Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Amoun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarı ilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V.İ.Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251-252.
Amund-Rinqnes
Amund-Riqnes (ing. Amund Ringnes Island, fr. Île Amund Ringnes) — Kanada Arktik arxipelaqının Sverdrup adaları qrupunun tərkibinə daxildir. Adada daimi yaşayış yoxdur. İnzibati cəhətdən isə Nunavut vilayətinin Kikiktani bölgəsinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 5 255 km² təşkil eedir. Bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 112-ci, Kanadada isə 25-ci yeri tutur. Adanın sahil xətdinin uzunluğu 500 kilometrdir.. == Açılışı == Ada 16 aprel 1900-cü illərdə Otto Sverdrup tərəfindən kəşf edilir. O, adanı tətqiq etmək üçün ekspedisiyanın iki üzvünü (Qunnar İsaksen və Serra Hassel) adaya göndərir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Axund Buzovand
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; 1945, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. == Həyatı == Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir.Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib.Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir. Birləşmiş Ştatların Sülh İnstitutunun analitiki onun daha çox siyasi adam olduğunu iddia etdi. == Siyasi fəaliyyəti == Axund Talibanın ən yaşlı üzvlərindən biridir və hərəkatın ilk lideri Məhəmməd Ömərin yaxın silahdaşı olub.
Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüsser, ssenarist və aktyor. == Həyatı == Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Sound Cloud
SoundCloud (azərb. səs buludu‎) — rəqəmsallaşdırılmış səsli informasiyanın yayımı üçün nəzərdə tutulmuş online-platforma və saytdır. Bu layihə bir növ sosial şəbəkə xarakteri daşıyır və eyni adlı şirkət tərəfindən 2008-ci ildə istifadəyə verilmişdir. == Tarixi == Əsası səs rejissoru Aleks Lyunq və musiqiçi Erik Valfors tərəfindən 2007-ci ildə qoyulan SoundCloud layihəsi qısa zaman ərzində populyarlıq qazandı. SoundCloud-a həm adi istifadəçilər, həm də musiqiçilər böyük maraq göstərməyə başladılar. Nəticədə geniş əhatə dairəsinə malik olan bu online-platforma müxtəlif səsli informasiyanın paylaşılması üçün ideal bir vasitə oldu. SoundCloud əvvəllər sadəcə musiqiçilərin öz aralarında musiqi treklərini paylaşmaları üçün nəzərdə tutulmuşdu, lakin qısa zaman kəsiyində bütün istifadəçilərə açıq musiqi distribusiya kanalına çevrildi. 2009-cu ilin aprelində Doufti Hanson & Ko fondu bu layihəyə 2,5 mln avro həcmində vençur maliyyəsi ayırdı. Daha da inkişaf edən SoundCloud-un 2010-cu ilin may ayı üçün abunəçilərinin sayı artıq 1 milyon nəfər idi.2011-ci ilin yanvarında isə Union Square Ventures və Index Ventures bu layihə üçün 10 mln ABŞ dolları ayırdı. 2011-ci ilin 1-ci yarısında abunəçilərin sayı 5 mln, 2012-ci ilin əvvəlində isə artıq 10 mln nəfərə çatmışdı.
Axund Cavad Nardarani
Axund Cavad Nardarani — din alimi == Həyatı == Axund Cavad Talıbzadə Mоlla Talıb оğlu Nardaran kəndində 1845-46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb.Atası Mоlla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri оlub. İlk təhsilini dоğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yоllanır. Bir müddət оrada təhsil alan Axund Cavad ağa elmin mərkəzi оlan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır. Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sоnralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər оrada yaşayıb dini fəaliyyət göstərmişdir. Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xоmeyninin (r) ustadı оlmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn оlunub. Bu qəbiristanlıq Axund Cavadın atası Mоlla Talıb Nardaraninin şəxsi mülkü оlub.
Axund Hacı Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. == Həyatı == Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Axund Molla Mustafa
Axund Molla Mustafa Əliyev — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. == Həyatı == Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Zülfüqar
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. == Həyatı == Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır.Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.Azərbaycanın yüzlərlə ziyalısı kimi Axund Molla Zülfüqar Axundov da 1937-ci ildə repressiya qurbanı olmuşdur. O, 1937-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə güllələnmişdir.Axund Molla Zülfüqar Axundov ailə həyatı qursa da, övladı olmamışdır.
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Məhəmməd Hənifə
Axund Məhəmməd Hənifə (1870-1931) == Həyatı == Bakının Əmircan (köhnə Xilə) kəndində anadan olmuşdur. Kiçik yaşlarından iti ağıla və dərin zəkaya malik olan Hənifə öz yaşıdlarından seçilirdi. Atası kəndin tanınmış, mötəbər şəxslərdən olduğu üçün Hənifə atasının ziyali dostlarinin əhatəsinde böyümüşdür. Elmə, sənətə dərin həvəsi var idi. Mollaxanada ilk təhsilini aldiqdan sonra təhsilini mədrəsədə davam etmişdi. O, ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, nücum və s. elmlərin sirrlərinə yiyələnmişdir. Atası oğlunun bu fitri istedadını görüb onu ali təhsil almaq üçün İraqın Kərbəla şəhərinə göndərir. Təhsilini bitirdikdən sonra Hənifə müqəddəs həcc ziyarətinə də gedir. Daha sonra doğma şəhərinə qayıtmaq qərarına gəlir.Qayıtdıqdan sonra o, kəndin seçilə,mötəbər şəxslərindən birinin qızı Məsməxanım ilə aile qurur.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əbcəd یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb. General rütbəsində Naxçıvanın hərbi komissarı vəzifəsinə təyinat alıb.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Hacıbaba Axund məscidi
Hacıbaba Axund məscidi — Quba rayonu ərazisində məscid. Hacıbaba Axund məscidi XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dörd otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir.Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür.
Qazıyevlər (Axund Həsən)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Soyun ulu babası Axund Həsən qazıdır. Axund Həsən qazının Cabbar bəy adlı oğlu vardı. Qazıyevlər nəsli böyük bir hissəsi artıq Türkiyədədir. Türkiyədə onların soyadı Kadıoğlu kimi gedir. Türklər Qazıya Kadı deyirlər. == Soyun tanınmış nümayəndələri == Mirzə Cabbar bəy Həsən oğlu Qazıyev — xanəndə, İrəvan Şəhər Dumasının üzvü. Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri. Lütfəli bəy Molla Kərim oğlu Qazıyev — İrəvan şəhər dumasının üzvü.
Qazıyevlər (Axund Xəlil)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. == Soyun yaranması == Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. == Soyun tanınmış nümayəndələri == Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Songs About Jane
Songs About Jane (azərb. Ceyn Haqqında Mahnılar‎) — Maroon 5 adlı qrupunun debüt albomudur.
Layal Abbüd
Layal Abbüd (ərəb. :ليال عبود‎, [layāl ʿab'boud], 15 may 1982) Livan pop müğənnisidir, şairə, rəqqasə, uyğun model, Müsəlman xeyriyyəçi və işəgötürən.