Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Göstər özünü
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Özünü Tanıt
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüsserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesidir; aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. == Konsepsiyanın dəyişkənliyi == "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. === Psixoanalizdə === Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. === Ədəbiyyat və fəlsəfədə === Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Özünü qiymətləndirmə
Özünü qiymətləndirmə — bir insanın özünü subyektiv qiymətləndirməsi — hərəkətini, keyfiyyətini, hisslərini və ləyaqətini. == Növləri == Özünü qiymətləndirmə altı növdən ibarət ola bilər: Bir insanın özünü necə görməsindən qaynaqlanan mənlik obrazı. Başqalarının insana necə baxmasından qaynaqlanan mənlik obrazı. İnsanın özünü necə qəbul etməsi nəticəsində yaranan mənlik obrazı. Bir insanın başqalarının onu necə gördüyünü necə qəbul etməsi nəticəsində yaranan mənlik. Şəxsin özünü necə gördüyünü başqalarının necə qəbul etməsindən yaranan mənlik obrazı. Başqalarının bir insanı necə qəbul etməsindən yaranan mənlik görüntüsü. == Strukturu == Özünü qiymətləndirmə prosesi 2 hissədən ibarətdir: koqnitiv və sosial. Sosial və koqnitiv psixoloqlar tərəfindən tez-tez istifadə olunan özünü təsvir üçün daha texniki bir termin öz-özünə sxemdir. Hər hansı bir sxem kimi, öz-özünə sxemlər də məlumat saxlayır və düşüncəmizə və yadda saxlamağımıza təsir göstərir.
Özünü tənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Göstər özünü (teleserial)
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Özünü Tanıt (veriliş, 2005)
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüsserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü Tanıt (veriliş, 2015)
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüsserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü qoru (film, 1954)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insanın hər cür xəstəlikdən özünü qoruması yolları haqqında danışılır.
Könlücə
Könüllü
Könüllü (Volunteer) – birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adamdır. Bu iştirak birdəfəlik və ya müntəzəm ola bilər.
Özünü onun yerinə qoy (film, 1983)
== Məzmun == Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. == Festivallar və mükafatlar == 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Könüllü (dəqiqləşdirmə)
Könüllü (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Könüllü — Azərbaycanın Şəmkir rayonunda kənd. Könüllü — birliyin qeyri-kommersiya və ya ictimai maraqları inkişaf etdirən digər fəaliyyətində asudə vaxtında ödənişsiz iştirak edən adam və ya adamlar. Könüllü fəaliyyət — yalnız biznеs və dövlət sеktоrunu dеyil, üçüncü sеktоru əhatə еdən fəaliyyət. Könüllü ordu — Könüllü döyüşən şəxslər.
Könüllü (Şəmkir)
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır. == Tarixi == 1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb. Kənd 2 hissədən ibarətdir: Könüllü və Seyidlər. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Kənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir.
Könüllü fəaliyyət
Könüllü fəaliyyət — qanunvericiliklə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. == Könüllü == Öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. == İstiqamətləri == əlilliyi olan şəxslərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi; insanpərvərliyin və dözümlülüyün təbliği; istehlakçıların hüquqlarının qorunması; hüquqi və mədəni maarifləndirmə; uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı; idmanın inkişafı; xəstəliklər və epidemiyalar barədə məlumatlandırma; sağlam həyat tərzinin təbliği; ətraf mühitin mühafizəsi; tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması; silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi; cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi; qanunvericiliyin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri. == İştirakçıları == Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər qanunvericiliyə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.
Könüllü hesablamalar
Könüllü hesablamalar (ing. Volunteer computing) – təqdim olunmuş könüllü hesablama resursları əsasında paylanmış hesablamalardır. Belə hesablama sistemləri qrid bazasında yaradılır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s. == Xarici keçidlər == Volunteer computing What is volunteer computing?
Könüllü ordu
Könüllü ordu (rus. Добровольческая армия) Rusiya vətəndaş müharibəsi əsnasında 1917-ci ilin noyabrında Antantanın yardımı ilə general M.V.Alekseyev tərəfində, keçmiş çar ordusu zabitləri, yunkerləri, kazaklarından təşkil olunmağa başlanıb. 27 dekabr 1917-ci ildə (9 yanvar 1918-ci il) Rostov-na-Donu şəhərində rəsmi olaraq, M.V.Alekseyevın ali rəhbərliyi, L.Q.Kornilovun baş komandanlığı və A.S.Lukomskoyun qərargah rəyasəti olmaqla Könüllü ordunun yaradılması barədə elan olundu. 1-ci Könüllü diviziyanın rəisi Anton Denikin idi. Fərqləndirici işarə kimi — şinelin və kitelin sol qolunda üçrəngli şevron (Rusiya Respublikasının bayrağı). Könüllü ordu (təxminən 4 min süngü və qılınc) A.M.Kaledinin ağ-qvardiyaçı kazakları ilə birlikdə bolşeviklərə qarşı vuruşurdular. Kaledinin süqutundan sonra Könüllü ordu 1918-ci ilin fevralında Rostovu tərk edir və bolşeviklərə qarşı orada plasdarm yaratmaq məqsədi ilə Kubana çəkilir (Buz yürüşü). Lakin 6 minlik Könüllü ordunun 9-13 apreldə Yekaterinodarı tutmaq cəhdi boşa çıxır. Bu döyüşlərdə həlak olan Kornilovun əvəzinə orduya Denikin komandanlıq etməyə başlayır. Dona qayıdan Könüllü ordu burada almanların dəstəklədikləri ataman P.N.Krasnovdan silahla və sursatla kömək alır.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
İkirəng könlücə
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. == Məzmun == Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г. Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.
Abşeron qoyunu
Abşeron qoyunu — zooloji klassifikasiyasına görə uzun yağlı quyruq qurupa, təsərrüfat klassifikasiyasına görə yağlı quyruq, ətlik-yunluq-südlük, Qafqaz qrupuna mənsub, yarımqaba yunlu məhsuldar qoyun cinslərindən biri. Bu qoyunlar iri gövdəli, tez yetişən, yüksək keyfiyyətli ət, süd, yun verməsi, ekstremal iqlim şəraitinə dözümlü tez törəyib artan, il boyu təbiiotlaqlardan maksimum səmərəli istifadə edən, bu şəraitdəyüksək məhsul vermək imkanına malikdir. Otlaqda və bordaqda intensiv kökəlir.Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfov tərəfindən hazırlanmış materiallar əsasında aborigen cinslərin seleksiyasından özündə əcdadlarının – Qala qoyununun ən yüksək keyfiyyətlərini cəmləşdirmiş yeni yarım-qaba yunlu Abşeron qoyun cinsi yaradılmışdır. Abşeron cinsinin müxtəlif şəraitlərə adaptasiyası geniş olaraq sınaqlardan keçirilmiş, elmi şəkildə tədqiq edilərək onun yüksək rəqabət qabiliyyətliyi təsdiq edilmişdir. Abşeron qoyunu 29 iyun 2007-ci ildə Azərbaycan Damazlıq (Azərdamazlıq) şurasında cins kimi təsdiq edilmişdir. Abşeron qoyununun uzun yarımqaba yuna malik olması Azərbaycanda xalçaçılığın yüksək keyfiyyətli xammalla təmin olunması baxımından çox əhəmiyyətlidir. == Cinsin xarakteristikası == Cinsin istiqaməti – ətlik-yunluq-südlük Yunun növü – yarımqaba Yunun rəngi – açıq boz, ağımtıl Yunun təbii uzunluğu – 16-25 sm Yunun orta nazikliyi – 38,016 mkr Yunun sinfi: I-II sinif yarımqaba Yun məhsuldarlığı – 3,5-4 kq Diri çəkisi (kq): törədici qoçlarda – 60-70 ana qoyun – 45-50 === Eksteryer əlamətlər === Başı orta böyüklükdə, uzun sallaq qulaqlı, əksər qoyunlar və qoçlar buynuzsuzdur. Qoçlarda xırda buynuz ola bilər. Quzular doğulduqda qəhvəyi, kürən, boz və açıq-boz rəngdə olur. 6 aylıqda güzəm tünd rəngdən açıq-boz rəngə dəyişir,baş və ayaqların örtücü tükləri əvvəlki tünd rəngində qalır.
Altay qoyunu
Altay qoyunu (Ovis ammon ammon) — məhv olma təhlükəsi altındadır. == Görünüşü == Bədəni sıx ama incədir. Ayaqları hündür və nazikdir. Boynu uzunsov və incədir. Quyruqu qısadır. Ölçülərinə görə dağ qoyunlarının başqa alt növlərindən daha iridir: erkəklərin hündürlüyü peysərdə 125 sm. erkəklərin ən uzun kəllə sümükləri ölçüsü 345-385 mm, ortalama 360 mm, dişilərdə 305-337 mm, ortalama 318 mm. Buynuzlar həm erkəklərdə həm dişilərdə var, özüdə dişilərdə ölçüləri xeyli kiçikdir. Onlar çox böyükdülər, uzunluğu 129 sm., əsasında əhtəsi 40-50sm. qədər, ortalama 44sm.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Baluçi qoyunu
Baluçi qoyunu — cənub-şərqi Pakistan, şərqi İran və cənubi Əfqanıstandan gələn yağlı quyruqlu qoyun cinsi. Baluçi qoyunları yun üçün yetişdirilir. == Xüsusiyyətləri == Şərqi İranın quraq və subtropik bölgələri Baluçi qoyunlarının yetişdirilməsi üçün uyğundur. Baluçi qoyunlarının başları və ayaqları ağ-qara rəngdədir. Yetkin anaç qoyunların orta çəkisi 35 kq (77 funt) olur. Təqribən 120 gün süd verirlər. Laktasiya dövründə 35 to 40 kq (77 to 88 funt) süd verir.
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Dorper qoyunu
Dorper qoyunu — Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cins. == Tarixi == Dorper qoyunu Cənubi Afrikada Dorset və Blekhed Persian irqi qoyunların mələzləşməsi nəticəsində əldə edilən cinsdir. Adınıda bu iki irqin adının ilk hecasından götürmüşdür. 1950-ci ildə rəsmi olaraq irq adını almışdır. Afrikanın inkişaf etdirilmiş ən uğurlu irqlərindən biridir. == Görünüşü == Bu qoyunların baş və boyun hissəsi qara, bədəni ağ və bütöv ağ rəngli iki növü vardır. İrqi quyruqsuz qoyun irqlərinə aiddir. Dorper qoyununun quzusu 12 aylıq olduqda 70–80 kiloqrama qədər çəkisi olur. Dişi qoyunun diri ağırlığı 100 kq, qoçların isə 120–130 kq çəkisi olur.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Herik qoyunu
Cənubi Qafqazda qoyunçuluğun beşiyi sayılan Azərbaycanda onlarla qoyun cinsi olmuşdur. Bunlardan biridə herik qoyun cinsi olmuşdur. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Ləzgi qoyunu
Ləzgi qoyunu — Ləzgi qoyun cinsinin vətəni Dağıstan ərazisi sayılsa da bu cins Azərbaycanın bir sıra ərazisində hələ XIX və XX əsrlərdə geniş yayılmışdır. Bu cins Dağıstanla bilavasitə həmsərhəd olan Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, qismən də Ağdaş və Göyçay rayonları ərazisində yayılmışdır. Təbii-coğrafi şəraitə tez uyğunlaşan və çətinliyə dözümlü olan ləzgi qoyunlarının çəkisi 40–65 kq-a qədər olur. Yunu 2 kq-a yaxın, südü isə 30–40 kq-a qədər olur. Ləzgi qoyununun rəngini ağ, boz, sarımtıl, qara-qonur rənglər təşkil edir.
Mazıx qoyunu
Naxçıvan MR-də Mazıx qoyunu daha geniş yayılmışdır. Bir sıra üstün cəhətləri ilə fərqlənən bu qoyun cinsi Ermənistan, Türkiyə və İran ərazilərində də geniş yayılan qoyun cinsi sayılır. Mazıx qoyunu qabayunlu qoyunlar içərisində üstünlük təşkil etməklə 130 l-ə qədər süd verir. Rəngi qızılı və qəhvəyiyə çaldığına görə ona yerli əhali "qızıl qoyun" da deyir. Lakin ağ və qonur rənglərdə də mazıx qoyunları məlumdur. Mazıx qoyunlarının qoçları buynuzlu, qoyunları isə buynuzsuzdur. Bəzi hallarda boğazının altında qoşa mürcümlər olur. Çox yaraşıqlı olan mazıx qoyunlarının yorğa yerişi onun gözəlliyini daha da artırır. Bu cür iri quyruqlu qoyunların quyruğu 15 kq-a qədər olur. Bəzən quyruğu yerlə sürünməsin və zədələnməsin deyə, onun quyruğuna diyircək bağlayırlar.
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. == Tarixi == Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. == Merinos qoyunu Azərbaycanda == XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Qala qoyunu
Qala qoyunu – əsasən Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən olan Qala kəndində xalq selleksiyası nəticəsində əldə edilmiş və bu günümüzə qədər qorunub saxlanılmış qoyun papulyasiyalarından biri. Qala qoyunu populyasiya kimi Şirvan cinsinin bir qolu sayılır. Məhdud ərazidə yayıldığı üçün cins deyil populyasiya sayılır. == Ümumi məlumat == Heç təsadüfi deyildir ki, qoyunun adı da Qala kəndinin adından götürülmüşdür. Qala qoyun cinsinin saflaşdırılmasında, bərpasında, çoxaldılmasında, damazlıq-seleksiya işinin təkmilləşdirilməsində Abşeron heyvandarlıq təcrübə stansiyasınin aparıcı elmi işçisi, kənd-təsərüfatı elmləri namizədi Nəcəf Nəcəfovun əvəzsiz xidmətləri olmuşdur. Qala qoyunu eyni zamanda seleksiyaçı-alim Nəcəf Nəcəfovun tərəfindən selleksiya nəticəsində yaradılmış məhsuldar Abşeron cinsinin əcdadı sayılır. == İstinadlar == == Mənbə == Nəcəfov N.A. Qala qoyununun bəzi bioloji-təsərrüfat xüsusiyyətləri. // "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, №6, 1974. səh. 55-58.
Qar qoyunu
Qar qoyunu (lat. Ovis nivicola "qar olan sahələrdə yaşayan qoyun") — Boşbuynuzlular fəsiləsinə Qoyunlar cinsinə aid növ. Əsasən Şərqi Sibirdə yayılmışdır. Bəzi müəlliflər bu canlını müstəqil növ hesab etməyərək, onları Ovis canadensis növünün Ovis canadensis nivicola yarımnövü hesab edirlər. == Xarici görünüş == Orta ölçülərə malik qoyun yığcam bədən quruluşuna malikdir. Başı elədə böyük deyil. Qulaqları qısadır (11 sm). Boynu qısa və enlidir. Quyruğuda olduqca qısa və kökdür. Yetkin erkəklərin uzunluğu 140–188 sm, hündürlüyü 76–112 sm, çəkisi 56–150 kq təşkil edir.
Qarabağ qoyunu
Azərbaycanda şöhrət tapan, qədim və ən geniş yayılan qoyun cinslərindən biri Qarabağ qoyunudur. Qarabağ qoyun cinsi Dağlıq Qarabağ, Kəlbəcər, Gürcüstan, Ağdam, Cəbrayıl, Mil düzü və Muğan düzündə daha geniş inkişaf tapmışdır. Belə bir fikir var ki, Qarabağ qoyunu yerli qoyun cinsilə Ön Asiya quyruqlu qoyun cinsinin cütləşməsindən əmələ gəlmişdir. Bu cins yaraşıqlı görkəmi, yağlı quyruqluluğu, şirin əti və nisbətən zərif yunu ilə səciyyələnir. Bu cins doğuma da çox həssasdır. Əgər faraş və düzgün döl edilərsə, Qarabağ qoyunu ildə iki dəfə bala verə bilər. Qarabağ qoyunu dözümlülüyü, yorulmadan uzaq yol getməsi, qış şəraitinə və alafın azlığına qane olması ilə də fərqlənir. Qarabağ cinsi bozax, şirvan və başqa yerli qoyun cinslərinin təşəkkül tapmasında ana cins rolunu oynamışdır. Azərbaycanın qoyun cinsləri arasında Qarabağ qoyun cinsi diri çəkisinin çoxluğu ilə də diqqəti cəlb edir. Bu cinsdən olan qoyunların çəkisi 45-50 kq, erkəklərinki isə 60-65 kq-dan çox olur.
Qaradolaq qoyunu
== Ümumi məlumat == Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.
Qaragül qoyunu
Qaragül qoyunu — qabayunlu qoyun cinsi. Əsasən dərisindən və südündən istifadə edilir .. Qaragül qoyunu əsasən Türkmənistan və İranda saxlanılır. == Qaragül xəzi == Qaraqul xəzinə müxtəlif cins qoyun qurularının dərilərinə aid edilir və bunlar da özlərinin ilkin tük örtüyünün burulma quruluşuna görə fərqlənirlər. Qaraqul xəzi aşağıdakı kimi fərqlənir: təmizcinsli qara rəngli qaraqul; təmizcinsli rəngli qaraqul; təmizcinsli boz rəngli qaraqul; metis (quyruqlu) qara rəngli qaraqul; metis (quyruqlu) rəngli qaraqul; metis cinsdən olan qara rəngli qaraqul; metis müxtəlif cinsdən olan rəngli qaraqul; Doğulmayan, qaraqul cinsli quzu dərisi qaragülçəBunlar yaş fərqinə görə (hətta bir aya qədər günlərin sayına görə) və tük örtüyünün inkişaf dərəcəsinə görə üç yerə ayrılır: qolyak-lütcə (cox zəif tük örtüyü olan) Muar-cox qısa parlaq, iynəyəbənzər dalğavari tük örtüklü (qaragülçə ölü) Klyam zahılığın axırıncı mərhələsindəki embrion dərisi və doğulmuş 1-2 günlük quzu dərisi; tük örtüyü müardan çoxdur və burulma təzə başlayır( buna qaragül-qaragülçəsi deyilir) Sumuşka- doğlmuş, 2-4 günlük quzu dərisi: Yaxobob-doğuluş 1-aya qədər qaraqul cinsli quzu dərisi. Merluşka:-30 günlük quzu dərisi (qara palıdı və ağ rəngli)Qaragül xəzi müxtəlif qoyunların quzu dərilərindən ibarətdir. Qara, boz və çal rəngli təmiz cinsli qaragül dərisi, qara və əlvan rəngli müxtəlif cinslərin (zərif yunlu qoyunlardan başqa) qarışığından olan qaragül dəri saf və qarışıq cinsli qaragülçə (doğulmamış quzu), təbii və boyanmış krım dərisi, təbii və boyanmış güllü dəri, Rusiya və səhra müarının dərisi , güllü və safcinsli yaxobab dərisi bu qrupa daxildir. Bunlardan başqa sənayedə şiraz, Xorason, Əfqan, Tehran, Qərbi Cin və Monqolustan quzu dəriləri də emalı edilir. Qaraqul quzu dərisi qoyunların tükü yaşına görə çox dəyişilir. Dəriyə qiymət verilməsində bu halın çox böyük əhəmiyyəti vardır.
Qaraçay qoyunu
Qaraçay cins qoyunu — cod yunlu qoyun növünün ən qədim cinslərindən biridir. Qoyunların vətəni Kuban çayının mənbəyində yerləşən yüksək dağlıq ərazi Qaraçay ərazisidir. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi nəşrində (Moskva: 2015) "İstifadəsi üçün təsdiqlənmiş Damazlıq Nailiyyətlərinin Dövlət Reyestri"ndə Qaraçay qoyun cinsi 9354024 nömrəsi siyahıya alınmışdır (yaradıcılar # 296, 5670, 14214).. Qaraçay cinsindən olan qoyunların yetişdirilməsi üçün ənənəvi bölgələr Şimali Osetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz torpaqlarıdır. Ətlik,yunluq,südlük qoyunlardır. İl boyu otlaqlarda otarılır. == Qoyun cinsinin tarixi == Qaraçay qoyun cinslərinin yetişdirilmə vaxtı məlum deyil, lakin XIX-XX əsrlərin əvvəllərində geniş tanındı və əvvəllər bilinsə də Qafqaz bölgəsinin hüdudlarından kənara çıxaraq daha çox məşhurlaşdı. Bu ərazidə macarların əcdadlarının izlərini tapmaq üçün 1829-cu ildə Şimali Qafqaza səyahət edən Macarıstanlı alim Jan-Şarl de Bess qeyd edri: “Qaraçaylar gözəl cins atlar yetişdirməklə yanaşı, çox sayda cins öküz və qoyun da saxlayırlar. Bir qayda olaraq, sakinlər quzu əti yeyirlər; çox keyfiyyətli kərə yağı və pendir də hazırlayırlar."Q. İ. Fillipsonun qeyd etdiyi kimi, “səyahətlərim zamanı, onların obalarında tez-tez gecələyib, istirahət etdim və çobanların bizə verdiləri ziyafətlərdə kabab yedim. Qaraçay quzusu ən yaxşı dana ətindən dadlıdır və xüsusi bir ləzzətə malikdir, yəqin ki, aralarında çoxlu ətirli dağ çiçəklərinin də olduğu dağların otları ilə bəslənirlər.
Romanov qoyunu
Romanov qoyunu — Rusiyanın yuxarı Volqa bölgəsindən gələn ev qoyunu növüdür. Romanov adını, eyni adı daşıyan qəsəbədən götürmüşdür. Bu qoyunlara ilk dəfə XVIII əsrdə Rusiya xaricində rast gəlindi. Tezliklə Almaniyaya, daha sonra isə Fransaya idxal edildi. 1980-ci ildə Kanada hökuməti tərəfindən 14 qoyun və 4 qoç alındı və 5 il karantində saxlanıldı. Testdən sonra, Romanov cinsinin bir qismi ABŞ-yə gətirildi. == Görünüşü == Bu qoyunlar, soyuq iqlimə adaptasiya edilmişdir. Romanovlar, Şimali Avropa qısa quyruqlu qoyun irqlərindəndir. Dünyaya gəldiklərində təmiz qara olurlar, ancaq qocaldıqca rəngləri sürətlə boza çalır. Bir erkək Romanovun orta ağırlığı 55–80 kiloqram və bir dişi Romanovun orta ağırlığı 40–50 kiloqramdır.
Xios qoyunu
Xios qoyunu və ya sadəcə Xios — mənşəyi müəyyən olmayan yerli qoyun cinsidir. Yarı-yağlı quyruqlu bir cins kimi təsnif edilir. Xios cinsli qoyunlar əsasən süd istehsalı üçün yetişdirilir. Bu cinsin Qıvırcıq və Daglıç cinsli qoyunlar ilə əlaqəsi olduğuna dair fərziyyələr olsa da, cinsin Yunan adası Xios adasında meydana gəldiyi qəbul edilir. == Xüsusiyyətlər == Bu cins adətən qulaq, burun, qarın, ayaq nayihəsində və göz ətrafında qara nöqtələrə sahibdir. Bəzən qəhvəyi ləkələr də müşahidə edilir. Yetkin qoyunların çəkisi 105–155 funt (48–70 kq), yetkin qoçların çəkisi isə 145–200 funt (66–91 kq) olur. Hər iki cins buynuzludur; bununla belə, qoyunlar arasında buynuzsuz fərdlərə də rast gəlinir. Qoçların buynuzları böyük spiral şəkillidir. Dişi fərdlərin buynuzları olsa da, olduqca kiçikdir.Hər il bir fərd başına orta hesabla 1,5-2,3 quzu olmaqla dişi fərd iki bala verə bilər.
Şirvan qoyunu
Şirvan qoyunu Azərbaycanın qədim yerli, xüsusən Şirvan zonasında təsərüffatlarda geniş yayılmış, əsasən ətlik südlük qismən yunluq istiqamətli qoyun cinslərindən biri. == Ümumi məlumat == Şirvan qoyun cinsi də Azərbaycanda ən qədim cinslərdən olub, adını yarandığı və geniş yayıldığı ərazidən götürmüşdür. Ləzgi qoyunu və Qarabağ qoyunlarının cütləşməsindən yaranan bu qoyun cinsinin bir sıra xarakterik nişanələri vardır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu cinsə xalq arasında "dönmə" cins deyilməsi onun göstərilən qoyun cinslərindən yaranması ilə əlaqədardır. Şirvan cinsi boyca xırda, südü az və yunu nisbətən aşağı keyfiyyətli olur. Ana şirvan qoyununun çəkisi 32-40 kq, erkəklərinin orta çəkisi 56-65 kq,, qoşlarda 50,7 kq (46-55 kq) olur. İldə bir dəfə qırxılan şirvan ana qoyunundan 1,7 kq, erkəyindən 2,45 kq kirli yun alınır. Şirvan qoyun cinsi əsas etibarilə Şamaxı, Abşeron, Göyçay, Ucar, Zərdab, qismən də Lənkəran və Salyanın şimal ərazisində yayılmışdır. == İstinadlar == == Mənbə == Овцеводство, 2 том, Под редакцией порофессора Г.Р. Литовченко и кандидат наук селскохаозяыственных наук П.А. Есаулов, Москва "Koлос" 1972 , стр.
Dəniz Qoyunu
Xamaq Monqol
Xamaq-Monqol xanlığı, Xamaq-Monqol Ulusu (monq. Хамаг Монголын ханлиг, Хамаг Монгол улс; 1080-1206) — tarixi monqol dövləti. Xamaq-monqol deyə tanınan monqol tayfa birliyinin dövləti idi. İlk xaqanı Xaydu xan, son xaqanı isə Çingiz xan idi. 1206-ci ildə böyüyərək Böyük Monqol İmperiyasına çevrilmişdir. Xaqanlığın başında Börçigin sülaləsi dururdu. Paytaxtının Kerulen çayının yaxınlığında olduğu ehtimalı vardır. == Etimologiya == Xamaq Monqol sözü monqolca "Bütün monqollar" deməkdir. Bunun səbəbi Xamaqmonqol Ulusunda bütün monqol qəbilələrinin və xalqlarının yaşaması idi. == Hökmdarları (Xanlar, Xaqanlar, Kağanlar) == Bunula belə, görkəmli Azərbaycan alimi Fəzlullah Rəşidəddinə görə, Çingiz Xaqanın atası Yesugey Bahatur da Xamaqmonqol Ulusunun xaqanı idi və Fəzlullah onu öz "Cami ət-Təvarix"-ində Yesugey xan, Yesugey xaqan adlandırır.
Koulun
Koulun (ierd. 九龍, ing. Kowloon, hərfi mənası "9 əjdaha" deməkdir) — Honkonq şəhərinin yarımada hissəsində yerləşir (Yeni ərazi daxil olmamaq şərti ilə). Koulun və Yeni Koulun yarımadalarından ibarətdir. == Ümumi məlumat == Koulun şərq hissəsi Leyumun körfəzinə və Stounkatterz adasına, şimal hissəsi isə Teyta və Lvin daşlarına, cənub hissəsi isə Viktoriya buxtasına daxil olur. Əhalisi 2006-cı ilin məlumatına əsasən 2019533 nəfərdir. Əhalinin sıxlığı hər km²-də 43 nəfər/km² nəfərdir. Yarımadanın sahəsi 47 km²-dir. Honkonq adası ilə birlikdə Honkonq rayon adminstrasiyasının 47% təşkil edir. == Adminstrasiya == Buraya aşağıdakı adalar daxildir: Yau Tsim Mong (Yau Tsim Mong, 油尖旺區) — əhalisi 281 min nəfər, sahəsi 6,99 km².
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).
Görüntü
Görüntü (en. image ~ ru. изображение ~ tr. imge, görüntü) – 1.Qrafikada: şəklin, rəsmin və s. proqram vasitələri ilə emal olunan təsviri. Belə görüntü müxtəlif cür saxlanıla bilər: bit xəritəsi (BIT MAP) (piksellər çoxluğu, rastr) kimi və ya metafayl (görüntü almaq üçün komandalar toplusu) kimi. 2. Hesablama texnikasında: obyektin dublikatı, kopyası və ya təmsiledicisi. Məsələn, virtual diskin (RAM DISK) köməyilə kompüterin yaddaşında yumşaq və sərt disklərdəki verilənlərin müəyyən hissəsinin görüntüsünü yerləşdirmək olar; yaxud tərsinə, virtual yaddaş proqramının (VIRTUAL RAM PROGRAM) köməyilə kompüterin əsas yaddaşının müəyyən hissəsinin sərt diskdə görüntüsünü yaratmaq olar; bundan başqa, proqram yolu ilə yaddaşın müəyyən bölümünün görüntüsünü etibarlıq məqsədilə yaddaşın başqa bir yerinə köçürmək olar.
Göyüzü
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Dola mənə qolunu (mahnı)
Dola mənə qolunu — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Cəlal Qurbanova, musiqisi Faiq Sücəddinova aiddir. Aygün Kazımova ilk dəfə olaraq Xəzər TVdə yayımlanan Nəsib Nurun aparacılıq etdiyi "Nəsib olsa" proqramında təqdim etmişdir. 14 fevral 2019-cu ildə "Dola mənə qolunu" mahnısını gənc müğənni Rəsul Əfəndiyev ilə birlikdə duet şəklində təqdim etmişdir. Duet şəklində ifa olunan mahnı ilk olaraq, Türkiyənin məşhur KRAL FM-ində təqdim olunmuşdur.
Rəng korluğu
Daltonizm — rəngli görmənin anadangəlmə pozuntusu; əsasən, qırmızı və yaşıl rəngləri seçmə qabiliyyətinin olmaması ilə səciyyələnir. Ən çox kişilərdə təsadüf edilir. == Ümumi məlumat == İlk dəfə ingilis fiziki C.Dalton 1794 ildə təsvir etmişdir. Daltonizm digər görmə funksiyalarının pozulması ilə müşayiət olunmur, lakin onun aşkara çıxarılması bütün nəqliyyat növlərində, bəzi sənaye sahələrində işləyən şəxslərin, ayrı-ayrı qoşun növü hərbi qulluqçularının, habelə rəssamların, kimyaçıların və başqalarının peşə yararlılığının təyin olunması üçün əhəmiyyətlidir. Daltonizmin diaqnostikası polixromatik cədvəlin (bir rəngdə olan rəqəm və ya fiqurun eyni parlaqlıqlı digər rəng fonunda göstərilməsi), anomaloskopun (əsas rənglərin qavranma həddinin ölçülməsi), xüsusi kompüter proqramının köməyilə yerinə yetirilir. Daltonizm Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir. İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar. Təcrübədə gözün torlu qişasındakı işığı qəbul edən sinir hüceyrələrini qırmızı və yaşıl rəngi qəbul edə bilməsi üçün lazım olan zülalı təmin etdilər və nəticədə meymunlar rəngləri görməyə başladı.
Toyuq korluğu
Toyuq korluğu – insanın gözündə çöpcüklərin pozulması və A vitaminin çatışmaması nəticəsində yaranır. Elmi adı "Hemeralopiya " adlanır. Hemeralopiyanın əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Kunlun dağları
Kunlun dağları (çin. 崑崙山) -Tarim çökəyinin qərb kənarında Gezdərya və Yarkənd çayları arasında yerləşən Muztaqata (7546 m) massivindən başlayıb əvvəlcə cənub şərqə, sonra isə şərqə uzanaraq, Qırmızı hövzənin şimal-qərb kənarında (Sino-Tibet dağlarına) qədər uzanır. == Hündürlüyü == Kunlun dağları yüksək zirvələrin hündürlüyünə görə yalnız Himalaydan geri qalır, uzunluğu isə Himalay dağlarının uzunluğundan xeyli artıqdır. Orta yüksəkliyi (6000 m) Himalay dağlarının orta yüksəkliyinə bərabərdir. Dağların qərb hissəsi çox yüksəkdir. Burada bir çox qarlı-buzlu massiv və zirvələr yerləşir. (Muztaq 7282 m). Lakin bu hissədə o suayırıcı təşkil etmir. Öz mənbələrini Qaraqorum dağlarının şimal yamaclarından alan Yarkənd, Karakaş və b. çaylar Kunlunu dərin dərələrlə kəsib Tarim çökəyinə çıxırlar.
Lava konusu
Lava konusu- (rus. конус лавовый, ing. lava cone) baş­­lıca olaraq massiv lava axın­larından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevril­miş yarım konus şəklində top­lanması. Konusun yamacının meyl­liyi 30-40° olur.
Vulkan konusu
Vulkan konusu – (rus. вулканический конус, ing. volcanic cone) vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.
Şlak konusu
Şlak konusu- (rus. шлаковый конус, ing. schlag cone) şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.