Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir. Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Vakuumda tökmə
Vakuumda tökmə — üsulunda qəliblərin doldurulması vakuum şəraitində aparılır. Vakuumda qəliblərin məcburi doldurulması zamanı onun qazlardan mühafizə olunması mümkün olur ki, bu da nəticədə nazik divarlı, sıx və yüksək keyfiyyətli töküklərin alınması şərait yaradır. Vakuumda tökmənin müxtəlf üsulları tətbiq olunur: şərini üzərində yerlışmiş qəlibə metalın sorulması ( burada bərkimə atmosfer və ya yüksək təzyiqdə baş verir), ərintinin alt hissəsində yerləışmiş qəlibə metalın vurulması, vakuumda təzyiq altında tökmə (bu məqsədlə tökmə maşınlarında vakuumlaşdırılmış pres qəliblərdən istifadə olunur), vakuumda mərkəzdənqaçma tökmə və s. Fasonlu hissələrin hazırlanmasında vakuumda tökmə əksər hallarda vakuumda xüsusi polad və xəlitələrin əridilməsi ilə kombinasiya edilir. Tətbiq olunan üsuldan asılı olaraq vakuum 40-0,3 N/m² arasında yerləşir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi
Hiasint
Sünbülçiçəyi (lat. Hyacinthus) — sünbülçiçəyikimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi. Yarpaqları rozet halında toplanmışdır. Çiçəkləri sünbülvarı salxımda yerləşir. Şərqi Aralıq dənizi ölkələrində yabanı halda bitən bir növü — şərq sünbülçiçəyi (H. orientalis) məlumdur. XV əsrin əvvəllərindən becərilir. Sünbülçiçək sortları rəngi, ölçüsü, forması və çiçək salxımının sıxlığı ilə xarakterizə olunur. Azərbaycanda mart—aprel aylarında çiçəkləyir.
Pirsinq
Pirsinq (ing. to pierce [pɪəs] — "deşmək, dəlik açmaq", bu söz daha erkən dövrlərdə köhnə fransız dilində bir zamanlar işlədilmiş percier, həmçinin loru latın dilindəki *pertusiare və klassik latın dilindəki pertundere, pertusus sözlərinin köməyi ilə yaranmışdır) – bədən modifikasiyasının bir forması, bədənin bir sıra yerlərində deşiyin yaradılması və oraya bəzək və ya zinət əşyalarının taxılması. Pirsinqin edilməsi və ya edilməməsinin bir çox səbəbi ola bilər. Bir sıra insanlar pirsinqi dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacı ilə, estetik dəyərlərlə, öz seksual həyəcanlarını yaxşılaşdırmaqla, özünü hərhansısa bir submədəniyyətə aid etməsi və ya ona etirazı ilə tənzimlənir. Təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqdən istifadəni məhdudlaşdırırlar. Bir sıra insanlar isə pirsinqin ekstremal növlərini praktikada işlədirlər. Ginnesin Rekordlar Kitabında, bədənində yüzlərlə və hətta minlərlə pirsinq deşiklərinə sahib olan insanların adları qeyd edilib. Əslində pirsinq – invaziv prosedurdur və pirsinq zamanı bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması və ümumilikdə orqanizmin görünmədən reaksiya ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər yuxarıda adı çəkilən risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkərkən, göbək pirsinqi 2 ilə tam sağalır.
Hərsin
Hərsin (fars. هرسين‎) — İranın Kirmanşah ostanının şəhərlərindən və Hərsin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,562 nəfər və 12,001 ailədən ibarət idi.
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Orsini
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Çökək
Melih Gökçək
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Sökmən bəy
Müinəddövlə Sökmən bəy (1098-1104) – Artuqlu sülaləsindən Türk sərkərdəsi və hökmdarı. Atası Artuq bəyin 1091-ci ildəki ölümünden sonra Böyük Səlcuq İmperiyası tərəfindən Qüds valiliyi Sökmən bəyə verildi. Sökmen bəy avqust 1096-cı ilədək bu vəzifədə qaldı. 1098-ci il və 1104-cü illər arasında Artuqlu bəyliyinin bir qolu olan Sökmənoğullarının qurucusu olaraq Hasankeyf bəyliyini idarə etdi. May 1104-cü ildə Harranı mühasirə edərək Mosul yönündə irəliləmək surətiylə Bağdadı fəth etmək isteyen səlibçilər tərəfindən idarə olunan Urfa qaraflığının qrafları Baudouin du Bourg və Josselin de Courtenayni Harran döyüşündə (Belih çayı döyüşü) ağır bir məğlubiyyətə uğratdı və əsir etdi. Oktyabq 1104-cü ildə Şam yaxınlarındaki Karyateyndə öldü.
İhsan Sökmən
İhsan Lətif Sökmən (1873, Konstantinopol – 27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi. İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsində və Balkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı.
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Korset (pirsinq)
Korset — bel nahiyyəsində edilən pirsinq növü. Pirsinq 18—20 ga (0,8—1,0 mm) ölçüdə iynələrlə (yaxşı olar ki, bunu titan, polad və ya plastik materiallardan istifadə edilsin) fiksasiya olunur, sağalma prosesi 2-3 ay davam edir. Həmçinin beldə gələcək pirsinq dəliklərinin edilməsi üçün düzgün işarələnməsi vacibdir. Sağalma gedişində dərini xlorgekdsidinlə (miramistinlə) və antiseptik mazla (levomekol) təmizləmək olar.
Litsini-Seksti
Litsini-Seksti qanunu — Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Vircini Quyot
Vircini Quyot (fr. Virginie Guyot; 30 dekabr 1976, Anje) — Fransanın Aerobatik Patruluna lider təyin edilərkən tarixdə bir ilkə imza ataraq, dünyada dəqiq akrobatikaya komandanlıq edən ilk qadın olmuşdur.
Dipsacus orsini
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Hərsin şəhristanı
Hərsin şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Hərsin şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,452 nəfər və 20,788 ailədən ibarət idi.
Orsini ailəsi
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Döş giləsi pirsinqi
Döş giləsi pirsinqi — bədəndə edilən pirsinq növlərindən biridir. Bu pirsinq döş giləsinin mərkəzi hissəsində və hər bir bucaq altında deşilə bilər, lakin adətən onu horizontal və ya şaquli formada etmək daha məqsədəuyğundur. Bundan başqa, döş giləsində bir-birinin üstündə və 1-dən çox pirsinq yerləşdirmək mümkündür. Bəzi insanlar bu növ pirsinqin 1 ilə yaxın müddətə sağaldığını bildirmişdilər. İnsanlar arasında pirsinq üçün tələb son illərdə xeyli artmışdır. Zinət əşyaları ilə tətbiq olunan döş giləsinin perforasiyası tarix boyu müxtəlif insanlar tərəfindən tətbiq edilmişdir. Kişi döş pirsinqi Texasın erkən tarixində mühüm rol oynamış hindu qəbiləsi Karankavalılar tərəfindən, qadın döş pirsinqi isə Əlcəzayirdə yaşayan Kabil xalqı tərəfindən ənənəvi olaraq tətbiq edilir. İlk olaraq bu növ pirsinqi Pretoriyanlar — Roma İmperatorlarının şəxsi mühafizəçiləri istifadə edirdilər. Onlar hesab edirdilər ki, gilədə sırğası olan şəxs cəsarət və igidliyə sahibdir. Pirsinq XIV əsrdən düz 1890-cı ilə kimi, həmçinin Viktoriyan dövründə cəmiyyət, xüsusən də qadınlar arasında çox populyar olur.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Tomsk
Tomsk (rus. Томск) — Rusiyada şəhər. Tomsk vilayətinin mərkəzi. Tomsk Sibir ərazisində yerləşən ən qədim tarixə malik şəhərlərdən biridir. 2014-cü ildə şəhərin əsasının qoyulmasının 410-cu ildönümü qeyd olunmuşdur. Şəhərdə tədris və elmi mərkəz olaraq fəaliyyət göstərən 7 dövlət universiteti yerləşir. Burada yerləşən Tomsk Dövlət Universiteti bütün Sibir ərazisində yaradılmış ilk ali təhsil müəssisəsi hesab olunur. Rubl abidəsi (Tomsk) Sibir Tomsk vilayəti Официальный сайт муниципалитета города Томска Товики — томская городская вики Памятники Томска Томское краеведение ОЭЗ в г. Томске Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine Российские особые экономические зоны Томск.
Tomex
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Melih Gökçek
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
Sesil Tormey
Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876, Budapeşt – 2 aprel 1937) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu. Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu. Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir. Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi. Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.
Tokmar qalası
Tokmar qalası — Daşucu-Antalya avtomobil yolunun 22-ci km-də yerləşir. Tokmar qalası dənizə yaxın bir təpə üzərində inşa edilmişdir. Cənubi yalçın bir qaya ilə əhatə olunmuş qalanın şimalında müdafiə bürcləri vardır. XII əsrdə tikildiyi güman edilir. Tokmar adının haradan gəldiyi dəqiq bilinmir. Qalanın orta əsrlərdəki adı Latınca Castellum Novumoladır. Novum: fəlsəfədə "yeni fikir, yeni ideya, yeni axın" mənasındadır. "Yeni qala" mənasına yaxın olduğunu düşünülür. Tokmar qalasının digər bir adı isə mənbələrdə Norberd və ya Norpert olaraq qeyd olunur. 1198-ci ildə Tokmar və Silifke qalalarının rəhbəri Sevadios adını (Bu Yunan dilində Sebastos yəni Augustusdur) alan Heri adlı şəxsdir.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
Toltek mədəniyyəti
Toltek mədəniyyəti - Kolumbdan əvvəlki Mərkəzi Amerikada arxeoloji mədəniyyət idi və bu mədəniyyətin yaradıcıları olan tolteklər eramızın 950-1150-ci illərində daha da inkişaf edən Mezoamerikan xronologiyasının Epiklassik və erkən Post-Klassik dövründə Tula, Hidalqo, Meksikada yerləşən dövlət yaratmışlar. Sonrakı Astek mədəniyyəti mənsubları Toltekləri öz intellektual və mədəni sələfləri hesab edirdi. “Toltek” sözü Naxuatl dilində "sənətkar", “usta” mənasını verir. Şifahi və yazılı Astek mənbələri Toltek İmperiyasının tarixini təsvir edərək, hökmdarların və onların işğal etdikləri ərazilərin siyahısını özündə əks etdirir. Müasir alimlər Astek rəvayətlərində əks olunanların real Toltek tarixini əks etdirib-etdirməməsi barəsində mübahisə edirlər. Bütün alimlər Astek mənbələrinin böyük bir mifoloji hissəsinin olduğunu etiraf etsələr də, bəzilərihesab edirlər ki, tənqidi müqayisəli metoddan istifadə etməklə bəzi tarixi hadisələrin dəqiqliyini sübut etmək olar. Bir qrup alim isə iddia edir ki, rəvayətlərin real tarixi mənbə kimi davamlı təhlili əbəsdir və bu Tula de Allende mədəniyyətini öyrənməyə maneə olur. Tolteklərlə əlaqəli digər mübahisəli məsələlərdən biri isə Tula abidəsi ilə Mayya şəhəri olan Çiçen-İtsa arasında memarlıq baxımından oxşarlıqların əsasında duran səbəblərin araşdırılmasıdır. Tədqiqatçılar bu iki şəhər arasında təsirin dərəcəsi və ya istiqaməti ilə bağlı hələ də yekdil fikrə nail ola bilməyiblər. Mədəniyyətin dəqiq mənşəyi bəlli olmasa da, o, çox güman ki, cənub körfəzi sahilindən olan Nonoalca və Orta Amerikanın şimalında yaşayan oturaq Çiçimek xalqlarının qaynayıb-qarışması nəticəsində meydana gəlmişdir.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.