.
Ulduz müharibələri: IX Epizod – Skayvolkerin yüksəlişi (film, 2019)
Ulduz müharibələri: I Epizod – Fantom təhlükəsi (film, 1999)
Ulduz müharibələri: I Epizod – Gizli Təhlükə (ing. Star Wars: Episode I – The Phantom Menace) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin ilk baxış tarixi 19 may 1999-cu ildə, yenidən baxış tarixi isə 2012-ci ildə göstərilmişdir. Filmin əvvəlində iki cadey cəngavərləri usta Kvay-Qon Cinn və Obi-Van Kenobi Ticarət Federasiyası ilə Nabu planeti arasında baş verən vergi anlaşılmazlığını həll etmək üçün bura braışçı kimi göndərilirlər. Lakin Ticarət Federasiyası tərəfindən gələn Nut Hanrey başçısı Dart Sidiusun sözlərinə itaət edərək cadeylərin gəmilərini atəşə tutur. Xoşbəxtlikdən cadeylər sağ qalırlar və Nabu planetinin C-9979 Dederasiyasının transportuna qaçmağı bacarırlar. Planetin yuxarı hissəsində cadeyləri həmkarları tərəfindən nadinclik səbəbindən qovlanılan qunqan Ca-Ca Vinks ilə görüşürlər. Ca-Ca Vinks onları su altı qunqan şəhəri olan Oto-Qunqa aparır ki, cadeylər buranın başçısı Boss Nass ilə görüşsünlər. Boss Nass cəngavər cadeylərə su altı qayıq verir ki, planetin paytaxtı Tidə çata bilsinlər. Bu zaman onları Ca-Ca Vinks müşahidə edəcəkdir.
Ulduz müharibələri: VIII Epizod – Sonuncu ceday (film, 2017)
Ulduz müharibələri: Sonuncu ceday və ya Ulduz müharibələri: VIII Epizod – Sonuncu ceday (ing. Star Wars: Episode VIII – The Last Jedi) — Rayan Consonun ssenaristliyi və rejissorluğu ilə 2017-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Bu, "Ulduz müharibələri" film seriyası və "Skayvolker saqası"nın səkkizinci epizodu, "Gücün oyanması" (2015) filminin sikvelidir. "Sonuncu ceday"ın mövzusu Reyin ceday ustası Lyuk Skayvolkeri taparaq onu Müqavimətin Kaylo Ren və Birinci ordenə qarşı mübarizəsinə kömək etməyə çağırması və general Leya Orqana, Finn və Po Demeronun Birinci ordenin hücumlarından qaçması haqqındadır. Film 2016-cı ilin dekabrında vəfat edən Kerri Fişerə həsr edilmişdir və onun buradakı rolu ölümündən sonra ilk rolu olmuşdur. Rollarda Mark Hamill, Kerri Fişer, Adam Drayver, Deyzi Ridli, Con Boyeqa, Oskar Ayzek, Lupita Nionqo, Endi Serkis, Domhnall Qlison, Entoni Deniels, Qvendolin Kristi, Kelli Mari Tren, Lora Dern və Benisio del Toro var. starwars.com/films/star-wars-episode-viii-the-last-jedi — Star Wars: The Last Jedi rəsmi saytı at StarWars.com lucasfilm.com/productions/star-wars-the-last-jedi — Star Wars: The Last Jedi rəsmi saytı at Lucasfilm.com Ulduz müharibələri: Sonuncu ceday — Internet Movie Database saytında. Ulduz müharibələri: Sonuncu ceday AllMovie saytında Star Wars: The Last Jedi — Vukipediya saytında.
Ulduz müharibələri: VII Epizod – Gücün oyanması (film, 2015)
Ulduz müharibələri: Gücün oyanması və ya Ulduz müharibələri: VII Epizod – Gücün oyanması (ing. Star Wars: Episode VII – The Force Awakens) — Cey Cey Abramsın prodüserliyi, ssenaristliyi və rejissorluğu ilə 2015-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Bu, "Ulduz müharibələri" film seriyası və "Skayvolker saqası"nın yeddinci epizodu, "Cedayın qayıdışı" (1983) filminin sikvelidir. "Cedayın qayıdışı"nın hadisələrindən 30 il sonra baş verən "Gücün oyanması"nın mövzusu Rey, Finn, Po Demeron və Han Solonun Lyuk Skayvalkeri axtarması, eləcə də general Leya Orqana rəhbərliyindəki Müqavimətin Kaylo Ren və Qalaktik imperiyanın varisi Birinci ordenə qarşı mübarizəsidir. Rollarda Harrison Ford, Mark Hamill, Kerri Fişer, Adam Drayver, Deyzi Ridli, Con Boyeqa, Oskar Ayzek, Lupita Nionqo, Endi Serkis, Domhnall Qlison, Entoni Deniels, Piter Meyhyu və Maks fon Südov var. Hidalgo, Pablo. Star Wars: The Force Awakens: The Visual Dictionary. New York: DK Publishing. 2015. ISBN 978-1-4654-3816-4.
Epidot
Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Pyemontit, tamavit, muxinit və başqaları. Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr. Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b.
Epiloq
Epiloq (yun. έπίλογος — sözdən sonra) — sonuncu hissə, bitmiş əsərə əlavə olunan və əlavə olunması mütləq olmayan hissə. Proloq kimi əvvəlcə əsərdə bəhs olunan şəxslər haqqında məlumat verir və ya oxucunu şəxsin əvvəlki həyatı haqqında məlumatlandırır. Epiloq ondan fərqlənir ki, düşüncə ola bilər, onda epiloq — həmişə hekayə kimi olur. Tipik epiloq — bəzən hər hansı bir başlığı olmadan — Dostoyevski və Turqanov kimi əsəri bitirirlər. Epiloqlar ümumiyyətlə gələcəkdə, əsas süjet bitdikdən sonra baş verir. Bəzi janrlarda, bir sıra əsərlərdə növbəti hissəyə işarə etmək üçün istifadə edilə bilər. Oxucuların marağını təmin etmək və hekayənin bitməmiş hissələrini gizlətmək üçün də istifadə olunur .
Əzizov
Əzizov — Azərbaycanda daha çox işlədilən soyad. Elçin Əzizov — azərbaycanlı bariton opera müşənnisi. Azərbaycanın əməkdar artisti, Eldar Əzizov — Bakı şəhəri İcra hakimiyyətinin başçısı Əziz Əzizov — Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Akif Əzizov — kimya elmləri doktoru Habil Əzizov — 20 yanvar şəhidi. Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən. Əzizağa Əzizov — aktyor.
Elbrus Əzizov
Elbrus Əzizov — Azərbaycan dilçisi, dialektoloq, türkoloq. Elbrus Əzizov 1947-ci il noyabrın 25 –də Azərbaycan Respublikası Bərdə rayonunun Lənbəran kəndində anadan olub. 1954-1957-ci illərdə Ağdam rayonunun Mahrızlı kənd orta məktəbində oxuyub. 1957-1963-cü illərdə Yevlax şəhərində M.Ə.Sabir adına 2 saylı orta məktəbdə oxuyub. 1963-1965-ci illərdə Yevlax şəhərində M.F.Axundov adına 1 saylı onbirillik orta məktəbdə oxuyub və həmin məktəbi qızıl medalla bitirib. 1965-1970-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin türkologiya kafedrasının aspirantı olub. 1974-cü ildə "Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi" mövzusunda namizədlik, 1990-cı ildə "Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildən Bakı Dövlət Universitetində işləyir. 1994-cü ildən Türkologiya kafedrasının professorudur.
Eldar Əzizov
Eldar Əziz oğlu Əzizov (28 iyun 1957, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir. 1990-cı illərin ortasında Eldar Əzizov Azərbaycan Demokratik Sahibkarlar Partiyası sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir.
Elgün Əzizov
Elgün Elman oğlu Əzizov (8 yanvar 1990, Qurdtəpə, Şamaxı rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı. Elgün Əzizov 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmətə başlayıb. İkinci Qarabağ müharibəsinə qədər “baş leytenant” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elvin Əzizov
Elvin Əfrail oğlu Əzizov (25 mart 1986; Masallı rayonu, Azərbaycan SSR — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Əzizov 1986-cı il martın 25-də Masallı rayonunun Qarğalıq kəndidə anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Elvin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əzizov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əzizov
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Emin Əzizov
Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu. 2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı. Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Fərid Əzizov
Habil Əzizov
Mail Əzizov
Mail Mahir oğlu Əzizov (28 avqust 2000; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mail Əzizov 28 avqust 2000-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Mahir Əzizovun ailəsində anadan olmuşdur. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mail Əzizov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Lənkəran rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Mehman Əzizov
Mehman Əzizov (1 yanvar 1976, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. Karyerasının birinci uğuruna Mehman Əzizov 1996-cı ilin noyabrında Monte-Karlo şəhərində yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olmaqla imza atdı. 1998-cı ilin mayında isə Mehman Əzizov Oviedo şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2000-ci ildə Mehman Əzizov Azərbaycanı Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Mehman Əzizov olimpiadanın təsnifat mərhələsində Argentina cüdoçusu Qaston Qarsiya ilə üz-üzə gəldi. Nəticədə Mehman Əzizov həmin görüşdə rəqibinə ipponla məğlub olaraq olimpiada da mübarizəsini başa vurdu. 1998-2001-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Mehman Əzizov 2001-ci ildə Çində baş tutan Universiada Oyunlarını gümüş medalla başa vurdu. Mehman Əzizov 2004-cü ilin mayında Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Mehman Əzizov həmin ilin avqustunda Azərbaycanı Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin 1/16 final mərhələsində Mehman Əzizovun rəqibi Niderland nümayəndəsi Qillaum Elmont oldu.
Nəzər Əzizov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Qüdrət Əzizov
Qüdrət Bəhruz oğlu Əzizov (d. 19 iyun 1997; Bığır, Göyçay rayonu – ö. 9 noyabr 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Qüdrət Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır. 2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Raqib Əzizov
Soltan Əzizov
Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir. Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
Sübhan Əzizov
Sübhan Məmməd oğlu Əzizov (17 yanvar 1999; Dayıkənd, Salyan rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Sübhan Əzizov 1999-cu il yanvarın 17-də Salyan rayonunun Dayıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tələbəsi idi. Azərbaycan Ordusunun əsgəri olan Sübhan Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Laçının, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sübhan Əzizov noyabrın 6-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Noyabrın 7-də Salyan rayonunun Dayıkənd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əzizov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səbuhi Əzizov
Teymur Əzizov
Teymur Əli oğlu Əzizov (22 iyun 1987, Sumqayıt – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Teymur Əzizov 1987-ci il iyunun 22-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Əzizov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəsadət Əzizov
Vəsadət Əli oğlu Əzizov (22 dekabr 1955, Qızılavar, Masallı rayonu) — Respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor-kardioloq. Vəsadət Əzizov 1955-ci il dekabrın 22-də Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. O, 1972-ci ildə Qızılavar kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və həmin il Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1978-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra 1978–79-cu illərdə Bakı şəhər 1 saylı klinik xəstəxanasının bazasında 1 illik internatura kursunu bitirmiş və təyinatla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sərəncamına göndərilmişdir. V. Əzizov Naxçıvan Respublika xəstəxanasında əvvəlcə qəbul şöbəsinin müdiri, sonralar terapiya və kardiologiya şöbələrində həkim-ordinator işləmişdir. 1983-cü ildə V. Əzizov Azərbaycan Azərbaycan Tibb Universitetinin "Daxili xəstəliklər" ixtisası üzrə aspiranturasına daxil olmuşdur. O, Moskva şəhərində Ümumittifaq Kardioloji Elmi Mərkəzdə 1985-ci ildə namizədlik və 1993-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. V. Əzizov 1994–1998-ci illərdə akademik C. Abdullayev adına Elmi-tədqiqat Kardiologiya institutunun direktoru vəzifəsində çalışmışdır. 1999-cu ildə АTU-nun II Daxili xəstəliklər kafedrasının müdiri vəzifəsinə seçilmiş və bu günə qədər həmin kafedraya (hazırda I Daxili xəstəliklər kafedrası adlanır) rəhbərlik edir. V. Əzizov 650-ə yaxın çap olunmuş elmi işlərin, o cümlədən 36 dərslik, dərs vəsaiti, monoqrafiya, 5 metodik tövsiyə, 38 metodik işləmə, 3 müəlliflik səhadətnaməsi və 1 ixtiranın müəllifidir.
Xubəli Əzizov
Əzizov Xubəli Fətəli oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor. Əzizov Xubəli Fətəli oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Lerik rayonunun Buruq kəndində anadan olmuşdur. 1971-ci ildə "mexanik" ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirib. 1971-1989-cu illərdə Azərbaycan EADNQYPİ-nun "Hidrodinamika" laboratoriyasında böyük laborant, mühəndis və böyük elmi işçi vəzifələrində işləyib. 1980-ci ildə "Yeraltı hidrodinamikanın bəzi fəza məsələləri və qeyri-bircins məsaməli mühitlərdə mayenin süzülmə məsələləri" mövzusunda namizədlik, 1994-cü ildə isə "Məsaməli mühitdə köçürülmənin qeyri-stasionar və qeyri-xətti hadisələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-1995-ci illərdə Azərbaycan EA MRİ-da "Neft və gazın qeyri-xətti mexanikası" şöbəsinin baş və aparıcı elmi işçisi işləmişdir. 1995-ci ildən 2014-cü ilə qədər Nijnevartovsk Dövlət humanitar universitetində professor, "Tətbiqi riyaziyyat və fizika" kafedrasının müdiri işləmişdir. 2007-2014-cü illərdə Tümen neft və qaz universitetinin professoru və bu universitetin Nijnevartovsk filialının elm üzrə direktor müavini işlmişdir. 2014-cü ildə vəzifəsindən istefa etmiş və ailəsi ilə Moskva şəhərinə köçmüşdür. İki oğlu, üç qızı vardır.
Xəyyam Əzizov
Xəyyam Əli oğlu Əzizov (8 noyabr 1995, Züd-Ost Qoltuq, Neftçala rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olub. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinin 1-ci sinfinə daxil olub və 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar Təmayüllü Muğan liseyində təhsilini davam etdirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur.