Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəydəmirli
Bəydəmirli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çayrəsullu inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 46 km şimal-qərbdə, Moruqlu dağ silsiləsinin (Kiçik Qafqaz) cənub yamacındadır. == Tarixi == Əhalinin bu əraziyə köç etməsi 19-cu əsrin birinci yarısına təsadüf edir. Bəydəmirli kəndini Abşeron və Şamaxı bölgələrindən gələn köçkünlər yaratmışlar. Yeni yaranmış nəsil genişlənərək, mərkəz Çay Rəsullu kəndi olmaqla ətrafların məskunlaşmasına səbəb olmuşdur. == Toponimikası == Bəydəmirli oyk. Gədəbəy r-nunun Çay Rəsullu i.ə.v.-də kənd. Dağ yamacındadır. Yerli əhalinin məlumatına görə, kənd Bəydəmir oğlu Alı tərəfindən salınmış, onun adı ilə də adlandırılmışdır. Etnotoponimdir.
Nazim Bəydəmirli
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. == Həyatı == Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. == Təhsili və elmi-pedaqoji fəaliyyəti == 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsi ilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.
Aydəmir
Aydəmir — ad, təxəllüs.
Bərdəmiş (Soyuqbulaq)
Bərdəmiş (fars. برده ميش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 221 nəfər yaşayır (39 ailə).
Aydəmir (Miyanə)
Aydəmir (fars. آيدمير‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə).
Aydəmir Hacıyev
Aydəmir Sənan oğlu Hacıyev (7 mart 1992; Qırmızı Qəsəbə, Quba, Azərbaycan — 2 noyabr 2020; Zoğalbulaq, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aydəmir Hacıyev 7 mart, 1992-ci ildə Quba rayonu Qırmızı qəsəbədə anadan olub. 1998–2007-ci illər ərzində Qırmızı Qəsəbədə yerləşən 2 saylı orta məktəbdə 9 illik təhsil alıb. Aydəmir ailənin yeganə oğul övladı idi. == Hərbi xidmətləri == Aydəmir Hacıyev 2011–2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Aydəmir Hacıyev 16 oktyabr 2020-ci il tarixində çağırılıb. 17 oktyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. 5 gün ərzində təlimlərə iştirak etdikdən sonra Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qatılıb. Aydəmir Hacıyev topçu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aydəmir Hacıyev Hadrutun azad edilməsində savaşıb.
Azər Aydəmir
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser. == Həyatı == Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var. Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən. == Fəaliyyəti == Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır.
Naz Aydəmir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. == Karyerası == Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. == Karyera == 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Cəmil Cahid Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. == Həyatı == Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. == Döyüş yolu == Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Əhməd Zəki Soydəmir
Əhməd Zəki Soydəmir (türk. Ahmet Zeki Soydemir) (1883, Saloniki – 4 sentyabr 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi. Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Cəmil Cahid bəy Toydəmir
Cəmil Cahid Toydəmir (1883, Konstantinopol – 15 iyul 1956, İstanbul) — Qafqaz İslam Ordusunun Gelibolu alayının miralayı (polkovniki), Türkiyənin 1946–1947-ci illərdəki müdafiə naziri. == Həyatı == Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Therhet adlı bir ubıx ailəsindən olan Məhəmməd Cahid bəyin oğludur. 1883-cü ildə İstanbulda anadan olub. Hərbi məktəbi 1902-ci ildə bitirib. == Döyüş yolu == Balkan və Birinci Dünya Müharibələrinə qatılmışdır. 1918-ci ildə Met Yusuf İzzət paşanın əmrində tümən komandiri olaraq Qafqaza gəlmişdir. Bakıya gələn Qafqaz İslam Ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusu tərəfindən tutuldu. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı.
Behnəmir
Behnəmir — İranın Mazandaran ostanının Babolsər şəhristanının Behnəmir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,836 nəfər və 1,813 ailədən ibarət idi.
Beyşehir gölü
Beyşehir (türk. Beyşehir Gölü, lat. Caralis, Karalis,yun. Κάραλις) — Türkiyənin cənub-qərbində, Isparta və Konya illərində yerləşən böyük şirin sulu göl. Tavr dağlarının cənubunda, tektonik çökəklikdə formalaşmışdır. Su toplayıcı hövzəsinin sahəsi 4200 km²-dir. Sahəsi 650 km², uzunluğu 45 km, eni siə 20 km-dir. Ən ensiz hissəsi Hayran və Akburun kəndləri arasındadır - 14 km. Göl bölgənin əsas şəhəri olan Beyşeherinin adını daşıyır. Beyşehir Türkiyənin sahəsinə görə ikinci ən böyük şirin sulu gölüdür.
Naz Aydemir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. == Karyerası == Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Beyşehir Gölü Milli Parkı
Beyşehir Gölü Milli Parkı (türk. Beyşehir Gölü Milli Parkı) ― Türkiyənin Konya ilində 1993-cü ildə qurulmuş milli park. == Coğrafiya == Milli park Konya ilinin Beyşehir və Hüyük ilçələri daxilindədir. Park qərbdən Beyşehir gölü, cənubdan Beyşehir, şimaldan isə Hüyük ilə həmsərhəddir. Milli parkın yüksəkliyi 1,100 metr (3,600 ft)-dir. Parkın ərazisində yerləşən Beyşehir gölü Türkiyənin üçüncü ən böyük gölü və ən böyük şirin sulu gölüdür. 86 855 hektarlıq ərazini əhatə edən Beyşehir Gölü Milli Parkı Ararat Dağı Milli Parkının qurulduğu 2004-cü ilə qədər ölkənin ən böyük milli parkı idi. == Ekosistem == === Flora === Milli parkın sərhədləri daxilində 85 fəsilə, 305 cins, 545 növ, 54 yarımnöv və 140 müxtəliflikdən ibarət bitki aləmi formalaşmışdır. Park ərazisindəki 560 taksonun 88-i endemikdir . Qorunan ərazi və ətrafında yayılan bitkilərə Livan sidri (Cedrus libani), adi ardıc (Juniperus communis), qırmızımeyvəli ardıc (Juniperus phoenicea), ağ şam (Abies), şam (Pinus), Quercus coccifera, göyrüş (Fraxinus), qoz ağacı (Juglans), erkək ayıdöşəyi (Dryopteris filix-mas), (Anemone nemorosa), yuxu xaşxaşı (Papaver somniferum), boyaqotu (Rubia tinctorum), adaçayı (Salvia), xədicəgülü (Galanthus) və meşənovruzu daxildir.