Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Axça (Marağa)
Axça — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 31,5 km cənub-şərqdədir.
Altun Dəmirli
Altun Fərman oğlu Dəmirli (1 sentyabr 1997, Şəmkir rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Ordusunun əsgəri, 2020-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir. == Həyatı == Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub. O, subay idi. == Hərbi xidməti == Altun Dəmirli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 14-də Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Şəmkir RİH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı. == Təltifləri == “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.
Altun Kitab
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Məmmədov
Altun Nüsrət oğlu Məmmədov (21 avqust 1999, Gəncə – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Altun Məmmədov 1999-cu il avqustun 21-də Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Altun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Altun Məmmədov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altun Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Yaruk abidəsi
"Altun Yaruk" (Qızıl isığı) — abidə qədim uyğur ədəbi dili ənənəsini davam etdirən ən iri həcmli buddist uyğur yazılı abidədir. 1908-1913-cü illərdə alman və rus ekspedisiyaları zamanı Çində - Şərqi Türkistanda hissə-hissə tapılıb. Əsər X əsrdə uyğurların mərkəzi Beşbalıkda Sinqu-Seli Tudun tərəfindən çin dilindən tərcümə edilib. Son əlyazmasi XVIII əsrə aiddir və əsər iki hissədən ibarətdir.
Altun kitab (nəşriyyat)
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Əsr bazarı
Altun Əsr bazarı (türkm. Altyn Asyr bazary) — ölçülərinə görə Aşqabadın və Türkmənistanın ən böyük, Mərkəzi Asiyanın 5-ci bazarı. Aşqabadın Çoğanlı yaşayış massivində yerləşir. Ahal vilayəti xalça gölü formasında 154 ha ərazidə inşa edilib. Bazarın mərkəzində hündür saatlı qülləsi yerləşir. Bazar ərazisində 2155 dükan var. Əvvəllər onun yerində Aşqabadın "Bit bazarı" yerləşirdi.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Akça
Akça (osm. اقچه, türk. akçe — «ağımtıl») — Osmanlı imperiyası və qonşu dövlətlər ərazisində dövriyyədə olan XIV-XIX əsrlərə aid kiçik gümüş sikkə.Aspr (yun. άσπρος — "ağımtıl") - Orta-Şərqi Avropada mövcud olan "akça" sikkəsinin yunan adı. Bir sıra dillərdə (məsələn, Tatar dilində) akça toplu bir isim - "pul" mənasına malikdir. == Osmanlı akçaları == === İlk Osmanlı akçaları === İlk dəfə Osmanlı akçaları 1327-ci ildə Hülakü sikkələri modelində Sultan Orxan (Osmanlı dövlətinin qurucusu I Osmanın oğlu) tərəfindən zərb edilmışdi. Akça üzərində İslamın qanunlarına görə, şəkillər deyil, yalnız ərəb əlifbasında yazı var idi. Uzun namaz cümlələri olan sikkə hazırlanması üslubu tezliklə dəyişdirildi və sikkələrin üzərində Sultan və atasının adları, zərb yeri və tarixi, eyni zamanda ərəb dilində qısa arzuların mətni yazılmağa başladı. Sikkələrin üzərində Ərəb dilində: خلد ملكه "hullide mülkuhu" (hakimiyyəti sonsuza qədər olsun) və ya Ərəb dilində: عز نصره "azze nesruhu" (Allah sizə kömək etsin) yazılırdı. === Akçanın dəyəri === İlk dövrlər akçalar kiçik (1,15 q), lakin möhkəm gümüş sikkələr idi.
Alça
Alça (lat. Prunus cerasifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Azərbaycanın meşələri cır alça ilə boldur. Bundan başqa o rayonların çoxunda becərilir. Azərbaycanda ilboyu cır alça böyük həcmdə yığılır. Meyvəsi qidada tər və quru şəkildə itsifadə olunur. Həmçinin mürəbbə, povidla istehsalında və konservləşdirilmədə istifadə edilir. Bundan əlavə, Azərbaycanda alça "lavaşı" hazırlamaq geniş yayılıb. Bunun üçün alçanın əti məcməilərə yayılaraq günəşdə qurudulur. Alça lavaşı qida ilə yeyilir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Atça
Atça - Türkiyə Respublikasının Aydın vilayəti Sultanhisar ilçəsində bəldə. == Tarix == == Coğrafya == == Kültür == == Əhali == Bəldə əhalisi 2000-ci il rəsmi qeydlərinə görə 7.660 nəfərdir. Bəldəyə bağlı 5 adət kənd ilə 4 məhəlləsi vardır. Məhəllə olaraq: Aydınoğlu, Cumhuriyet, Çelebioğlu və Yenimahalle məhəllələri vardır. == Bələdiyyəsi == Atça Bələdiyyəsi 1867-ci ildə quruldu.
Axta
Axta rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidində rayon olmuşdur. Aşağı Axta — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində yerləşən şəhər. Yuxarı Axta — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Axta (Razdan) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda qəsəbə və rayonun inzibati mərkəzi. Axta (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.
Alev Altın
Alev Altın — məşhur Türkiyə müğənnisi, kino aktrisasıdır. == Həyatı == Əsasən erotik filmlərdə oynamışdır. Əsl adı Gülər Atın idi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. 1993-cü ildə vəziyyətinin kəskin ağırlaşması nəticəsində dünyasını dəyişmişdir.
Altın Asır
"Altın Asır" futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan “2019-un Ən Yaxşıları” siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 İyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Antun Səadə
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Altan Sarın
Qavriil Vasilyeviç Baişev (saxa Гавриил Васильевич Баишев;), Altan Sarın ədəbi təxəllüsü ilə tanınır (1898 — ?) — Yakutiya yazıçısı və şairi, dilçi-türkoloq, ictimai xadim. Altan Sarın təxəllüsü Qızıl çiyinlər mənasını verir. 1898-ci ildə Yakutiyanın Meqino ulusunun bölgəsindəki Jablıski kəndində anadan olmuşdur, orada cüzi ibtidai təhsilini almışdır. 1917-ci ildə Yakutiya poçt və teleqraf idarəsində şagird kimi çalışırdı. 1918 — 1921-ci illərdə Amqa kəndindəki poçt və teleqraf idarəsində işləyirdi. Milliyyətçi əqidəsinə görə, 1921 — 1922-ci illərdə Qərbi Sibir üsyanının iştirakçılarına qoşuldu və amnistiya elan olunana qədər gizlənirdi. O, "Saxa Omuk" və "Saxa Keskile" cəmiyyətlərinin üzvü və katibi idi. 1924 — 1928-ci illərdə Leninqrad Şərq Dilləri İnstitutunda oxumuşdur. Yeni yakut əlifbasını hazırlayan komissiyanın üzvü idi. Yakut Yazı Komitəsinin elmi katibi idi.Leninqrad İnstitutunda təshil alarkən 1906-cı ildə Viktor Vasilyev tərəfindən yazılmış "Ala Bulkun" olonqo rəvayətini rus dilinə tərcümə etmişdir.
Altın Köş
Altın Köş (fars. آلتین‌کش‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1‘213 nəfər yaşayır (441 ailə).
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. == Coğrafiyası == Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
Axa
AXCE
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri.Ensiklopediya ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir.Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF). Bakı: “Lider nəşriyyat”, 2004. — 440 səh.
AXCP
Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. == Tarixi == === Hərəkat dövrü (1988–1995) === Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri: Həmçinin Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və Tağı Xalisbəylidən ibarət Azərbaycan Xalq Cəbhəsi Ağsaqqalllar Şurası təşkil olunmuşdur. İclasda keçirilən açıq səsvermədə Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir. Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır.
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Acca
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akva alta
Akva alta ( Acqua alta – hərfi tərcümədə hündür su deməkdir) — italyan dilindən alınmış və Veneto vilayətində geniş istifadə olunan bir ifadə. Bu, xüsusi intensivliklə vaxtaşırı olaraq Adriatik dənizinin şimal hissəsindəki Venesiya laqununda yerləşən Venesiya və Kyocca şəhər rayonlarında pik həddə çatan güclü və dağıdıcı, Qrado və Triest liman şəhərlərində isə daha zəif daşqınlara səbəb olan təbiət fenomenidir. Kifayət qədər sıx baş verən bu təbii hadisə əsasən payızla yaz mövsümləri arasında müşahidə olunur. Bu dövrdə xüsusi meteoroloji şərtlərin köməyi ilə isti sirokko küləkləri Appenin və Balkan yarımadaları arasındakı Otranto boğazından başlayaraq, Adriatik dənizi hövzəsinin bütün uzunluğu boyunca əsir və ərazidəki şəhərlərdə suyun müntəzəm çəkilməsinə mane olurlar. == Səbəblər == Məişətdə istifadə edilən "acqua alta" termini ümumiləşdirilmiş şəkildə daşqın hadisənini ifadə edir. Texniki nöqteyi-nəzərdən isə, baş verəcək fenomenin təhlükəli olub olmamasını Venesiya şəhərindəki Punta della Salute hidroqrafik stansiyasında qabarmaların səviyyələrinə əsaslanan daha ciddi araşdırmalar nəticəsində müəyyən etmək mümkün olur. Normadan artıq qabarma hadisələrini aşağıdakı kateqoriyalara bölmək olar: intensiv qabarma - ölçülmüş dəniz səviyyəsinin hündürlüyü standart dəniz səviyyəsindən (bu standart 1897-ci il ərzində dəniz səviyyəsinin ölçülərinin ortalaması yolu ilə müəyyən edilmişdir) təxminən 80-109 santimetr daha artıqdır; daha intensiv qabarma - ölçülmüş dəniz səviyyəsi normadan təxminən 110-139 santimetr daha yüksəkdir; ekstremal daşqınlar - ölçülmüş dəniz səviyyəsi 140 santimetrə çatır və ya bu göstəricidən daha çox olur.Bütovlükdə, qabarmaların və çəkilmələrin səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdakı üç amildən asılıdır: Astronomik amil. O, göy cisimlərinin hərəkəti - ilk növbədə ayın, həmçinin günəşin və əhəmiyyəti o qədər də yüksək olmayan digər planetlərin təsiri nəticəsində yaranır (onların təsir gücü yer kürəsinə olan məsafədən asılı olaraq azalır). Bu amil astronomik mexanikanın qanunlarından asılıdır və dəqiq şəkildə hesablana və uzun müddətli dövr üçün (bir neçə il və ya onilliklər) proqnozlaşdırıla bilər; Geofiziki amil. O, ilk növbədə Adriatik dənizi basseyninin həndəsi formasından asılıdır, hansı ki, öz növbəsində yuxarıda qeyd olunan astronomik amili gücləndirə və ya əksinə azalda bilər.
AXC
Azərbaycan Xalq Cümhuriyyəti (az.-əbcəd آذربایجان خالق جومهوریتی‎), Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası, Azərbaycan Cümhuriyyəti (az.-əbcəd آذربایجان جمهوریتي‎), qısaca AXC və ya ADR — Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət. Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası idi. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Demokratik Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Demokratik Respublikası "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, hökumət, məhkəmə hakimiyyəti.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Akça Xan
Arça rayonu
Arça rayonu (tatar. Арча районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayonlardan biri. Respublikanın şimalında yerləşir. Baltaç, Saba,Teləçə, Pitrəç, Biektau, Əntə rayonları və Mari El Respublikası (Mari-Turek və Morkinski rayonları) ilə həmsərhəddir. İnzibati mərkəzi Arça şəhəridir. == Coğrafiyası == Rayonun relyefi Kazanka çaylarının vadilərinə bölünən (yüksəkliklər: Atınka, Verezinka, Oia, Kismes) Aşit, Şoşma təpəli düzənliklərdən (hündürlüyü 170–266 m) ibarətdir. Açıq boz meşə torpaqları geniş yayılmışdır. Meşələr ərazinin təxminən 12% -ni tutur. == Tarixi == 1920-ci ilə qədər müasir Arça rayonun ərazisi Kazan vilayətinin Kazan qəzasının tərkibində idi. 1920-1930-cu illərdə Arça kantonunun bir hissəsi olur.
Ayça Mutlugil
Ayça Mutlugil — Türkiyə kino və teatr aktrisası, ssenaristi. == Həyatı == Ayça Mutlugil 1 fevral 1974-cü ildə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində anadan olmuşdur. Taner Ertürkler ilə evlidir və ailənin bir oğlan övladı var.