Aydəmir Sənan oğlu Hacıyev (7 mart 1992; Qırmızı Qəsəbə, Quba, Azərbaycan — 2 noyabr 2020; Zoğalbulaq, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Aydəmir Hacıyev | |
---|---|
Aydəmir Sənan oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qırmızı Qəsəbə, Quba, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Quba Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020, 2021, 2020 |
Aydəmir Hacıyev 7 mart, 1992-ci ildə Quba rayonu Qırmızı qəsəbədə anadan olub.[2] 1998–2007-ci illər ərzində Qırmızı Qəsəbədə yerləşən 2 saylı orta məktəbdə 9 illik təhsil alıb. Aydəmir ailənin yeganə oğul övladı idi.
Aydəmir Hacıyev 2011–2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
Aydəmir Hacıyev 16 oktyabr 2020-ci il tarixində çağırılıb. 17 oktyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. 5 gün ərzində təlimlərə iştirak etdikdən sonra Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə qatılıb. Aydəmir Hacıyev topçu idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aydəmir Hacıyev Hadrutun azad edilməsində savaşıb. 2 noyabr 2020-ci il tarixində Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalıb. Şəhid olması xəbərini ailəsi 4 noyabr tarixində alıb. Şəhidimiz 5 noyabr 2020-ci il tarixində Quba rayonunda Şəhidlər Xiyabanında torpağa tapşırılıb.[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydəmir Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]