Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsa-Musa quşu (mif)
İsa-Musa quşu və ya İsaq-Musaq quşu— meşə bayquşcuğu ilə bağlı azərbaycanlılarda yayılmış mif. Mifin anadil quşları və Yapalaq quşu üçün versiyaları da vardır. İsa və Musa adında iki qardaş çöldə öküzlərini (və ya inəklərini) otararkən yuxuya gedirlər və oyananda heyvanlarını tapa bilmirlər. Əzazil ağalarının (və ya ögey analarının) qorxusundan Allaha yalvarıb quşa çevrilmələrini istəyirlər. Arzuları yerinə yetir və quş şəklinə keçərək öküzləri axtarmağa başlayırlar. O zamandan bəri qardaşlar çöllərdə öküzləri axtarır və bir-birlərinə deyirlər: "– İsa, tapdın? – Musa, yox.– Musa, tapdın? – İsa, yox." Əli Vəliyev bu mifin əsasında yazdığı "İsa-Musa quşu" hekayəsini belə bitirir: Digər bir rəvayətə görə quşlar İsa və Musa peyğəmbəri axtarırlar. Hava qaralandan səhər açılana kimi onlar İsa və Musa deyib çağırırlar. Süleyman Rəhimov "Şamo" romanında qeyd edir ki, xalq arasında quşların bir-birini axtardığı düşünülür.
İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Musa
Musa (ivr. ‏מֹשֶׁה‏‎; ən tezi e.ə. 1689 və ən geci e.ə. 1391 – ən tezi e.ə. 1473 və ən geci e.ə. 1271) — Allahın elçisi, Misirdə doğulmuş yəhudi əsilli peyğəmbər. Musa Xristianlıq, İslam və Bəhailik kimi İbrahimi dinlərdə mühüm peyğəmbər və yəhudilikdə ən böyük peyğəmbərdir. Rabbinik Yəhudilik Musanın e.ə. 1391–1271-ci illər arasında yaşadığını iddia edir. Elm dünyası Musaya bənzər bir fiqurun mövcud ola biləcəyi ehtimalını nəzəra alır, lakin üstünlük təşkil edən konsensus onun daha çox mifik bir şəxsiyyət olmasıdır.
Eyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. == Tarix == Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. === Eyn-İsa qaçqın düşərgəsi === 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Həzrət İsa
İsa (ən tezi e.ə. 6 və ən geci e.ə. 4, Beytləhm, Roma imperiyası – 7 aprel 30 və ya 3 aprel 33) — İsa Məsih, Nazaretli İsa və bir çox başqa adlarla tanınan, birinci əsrdə yaşamış yəhudi təbliğçi və dini lider. O, dünyanın ən geniş yayılmış dini olan Xristianlığın əsas simasıdır. Əksər xristianlar İsanın Tanrının Oğlu və Əhdi-Ətiqə əsasən zühur etməsi gözlənilən peyğəmbər Məsih olduğuna inanırlar. Antik dövrlə məşğul olan bütün müasir elm adamları İsanın tarixən mövcud olması ilə razılaşır. İsanın həyatı haqqında məlumatlar İncillərdə, xüsusən də Əhdi-Cədiddəki dörd kanonik İncildə öz əksini tapır. Akademik araşdırmalar İncillərin tarixi etibarlılığına və onların İsanı tarixi bir şəxsiyyət olaraq nə dərəcədə düzgün əks etdirməsinə dair müxtəlif fikirlər ortaya qoyub. Səkkiz günlük ikən sünnət edilən və yetkinlik yaşına çatanda Vəftizçi Yəhya tərəfindən vəftiz olunan İsa 40 gün, 40 gecə səhrada oruc tutduqdan sonra öz xidmətinə başladı. Səyyah müəllim olduğu üçün onu adətən “ravvin” adlandırırdılar.
Madinat-İsa
Madinat-İsa (ərəb. مدينة عيسى‎) — Manamadan cənub-qərbdə yerləşən, Bəhreyn krallığının Mərkəzi müzəfazasında yerləşən şəhərdir. Şəhərin əsası 1963-cü ildə qoyulmuşdur. 2010-cu il məlumatlarına əsasən şəhərin əhalisi 40000 nəfərdən azdır. == Etimologiya == Şəhər İsa ibn Salman Al-xəlifənin adı ilə adlandırılmışdır. Xəlifə 1961-ci ildən 1999-cu ilə qədər Bəhreynin kralı olmuşdur. == Tarixi == Madinat-İsa dövlət maliyyələşdirilməsi nəticəsində yaranmışdır və əsas plana əsasən tikilmişdir. Gələcəkdəki layihələrin daha çox ambisiyası üçün bu layihə nümunə oldu. Buna Həməd şəhərinin və Faşt-əl-Adxam şəhərlərinin layihəsini misal göstərmək olar. Şəhərin əsası 16 dekabr 1963-cü ildə qoyulmuşdur.
İsa Abbasov
İsa Kəlbiyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
İsa Körpülü
İsa Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
İsa Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Əyn-İsa
Əyn-İsa (bəzi mənbələrdə Eyn-İsa, Ayn-İsa Ayn İssa; ərəb. عين عيسى‎‎, kürd. Bozanê‎, türk. Ayn İsa) — Suriyanın Raqqa mühafəzəsinin Təll-Abyad rayonunda qəsəbə. Qəsəbə Təll-Abyad ilə Raqqa şəhərləri arasında yerləşir. Eyn-İsa 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG), Qadın Qoruma Dəstələri (YPJ) və Raqqa İnqilabçılar Briqadası tərəfindən ələ keçirilmişdir. Baxmayaraq ki, çox keçməmiş İraq Şam İslam Dövləti döyüşçüləri tərəfindən yenidən zəbt edilmişdir, YPG qəsəbənin iyul ayının əvvəllərində yenidən ələ keçirmişdir. Suriya Ərəb Respublikasına tabe qoşunlar Əsəd rejiminin Suriya Demokratik Qüvvələri ilə apardığı danışıqlardan sonra 14 oktyabr 2019-cu ildə Eyn-İsanın nəzarətini ələ keçirmişdir ki, qəsəbənin Sülh Bulağı əməliyyatı çərçivəsində Türkiyə nəzarətinə düşməsinin qarşısını alsın. 2016-cı ilin aprel ayından bəri qəsəbənin yaxınlıqlarında Eyn-İsa qaçqın düşərgəsi fəaliyyət göstərir, hansı ki, 2018-ci ilin iyul ayında 9.000 məcburi köçkünə ev sahibliyi edirdi. Bu məcburi köçkünlərin əksəriyyəti Deyr əz-Zövr və Rəqqə mühafəzələridən gəlirdi.
Ümmi İsa
Ümmi İsa — Azərbaycan türkcəsində yazılmış ilk əsərlərdən biri olan, türk dilli ədəbiyyatda ilk "Mehri və Vəfa" hekayəsinin müəllifi. Bir sıra tədqiqatçıların fikrincə Ümmi İsa Azərbaycan türkcəsində yazmış ilk şairdir. Təzkirələrdə adına və doğum tarixinə rastlanmayan şairin yaşadığı dönəm haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Şairin adının İsa olduğunu biz yalnız öz əsərindən öyrənirik: Ümma, İsa, necə bir bu qeyli-qal, Dilə haqdan kim, qılasan ittisal. Təəssüf ki, başqa heç bir mənbədə bu şairin nə adına, nə də haqqında məlumata təsadüf edilmir. Ona görə də onun yaşadığı tarixi dövr haqqında fikir söyləmək mümkün deyil. Bununla belə, professor Yaqub Babayevə görə əsərin pоetik linqvistikası, dil xüsusiyyətləri, leksik məziyyətləri və üslubi sistemi bütünlüklə XIII–XIV yüzilliklərdəki ana dilli epik sənət nümunələrini xatırladır. Babayev "Ana dilli Azərbaycan ədəbiyyatının təşəkkülü və epik şeirin inkişafı (XIII–XIV əsrlər)" adlı kitabında yazır: XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. Doğrudur, bu xüsusiyyətə sonrakı dövrdə yaranmış ana dilli əsərlərimizdə də rast gəlirik. Lakin sonrakı əsrlər üçün deyilən əlamət xeyli azalır, sabitləşmə nəzərə çarpacaq dərəcədə güclənir, adı çəkilən qrammatik əlamətlər daha çox normativ xarakter alır, öz daimi yerini tutmağa meyllənir.
İsa Kərimov
İsa Gülməmməd oğlu Kərimov (25 sentyabr 1919, Soğanlıq – 1983, Bakı) ― kimya elmləri doktoru (1971), professor (1974), AMEA-nın müxbir üzvü (1980). İsa Kərimov 25 sentyabr 1919-cu ildə Gürcüstan Respublikasının Soğanlıq kəndində anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Belə ki, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak edən İsa Kərimov müharibədən sonra təhsilini davam etdirərək 1946-cı ildə Bakı Dövlət Universitetini bitirir. İsa Kərimov əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlayıb. Belə ki, institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri və elmi işlər üzrə direktor müavini vəzifələrini icra edib. İsa Kərimov aşağı temperaturlar kimyasının əsasını qoyub. Onun kriogen mərkəzinin yaradılmasında xidməti əvəzsizdir. Alimin rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq 1966-cı ildə Fizika İnstitutunun Kriogen korpusunda maye azot və helium alınmışdır, aşağı temperaturda bir sıra yarımkeçirici materialların kim­yəvi, maqnitoelektrik xassələri­nin diamaqnit nüfuzluğu hissəsinin və kvant-mexaniki hesablanmaları əsasında maq­nit yarımkeçiricilərdə kimyəvi əlaqənin təbiətinin hərtərəfli tədqiqi aparılmışdır. Materialların (CuS 1 CuFCS 2 ) xassələ­rinin tədqiqi nəticəsində ilk dəfə olaraq təbəqə nümunələrinin ifrat keçiricilik halına keçmə­sinin, temperatur artmasının qanunauy­ğunları müəyyənləş­diril­mişdir.
İsa Abdullayev
İsa Abdullayev (azərb. Abdullayev İsa Mədəd oğlu‎) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), Əməkdar elm xadimi (2000), Lütfi-Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (1999), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı. 1963-cü ildə orta məktəbi qızıl medalla bitirmiş və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1968-ci ildə İstehsalat proseslərinin avtomatlaşdırılması faklütəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə aspiranturaya daxil olmuş və 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. İsa Abdullayev pedaqoji-elmi fəaliyyəti həmişə Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlı olmuşdur. O, burada assistent, dosent və avtomatika, telemexanika və elektronika kafedrasının müdiri işləmişdir. 1992-ci ildən doktorluq dissertasiyasını müdafiə edib texnika elmlər doktoru alimlik dərəcəsi, 1993-cü ildə isə professor elmi adını almışdır. İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı olub. İsa Abdullayevin elmi fəaliyyəti, təkcə Azərbaycanla məhdudlaşmayıb. 1979–1980-cı illərdə o, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən Pensilvaniya Universitetində Fulbrayt fondunun təsis etdiyi IREX (Beynəlxalq elmi tədqiqatlar mübadiləsi) proqramı üzrə xarici həmkarları ilə elmi tədqiqat işləri aparmışdır.
İsa Alıyev
İsa Hüseyn oğlu Alıyev (8 oktyabr 1953, Qalasar, Mikoyan rayonu – 9 mart 2024) — iqtisad elmləri doktoru, AMEA İqtisadiyyat İnstitutunun direktoru. İsa Alıyev 8 oktyabr 1953-cü ildə Dərələyəz mahalının (indiki Ermənistan SSR) Yexeqnadzor rayonunun Qalaser kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970–75-ci illərdə keçmiş D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun "Siyasi iqtisad" ixtisası üzrə qəbul olmuş və oranı bitirmişdir. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş, 1976–77-ci illərdə Ordu sıralarında hərbi xidmətdə qulluq etmişdir. 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda "Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi" adlı 08.00.01 siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 2005-ci ildən isə "Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi" adlı doktorluq dissertasiyasını 08.00.05 ixtisası üzrə müdafiə etmişdir. AMEA İqtisadiyyat İnstitutu direktor vəzifəsini icra edən iqtisad elmləri doktoru, baş elmi işçi, institutun Elmi Şurasının üzvü Alıyev İsa Hüseyn oğlu uzun müddətdir ki, elmi-tədqiqat işlərini yerinə yetirməkdə və onlara rəhbərlik etməkdə, eləcə də yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm təcrübəyə, nüfuza malik olan elm adamlarımızdandır. Onun rəhbərliyi və iştirakı ilə bir sıra – Respublikamızın milli iqtisadiyyatının və müstəqilliyinin məntiqini ifadə edən, aqrar sahənin idarəolunması ilə bağlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. O, 1991–95-ci illərdə "Respublikamızın ASK-nın təsərrüfat mexanizminin təkmilləşdirilməsi", 1995–2000-ci illər ərzində isə "Aqrar münasibətlərin bazar tələblərinə uyğun təkmilləşdirilməsi" adlı elmi-tədqiqat işlərinə rəhbərlik etmiş və mühüm təsərrüfat əhəmiyyətli nəticələr əldə etmişdir. İ. H. Alıyev eyni zamanda bir sıra hökumət və dövlət əhəmiyyətli işlərin də yerinə yetirilməsində bilavasitə və bilvasitə iştirakçı olmuş, bir sıra monoqrafiyanın müəllifi kimi də tanınmışdır. Onun 6 fərdi, 8 kollektiv monoqrafiyası, 130-a yaxın elmi məqalə, tezisi və qəzet yazıları vardır.
İsa Astamirov
İsa Astamirov (1952, Qazaxıstan SSR – 27 yanvar 2000, Qroznı) — Çeçen hərbçi və dövlət xadimi, tanınmamış Çeçen İçkeriya Respublikası liderlərindən biri, İçkeriya milli ordusunun briqada generalı, Çeçen İçkeriya Respublikasının müstəqilliyi uğrunda hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı. ÇİR Silahlı Qüvvələrinin Cənub-Qərb istiqaməti komandirinin qərargah rəisi, həmçinin Gelayevin 1-ci müavini (Xızır Xaçukayevin 1995-ci ildə hərbi rütbəsinin yüksəlməsindən sonra) olur. İqtisadiyyat naziri (1997), Baş nazirin iqtisadiyyat üzrə müavini (1998) işləmişdir. 27 yanvar 2000-ci ildə Qroznıda vəfat etmişdir. Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun fərmanı ilə o, ölümündən sonra Çeçen İçkeriya Respublikasının ali mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir. İsa Astamirov 1952-ci ildə çeçenlərin deportasiyasından sonra Qazaxıstan Sovet Sosialist Respublikasında anadan olmuşdur. Elə ilk təhsilinidə orada almışdır. Qazaxıstanda ali təhsil belə alır. İxtisasca inşaat mühəndisi olaraq fraəliyyət göstərir. Bir müddət Sverdlovsk və Perm vilayətlərində işləyir.
İsa Axunbayev
İsa Konoyeviç Axunbayev (qırğ. Иса Ахунбаев; 12 (25) sentyabr 1908 – 5 yanvar 1975, Çüy vilayəti) — Sovet cərrahı, Qırğızıstanda döş qəfəsi cərrahiyyəsinin qurucusu. Akademik (1954), Qırğızıstan SSR Elmlər Akademiyasının ilk prezidenti (1954–1960), SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1948). Tibb haqqında 110, müxtəlif sosial mövzularda 100-dən çox sənədin müəllifidir. İsa Konoevich Axunbayev 25 sentyabr 1908-ci ildə İssık-Gölün sahilində yerləşən Tur-Ayqır (müasir adı Toru-Ayqır) kəndində anadan olub. Valideynləri ilə birlikdə uşaqlığını Çində keçirdi, burada 8 yaşında otlaqda işləməyə başladı. Yalnız 15 yaşında, qayıtdıqdan sonra kənd məktəbində oxumağa başladı. Tibb fakültəsini bitirmiş və 1930-cu ildə Daşkənddəki Orta Asiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur, oradan 1935-ci ildə bitirmişdir. 1936-cı ildən etibarən Frunze Şəhər Xəstəxanasının cərrahi şöbəsində həkim işləyir. 1941-ci ilin sentyabrında Axunbayev Qırğızıstan Dövlət Tibb İnstitutunda işə başladı.
İsa Bağırov
İsa Cavadoğlu
İsa Cavadoğlu (İsayev İsa Cavad oğlu; d. 12 may 1931. Əyyublu, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ) - Azərbaycan şairi, publisisti, pedaqoqu; Azərbaycan Yazıçılar Birliyinin üzvü. "Varislər" ədəbi məclisinin rəhbəri (1970-indi). İsa Cavadoğlu 1931-ci il may ayının 12-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub. 1939-cu ildə Aşağı Ayıblı Cırdaxan yeddiillik məktəbinin 1-ci sinfinə daxil olub, 8 və 9-cu sinifləri həmin kənddəki orta məktəbdə oxuyub və burada 10-cu sinif olmadığı üçün 1949-cu ildə Aşağı Quşçu kənd orta məktəbi bitirib. Əyyublu kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1950-1954-cü illərdə Gəncə Dövlət Universitetinin (keçmiş APİ) Dil-ədəbiyyat fakültəsində ali təhsil alıb, təyinatla vaxtilə Tovuz rayonunun ərazisi olan Keşkənd orta məktəbində müəllim işləyibdir. 1956-cı ildən doğma kəndlərindəki Cırdaxan yeddiillik məktəbində müəllim, sonra orta məktəb olan həmin təhsil ocağında (Əyyublu kənd iki nömrəli orta məktəb) dərs hissə müdiri, direktor, Engels adına sovxozda partiya təşkilat katibi, 1966-cı ildən Tovuzda “Həqiqət” qəzetinin "Ədəbiyyat və incəsənət" şöbəsinin ştatdankənar müdiri, 1970-ci ildən bu günə qədər həmin qəzetin nəzdində yaradılmış Aşıq Hüseyn Bozalqanlı adına "Varislər" ədəbi məclisinin rəhbəri, 1984-cü ildən pensiya yaşına qədər Əyyublu kənd 1 nömrəli orta məktəbdə təşkilatçı müavin, 2011-ci ilin sentyabr ayına qədər əmək veteranı və baş müəllim kimi həmin məktəbdə ixtisas üzrə fəaliyyətini davam etdirib. Ömrünün erkən gənclik dövründən şeir yazmağa başlayıb, oxuduğu və işlədiyi zamanlarda ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olub.
İsa Cəfərov
İsa Cəfərov (tam adı: Cəfərov İsa Ağa oğlu; d. 21 oktyabr 1949) — kimya üzrə fəlsəfə doktoru, ADPU-nun Kimya fakültəsinin “Üzvi kimya və kimya texnologiyası” kafedrasının müəllimi. 1949-cu il oktyabrın 22-də Ermənistan Respublikası Qafan rayonunun Kurud kəndində anadan olub. 1967-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini “Gümüş medalla” bitirib. Evlidir. Bir qızı, iki oğlu var. 1971-ci ildə ADPU-nun kimya fakültəsini “fərqlənmə diplomu” ilə bitirib. 2012-ci ildə 02.00.03 – Üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəсəsini alıb. 1971-1983-cü illərdə Naxçıvan MR Culfa rayonunda orta məktəbdə müəllim 1984-1989-cu illərdə ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında laborant. 1989-2009-cu illərdə ADPU-nun “Yeni bioloji aktiv birləşmələr” ETL-də böyük elmi işçi 2009-cu ildən hal-hazıra qədər ADPU-nun “Üzvi kimya və kimya texnologiyası” kafedrasında müəllim Üzvi kimya Üzvi sintez Müasir təlim texnologiyaları Aşqarlar kimyası Neft kimyası və neft kimyəvi sintez.
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988). İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
İsa Hüseynov
İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı, Qazax qəzası – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Qazax qəzasının Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.
İsa Həbibbəyli
İsa Həbibbəyli (16 oktyabr 1949, Danzik, Şərur rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2022), filologiya elmləri doktoru (1996), professor (1997), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü (2003). İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir (1971). Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda Danzik kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor (1991-1996), Tələbə Elmi Cəmiyyətinin sədri (1968-1971, 1975-1990), 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından 2019-cu ilin oktyabr ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 2019-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, 2020-2022-ci illərdə yenidən vitse-prezidenti seçilmişdir.
İsa Kapayev
İsa Kapayev (noğayca: Иса Суюн улы Капаев; 16 iyun 1949, Erkin-Yurt) — noğay yazıçısı, şairi, publisisti, tərcüməçisi, folklorçusu, Qaraçay-Çərkəz Respublikasının xalq yazıçısı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət xadimi İsa Suyun oğlu Kapayev 16 iyun 1949-cu ildə Qaraçay-Çərkəz Respublikasının Adıge- Xabl (Noğay) rayonunun Erkin Yurd (indiki Erkin Xalq) aulunda məşhur şair Suyun Kapayevin ailəsində dünyaya göz açmışdır. Orta təhsilini tamamladıqdan sonra Rostov Mühəndis-İnşaat İnstitutunda təhsil almışdır. 1975-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Bir müddət "Lenin yolu" qəzetində jurnalist kimi çalışmışdır. İsa Kapayev 1978-ci ildə N.Ostrovski adına Ümumittifaq ədəbi müsabiqəsinin qaliblərindən biri olmuşdur, 1998-ci ildə o, U.Əliyev adına Beynəlxalq mükafata layiq görülmüş, 2008-ci ildə isə Qaraçay-Çərkəz Respublikası Prezdentinin mükafatçısı olmuşdur. Yazıçının "Ölümsüz ölüm" (Stavropol, 2004) tarixi essesi Rusiya və Qazaxıstanda bir neçə dəfə işıq üzü görmüş, kitabın Qazaxıstan nəşri "Ölümsüz səhra" (Astana: 2008) adı altında oxuculara catdırılmışdır. 1991–1996-cı illərdə İsa Kapayev rusca dərc olunan "Qıpçaq ayı" ("Половецкая луна") adlı noğay ədəbi-publisistik dərgisinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. Həmin dərginin ilk sayında Sovet hakimiyyəti dövründə yasaq olunmuş məşhur noğay dastanı "Edigey" ruscaya tərcümədə dərc olunmuşdur. İsa Kapayev "Qıpçaq ayı" ədəbi-publisistik jurnalının baş redaktoru olduğu dönəmdə noğayların və digər türk xalqlarının tarixinə dair həmin dövrə qədər məlum olmayan çoxsaylı materiallar bu dərgidə oxuculara çatdırılmışdır. 2002–2004-cü illərdə İsa Kapayev Rusiya Federasiyası Prezidentinin təqaüdünə layiq görülməklə yanaşı, həm də böyük mədəni işlər həyata keçirməkdədir.
Misa Şimizu
Misa Şimizu (清水美沙, Shimizu Misa, d. 25 sentyabr 1970, Tokio), yaponiyalı aktrisa. 2005-ci ildə Yaponiya və Kanadanın birgə Paper Moon Affair filmində məşhur kanadalı aktyor Brendan Fletçer ile birlikdə ifası ilə yadda qalıb. 2014-2015 Keishichô sôsa ikka kyû gakari (TV serial) 2015 Naki Meshi Kyôko (TV Mini-serial) 2014 Kyota No Otsukai (Qısa film) 2014 Onna wa sore wo yurusanai (TV Mini-serial) 2014 Jûisan jiken desuyo (TV Mini-serial) 2014 Tokumei tantei (TV Mini-serial) 2014 Border: Keishichô Sôsa Ikka Satsujinhan Sôsa Dai 4-gakkari (TV Mini-serial) 2013 Akai reikyûsha 32: Rasetsu no sanshimai (TV film) 2013 Banana to gurôbu to jinbeezame 2012 Kyouta no houkago (Qısa film) 2012 Hôigaku kyôshitsu no jiken file 34 2012 Sherî 2011 Tidy Up *2011 Shoujotachi no rashinban 2011 Tokyo Control (TV serial) 2010 Ren'ai gikyoku: Watashi to koi ni ochitekudasai 2010 Matataki *2010 Bokkusu! 2010 Memoirs of a Teenage Amnesiac 2010 Sonotoki made sayonara (TV Film) 2009 Hi to shio (TV Film) 2009 Shizumanu taiyô 2009 The Harimaya Bridge 2009 Rain Fall 2008 Boku no obaachan 2008 Umikaze ni fukarete 2007 Môryô no hako 2007 Tenkôsei: Sayonara anata 2007 Akôkurô 2006 Soredemo boku wa yattenai 2006 22 sai no wakare 2005 Paper Moon Affair 2005 Ubume no natsu 2005 Yasashii jikan (TV serial) 2002 Umi wa miteita 2001 Denen no yuutsu 2001 Akai hashi no shita no nurui mizu 2001 Kokubetsu (TV Filmi) 2000 Shinsengumi (səsləndirmə) 1999 Second Chance 1999 Atsumono 1998 Rakuen eno hashi (TV Film) 1998 Kanzo sensei 1998 Tokugawa Yoshinobu (TV serial) 1997 Tôkyô Dragon 1997 Zakuro yakata 1997 Hotaru no yado (TV Film) 1997 Unagi 1997 Ningen isu 1997 Gimu to engi 1997 Kimi ga jinsei no toki (TV serial) 1996 Shall we dansu? 1995 Gerende ga tokeruhodo koishitai 1995 Namida tataete bishô seyo: Meiji no musuko, Shimada Seijiro (TV Film) 1995 Setsunai haru (TV Film) 1995 Yonshimai monogatari 1994 Shijûshichinin no shikaku 1994 Nettai rakuen kurabu 1993 Watashi ga koroshita otoko (TV Film) 1993 Shinjitsu ichiro (TV Film) 1992 Okoge 1992 Mirai no omoide: Last Christmas 1992 Ude ni oboe ari (TV serial) 1992 Shiko funjatta 1991 Jutai 1990 Bakayarô!
USA
Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir. Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər.
USA Today
USA Today (həmçinin Yu-Es-Ey tudey, azərb. “ABŞ bu gün”‎) — ABŞ-də nəşr edilən ilk ümummilli gündəlik qəzet. Vaşinqtonda (Kolumbiya dairəsi) El Nyuhart tərəfindən yaradılıb. Qəzetin ilk nömrəsi 15 sentyabr 1982-ci ildə işıq üzü görüb. Qəzetin ilk baş redaktoru Con Sayqentaler olub.
USA Network
USA Network (qısaca USA) — ABŞ kabel televiziyası kanalı. Telekanal ilk orijinal yayımına 1977-ci ildə Madison Square Garden Sports Network adı altında bașlamıșdır. 9 aprel 1980-ci ildə indiki adı yenidən fəaliyyətə davam etmişdir. NBCSN fəaliyyətini dayandırdıqdan sonra, 2022-ci ildə kanalın populyarlığı daha da artdı. Kanalda həmçinin, WWF/WWE matçları da nümayiş olunur. 2018-ci ilin sentyabr ayının statistikasına əsasən, kanal ABŞ-dəki 90.4 milyon evdə yayımı əlçatan oldu. Telekanal hal hazırda ödənişli şəkildə YouTube TV, Hulu TV, Sling TV, DirecTV Stream və FuboTV kimi kabel-operator xidmətlərində yayımlanır.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Mişa Blek
Mişa Blek - yəhudi-ingilis dizayner və arxitektor. Mişa Blek 1910-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. 1912-ci ildə ailəsi ilə İngiltərəyə köçüb. Təhsilinin az olmasına baxmayaraq innovativliyi ilə seçilən 1930-cu illərdə məşhurlaşmağa başlayıb. 1933-cü ildə Beynəlxalq Sənətkarlar Assosiasiyasını quran Mişa, həm də 1943-cü ildə Design Research Unit adlı bir şirkət qurdu. 1959-1979-cu illər arası Kraliyyət Sənət Kollecində professor olmuşdur. 1959-1961-ci illər arası Beynəlxalq Sənaye Dizaynı Birlikləri Assosiasiyasının prezidentliyini etmişdir. 1972-ci ildə cəngavər elan olunmuşdur. Mişa Blek Vestminster küçə nişanlarının dizaynı ilə məşhurdur. Həmçinin 1958-ci il və 1961-ci illərdəki Britiş Reyl şirkəti üçün hazırladığı qatar dizaynları hələ də istifadə olunur.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎; 1948, Təbriz) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Mişa Kollins
Mişa Kollins (20 avqust 1974, Boston, Massaçusets) — Amerikalı aktyor. 2002-ci ildə hələ litseydə oxuyarkən sevdiyi qız yazıçı Viltoriya Vantok ilə evlənib və hazırda 2 uşağı var. Bu gündə davam etməkdə olan Fövqəltəbii serialında Kastiel rolunu canlandırır. Serialdakı tərəf müqavilləri olan Censen Ekls və Cared Padaleki ilə yaxın dostdur.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Mişa Titiyev
Mişa Titiyev (ing. Mischa Titiev; 1901, Kremençuk, Poltava quberniyası[d] – 1978) – rus əsilli ABŞ antropoloqu. Kremençuq şəhərində doğulmuş, 1907-ci ildə ailəsi ilə birlikdə ABŞ-nin Boston şəhərinə köçmüşdür. Titiyev Harvard Universitetində təhsili alaraq 1923-cü ildə bakalavr dərəcəsi, 1924-cü ildə ingilis ədəbiyyatı üzrə magistr dərəcəsi, 1935-ci ildə antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, 1935-36-cı illərdə ABŞ Milli Park Xidməti üçün köməkçi muzey kuratoru və gənc arxeoloq olaraq işləmişdir. 1936-cı ildə Miçiqan Universitetində işləməyə başlamış, 1951-ci ildə universitetin professoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Strateji Servis Ofisi üçün işləmişdir. 1954-cü ildə Fulbrayt təqaüdü əsasında Avstraliya Milli Universitetinin professoru olmuşdur. Təhsil sahəsindən təqaüdə çıxdıqdan sonra Miçiqan Universitetinin emerit professoru adına layiq görülmüşdür. Titiyevin əsas akademik maraqları hopilərin etnologiyası, Yaponiya və Peruda yaşayan yaponların sosial təşkilatlanması, Çilidə yaşayan araukanların etnologiyası olmuşdur.
Mişa Anastasieviç
Mişa Anastasieviç (serb. Миша Анастасијевић;24 fevral 1803, Doni-Milanovas[d], Belqrad paşalığı, Osmanlı imperiyası – 27 yanvar 1885, Buxarest, Rumıniya Krallığı[d]) — Serb taciri, vətənpərvər və xeyriyyəçi, 19-cu əsrdə Serbiyanın ən zəngin insanlarından biri, siyasətçi. O, eyni zamanda Dunay Kapitanı idi və Şahzadə Miloşdan əhəmiyyətli faydalar əldə etdi. Anastasijević Serbiyada ilk ictimai xeyirxah və Belqrad burjuaziyası üçün müxtəlif topların təşkilatçısı idi. O, həm də xeyriyyəçi idi. Poreç şəhərində anadan olub. Atası Anastas torpaq sahibi və kiçik tacir, anası Ruja isə evdar qadın idi. Atasının ölümündən sonra ona ögey anası baxıb. Onunla birlikdə Birinci Serb üsyanı və Serb İnqilabı zamanı iki dəfə Avstriyaya qaçdı. 11 yaşında oxuyub yaza bildiyi üçün doğma şəhərində müəllim olub.
İşa Kanu
İşa namazı
İşa və ya Xüftən namazı ― İslam dinində 4 rəkət olaraq Şam namazından sonra yerinə yetirilən ibadət.
Ksavye Bişa
Mari Fransua Ksavye Bişa (fr. Marie François Xavier Bichat; 14.11.1771, Tuarett – 22.7.1802, Paris) — fransız həkimi, anatomu, fizioloqu; patoloji anatomiya və histologiyanın banilərindən biri. == Fəaliyyəti == Tibb elmini Lionda və Parisdə öyrənmişdir. 1800-cü il dən Parisin “Hotel-Dieu” xəstəxanasında işləmişdir. İnsan bədəninin toxu maları haqqında ümumi anatomiya adlanan təlimi yaratmış və buna görə də fizioloji təbabətin banisi sayılır. Toxumaları həyatın əsas struktur və fizioloji vahidləri – bütün həyati (o cümlədən xəstələnmə) proseslərin daşıyıcıları hesab edirdi. Tibb elminə “toxuma” və “sistem” terminlərini daxil etmişdir. Dərkedilməz və canlını cansızdan fərqləndirən “həyat gücü”nün mövcudluğunu qəbul etmişdir.