Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Sevgi gülləri (albom)
Sevgi gülləri – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 14 mahnı daxildir. Albomdakı bütün mahnıların bəstəsi Eldar Mansurova aiddir. Aygün Kazımova albomdakı "Bir daha" mahnısını Samir Bağırovla, "Niyə danırsan ?" mahnısını Səməd Səmədovla duet şəklində ifa etmişdir.
Zanbaq gülləri (rəsm əsəri)
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb. Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Müqəddəs Fransiskonun gülləri (film, 1950)
Müqəddəs Fransiskonun gülləri (it. Francesco, giullare di Dio) — 1950-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik filmdir. Fransiskonun gülləri — Internet Movie Database saytında.
Zaqatalanın qızıl gülləri (film, 1972)
Gülmərz
Aşağı Gülmərz (Urmiya)
Güllər
Güllər küçəsi — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Güllər küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin, Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Güllər küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub. Lakin, Azərbaycan Ordusu Dağlıq Qarabağda baş verən toqquşma zamanı qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Güllər küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. 2011-ci ilin oktyabrın 1-də Güllər küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2012-ci ilin sentyabrın 1-də Güllər küçəsinə ilk dəfə telefon xətti çəkilib. 1984-cü ildə Güllər küçəsində uşaq bağcasının təməli qoyulub.
Güləzi
Güləzi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. Güləzi oyk., mür. Keçmiş adı Güləziqışlaq olmuşdur. Əvvəllər Afurca kəndinə məxsus qışlaq yeri idi. Tədqiqatçılara görə, kəndin adı gül (gil) və zi (tat. "yer", "sahil", "kənar") sözlərindən düzəlib (-ə birləşdirici saitdir), "gilli yer" mənasındadır. Kəndin ərazisinin torpağı həqiqətən gillikdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 910 nəfər əhali yaşayır.
Azərbaycan gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.). Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir.
Azərbaycanın gölləri
Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur. Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur. Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir: Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər); Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.); Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.); Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.); Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər); Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər); Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.). Sarısu Azərbaycanın ən böyük gölüdür (Xəzər dənizi istisna olmaqla). Sahəsi təxminən 65,7 kvadratkilometr, uzunluğu 22 kilometr və eni 3 kilometr olan bu təbii su hövzəsi Saatlı, İmişli və Sabirabad rayonlarının ərazisində yerləşir. Gölün yerləşdiyi ərazi turizm məkanı olmasa da, canlı təbiət həvəskarları üçün böyük maraq kəsb edir.
Baduk gölləri
Baduk gölləri — Qaraçay-Çərkəz Respublikasında kaskad göllər. Üç göldən ibarət dağlıq Baduk gölləri Baduk çayı üzərində olub Qərbi Qafqazdakı Xajıbey və Baduk silsilələri arasında yerləşir. Bu üç göldən başaqa Baduk çayının yuxarı axarlarında, daha az tanınan və çatılması çətin olan başqa göllər də var. Aşağıda olan üç gölü bəzən Aşağı Baduk gölləri adlandırırlar. Yerli əhali isə çox vaxt bütün gölləri Baduklar adlandırır. Geoloji araşdırmalara görə göllər uçqun — bənd mənşəlidir. Göllərin təxmini yaşı 150–200 ildir. Göllər ətrafında şam və ağcaqayın meşəliklər var. Hər üç göl əsrarəngiz gözəlliyinə görə bölgədə məhşurdur. Göllər Teberdin qoruğunun ərazisində olmaqla qorunur.
Başqırdıstan gölləri
Başqırdıstan gölləri — Başqırdıstan respublikası ərazisində yerləşən bütün göllər. Başqırdıstan respublikasında irili xırdalı 2.200 göl var. Göllərin 75 %-i respublikanın qərb rayonlarında düzənlik ərazilərdə yerləşir. Çay hövzələrinə görə göllər belə paylanıb: Belaya (Agidel) çayının hövzəsi boyunca - 75%-ə yaxın Dyoma (Kugidel) çayının hövzəsi boyunca - 12% İk çayının hövzəsi boyunca - 8% Ufa (Karaidel) çayının hövzəsi boyunca - 7% Böyük göllər aşağı ön Uralda yerləşir. Bunlar, Asılkul, Kandrıkul (karst-uçqun mənşəlli), Akkul, Ylankul və digər göllərdir. Başqırd Uralsonrası ərazilərində isə Urqun, Bolşoe Uçalı, Karaqaylı, Uzunkul, Yaktıkul, Surtandı, Çebarkul, Atavdı, Yauqul, Muldak, Talkas və digərləri. Bunlardan Akkul axarlı, Atavdı, Muldak, Yauqul isə axarsız göllərdir. Başqırdıstan Respublikasında göllərin çoxu evtrof mənşəllidir. Yaktıkul gölü isə oliqotrof mənşəllidir. Kieşki, Sarvinsk, Şınqakkul gölləri isə təbiət abidəsidir.
Behen güləvəri
Behen güləvəri (lat. Centaurea behen) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Centaurium behen (L.) K.Koch Piptoceras behen (L.) Cass. Rhaponticum behen (L.) Ratier Serratula behen (L.) Lam.
Bentonit gilləri
Bentonit gilləri−əsas tərkibini montmorillonitdən təşkil olunmuş mineral. Montmorillonit mineralı eyni tipli profilat qəfəsindən ibarətdir və ikiqatlı təbəqəyə malikdir. Gil mineral adsorbsiya prosesi üçün adsorbent kimi istifadə edilə bilər ki, bu da kation mübadiləsi və ion-mubadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində tapılır. Bentonit gilləri əsasında səmərəli adsorbentlerin hazırlanması, onların tullantı sularının təmizlənməsində, lak –boya sənayesi üçün koaqulyantların alınmasında istifadə olunur. Xüsusiyyətlər- Təbii bentonit gilləri ağır metal ionlara qarşı seçici sorbsiya tutumuna və ağır metal ionlarının ionogen və qeyri-ionogen üzvi boyalarının tullantı sularının tərkibindən çıxarılmasına malikdirlər. Təbii bentonit gilləri əsasında alınmış kation formaları sorbentlər Pb+2,Mn+2,Co+2,Cd+2 ionlarina qarşı seçici sorbsiya qabiliyyətinə malikdirlər. Təbii bentonitdən fərqli olaraq Na-bentonit həmin ionlara qarşı yüksək sorbsiya tutumuna malikdir. Bentonitin orqanofil təbəqələrində hissəciklər arasında formalaşmaya və orqanofil təbəqənin yaranmasında səthi aktiv maddələr mühüm rol oynayır. Qeyri-üzvi kationlarla mübadilə apardıqda kationun yükündən və ölçüsündən asılı olaraq məsamələrin ölçüsü 9,6Ǻ-dən 13,5 Ǻ-ə qədər dəyişmiş olur. Üzvi kationla işlədikdə isə (SAM) bu məsafə 25 Ǻ-ə qədər böyüyür.
Doğum günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Fatimiyə günləri
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Güldərə (Kəleybər)
Güldərə (fars. گلدرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (43 ailə).
Güldərə rayonu
Güldərə rayonu - Əfqanıstanın Kabil vilayətinin şimal-qərb hissəsində yerləşən rayon. 25.213 nəfər əhalisi var. Əhalisinin 70%-i taciklər, 30%-i isə puştunlardır. Güldərə rayonu qərbdən Pərvan vilayəti, şimaldan Fərze rayonu, şərqdən Qarabağ, Kələkan və Mir Baça Kot rayonları, cənubdan isə Şəkərdərə rayonu ilə hüdudlanır. Mərkəzi Güldərə olan bu rayonun tərkibində 45 kənd var.
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Güllərim (mahnı)
Güllərim — sözləri Nəbi Xəzriyə, musiqisi Arif Məlikova aid Azərbaycan mahnısı. Mahnının ilk ifaçısı Zeynəb Xanlarovadır. Sonralar mahnı Nisə Qasımova və Brilliant Dadaşovanın ifasında da özünəməxsus məşhurluq qazanıb. 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin "Əks-səda" pyesi hazırlanır. Tamaşanın quruluşçu rejissoru Əşrəf Quliyev, bəstəkarı isə Arif Məlikov olur. Əsərin məzmununa görə qəhrəmanlardan biri – taleyi gətirməmiş Çinarə Bakıda xəstəxanada müalicə alarkən öz hisslərini, həyatındakı gərgin məqamları ifadə edən bir mahnı oxumalıdır. Mahnının adı isə "Güllərim"dir. Mahnın oxunması, bəstəkar Arif Məlikovun seçimi ilə Zeynəb Xanlarovaya həvalə edilir. Mahnı işlənib hazırlandıqdan sonra lent yazısının bir nüsxəsi Azərbaycan Radiosuna təhvil verilir, bir nüsxəsi də tamaşada istifadə edilmək üçün teatra göndərilir. Lakin tamaşada həmin yazıdan istifadə olunmur.
Gürcü güləvəri
Gürcü güləvəri (lat. Centaurea iberica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Çoxillik, bozumtul-yaşıl qısa tüklüdür. Gövdəsi düz, dağınıq budaqlı, (25) 50- 70 (100) sm hündürlükdədir. Kökətrafı yarpaqları saplaqlı, lirəşəkilli lələkvari yarılmışdır. Seqmentləri lansetvari və ya xəttidir, sivri uclu, sivri uclu-dişli və ya eləcədə lələkvari bölünmüşdür, orta yarpaqları oturaqdır, dərin lələkvari bölünmüş və ya lələkvari yarılmışdır, az sayda xətti və ya lansetvari, xırda sivri ucludişli və ya tam kənarlı seqmentlərlə yuxarı yarpaqları tam (bütöv) kənarlıdır. Səbətləri çoxsaylı, tək yumurtavari, 8-12 mm enindədir. Sarğı yarpaqları solğun, dərivari, çılpaq, kənarları ensiz, ağ kirəmidvari xarici və orta enli oval və ya yumurtavari-oval təpə hissədə möhkəm əyilmiş tikanlı 5-25 sm uzunluqdadır, qaidədə genişlənmiş 1-3 sayda qısa nazik tikanlı, daxili yarpaqcıqlar uzunsov-xətti, dairəvi, qəhvəyi zarlı əlavə ilə. Çiçəkləri çəhrayı, yan çiçəkləri böyüməmiş olur. Toxumcaları 3-4 mm uzunluqda, uzunsov, açıq rəngli; kəkili ağ, toxumcadan 2 dəfə qısadır.
Hirkan güləvəri
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir. Toxumcuqlar 3 mm uzunluğunda, bozumtul, hamar, çox qısa (0.5 mm uzunluğunda) kəkillidir.
Həftənin günləri
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Paliqorskit gilləri
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Ca - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi. Rəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr. Palıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir.
Qarabağ güləvəri
Qarabağ güləvəri - (lat. Centaurea karabaghensis (Sosn.) Sosn.) Asterkimilər – (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdə 25-35 sm hündürlüyündə, yarpaqlar üst tərəfdən yaşıl, alt hissədən bozumtul keçətüklü; kökətrafı yarpaqlar əsasən uzunsov, lələkvari bölümlü, yumurtavari seqmentli; orta gövdə yarpaqları lələkvari; ən yuxarıdaki yarpaqlar azalmış, liraşəkilli, bütöv və ya bir neçə dişcikli, lansetşəkilli sanki səbəti bürümüşdür. Səbətlər orta böyüklükdə; sarğı yumurtşəkilli silindirvari, 1,5-2 sm enində; sarğı yarpaqları enli yumurtşəkilli, tutqun, kənarları qəhvəyi, ağ saçaqlı; çiçəktünd-qırmızıdır. Çiçəkləmə və meyvə əmələgətirmə iyun-avqsut aylarına təsadüf edir. Kserofit, quru, daşlı yamaclarda rast gəlinir. İşıqsevən, duzlaşmaya davamlı bitkidir. Toxumla çoxalır, müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Acosta arenaria (M.Bieb. ex Willd.) Soják Spilacron crupinoides Cass.
Rusiya gölləri
Rusiyada - ümumi sahəsi 350 min km²-dən çox olan iki milyondan çox göl (Xəzər dənizi-gölü istisna olmaqla). Göl sularının ümumi ehtiyatı 26 min km³-ə çatır. Göllərin əksəriyyəti buzlaq mənşəlidir. Rusiyanın Avropa hissəsindəki ən böyük göllər (əsasən şimal-qərbində yerləşir) Ladoqa və Onega (müvafiq olaraq 17,680 və 9,720 km²); Estoniya ilə sərhəddə Peipsi-Pskov gölü (3550 km²); İlmen (təxminən 1000 km², sahəsi suyun səviyyəsindən asılı olaraq dəyişir), həmçinin Kareliyanın Topozero, Vygozero və digər "göl bölgələri". Sibir və Rusiyadakı ən böyük göl (Xəzər istisna olmaqla) - Baykal da dünyanın ən dərinidir; Baykal Rusiyadakı şirin göl suyunun 85% -ni və dünyanın şirin su ehtiyatının 22% -ni ehtiva edir. Gölün uzunluğu 636 km, ortalama eni 48 km; ümumi sahəsi - 31,7 min km²; ən böyük dərinliyi 1620 m (Altetsiyadakı Teletskoye Gölü (325 m) və Predtaimırdakı Xantayskoye gölü (520 m) də böyük dərinlikdə fərqlənir). Baykal rift hövzəsində yerləşir və təxminən 25-30 milyon yaşındadır. Ancaq Rusiya göllərinin böyük əksəriyyəti kiçikdir; Göllər Rusiyanın Avropa hissəsinin şimal-qərbində (xüsusilə Kareliyada) və Qərbi Sibir düzənliyində çoxdur. Göllər arasında təzə olanlar üstünlük təşkil edir, lakin onların da ən böyüyü (1990 km²) Sibirin cənub-qərbindəki Çanıdır.
Unianqa gölləri
Unianqa gölləri — Şimal-Şərqi Çadda, Böyük Səhrada, Qərbi Tibesti və şərqi Ennedi dağlarındakı bir hövzədə yerləşən bir neçə göldür. 2012-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. UNESCO-nun açıqlamasına görə göllər ildə 2 millimetr (0.1 düym)-dən az yağış yağan isti və hiperarid bir səhrada yerləşirlər. Göllər müxtəlif ölçü, dərinlik, kimyəvi tərkib və rənglər nümayiş etdirir. Qrupda üzmumi 18 göl var. Göllərin ümumi səth sahəsi təxminən 20 kvadrat kilometrdir. Göllərin ən böyüyü olan Yoa gölü təxminən 3.5 kvadrat kilometr sahəyə və 20 metr (66 ft)-ə çatan dərinliyə malikdir. Bu göllər Yer səhralarında bənzərsiz bir hidroloji sistem meydana gətirir. Suyun yüksək quraqlıq mühitlərdə buxarlamağa məruz qaldığı zaman göllərdə duzluluq meydana gəlir. Bu vəziyyətdə, Yoa gölündən buxarlanma sürəti 6 metr (20 ft)-ə bərabər olsa belə, 25 metr (82 ft) bərabər olan gölün ümumi dərinliyi və unikal fiziki amillər mərkəzi Teli gölü istisna olmaqla, bütün gölləri təmiz saxlamaq üçün birləşir.
Gölyeri
Gölyeri — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Bərcan kənd sovetinin Gölyeri kəndi Şıxlar kənd sovetinin tərkibinə verilmişdir.
Külyeri
Külyeri - Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Vərməziyar kəndindən şərqdə, Püsyan-Xanlıqlar yolunun sol tərəfində arxeoloji abidə. Yaşayış yerinin mərkəzi qismi alçaq təpə şəklindədir. Ərazinin böyük bir qismi əkin sahə- sinin altında qalmışdır. Yaşayış yeri hər tərəfdən su kanalları və əkin sahələri ilə əhatə olunmuşdur. Mədəni təbəqənin dağılması nəticəsində şirli və şirsiz keramika məmulatı yerin üzərinə yayılmışdır. Aşkar olunmuş tapıntılar inkişaf etmiş və Son Orta əsrlər dövrünə aiddir. Yaşayış yerində aparılan araşdırmalar zamanı onun ərazisində xeyli bad qırıqları və kül qalıqları izlənmiş, çəhrayı və boz rəngdə bişirilmiş keramika məmulatı toplanmışdır.
Qemperi
Qemperi (gürc. ქემფერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 11,5 km uzaqda yerləşir. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 350 nəfər yaşayırdı.
Qulşərif
Qulşərif (tatar. Qolşərif, Колшәриф) — XVI əsr dini rəhbərlərindən biri, imam, şair. 1552-ci ilin oktyabrında Qazan şəhərindəki Xan sarayının İvan Qroznının qoşunlarından müdafiəsinə rəhbərlik etmiş, şəhər ruslar tərəfindən ələ keçirilən zaman öz silahdaşları ilə birlikdə burada həlak olmuşdur. Qazanda dağıdılmış köhnə məscidin yerində 1990-cı illərdə (1996-2005) tikilən və Tatarıstanın ən böyük məscidi olan Qulşərif məscidi onun şərəfinə adlandırılmışdır. Onun dörd qəzəli "Baqırğan kitabı"na daxil edilmişdir. Qulşərifin ədəbi mirası 1997-ci ildə Qazanda nəşr olunmuş "İ küñel, bu dönyadır" (Ey könül, bu dünyadır) kitabında yer almışdır. Həmçinin, 1889-cu ildə nəşr edilmiş "Qíssai Xöbbi xuca" dastanının da müəllifliyi ona aid edilir. Tatarıstanın milli qəhrəmanı elan olunmuşdur.
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Quləli
Qul Əli — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. Qul Əli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Quləli (Maku) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. Quləli (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Azərbaycan Qülləsi
Azərbaycan Qülləsi (ing. Azerbaijan Tower) — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək. Layihənin təşəbbüskarı "Avesta" şirkətidir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Brodvey Qülləsi
Brodvey Qülləsi (ing. Broadway Tower) - İngiltərənin Vorkesterşer bölgəsində yerləşən tarixi qüllə. Dumansız havada Brodvey qülləsindən ətrafda yerləşən on üç inzibati bölgə aydın şəkildə müşahidə edilir. Qalaya bənzəyən qüllə 1797-ci ildə Ceyms Vatt tərəfindən Ledi Kentrinin şərəfinə inşa edilmişdir. Ledi qüllənin yerləşdiyi təpədə qalanan məşəlin Vorkesterşerdə yerləşən evindən görünüb-görünməməsi ilə maraqlanırdı. Qüllə inşa olduqdan sonra, qüllənin üzərində atəş yandırılır və bu atəş Vorkesterşerin ən ucqar nöqtəsindən belə rahat şəkildə müşahidə edilir. Qüllə uzun müddət Ser Tomas Fillipsin mətbəə binası kimi istifadə edilmişdir. Tanınmış ictiami xadim Uilyam Morris bir müddət qüllədə fəaliyyət göstərmişdir. Brodvey Qülləsi Kostvold yolunun üzərində yerləşir və dəniz səviyyəsindən 312 metr hündürlükdədir. Broadway Tower on Odd-stuff!
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Bəyazid qülləsi
Bəyazid qülləsi (türk. Beyazıt Kulesi) və ya Serəskər qülləsi — Osmanlı Hərbi Nazirliyi tərəfindən tikilmiş, hazırda İstanbul Universitetinin əsas kampusunun (əvvəlki Osmanlı Hərbi Nazirliyi) həyətində yerləşən 85 metr hündürlüyündə (279 ft) yanğınsöndürmə qülləsidir. Türkiyənin İstanbul şəhərində, Beyazid meydanı (Roma dövründə Forum Tauri olaraq bilinir), I Konstantinin inşa etdirdyi "yeddi təpədən" birinin üstündədir. Bəyazid qülləsinin tikilməsi Osmanlı sultanı II Mahmud (1808–1839) tərəfindən sifriş edilmişdir. 1828-ci ildə yanğında dağılmış və əvvəllər memarın qardaşı Krikor Balyan tərəfindən inşa edilən orijinal taxta Bəyazid qülləsi yerində onu daşdan tikən Sənəkərim Balyan tərəfindən dizayn edilmişdir. Hazırda hava şəraitini fərqli rənglərdə göstərmək üçün işıqlandırma sistemi ilə təchiz edilmişdir. Qırmızı rəng havanın qarlı, mavi rəng- gözəl və aydın , yaşıl rəng - yağışlı və sarı rəng isə - dumanlı olacağını bildirir. Beyaziddəki ilk yanğınsöndürmə qülləsi 1749-cu ildə ağacdan tikilmiş, lakin 1756-cı ildə Cibalidə böyük yanğın əsnasında yandırılmışdır. Eyni yerdə başqa bir taxtadan qüllə tikildi ki, sultan II Mahmudun 1826-cı ildə Yeniçəri Korpusunu ləğv etmək qərarı ilə bağlı baş üsyanlardan sonra dağıdıldı. Elə həmin il saray memarı Krikor Balyan tərəfindən dizayn edilmiş və tikilən və yeniçərilərin tərəfdarları tərəfindən yenidən yandırılan ərazidə başqa bir taxta qüllə tikildi.
Colymbus mulleri
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.