Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 6 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
İsa Faiq oğlu Abbasov (2 avqust 1996; Gəncə, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İsa Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2019 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
İsa Abbasov 1996-cı il avqustun 2-də Gəncə şəhərində anadan olub.[1] 2003-2014-cü illərdə Gəncə şəhərində M. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Tarix müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.
İsa Abbasov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan İsa Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsa Abbasov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsa Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]