Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Faina Kunqurova
Faina Kunqurova (doğum adı: Fəridə Mehman qızı Tağıyeva; 18 oktyabr 1974 – 18 noyabr 2007) — azərbaycanlı siyasi fəal. Faina Kunqurova siyasi fəaliyyəti səbəbindən 2002-ci və 2007-ci illərdə həbs olunub, siyasi məhbus həyatı yaşayıb. 18 noyabr 2007-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən birinci qadın olub. == Erkən illəri == Faina Kunqurova 10 fevral 1974-cü ildə Bakı şəhərində anadan olub. Atası Mehman Tağıyev azərbaycanlı, anası Larisa Anatolevna Kunqurova isə rus-yəhudi idi. Faina Kunqurova 1980–1990-cı illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli və bir qız anası idi. == Siyasi fəaliyyəti == === 2002-ci ildəki həbsi === 2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açıldı. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub.
Faina Ranevskaya
Faina Ranevskaya (Фаина Георгиевна Раневская) (15 (27) avqust 1896, Taqanroq, Don Voysko vilayəti[d] – 19 iyul 1984, Moskva) —Sovet teatr və kinosunun görkəmli aktrisası. "XX əsrin ən böyük rus aktrisalarından biri" və "ikinci planın kraliçası" == Həyatı == Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman Qirşi quru boya istehsal edən fabrikin, tikinti materialları mağazası və "Saint Nicholas" gəmisinin sahibi idi. Anası Feldman Milka isə evdar qadın olub. Onların ailəsində Fainadan başqa iki qardaş və Fainadan yaşca böyük İzabella adlı bacısı vardı. Fainanın 5 yaşı olanda onun balaca qardaşı dünyasını dəyişir. Faina öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq o, zəngin tacir ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçilən musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı. 1913-cü ildə Faina il dəfə Moskva Bədii Teatrının səhnəsində Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış tamaşaya baxır. Həmin tamaşadan sonra o, tetar vurğununa çevrilir.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Fauna
Fauna (mifologiya) — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi. Fauna (zoologiya) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Afina (mifologiya)
Afina (yun. Ἀθηνᾶ), Afina Pallada (yun. Παλλὰς Ἀθηνᾶ) - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi. == Yunanıstanın Paytaxtı == Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər. Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Afina (şəhər)
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Afina Akropolu
Afina Akropolu Afina Akropolu — Afina şəhərindəki akropoldur, maili zirvəsi (uzunluğu təxminən 300 m və eni 170 m) olan 156 metrlik qayalıq təpədir. Bu, padşahın olduğu əsas yer idi. İçərisində yunan tanrılarına dualar edilən və qurbanlar kəsilən çoxlu məbədlər də var idi. Günümüzdə Akropol memarlıq sənətinin görkəmli abidəsidir. Təpənin hələ eramızdan əvvəl IV minillikdə məskunlaşdığına dair sübutlar olsa da, Parfenon, Propilei, Erexteyon və Nike Apteros məbədi də daxil olmaqla, burada ən mühüm tikililər eramızdan əvvəl 5-ci əsrdə Periklin təşəbbüsü ilə inşa edilmişdir. 1687-ci ildə Türkiyə-Venesiya müharibəsində (1684-1699) Venesiya mühasirəsi zamanı Parfenonda saxlanılan barıtın top gülləsinə tuş gələrək partlaması nəticəsində Parfenon və digər tikililərə ciddi ziyan dəymişdir. == Tarixi == Afinanın kənarında ucalan, 300 m-in 130 m-ə olan qayalı bir zirvədə ilk istehkamlar klassik dövrün başlamasından çox əvvəl meydana çıxmışdır. Artıq arxaik dövrdə burada əzəmətli məbədlər, heykəllər, müxtəlif dini obyektlər yerləşirdi. Əfsanəyə görə Afinanın ilk kralı və Akropolun qurucusu olan Kekropsun şərəfinə Akropol həm də "Kekropiya" (Cecropia) və ya "Kekrops" (Kekrops) adlanır. Mikena dövründə (e.ə.
Afina Universiteti
Kapodistrii adına Afina Milli Universiteti (yun. Εθνικό και Καποδιστριακό Πανεπιστήμιο Αθηνών), sadəcə Afina Universiteti — Yunanıstanın ən qədim universitetlərindən biri, əsası 1837-ci ildə qoyulub.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Afina xartiyası
Afina xartiyası (fr. Charte d'Athènes) — Le Korbuzye tərəfindən tərtib olunmuş və 1933-cü ildə Afinada keçirilən CİAM-ın növbəti konqressində qəbul olunmuş şəhərsalma manifesti. Sənədin mətni daha əvvəllər dünyanın 33 böyük şəhərində aparılmış planlaşdırma və tikinti işlərində əldə edilən təcrübənin nəticələrinə əsasən öyrənilərək yaradılmışdır. Bunun nəticəsi meqapolislərin fəaliyyətlərinin dəyişdiyi tarixi şəraitdə şəhərsalmanın prinsip və məqsədlərinə əsaslı şəkildə diqqətin yönəlməsinə səbəb olmuşdur. Afina xartiyasının 111 bəndindən aşağıdakı ikisi daha vacibdir: "azad yerləşmiş məkanda çoxmənzilli blok"- bu yaşayış evinin məqsədəuyğun yeganə tipidir; şəhər ərazisi aşağıdakı funkional zonalara bölünməlidir: yaşayış massivləri; sənaye (işçi) ərazisi; istirahət zonası; nəqliyyat infrastrukturası.
Afina şəhəri
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Fainu adası
Fainu adası (mald. އިހަވަންދޫ) — yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Raa atoluna daxildir. Maldiv arxipelaqında, ölkənin paytaxtı Male şəhərindən 151 km şimalda yerləşir. Ada 1325 km uzunluğa, 500 metr enə malikdir. Adanın sahəsi — 60,7 ha-dır. 2006-cı il məlumatına əsasən Fainuda 251 nəfər yaşayır: 120 kişi və 131 qadın. Əhalinin yaş strukturu: 125 nəfər — 18 yaşından aşağı; 23 nəfər — 19–25 yaş arası; 89 nəfər — 26–64 yaş arası və 14 nəfər — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 95,7 %. Adada ümumilikdə 45 ev təsərrüfatı vardır ki, hər təsərrüfata 5,6 nəfər düşür. Burada iki məktəb fəaliyyət göstərir.
Fauna (mifologiya)
Fauna — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi.
Fauna (zoologiya)
Fauna (lat. Fauna — meşə və çöl ilahəsi, heyvanların himayədarı) — müəyyən ərazi, rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının kompleksi də fauna adlanır. Bu və ya digər rayonun faunası müxtəlif heyvan qruplarından (faunistik kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik kompleksləri olur. fauna termini müxtəlif istematik kateqoriyadan olan heyvanlara müəyyən ərazidə (quşların faunası, böcəklərin faunası) aid edilə bilər. Yerin çoxəsrlik tarixində bir çox faunalar biri digərini əvəz etmişdir. Bu, bir tərəfdən yeni növlərin yayılmasına, digər tərəfdənsə sayın azalmasına və əvvəllər dominant olmuş bir sıra növlərin məhvinə səbəb olmuşdur. Fauna termini həm müxtəlif sistematik qruplara aid heyvanlara, həm həyat tərzi və yaşayış şəraitinin oxşar olmasına görə birləşdirilmiş heyvan qruplarına, həm də insan üçün əhəmiyyəti olan heyvanlara aid edilir. == Fauna analizi == Fauna analizi – hər hansı əraziyə və ya müəyyən biosenozun tərkibinə daxil olan heyvanların tam növ tərkibi.
Naina İbrahimova
Naina Ağəli qızı İbrahimova — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2010). Naina İbrahimova 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində ali təhsil almışdır. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. 20 dekabr 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Teatrda işlədiyi müddətdə bir neçə rollar oynamışdır. Onların arasında: Nisə xanım (M.F.Axundov "Lənkəran xanlığın vəziri"), Züleyxa (Elçin "Poçt şöbəsində möcüzələr"), Katya Volkova (A.Qalin "Konkurs"), Marion Dübua (M.İbrahimbəyov "Neft bumu"), Şirin (S.Vurğun "Fərhad və Şirin") kimi rolları qeyd etmək olar. N.İbrahimova bir çox kliplərdə çəkilib, fotomodel kimi tanınır. Aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır. 2013-cü ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Bu cütlüyün 2015-ci ilin fevralın 23-də oğul övladı olub.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Afina hersoqluğu
Afina hersoqluğu (Greek: Δουκᾶτον Ἀθηνῶν, Doukaton Athinon; Catalan: Ducat d'Atenes) — indiki Yunanıstan ərazisində yaradılmış səlibçi dövlət. 1202–1204-cü illərdə baş tutan Dördüncü Səlib yürüşünün bitməsindən bir il sonra, frankokratiya dövründə yaranmışdır. Yarandığı andan Fessaloniki krallığının vassalı sayılırdı və 1224-cü ildə süqut etdikdən sonra Afina hersoqu cənub qonşusu Axeya knyazlığının üstünlüyünü tanımışdı. Afina bu dövrdə Konstantinopol patriarxatının tərkibindəki bir metropolit arxeparxlığının iqamətgahı idi. Bununla belə, taxt Bizans imperiyasında iyirmi səkkizinci yeri tutduğu üçün əhəmiyyət kəsb etmirdi. 1261-ci ildə VIII Mixail Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmiş, bu iki dövlət Bizans torpaqlarında səlibçilərin yeganə dövləti olaraq qalmışdır. 1318-ci ildə Kataloniya şirkəti ölkəni ələ keçirmiş və daha sonra hersoqluq Araqon taxt-tacının, Venesiya və Moreya despotluğunun vassalı olmuşdur. 1456-cı ildə Afina Osmanlı imperiyasının hakimiyyətini tanımış, iki ildən sonra həmin dövlət Afina hersoqluğunun qalan torpaqlarını öz mülklərinə birləşdirmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Setton, Kenneth M. Catalan Domination of Athens 1311–1380 (Revised). London: Variorum.
Martes foina
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Daina Skadmane
Daina Skadmane (latış. Daina Skadmane‎; 19 mart 1990, Riqa – 21 noyabr 2013, Riqa) — Latviya rəssamı. Riqa şəhərinin Zolitude rayonunda Maxima supermarketinin çökməsi zamanı atası Yanis Skadmanis ilə birlikdə faciəvi şəkildə həlak olub. == Həyatı == Daina Skadmane 1990-cı il martın 19-da Riqa şəhərində Zinta və Yanis Skadmanislərin ailəsində anadan olub. Ondan başqa ailədə daha dörd uşaq var idi: Anda (əkiz bacı), Ruta, Maya və qardaşı Markis-Lioris. Dainanın nənəsi Mirdza Skadmane peşəkar toxucu, nənəsi İnta Burka peşəkar dəri rəssamı, babası Konrads Burka isə rəssam, zərgər və bədii zərgərlik ustası olub. Daina Skadmane Skandinaviya Gimnaziyasının, Yanis Rozentals adına Kiçik İncəsənət Məktəbinin və Riqa Sənətkarlıq Orta Məktəbinin şagirdi olub. 2012-ci ildən Skadmane Latviya Rəssamlıq Akademiyasının 2-ci kursunda ətraf mühit sənətini öyrənməyə başlayıb. 2011-ci ildə sertifikatını aldığı London Beynəlxalq Təhsil Cəmiyyətində əlavə təhsil alıb. Daina hələ Latviya Rəssamlıq Akademiyasının tələbəsi olarkən əsərləri dünyanın müxtəlif yerlərində sərgilərə göndərilirdi.
AEK Afina FK
AEK (Afina) FK — Yunanıstanın futbol klubu. == Tarixi == 13 aprel 1924-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 37 dəfə Avropa kuboklarında iştirak edib.
Afina Olimpiya Stadionu
Afina Olimpiya Stadionu — Yunanıstanın Afina şəhərində yeləşən idman stadionu. Afina Olimpiya İdman Kompleksinin bir hissəsidir və 1896-cı ildə ilk müasir Olimpiya marafonu qızıl medalçısı Spiridon Luisin adını daşıyır. Stadion Yunanıstanın ən böyük iki idman klubuna - Panatinaykos FK və AEK Afina FK-na ev sahibliyi edir. Arena 2004 Yay Olimpiya Oyunlarında əsas stadion kimi xidmət etmişdir. == Tarix == Afinanın Marousi bölgəsində yerləşən stadion əvvəlcə 1980-ci ildə dizayn edilmiş və 1980–1982-ci illərdə inşa edilmişdir. 1982 Atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün vaxtında tamamlandı. 8 sentyabr 1982-ci ildə Yunanıstan Prezidenti Konstantinos Karamanlis tərəfindən açılışı oldu. Bir il sonra, 1983-cü ildə, Afina Olimpiya Stadionunda Hamburger FK və Yuventus FK arasında (1-0) 1983 Avropa Kuboku Finalına ev sahibliyi etdi. 1987-ci ildə stadionda Ayaks AFK la Lokomotiv Leypsiq FK arasında 1986–1987 Avropa Kuboklar Kuboku finalı keçirildi (1-0). Olimpiya stadionu UEFA kateqoriyalı dörd stadiondur və Yunanıstanın ən böyük stadionudur.
Afina dəniz ittifaqı
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Afina Politexnik üsyanı
Afina Politexnik üsyanı 1973-cü ilin noyabrında 1967–1974-cü illərdə Yunan hərbi xuntasına qarşı kütləvi tələbə nümayişi olaraq baş verdi. 1973-cü il noyabrın 14-də başlamış, açıq anti-xunta üsyanına çevrilmiş və Afina Politexnik Məktəbinin darvazalarından tankın keçməsi ilə başlayan silsilə hadisələrdən sonra noyabrın 17-də səhər tezdən qan tökülməsi ilə başa çatmışdır. == Fon == Yunan xuntasına qarşı ilk kütləvi ictimai aksiya 1973-cü il fevralın 21-də hüquq fakültəsinin tələbələri tətil edərək Afina şəhərinin mərkəzindəki Afina Universitetinin Hüquq Məktəbi binalarının içərisində barrikada quraraq məcburi hərbi xidmətə çağıran qanunun ləğvini tələb edən tələbələrdən gəldi. Gənclər arasında diktaturaya qarşı tələbə hərəkatı güclənirdi və polis bu təhlükəyə qarşı çıxmaq üçün onlara qarşı qəddar üsullardan və işgəncələrdən istifadə edirdi. == Noyabr hadisələri == 1973-cü il noyabrın 14-də Afina Politexnik Məktəbinin (Politexnik) tələbələri hərbi xuntaya (polkovnik rejimi) qarşı tətil və etiraz aksiyasına başladılar. Səlahiyyətlilər müdaxilə etmədikcə, tələbələr özlərini "Azad mühasirəyə alınmışlar" adlandırdılar (yunanca: Ελεύθεροι Πολιορκημένοι, yunan şairi Dionysios Solomosun Missolonginin Osmanlı mühasirəsindən ilhamlanan şeirinə istinad). Onların əsas şüarları belə idi: Bir birlik kortəbii olaraq formalaşdı və Politexniki tutmaq qərarına gəldi. İki əsas tələbə partiyası, marksist sovetyönlü A-AFEE və Riqas hərəkatı dəstəkləmədilər. İşğalın Koordinasiya Komissiyası (CCO) yaradıldı, lakin üsyana nəzarət zəif idi. Polis çöldə toplaşsa da, binaya girə bilmədi.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Fabian
Fabian (lat. Fabianus; 200, Roma – 20 yanvar 250, Roma) — Roma Papası (236–250), Fabian əslən zadəgan bir Romalı idi və atasının adı Fabius idi. Keçmişi haqqında başqa bir məlumat bilinmir. Fabian yekdilliklə Roma yeni yepiskopu elan edilmişdir. == Həyatı == Anteranın qısa hakimiyyətindən sonra Fabian yeni bir papa seçilməsi üçün kənddən Romaya gəldi. Fabianın seçilmәsi ilә Roma katolik kilsәsi tarixindә papa vә antipapaların әdavәti nәticәsindә baş vermiş ilk parçalanma tamamilә aradan götürülmüşdür. Fabian görkəmli və nəcib kilsə xadimi hesab edilirdi. Fabianın 14 illik hakimiyyəti dövründə xristianların təqibində sakitlik baş verdi. Fabian Romadakı xristian qәbiristanlıqlarında bәrpa işlәrinә başçılıq etmişdir. Filipp Ərәbin hakimiyyәti dövründә papa Pontian Romalının vә İppolit Romalının cәsәdlәrinin qalıqlarının Sardiniyadan Romaya köçürülmәsinә nail olmuşdur.
Fairy
Fairy - Procter & Gamble şirkətinə daxil olan, 1950-ci ildə yaradılmış qabların yuyulması üçün maye markası. 1950-ci illərdə Fairy yalnız Böyük Britaniyada satılırdı. Fairy-nin ənənəvi rəngi hər zaman yaşıl olmuşdur. Marka yeni bazara çıxarıldığı dövrlərdə Artıq sizin əlləriniz özünü, bu gün siz qab yuyarkən üzünüzü hiss etdiyiniz kimi rahat hiss edəcək. devizi altında nümayiş etdirilmişdir. Satıldığı bölgələrə görə markanın adında müxtəlif fərqliliklər yaransada bu gün marka məhz Fairy ilə məşhurluq qazanmışdır. Procter & Gamble laboratoriyalarında inkişaf etdirilən Fairy bu gün qoxu kombinatsiyası və qırmızı başlıqlı PET plastik bağlaması ilə daha müasir bir görkəm almışdır. Fairy Böyük Britaniya əldə etdiyi məşhurluq nəticəsində bu ölkədə qabyuyan maye əfsanəsinin əsasını təşkil edir. Belə ki, bir çox sahələrin adları çəkiləndə ağıla yalnız bir markanın gəldiyi kimi qabyuyan maye sahəsindədə bu üstünlük Fairy markasına məxsusudur. Böyük Britaniyadan kənarda marka Dreft yuyucu tozlarının tərkib hissəsində satılır.
Alina
Alina — qadın adı. Alina Zahitova — rusiyalı fiqurçu. Alina Şapoçnikov — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi. Alina Trepina — Azərbaycanı təmsil edən bədii gimnast. Alina Tumiloviç — Belarusu təmsil edən bədii gimnast. Alina Makarenko — Rusiyanı təmsil edən bədii gimnast. Alina Gözəlova — Azərbaycanı təsmil edən bədii gimnast. Alina Abdullayeva — Azərbaycan rejissoru. Alina Puqaç — İsraili təmsil edən qadın badmintonçu. Alina Kabayeva — Rusiyanın əməkdar idman ustası Alina Orlova — Litvalı müğənni.
Deina
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.