Qüdrət Bəhruz oğlu Əzizov (d. 19 iyun 1997; Bığır, Göyçay rayonu – ö. 9 noyabr 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.[1]
Qüdrət Əzizov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bığır, Göyçay rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Qüdrət Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur[2]. Kənd orta məktəbində təhsil almışdır.
2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]