Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almanlar
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Azərbaycanda almanlar
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Serb Respublikasında almanlar
Serb Respublikasında almanlar (serb. Нијемци у Републици Српској, alm. Deutsche in Republika Srpska‎) — Serb Respublikası ərazisində yaşayan və işləyən alman əsilli əhali. Almanlar Serb Respublikası ərazisində yaşayan 12 milli azlıqdan biridir. Onların hüquqlarını dirgər azlıqların hüquqları kimi Serb Respublikasının milli azlıqlar soveti qoruyur. Serb Respublikası ərazisində cəmi 95 alman əsilli əhali yaşayır. Almanlar Bosniya və Herseqovina ərazisində ilk dəfə Avstriyanın işğalı dönəmində ayaq basmışlar. Onlar əsasən alman tacirlərdən ibarət idi. Ticarətlə əlaqədar olaraq bölgəyə ayaq basmışdılar. Tacirlərin böyük qismi Srema və Banata (həmcinin Vyortemberq) ərazilərindən gələnlər idilər.
Yalnız almanlar üçün
"Yalnız almanlar üçün" (alm. Nur für Deutsche‎) və ya "Yalnız arilər üçün" (Nur für Arien) — İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasında və onun işğal etdiyi ölkələrdə istifadə olunmuş milliyətçi şüar. Bu ifadə ictimai nəqliyyat vasitələrində, kafelərdə, parklarda, kinoteatrlarda və s. yerləşdirilmişdi. Bu, ictimai ziyarət yerlərinin yalnız almanəsilli insanlar üçün nəzərdə tutulduğunu göstərirdi. İşğal olunmuş ölkələrin qalan əhalisinə bu yazı ilə ictimai yerlərə getmələri qəti qadağan edilmişdi. Nasist Almaniyasının irqi siyasətinin elementlərindən biri olan yazı əsasən qeyri-alman əhalisinin çoxluq təşkil etdiyi Şərqi Avropa ölkələrində istifadə olunurdu və yerli əhalini irqi cəhətdən təcrid etmək məqsədi daşıyırdı. Bir qayda olaraq, tramvay və qatarların birinci vaqonları Almaniya işğal və hərbi idarəsinin, Almaniya hərbi qulluqçularının, NSAFP üzvlərinin və almanəsilli mülki əhalinin daşınması üçün ayrılmışdı.
Azərbaycan almanları
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Namibiya almanları
Namibiya almanları (alm. Deutschnamibier‎) — Afrikanın cənub-qərb bölgəsində yerləşən Namibiyada məskunlaşmış alman əsilli əhali. Namibiyada alman icmasının yaranması, alman tacir Adolf Lüderitzin adı ilə bağlıdır. 1883-cü ildə ölkənin cənub sahillərində yerli qəbilə başçısından torpaq sahəsi alan tacir, burada öz soyadını daşıyan Lüderitz şəhərinin əsasını qoymuşdur. Bölgə sonradan Alman Cənub-Qərb Afrikası olaraq adlandırılmış və Almaniya imperiyasının koloniyalarından birinə çevirilmişdir. XIX əsrin sonlarına yaxın bölgəyə az sayıda etnik alman köç etmiş və köç edənlərdə əsasən hərbiçilər, tacirlər və almaz mədənlərinin sahibkarları və ailələri olmuşdur. Birinci Dünya Müharibəsinin gedişatında Almaniya imperiyası Alman Cənub-Qərb Afrikasını itirmiş (1915-ci ildə) və bölgə Cənubi Afrika Respublikasının mandatı altına keçmişdir. Bölgənin müttəfiqlərin əlinə keçməsinə baxmayaraq, almanlar bölgədə yaşamağa davam etdilər və 1990-cı ilə qədər alman dili Namibiyada rəsmi dil səviyyəsində tanınmağa davam etdi. Namibiyaya gələn ilk almanlar London Missionerlər Cəmiyyətinin tərkibində ölkəyə gəlmişdilər və daha sonra Reyinşix Missionerlər Cəmiyyətinin nümayəndələri də ölkəyə gəldilər. Missioner cəmiyyətlərin ilk başlarda hər hansısa təsisatları yox idi və bu səbəbdən onlar birlikdə fəaliyyət göstərirdilər.
Qafqaz almanları
Qafqaz almanları (alm. Kaukasiendeutsche‎) — almanların Qafqaz bölgəsində məskunlaşan bir subetnik qrupudur. Onlar əsasən XVIII-XIX əsrlərdə indiki Şimali Qafqaz, Gürcüstan, Azərbaycan, Ermənistan və Qars (bu günlər Türkiyənin şərq illərindən biri) ərazisinə köçüb gəlmişlər. 1941-ci ildə İkinci dünya müharibəsinin başlanmasıyla onların çoxsu Sovet hakimiyyəti tərəfindən "təhlükəli element" kimi Qazaxıstana və Sibirə sürgün edilmişdir. Qafqazda qalan almanlar əsasən qeyri-almanlarla nikah bağlamış qadınlar idi. Şimali Qafqazın ilk alman sakinlərin Rusiyanın Volqaboyu bölgəsinlər köçənlər idi. Çar hakimiyyəti 1774-cü ildə Osmanlı imperiyasından alınan və əhalisi olduqca az olan Kubana mümkün qədər çox Rusiya vətəndaşı yerləşdirməyə çalışırdı. Lakin bölgənin iqlimi, inkişaf etdirilməmiş infrastrukturu və yerli hərbi hissələrin qeyri-ruslara qarşı mənfi münasibəti alman mühacirətinə mane olurdu. XIX əsrin ikinci yarısında, Rusiyanın kapitalist sisteminə addımlaması dövründə Şimali Qafqaza almanların sayı olduqca artdı. Əsasən kənd təsərrüfatı ilə məşqul olan bu mühacirlər nəinki tək Volqaboyudan, habelə Qara dəniz sahillərindən və hətta Almaniyanın özündən köçüb gəlirdilər.
Qazaxıstan almanları
Qazaxıstan almanları (alm. Kasachstandeutsche‎) - Qazaxıstanda yaşayan etnik almanlara verilən ümumi addır. Qazaxıstan almanları ölkənin şimal-şərq əraziləri başda olmaqla, əsasən Astana və Oskeman şəhərlərinin arasındakı ərazilərdə yaşamaqdadırlar. Almanların Qazaxıstanda məskunlaşmasının əsas səbəblərindən biri siyasi amillərlə bağlıdır. Nasist Almaniyasının Sovet Sosialist Respublikaları İttifaqına 1941-ci ilin iyun ayında hücum etməsindən sonra həmin ilin oktyabr ayında Qafqaz almanlarının mütləq əksəriyyəti Qazaxıstana köçürülmüşdür. Həmin hadisələr zamanı təkcə Azərbaycanda yaşayan 22 min alman Qazaxıstana köçürülüb. Qazaxıstan almanları Volqa almanlarının törəmələri hesab olunur. Barbarossa əməliyyatının başlamasının ardından Volqa Alman Muxtar Sovet Respublikası ləğv edilərək ərazidə yaşayan almanlar Qazaxıstana sürgün edilirdi. Almanların xidmətlərindən daha çox QULAQ düşərgələrində istifadə olunmuşdur. Deportasiyadan sonra SSRİ rəhbərliyi tərəfindən imperiya daxilində yaşayan etnik almanların assimilasiya edilməsi üçün xüsusi dövlət siyasəti tətbiq edilməyə başlandı.
Slovakiya almanları
Slovakiya almanları və ya Karpat almanları (alm. Karpatendeutsche‎, slovak. karpatskí Nemci, mac. kárpátnémetek или Felvidéki németek) — Slovakiya torpaqlarında eləcə də onlara bitişik olan ərailərdə alman dilli azlıqların qrupları üçün verilən ümumi bir ad. Uzun müddət almanlar macarlarla yanaşı Slovakiyada iki ən böyük etnik azlıqdan biri idilər. Beneşin 1945-ci il tarixli fərmanları ilə Çexoslovakiya almanları vətəndaşlıqdan məhrum dildi və onların müharibədən əvvəlki (128 min nəfər) saylarının 85% -i Slovakiyadan Avstriya və Almaniyaya köçürüldü. Qalan 15% -i Slovakiyadan deportasiyaya olunmaqdansa slovakiyalılaşmanı üstün tutdu. Çexiya almanlarından fərqli olaraq Slovakiyadan olanlar XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər güclü şəkildə macarlaşdı. Slovakiyalı almanlar Avstriya-Macarıstanın Macar hissəsində yaşayırdılar. Buna görə də mədəni və linqvistik olaraq Macarıstan almanları və Transvilansiya saksonlarına daha yaxın idilər.
Pensilvaniya almanları
Pensilvaniya almanları (alm. Pennsylvania Dutch‎) - Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yaşayan alman əsilli şəxslərin təşkil etdiyi etnik qrup. Etnik qrupun əsası XVII, XVIII və XIX əsrlərdə Palatin və digər alman dilli ərazilər başda olmaqla, Almaniya, Hollandiya, İsveçrə və Fransa kimi ölkələrdən gəlmiş almanlar tərəfindən qoyulmuşdur. Pensilvaniya almanları arasında Baden-Vürtemberq, Hessen, Saksoniya, Reynland və Elzas-Lotaringiya bölgələrindən gəlmiş şəxslər üstünlük təşkil etmişdir. Etnik qrupun əcdadları palatin almancası və digər cənub alman ləhcələrində danışırdılar; Palatin, İngilis və digər alman dialektlərinin qarışması bu gün istifadə olunan kimi Pensilvaniya almancası dilini formalaşdırmışdır. Bəzi mənbələrdə etnik qrupun adı Pensilvaniya hollandları formasında verilmişdir. Halbuki, Pensilvaniya almanlarının indiki Hollandiyaya və ya bu ərazidən Amerika Birləşmiş Ştatlarına köçmüş şəxslərlə heç bir əlaqəsi yoxdur. Orta əsrlərdə ingilis dilindəki (ing. Dutch) sözü alman dilini və ya bu dilin müxtəlif dialektlərini danışan insanları adlandırmaq üçün istifadə olunurdu. XX əsrdən etibarən isə (ing.
Xorvatiya almanları
Xorvatiyada özlərini alman hesab edən 2900 nəfərdən çox əhali var ki, bunların əksəriyyəti Dunay şvabiyalılardır. Almanlar rəsmi olaraq avtoxton milli azlıq kimi tanınırlar və beləliklə, onlar Xorvatiya Parlamentinə on bir digər milli azlığın üzvləri ilə birgə xüsusi nümayəndə seçirlər. Onlar əsasən Şərqi Slavoniyada Osijek (almanca: Esseg) ətrafında cəmləşiblər. Alman icması ənənəvi olaraq Şimali Xorvatiya və Slavoniyada yaşayırdı. Erkən müasir dövrdə onlar Habsburq monarxiyasının digər ərazilərindən məskunlaşmışdılar və indiki Xorvatiya ərazisində əsasən Hərbi Sərhəd ərazilərində məskunlaşmışdılar. Qərbi Slavoniyada yaşayan Dunay şvabları güclü xorvatlaşmaya məruz qalmışdılar. Xorvat ziyalıları yalnız 1865-ci ildə alman azlığını tanımışdılar. Avstriya-Macarıstan İmperiyasının dağılması və Serb- Xorvat-Sloven Krallığının yaradılması ilə Xorvatiya almanları etnik azlığa çevrildi. 1920-ci ildə almanlar Kulturbund mədəniyyət birliyini yaratdılar. Kulturbund 11 aprel 1924-cü ildə Daxili İşlər Naziri Svetozar Pribiçeviç tərəfindən qadağan edildi.
Baltik almanları
Baltik almanları (alm. Deutsch-Balten‎ və ya Deutschbalten, daha sonra Baltendeutsche) — Baltik dənizinin şərq sahillərinin, bu gün Estoniya və Latviyanın olduğu etnik alman sakinləri. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ildə oradan köçürülmüşlər. Bundan sonra Baltik almanları regionda coğrafi cəhətdən müəyyən edilmiş etnik qrup kimi nəzərəçarpacaq dərəcədə azalmışdır. Orta əsrlərin sonlarından etibarən yerli almandillilər tacirlərin və ruhanilərin əksəriyyətini, yerli Latviya və Estoniya qeyri-zadəganlar üzərində faktiki olaraq hakim sinfi təşkil edən lokal torpaq mülkiyyətçilərinin böyük əksəriyyətini təşkil edirdilər. XIX əsrdə fərqli bir Baltik alman etnik kimliyi meydana çıxmağa başlayanda, özünü müəyyən edən Baltik almanlarının əksəriyyəti əsasən şəhər və peşəkar orta sinfə aid olan qeyri-zadəganlar idi. XII–XIII əsrlərdə katolik alman tacirləri və səlibçilər Şərqi Baltik ərazilərində məskunlaşmağa başlamışdılar. Latın dilinin tənəzzülü ilə alman dili rəsmi sənədlərin, ticarətin, təhsilin və hökumətin dominant dili olmuşdur. XX əsrin birinci yarısına qədər Baltik almanları İkinci Dünya müharibəsindən sonraya qədər Avropadakı alman diasporunda Transilvaniya saksları və Sipzer almanları ilə (müvafiq olaraq Rumıniya və Slovakiyada) üç ən qədim davamlı almandilli və etnik alman qruplarından biri idi. Orta əsr katolik köçkünlərinin əksəriyyəti və onların almandilli törəmələri orta əsr Livoniyasının şəhərlərində yaşayırdılar.
Almanların kralı
Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi. Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi. Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Ruprext (Almanların kralı)
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub. Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi.
Almanların Antarktida ekspedisiyası (1938-1939)
Almanların Antarktida ekspedisiyası (1938-1939) — alman dəniz kapitanı Alfred Ritscher (1879–1963) tərəfindən rəhbərlik edilən ekspedisiya nəzərdə tutulur. Ekspedisiya alman dövləti tərəfindən təşkil edilən rəsmi üçüncü Antarktida ekspedisiyasıdır. Ekspedisiya Herman Görinqin nəzərdə tutduğu dörd illik planın bir hissəsi kimi həyata keçirilmişdir. Dövlət rəsmilərindən biri olan Helmuth Vohlthat bu planın hazırlanmasına məsul şəxs təyin edilmişdir. Ekspedisiyanın həyata keçirilməinin əsas səbəbi iqtisadi maraqlar idi. Çünki alman dövləti sənaye, yemək və pəhriz yağlarından olan xarici asılılığı ortadan qaldırmağa çalışırdı. Buna görə də, ekspedisiya qarşısına Antarktida alman balina ovlama məntəqəsinin əsaslarını qoymaq, orada balıq ovlanma potensialını araşdırmaq hədəfləri qoyulmuşdu. Hazırlıqlar ciddi məxfilik şəraitində aparılıb, çünki müəssisəyə həmçinin 20° Qərb və 20° Şərq arasında bölgədə Antarktika ərazisinin gələcək işğalı üçün texniki-iqtisadi qiymətləndirmə aparmaq tapşırılıb. == Hazırlıqlar == 1938-ci ilin iyulunda kapitan Alfred Ritscherə hazırlıqlara başlamaq icazə verildi. O, bir neçə ay ərzində ekspedisiyaya lazım olan alətlərin, logistikanın və təşkilatı məsələlərin həll edilməsi ilə məşğul oldu.
Almanların Turfan ekspedisiyaları
Turfan ekspedisiyaları- 1902-1914-cü illərdə Çinin Sincan bölgəsinə, əsasən Turfan şəhərinə təşkil edilmiş ekspedisiyalar. Bu səfərlər Berlin Etnoqrafiya Muzeyinin keçmiş rəhbəri Albert Qrünvedelin təşəbbüsü ilə Albert von Le Coq tərəfindən təşkil edilmişdi. Muzey kollektivindən olan və səfərlər zamanı mağaralardakı rəsmlərin fotoşəkilini çıxarmaqla məsul şəxs Teador Bartus hər 4 ekspedisiyada da iştirak etmişdir. Hər iki rəhbər həm Qrunvedel həm də Le Coq ekspesiyalardan minlərlə fotoşəkillə yanaşı bir çox əşya və 40 mindən çox mətnlə Berlinə qayıtmışdır. 1902-ci ildə ilk araşdırma qrupu silah manufakturaçısı Fridrix Krupp tərəfindən maliyyələşdirilən bu səfərə başlamış, 1 il sonra isə xəzinələrlə dolu 46 sandıqla səfəri tamamlamışdı. Bunun nəticəsində həvəslənən II Vilhelm ikinci ekspedisiyanın maliyyələşdirilməsinə kömək etdi. Üçüncüsü isə Mədəniyyət Nazirliyinin vəsaiti hesabına maliyyələşdirilib. Le Coq rəhbərliyi altında dördüncü ekspedisiya bir çox çətinliklərlə üzləşdi və nəhayət, 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması ilə yarımçıq qaldı. Xüsusilə ikinci ekspedisiya zamanı Təkləmakan səhrası ətrafında qədim şimal marşrutu boyunca bir sıra yerlərdə mühüm tapıntılar aşkar edilmişdir. == Coğrafi mövqeyi == Turfan şəhəri Şimali İpək yolu üzərində Çinin Sincan bölgəsində yerləşir.
Almanların Qafqaza ekspedisiyası
Almanların Qafqaza ekspedisiyası 1918-ci il mayın sonlarında I Dünya Müharibəsində Qafqaz yürüşü zamanı Almaniya İmperiyası tərəfindən keçmiş Rusiya ərazisi olan Zaqafqaziyaya göndərilmiş hərbi ekspedisiya idi. Onun əsas məqsədi Gürcüstan Demokratik Respublikasında sabitlik yaradaraq almaniyayönlü hökumət formalaşdırmaq və Osmanlı İmperiyasının Abşeron yarımadasındakı neft ehtiyatlarına çıxışının qarşısını almaqla Almaniya üçün neft tədarükünü təmin etmək idi. == Fon == 5 dekabr 1917-ci ildə ruslar və Osmanlılar tərəfindən Ərzincan Sülh müqaviləsi imzalandı, Bununla da Rusiya ilə Osmanlı İmperatorluğu arasındakı Orta Şərq Cəbhəsi və Qafqaz Cəbhəsində silahlı qarşıdurmalara son qoyuldu. İttihad və Tərəqqi Komitəsi Osmanlı-Rus dostluq müqaviləsinin imzalanması (1918-ci il 1 yanvar) ilə bolşeviklərlə ittifaq qurmaq üçün hərəkətə keçdi. 1918-ci il yanvarın 11-də Lenin və Stalin tərəfindən "Ermənistan haqqında" xüsusi fərman imzalanmış və bu fərman əsasında keçmiş çar ordusunda təlim keçmiş 100 mindən çox erməni Osmanlı maraqlarına qarşı əməliyyatlar aparmaq üçün silahlandırılaraq Qafqazdan Anadoluya qaytarılmışdır. 1918-ci il yanvarın 20-də Təlat paşa erməni ordusunun legionlarını silahlandıran bolşeviklərə qarşı rəsmi etiraz etdi. Daha sonralar Nikolay Nikolayeviç Yudeniçin Rusiya Qafqaz Ordusunun yerini bolşeviklər və ermənilər tutacaqdı. 1918-ci il martın 3-də Ərzincan atəşkəsindən dərhal sonra Rusiyanın I Dünya Müharibəsindən çıxması ilə bağlı Brest-Litovsk müqaviləsi imzalandı.1918-ci il mart-aprel ayları arasında Osmanlı İmperiyası iləZaqafqaziya Seyminin nümayəndə heyəti arasında Trabzon sülh konfransı keçirildi. Ənvər paşa danışıqların sonunda Brest-Litovskda Şərqi Anadolu vilayətlərinin Osmanlının ərazisi kimi tanınması müqabilində Qafqazdakı bütün türk ambisiyalarından əl çəkməyi təklif etdi. Brest-Litovsk müqaviləsi vətəndaş müharibəsində iştirak edən bolşeviklərə bir qədər rahatlıq verdi.
İkinci Dünya müharibəsindən sonra almanların deportasiyası
İkinci Dünya müharibəsi zamanı və ondan sonra almanların deportasiyası və qovulması — Almaniyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra, 1945–1950-ci illərdə baş vermiş Mərkəzi və Şərqi Avropa ölkələrinin alman əhalisinin Almaniyaya və Avstriyaya məcburi deportasiyası prosesi. Ümumilikdə təxminən 12–14 milyon alman məcburi köçürməyə məruz qaldı . Almanların Şərqi Avropadan köçürülməsi prosesi 1945-ci ilin avqustunda beynəlxalq hərbi tribunalının statutunda insanlığa qarşı cinayət kimi tanınmasına baxmayaraq, geniş miqyasda mütəşəkkil zorakılıq, o cümlədən bütün əmlakın tam müsadirə edilməsi, alman mülki vətəndaşlarının konsentrasiya düşərgələrində yerləşdirilməsi ilə müşayiət olundu. 1944-cü ilin payızında Sovet qoşunlarının uğurlu hücumu inkişaf etdikcə, alman hakimiyyəti alman əhalisinin Şərqi Prussiyadan və qərbə digər ərazilərdən təxliyəsini təşkil etdi. Evakuasiya könüllü idi və Köniqsberqin alman əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuş, cəmi bir neçə ay ərzində almanların sayı 340 mindən 200 minə düşmüşdü. Qırmızı Ordu hissələri yaxınlaşdıqca evakuasiya getdikcə xaotik xarakter aldı. Bir çox almanlar repressiyalardan qorxaraq özbaşına qaçdılar. Adi insanların bu cür qorxuları Reyx Təbliğat Nazirliyinin həyəcan mesajları ilə aktiv şəkildə stimullaşdırıldı. Bu və ya digər şəkildə alman əhalisi labüd sovet işğalının başlanmasından sonra yalnız pis rəftar gözləyərək Qırmızı Ordu hissələrinin irəliləyişini qabaqcadan və qorxu ilə gözləyirdi . Reyx vətəndaşlarının əksəriyyəti yerli əhaliyə qarşı çoxsaylı repressiyaların başlandığına və sovet qoşunlarının zorlama və digər cinayətlər törətdiyinə tam əmin idi .
Albanlar
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Alemanlar
Alemanlar — bir çox German qəbiləsinin bir araya gələrək qurduqları savaşçı topluluğun adı. Qotlar və slavyanlar tərəfindən Brandenburqdan qovulduqdan sonra III əsrin əvvəllərində Main çayı üzərində göründülər. Öncə Karakalla (213), sonra III əsr imperatorları, daha sonra da Valerius Constantius tərəfindən (301) Roma imperiyası torpaqlarından püskürdülüncə IV əsrin ortalarına qədər Reyn çayının sağ sahilində Main ile Konstanz gölü arasına yerləşib qaldılar. İşğal etdikləri yer Vürtemberq, Bade və Alman İsveçrəsini əhatə edirdi. V əsrin ortalarında burada bir krallıq qurdular. Sonraları Reyni keçərək Köln ilə Konstanz arasında Alsacedə yerləşməyə çalışdılar ancaq öncə Julianus (Strasbourg, 357) və Valentinianus, sonra da Attilanın Hun basqını sırasında Aetius tərəfindən (453) Reynin ötəsinə atıldılar. Cənubi-qərbdə burqundlar ilə şimal-qərbdə franklar ilə çarpışdılar. 496-cı ildə krallıqları franklar tərəfindən işğal edildi.
Alkanlar
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Alanlar
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar. == Tarixi == Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər.
Makedoniyada albanlar
Şimali Makedoniyada albanlar ərazisində etnik, dil və din baxımından ən iri milli azlıqlardan biridir. 2002-ci il siyahıya alınmasına görə 2 022 547 nəfərlik Makedoniyanın 509 083 (25,2 %) nəfəri etnik albanlardan ibarətdir. Albanlar ölkənin əsasən kənd təsərrüfatı rayonları olan qərb, şimal-qərb rayonları və mərkəzi hissələrdə yayılmışlar. Üstəlik ölkənin iki iri şəhərinin mütləq əhalisini təşkil edirlər. Onlar Tetovo (ümumi əhalinin 70,3 %), Qostivar (66,7 %), Debar (58,1 %), Struqa (56,8 %), Kiçevo (54,5 %), Kumanovo (25,8 %) və Skopye (20,5 %) şəhərlərinin nir hissəsini təşkil edirlər. == Tarixi == 1467—1468-ci illərdə Osmanlı imperiyası dönəmində aparılan siyahıya alınmaya görə Makedoniya vilayəti ərazisində cəmi 84 alban təsərrüfatın olması qeyd edilirdi. Albanlar ill əvvəllər xristian olmuşlar. Ancaq Osmalı imperiyası islam dinin yayılması məqsədi ilə tədbirlər görmüşlər. Nəticədə albanlar islamı qəbul etmişlər. Burada hədəf Bosfordan Adriatik dənizi sahillərinə qədər olan ərazinin islamlaşdırılması olmuşdur.
Turş almalar (film, 2016)
Turş Almalar (Türkcə: Ekşi Elmalar) 2016 istehsalı rejissorluğunu və ssenarsini Yılmaz Ərdoğanın etdiyi filmdir.Filmin Başrollarında Farah Zeynəb Abdullah Şükran Ovalı və Songül Ödən var. Köməkçi rollarda isə Şükrü Özulduz, Fatih Artman, Ərsin Qorxut, Canər Cindoruk, Cəzmi Basqın-dır.Filmin istehsalatını BMM edir. 27 Oktyabrda İstanbulda qala gecəsi olub. 22.
Altaylar
Altaylılar — türk xalqlarından biri. Əsasən Rusiya Federasiyasının Altay Respublikasında yaşayırlar.
Aslanlar
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Aymaqlar
Aymaqlar, Oymaqlar, Çaharaymaqlar və ya Çaroymaqlar (fars. ایماق‎) — Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında əsasən kompakt şəkildə yaşayan, etnik olaraq türk və monqol əsilli xalq. Sayları təxminən 0.25-2 milyon nəfərdir. == Aymaqların qəbilələri == Firuzkuhi Taymani Cəmşidi Teymuri == Məşhur aymaqlar == Abdu-l-Kadır — sərkərdə, Əfqanıstanın müdafiə naziri (1978 və 1982-1984).
Balkanlar
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Kalmarlar
Kalmarlar (tarixi Azərbaycandilli mənbələrdə mürəkkəb balıqları; lat. Teuthida) — heyvanlar aləminin molyusklar tipinin başıayaqlılar sinfinə aid heyvan dəstəsi. == Həyat tərzi == Başıayaqlı molyuskaların digər nümayəndələri kimi kalmarlara da Şimal və Uzaq Şərq dənizlərində xüsusən sahilə yaxın yerlərdə təsadüf edilir. Bu molyuska suda çox gözəl uzən, acgöz, yırtıcı heyvan olmaqla, əsasən siyənək balıqlarını tutub yeyir. Balıq sürülərini təqib edən kalmar bu yolla min kilometrlərlə məsafə qət edə bilir. == Quruluşu == Kalmarın bədənində xarici çanaq yoxdur. Sürətlə üzmə nəticəsində çanaq kiçilmiş və dəri altında yerləşmiş lövhəcik şəklində qalmışdır. Kalmarın bənəni iki hissədən — baş və gövdədən təşkil olunmuşdur. Baş hissədə on ədəd əzələli qolcuq vardır. Bu qolcuklar digər molyuskalarda olan ayağa müvafik gəlir.
Kaymanlar
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır. == Görünüşü == Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır.
Kumanlar
Kumanlar (türkcə: kumanlar mac. kun / plural kunok; yun. Κο(υ)μάνοι, Ko(u)manoi;, rus. половцы – polovtsi, ukr. половці) – türk mənşəli köçəri tayfalar. == Etimologiyası == Türk dillərində kürən, sarışın mənasını verən. kuman adı altında tanınan boylarla əlaqədə olmuş xalqlar onları əsasən kumanu, kumenu (assur – urartu), kumanos, kumanoi (Bizans – latın) adlandırsa da, bəzi yazılarda bu boy adının koman, koban, kaman, kaban, kuman, kuban, kumanlı, kumandı şəklində yayıldığını da görmək olur. Kuman adının "sarışın" mənası nəzərə alındıqda, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla əlaqəsi olduğunu qeyd edən tədqiqatçılar da vardır. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Maraqlıdır ki, məşhur kuman bəyi Şarukan (Sarıxan) adında da həmin anlam var.
Naymanlar
Naymanlar - bugünkü Qazaxıstanın şimal şərqi ilə Monqolustanın qərbində yaşayan ən əski və çoxsaylı türk tayfalarından biri. Orta çağda bu ulus səkkiz qola bölünürdü. Qazaxların Orta jüzünün 7 böyük oymağından biridir. Çingiz xan zamanında Nayman dövləti bölgənin ən güclü ordusuna sahib dövlət idi. Çingiz xan naymanlarla kereitlər arasındaki nifaqdan ustalıqla istifadə edərək onları savaşa sürüklədi və gücsüzləşən hər iki xanlığı asanlıqla ələ keçirdi. Nayman dövləti Çingiz xan imperatorluğunun içində ərisə də, naymanlar güclü idari və əsgəri bacarıqları sayəsində günümüzə qədər xalq olaraq çatmağı bacarmışdılar. Çingiz ordularının 3/5-ü türk tayfalarından ibarət idi. Çingiz xan ordusunun türk qanadının başında da naymanlarla kereitler dururdular. Naymanlar günümüzdə Qazaxıstanın Şərqi Qazaxıstan, Semey, Jezkazgan, Qızılordu və Çimkənd vilayətlərində, Çin Xalq Respublikasının İlə, Altay, Tarbagatay bölgələrində və Monqolustanın Bayan Ulgey bölgəsində yaşayırlar. Naymanlar qonquratlar, yaklar, kereitlər, arqunlar, qıpçaqlar və naymanlar adlı tayfalardan təşkil olunublar.
Oralmanlar
Oralmanlar (qaz. Оралмандар - qayıdanlar) və ya qandaşlar (qaz. қандастар) — Qazaxıstan 1991-ci ildə SSRİ-dən müstəqilliyini alandan bəri ora köçmüş etnik qazaxlar. 2008-ci ildən başlayaraq etnik qazaxların göçmə proqramı Nurlu göçmə (qaz. Нұрлы көш) adlanır. O vaxtan bəri Qarağandı və Çimkənd kimi cənub şəhərlərində ormanların müvəqqəti məskənləşməsi üçün bir sıra inteqrasiya mərkəzləri açılıb. Repatriasiya Qazaxıstan köçetmə siyasətinin ən vacib məsələlərindən biri sayılır. Ormanlar ənənəvi olaraq, hava və rahatlıq səbəblərinə görə keçmiş yaşayış yerləri ilə bitişik və ya yaxın olan Qazaxıstanın bölgələrində məskənləşirlər. Dolayısıyla, Özbəkistanla Qırğızıstandan gələnlər əsasən ölkənin cənubunda, Çinlə Monqolustandan gələnlər isə şərqində qalırlar. Hökumət onları şimalda yerləşdirməyə, lakin ormanların özləri gündəlik həyatda rus dilinin vacibliyi az olduğu yerlərdə, özəlliklə ölkənin cənubunda yerləşməyə üstünlük verirlər, baxmıyaraq ki, şimalda qalan ormanlara imtiyazlar təklif olunur.
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
Almanax
Almanax — XIV–XV əsrlərdə astronomik hesablamaları əhatə edən təqvim cədvəllərinə verilən ad. Sonralar hər il nəşr edilməyə başlayan bu cədvəllərə şeirlər, zarafat ruhunda yazılar və s. əlavə olunmuşdur. Daha sonrakı dövrlərdə müxtəlif bədii və elmi əsərləri əhatə edən məcmuələrə alamanax adı verilmişdir. 1940-cı illərdə Bakıda "Nizami" almanaxı çap olunmuşdur. == Mənşəyi == Sözün mənşəyinin haradan gəldiyi dəqiq bilinmir, lakin bununla bağlı bir neçə nəzəriyyə var: Almanax sözü yunan sözü olan almenikiaka-dan gəlib, mənası təqvim deməkdir. Ən birinci almanaxlar tərkibində kənd təsərrüfatı, astroloji və meteoroloji məlumatlar olan təqvimlərdən ibarət idi. Digər bir iddia isə almanaxın mənşəcə ərəb sözü olan (əl-manāx) iqlim mənasını verdiyi ilə bağlı idi, hansı ki, havanın təbii şəkildə dəyişdirilməsini bildirirdi. Müasir mənasında da almanax müəyyən bir dövr üçün hava proqnozunu nəzərdə tutur. Bu, eyni zamanda iqlim deyə adlandırılan, xüsusi bir ərazi üçün nisbətən sabit hava şəraitidir.
Almanca
Alman dili (alm. , tələffüs olunur: [ˈdɔʏtʃ]; deutsche Sprache) — almanların, avstriyalıların, lixtenşteynlilərin, eləcə də isveçrəlilərin çoxunun dili, Almaniyanın, Avstriyanın, Lixtenşteynin rəsmi dili, İsveçrənin, Lüksemburqun və Belçikanın rəsmi dillərindən biri. Çin, ərəb, hindi, ingilis, ispan, benqal, portuqal, rus və yapon dillərindən sonra dünyada ən çox yayılmış dildir. Bu dil Avropa Birliyinin rəsmi və işçi dillərindən biridir. Alman dili hind-avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Latın əlifbası əsasında yaranan yazısına umlautlu üç sait (ä, ö, ü) və esset (ß) liqaturası əlavə edilib.
Lamalar
Lamalar (lat. Lama glama) – dəvə və vikunya ilə birlikdə dəvəkimilər fəsiləsinə cins. Yalnız Cənubi Amerikada yayılmışdır. Lamalar və vikunyalar bəzən köhnə dünyadakı qohumlarından hürgücünün olmaması və daha qısa boyu ilə fərqlənən Yeni Dünya dəvələri qrupunda birləşdirilir. Lamalar cinsinin nümayəndələri uzunluqları 120 ilə 220 sm, çəkisi 55 ilə 150 kq arasında dəyişir. == Növləri == Cinsə iki növ daxildir: Quanako (Lama guanacoe) Lama (Lama glama) == Tarix == Onların ilk təsviri 1553-cü ildə Sesa de Leonun "Peru Salnamesi" kitabında verilmişdir. Onlara bir vəhşi növ olan quanako (Lama guanicoe) və ayrıca əhlilləşdirilmiş bir növ lama (Lama glama) daxildir. Əhlilləşdirilmə prosesi təxminən 5000 il əvvəl başlamışdır. Vikunyalar da daxil olmaqla qarışıq xüsusiyyətlərə sahib heyvanlara tez-tez rast gəlinir. Çoxdan yük və minik heyvanı kimi istifadə olunu.
Ulanlar
Ulanlar (türkcə oğlan) yüngül süvari dəstəsinin əsgəri. Bayraqcıqlı nizələrlə silahlanmış ulanlardan ibarət dəstələr ilk dəfə 13–14 əsrlərdə monqol-tatar süvari qoşununda təşkil edilmişdir. Mizraqlı monqol-tatar süvari döyüşçüsü idilər. XVI–XX əsrlərdə Avropada yüngül süvari növü idi. 16 əsrdən Avropa ölkələrində ulan dəstələrinin təşkilinə başlanmışdı. Silahları əvvəlcə qılınc və bayraqcıqlı nizə, sonralar tapanca, 19 əsrin ortalarından karabin idi. Rus ordusunda ulan polkları 1803-cü ildə meydana gəlmiş, 1918-ci ilin əvvəllərində ləğv olunmuşdur.
İlanlar
İlanlar (lat. Serpentes) — sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid yarımdəstə. Antarktikadan başqa bütün qitələrdə rast gəlinir. İlanlar elastik çənə quruluşuna sahibdir. Bununla da böyük canlıları uda bilirlər. İlanların çoxu zəhərsizdir. Zəhərsiz ilan növləri ovlarına dolanaraq onları boğur. İlanların zəhərli növləri isə zəhərdən ovlanmaq, yaxud özlərini qorumaq məqsədilə istifadə edirlər. İlanlar həşərat, qurbağa, quş, balıq, kərtənkələ, siçan, yumurta və s ilə qidalanır. Ən uzun zəhərli ilanlar Kral kobralardır.
İmanlar
İmanlar (Laçın)
Almanya
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎ [ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.