AFƏRİN
AFİYYƏTDİN
OBASTAN VİKİ
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Afina (mifologiya)
Afina (yun. Ἀθηνᾶ), Afina Pallada (yun. Παλλὰς Ἀθηνᾶ) - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi. Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər. Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Afina (şəhər)
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Afina Akropolu
Afina Akropolu Afina Akropolu — Afina şəhərindəki akropoldur, maili zirvəsi (uzunluğu təxminən 300 m və eni 170 m) olan 156 metrlik qayalıq təpədir. Bu, padşahın olduğu əsas yer idi. İçərisində yunan tanrılarına dualar edilən və qurbanlar kəsilən çoxlu məbədlər də var idi. Günümüzdə Akropol memarlıq sənətinin görkəmli abidəsidir. Təpənin hələ eramızdan əvvəl IV minillikdə məskunlaşdığına dair sübutlar olsa da, Parfenon, Propilei, Erexteyon və Nike Apteros məbədi də daxil olmaqla, burada ən mühüm tikililər eramızdan əvvəl 5-ci əsrdə Periklin təşəbbüsü ilə inşa edilmişdir. 1687-ci ildə Türkiyə-Venesiya müharibəsində (1684-1699) Venesiya mühasirəsi zamanı Parfenonda saxlanılan barıtın top gülləsinə tuş gələrək partlaması nəticəsində Parfenon və digər tikililərə ciddi ziyan dəymişdir. Afinanın kənarında ucalan, 300 m-in 130 m-ə olan qayalı bir zirvədə ilk istehkamlar klassik dövrün başlamasından çox əvvəl meydana çıxmışdır. Artıq arxaik dövrdə burada əzəmətli məbədlər, heykəllər, müxtəlif dini obyektlər yerləşirdi. Əfsanəyə görə Afinanın ilk kralı və Akropolun qurucusu olan Kekropsun şərəfinə Akropol həm də "Kekropiya" (Cecropia) və ya "Kekrops" (Kekrops) adlanır. Mikena dövründə (e.ə.
Afina Universiteti
Kapodistrii adına Afina Milli Universiteti (yun. Εθνικό και Καποδιστριακό Πανεπιστήμιο Αθηνών), sadəcə Afina Universiteti — Yunanıstanın ən qədim universitetlərindən biri, əsası 1837-ci ildə qoyulub.
Afina arxesi
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Afina xartiyası
Afina xartiyası (fr. Charte d'Athènes) — Le Korbuzye tərəfindən tərtib olunmuş və 1933-cü ildə Afinada keçirilən CİAM-ın növbəti konqressində qəbul olunmuş şəhərsalma manifesti. Sənədin mətni daha əvvəllər dünyanın 33 böyük şəhərində aparılmış planlaşdırma və tikinti işlərində əldə edilən təcrübənin nəticələrinə əsasən öyrənilərək yaradılmışdır. Bunun nəticəsi meqapolislərin fəaliyyətlərinin dəyişdiyi tarixi şəraitdə şəhərsalmanın prinsip və məqsədlərinə əsaslı şəkildə diqqətin yönəlməsinə səbəb olmuşdur. Afina xartiyasının 111 bəndindən aşağıdakı ikisi daha vacibdir: "azad yerləşmiş məkanda çoxmənzilli blok"- bu yaşayış evinin məqsədəuyğun yeganə tipidir; şəhər ərazisi aşağıdakı funkional zonalara bölünməlidir: yaşayış massivləri; sənaye (işçi) ərazisi; istirahət zonası; nəqliyyat infrastrukturası.
Afina şəhəri
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Afina hersoqluğu
Afina hersoqluğu (Greek: Δουκᾶτον Ἀθηνῶν, Doukaton Athinon; Catalan: Ducat d'Atenes) — indiki Yunanıstan ərazisində yaradılmış səlibçi dövlət. 1202–1204-cü illərdə baş tutan Dördüncü Səlib yürüşünün bitməsindən bir il sonra, frankokratiya dövründə yaranmışdır. Yarandığı andan Fessaloniki krallığının vassalı sayılırdı və 1224-cü ildə süqut etdikdən sonra Afina hersoqu cənub qonşusu Axeya knyazlığının üstünlüyünü tanımışdı. Afina bu dövrdə Konstantinopol patriarxatının tərkibindəki bir metropolit arxeparxlığının iqamətgahı idi. Bununla belə, taxt Bizans imperiyasında iyirmi səkkizinci yeri tutduğu üçün əhəmiyyət kəsb etmirdi. 1261-ci ildə VIII Mixail Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmiş, bu iki dövlət Bizans torpaqlarında səlibçilərin yeganə dövləti olaraq qalmışdır. 1318-ci ildə Kataloniya şirkəti ölkəni ələ keçirmiş və daha sonra hersoqluq Araqon taxt-tacının, Venesiya və Moreya despotluğunun vassalı olmuşdur. 1456-cı ildə Afina Osmanlı imperiyasının hakimiyyətini tanımış, iki ildən sonra həmin dövlət Afina hersoqluğunun qalan torpaqlarını öz mülklərinə birləşdirmişdir. Setton, Kenneth M. Catalan Domination of Athens 1311–1380 (Revised). London: Variorum.
AEK Afina FK
AEK (Afina) FK — Yunanıstanın futbol klubu. 13 aprel 1924-cü ildə yaranmışdır. 37 dəfə Avropa kuboklarında iştirak edib.
Afina Olimpiya Stadionu
Afina Olimpiya Stadionu — Yunanıstanın Afina şəhərində yeləşən idman stadionu. Afina Olimpiya İdman Kompleksinin bir hissəsidir və 1896-cı ildə ilk müasir Olimpiya marafonu qızıl medalçısı Spiridon Luisin adını daşıyır. Stadion Yunanıstanın ən böyük iki idman klubuna - Panatinaykos FK və AEK Afina FK-na ev sahibliyi edir. Arena 2004 Yay Olimpiya Oyunlarında əsas stadion kimi xidmət etmişdir. Afinanın Marousi bölgəsində yerləşən stadion əvvəlcə 1980-ci ildə dizayn edilmiş və 1980–1982-ci illərdə inşa edilmişdir. 1982 Atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün vaxtında tamamlandı. 8 sentyabr 1982-ci ildə Yunanıstan Prezidenti Konstantinos Karamanlis tərəfindən açılışı oldu. Bir il sonra, 1983-cü ildə, Afina Olimpiya Stadionunda Hamburger FK və Yuventus FK arasında (1-0) 1983 Avropa Kuboku Finalına ev sahibliyi etdi. 1987-ci ildə stadionda Ayaks AFK la Lokomotiv Leypsiq FK arasında 1986–1987 Avropa Kuboklar Kuboku finalı keçirildi (1-0). Olimpiya stadionu UEFA kateqoriyalı dörd stadiondur və Yunanıstanın ən böyük stadionudur.
Afina dəniz ittifaqı
Afina dəniz ittifaqı və ya Afina arxesi - Afinanın başçılığı altında qədim yunan şəhər-dövlətlərinin Delos ittifaqı əsasında e.ə. V əsrin 70-ci illərində yaranmış birlik. Yunan-İran müharibələri dövründə formal olaraq müstəqil və bərabərhüquqlu şəhər-dövlətlərin Əhəmənilər dövləti əleyhinə yaranmış birliyi idi. Yunanıstanda ən böyük və döyüş qabiliyyətli donanmaya malik olan Afina e.ə. 478-ci ildə ittifaqda rəhbərliyi ələ keçirdi. Afina strateqləri birgə hərbi əməliyyatlara, ittifaqın təşkilatçılıq və maliyyə funksiyalarına rəhbərliyi də öz əllərində cəmləşdirdilər. Sonralar afinalılar müttəfiq şəhərlərin daxili işlərinə qarışmağa başladılar. E.ə. 454-cü ildə ittifaqın xəzinəsi Delos adasından Afinaya köçürüldü. Ayrı-ayrı müttəfiqlərin Afinanın qəyyumluğundan xilas olmaq cəhdlərinin qarşısı yubadılmadan alınırdı.
Afina məktəbi (Rafael)
Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol sarayında yaratdığı əsər. "Afina məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir. Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa II Yuli (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir . "Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir . "Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır . Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.
Afina vəba epidemiyası
Afina vəba epidemiyası — Qədim Yunanıstanda şəhər-dövlət olan Afinada, Peloponnes müharibəsinin ikinci ili olan e.ə. 430-cu ildə baş vermiş epidemiyadır. Təxmin etmək olar ki, epidemiya şəhərə şəhər limanı Pireydən daxil olmuşdur. Epidemiya şəhərdə e.ə. 429 və e.ə. 427-ci ilin qışında da tüğyan etmişdir. Müharibə Spartanın müttəfiqi olan fivalıların Beotiyada yerləşsə də, Afinanın hökmranlığı altında olan kiçik Plateya şəhərinə hücum etməsilə başladı. Plateyalıların afinalılardan kömək alması ilə, fivalılar şəhəri dərhal ələ keçirə bilmədi və mühasirə taktikası ilə kifayətlənmək məcburiyyətində qaldı. E.ə. 431-ci ilin mayında altı minlik Peleponnes ordusu Attikaya daxil oldu və Afinanın ətrafını viran etdi.
Birinci Afina qəbiristanlığı
Birinci Afina qəbiristanlığı (yun. Πρώτο Νεκροταφείο Αθηνών) — Afinanın mərkəzi hissəsindəki memorial nekropol. Qəbiristanlıq Afinanın mərkəzi hissəsində, qədim kompleks Olimpeyon və Panatinaikos arxasında, Anapafseos küçəsinin sonunda (Pokoya küçəsi) yerləşir. İlk qəbiristanlıq 1837-ci ildə açılmış və çox keçmədən məşhur yunan vətəndaşlarının dəfn yeri oldu. Qəbiristanlıqda ikisi pravoslav, biri katolik olmaqla üç kilsə var. Protestantlar və yəhudilərin dəfn edilməsi üçün ayrıca sahələr var.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Afina Politexnik üsyanı
Afina Politexnik üsyanı 1973-cü ilin noyabrında 1967–1974-cü illərdə Yunan hərbi xuntasına qarşı kütləvi tələbə nümayişi olaraq baş verdi. 1973-cü il noyabrın 14-də başlamış, açıq anti-xunta üsyanına çevrilmiş və Afina Politexnik Məktəbinin darvazalarından tankın keçməsi ilə başlayan silsilə hadisələrdən sonra noyabrın 17-də səhər tezdən qan tökülməsi ilə başa çatmışdır. Yunan xuntasına qarşı ilk kütləvi ictimai aksiya 1973-cü il fevralın 21-də hüquq fakültəsinin tələbələri tətil edərək Afina şəhərinin mərkəzindəki Afina Universitetinin Hüquq Məktəbi binalarının içərisində barrikada quraraq məcburi hərbi xidmətə çağıran qanunun ləğvini tələb edən tələbələrdən gəldi. Gənclər arasında diktaturaya qarşı tələbə hərəkatı güclənirdi və polis bu təhlükəyə qarşı çıxmaq üçün onlara qarşı qəddar üsullardan və işgəncələrdən istifadə edirdi. 1973-cü il noyabrın 14-də Afina Politexnik Məktəbinin (Politexnik) tələbələri hərbi xuntaya (polkovnik rejimi) qarşı tətil və etiraz aksiyasına başladılar. Səlahiyyətlilər müdaxilə etmədikcə, tələbələr özlərini "Azad mühasirəyə alınmışlar" adlandırdılar (yunanca: Ελεύθεροι Πολιορκημένοι, yunan şairi Dionysios Solomosun Missolonginin Osmanlı mühasirəsindən ilhamlanan şeirinə istinad). Onların əsas şüarları belə idi: Bir birlik kortəbii olaraq formalaşdı və Politexniki tutmaq qərarına gəldi. İki əsas tələbə partiyası, marksist sovetyönlü A-AFEE və Riqas hərəkatı dəstəkləmədilər. İşğalın Koordinasiya Komissiyası (CCO) yaradıldı, lakin üsyana nəzarət zəif idi. Polis çöldə toplaşsa da, binaya girə bilmədi.
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Plutarx (Afinalı)
Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina, Axeya – 430-cu illər, Afina, Axeya) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı. Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır. Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir. Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür.
Afinalı Filostrat
Lusi Flavi Filostrat (q.yun. Φλάβιος Φιλόστρατος, Flavios Filostratos), həmçinin Afinalı Filostrat (təq. 170[…] – 250-ci illər və ya 245, Afina, Axeya) — qədim yazıçı, ikinci sofistika nümayəndəsi. O, uzun müddət Afinada oxumuş və yaşamışdır, lakin sonradan imperatriça Yuliya Domnanın tərəfdaşları dairəsinə daxil edilmişdir. Filostrat onun məhkəmə natiqi olmuş və Romaya köçmüşdür. Burada ona Appoloni haqqında ətraflı bir əsər yazılması tapşırılmışdır. Лосев А. Ф. История античной эстетики. Ранний эллинизм. — М.: Искусство. 1979.
Afinalı Apollodor
Afinalı Apollodor — (yun. Απολλόδωρος ο Αθηναίος, təq. e.ə. 180, Qədim Afina – ən tezi e.ə. 120 və ən geci e.ə. 110, Qədim Afina) O bu aralıqda yaşamış yunan alimi, tarixçisi və qrammatikidir. Atası Asklepiaddır. Müasir Dionysius Thrax ilə yanaşı, o, Babilli Diogenin, Stoik Panaetiusun və dilçi Samotrakiyalı Aristarxın tələbəsi idi. O, İsgəndəriyyəni tərk etdi (bəlkə də qaçdı), ehtimal ki, təxminən eramızdan əvvəl 146-cı ildə Perqama getdi və nəhayət Afinada məskunlaşdı.

Значение слова в других словарях