TÖKMƏK

1. TÖKMƏK Stol üzərindəki qrafindən stəkana su töküb içdim (A.Şaiq); AXITMAQ Axıtdım alnımın inci tərini; Yanmadım ömrümün iki ilinə.. (S.Vurğun); SÜZMƏK [Pyotr Anisimoviç] ..stol hazır olanda qədəhlərə araq süzüb sağlıq söylədi (H.Abbaszadə); ŞORLATMAQ Qıpçaq Məlik: ..qara başını kəsəcəm, alaca qanın şorladacam.. (Anar).

2. tökmək bax yağmaq

3. tökmək bax calamaq 2

TÖK
TÖKÜLMƏK
OBASTAN VİKİ
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".

Значение слова в других словарях

вы́кривиться перевали́ться перета́птывать селезе́ний сенособира́тель татуи́рование воркота́ть окле́ивание ополя́чиваться распрямля́ть слань сля́котно топо́рик трубоме́дник непщевать consequently ef- enlistee hangsman hermae mow down xylotomy аджарка ждать напролом