Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mütəllim Mütəllimov
Mütəllim Kəblə oğlu Mütəllimov (1909, Ağcabədi, Şuşa qəzası – 1981, Bakı) — Azərbaycanlı xanəndə. == Həyatı == Mütəllim Mütəllimov 1909-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ muğam məktəbinin nümayəndəsi. 1930-cu ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çıxış edib. O, repertuar seçiminə diqqətlə yanaşmış, öz səsinə uyğun muğam və təsnifləri oxumuşdur. 1930 illərdən M.Mütəllimov Bakıda ADF-nin solisti olmuş, geniş konsert fəaliyyəti ilə məşğul olmuşdur. M. Mütəllimovun repertuarında «Çahargah», «Orta Mahur», «Bayatı-Şiraz», «Mirzə Hüseyn Segahı», «Şur» muğam-dəstgahları xüsusi yer tuturdu. O, mahir təsnif ifaçısı kimi də tanınmışdı, çox zaman təsnifləri silsilə şəklində yəni, ardıcıl olaraq «Rast» və ya «Segah» təsniflərini ifa edirdi. Muğamlara o, özünəməxsus həssaslıqla yanaşmışdır. Belə ki, «Segah» muğamının variantları onun ifasında incə lirizmi ilə, «Çahargah» və «Orta Mahur» muğamları döyüş ruhu ilə yadda qalmışdır.
Mütəllim Abbasov
Mütəllim Məhərrəm oğlu Abbasov - Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Reaktiv və dizel yanacaqları" laboratoriyasının baş elmi işçisi, Pedaqoji elmlər doktoru, kimya elmləri doktoru., == Həyatı == Mütəllim Abbasov 1957-ci il 20 oktyabrda Tər-Tər rayonu Cəmilli kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1975-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1975-1977-ci illərdə Tər-Tər rayonunda “Özbəkistan” kolxozunda çalışmşdır. 1977-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Tusi adına Azərbaycan Pedaqoji Universiteti) kimya-biologiya fakultəsinə daxil olmuş, 1982-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci ilərdə Tər-Tər rayonu Cəmilli kənd orta məktəbində müəllim işləmişdir. 1985-ci ildə AMEA Qeyri-üzvi və Fiziki-Kimya İnstitutuna (indiki Kataliz və Qeyri-Üzvi Kimya Institutuna) aspiranturaya daxil olmuşdur. 1988-ci ildə “Ga, İn//O, S üçlü sistemlərinin fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-1998-ci illərdə həmin institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1998-ci ildən hal-hazıradək AMEA-nın Neft Kimya Prosesləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışır.
Mütəllim Dəmirov
Dəmirov Mütəllim Rəsul oğlu — xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti. == Həyatı == Mütəllim Dəmirov 28 dekabr 1970-ci ildə Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 1978 - ci ildə Binəqədi rayon Biləcəri qəsəbəsində 5 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 3-cü sinifdən 10-cu sinifə qədər tam orta təhsilini Qobustan rayon A.O.Çernayayevski adına orta məktəbdə davam etdirib. 1988-cı ildə bu məktəbi bitirib. 1989 - 1991 cı ildə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində Xanəndəlik ixtisası üzrə təhsil alıb. Bakalavr təhsilini 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında alıb. 1995-ci ildə Asəf Zeynallı adına musiqi kollecində Nərman Əliyevin sinfində fərdi xanəndəlik sənətinin sirrlərin öyrənib. 1995-ci ildə “Füzuli 500” Respublika xanəndələr müsaqibəsinin 2 dərəcəli mükafatına layiq görülüb.
Mütəllim Həsənov
Mütəllim Həsənov (Həsənov Mütəllim Saleh oğlu; 25 fevral 1955. Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatı, Ali kateqoriyalı müəllim. == Həyatı == Mütəllim Həsənov 25 fevral 1955-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1961–1972-ci illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır. 1976–1993-cü illərdə N. Piriyev adına Məmmədbəyli kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir.30 oktyabr 1993-cü ildə Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. 1993-cü ildən hal-hazıra qədər Zəngilan rayonu 20 saylı orta məktəbində müəllim işləyir.Məktəb Həmkarlar Təşkilatının sədri kimi ictimai vəzifəni daşıyır. Ali kateqoriyalı müəllimdir. "İslahat" qəzetinin redaktor müavini, "Etiraf" qəzetinin redaktoru olmuşdur.Mütəllim Həsənov Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.Ailəlidir. Bir oğlu və bir qızı var.
Asəf Mütəllimov
Asəf Rəhman oğlu Mütəllimov (2 aprel 1966, Neftçala rayonu – 1993, Mərzili) — "Azərbaycan Bayrağı" ordeni kavaleri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asəf Mütəllimov 1966-cı il aprel ayının 2-də Neftçala rayonunda anadan olmuşdur. == Hərbi xidməti == === Birinci Qarabağ müharibəsində iştirakı === Qarabağ döyüşləri zamanı könüllü olaraq Milli Ordu sıralarına qoşulmuş, Ağdərə, Tərtər, Ağdam ətrafında gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. PDM ekipajının mexaniki olaraq və onu digər iki döyüş yoldaşı Mərzili kəndi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Ermənistan Silahlı Qüvvələrinə məxsus 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmişdir. Asəf Mütəllimov 1993-cü ildə Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə həlak olmuşdur. Pirətavan qəbristanlığında dəfn edilmişdir. === Monte Melkonyanın öldürülməsi ilə bağlı === Onun və ekipajının "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutması ilə bağlı versiya var. Nəticədə onun ekipajı tərəfindən terrorçu məhv edilmişdir. Bununla bağlı "258 nömrəli PDM-in ekipajı" sənədli film çəkilib.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Mətləb Mütəllimli
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Ağacavad Mütəllimzadə
Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997, Maştağa – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ​ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019). == Həyatı == Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib. Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr oteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.
Mətləb Mütəllimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Nigar Mütəllimzadə
Nigar Camal (doğum adı: Nigar Aydın qızı Mütəllimzadə; 7 sentyabr 1980, Bakı) — Azərbaycanlı müğənni. 2011-ci ildə Eldar Qasımovla birgə Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində baş tutan 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və yarışmanın qalibi oldu. == Həyatı == Nigar Camal 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildən 1986-cı ilə qədər o, uşaq solist ansamblının solisti olub. 1988–1996-cı illərdə musiqi məktəbində təhsil alan zaman isə Nigar Camal bir sıra mahnılar bəstələyib. Daha sonra o, 1995/1996-cı il mövsümündə "Pöhrə" müsabiqəsinə qatılıb və həmin müsabiqənin fəxri diplomuna layiq görülüb. 1997-ci ildə Nizami rayonunda yerləşən 203 saylı tam orta məktəbi bitirən Nigar Camal Xəzər Universitetinin "İqtisadiyyat və menecment" fakultəsinə daxil oldu və 2001-ci ildə həmin təhsil ocağını bitirdi. 4 ildən sonra o, Türkiyəli Haluk Camal ilə ailə həyatı qurdu və Birləşmiş Krallığın London şəhərində yaşamağa başladı. 2014-cü ildə isə Nigar Camal həyat yoldaşından ayrıldı və Azərbaycana qayıtdı. Bu nigahdan Nigar Camalın 2006-cı il doğulmlu Jasmin və 2008-ci il doğumlu Səidə adında iki qız övladı var.
Qəzənfər Mütəllimov
Qəzənfər Ədalət oğlu Mütəllimov (27 yanvar 1992; Sumqayıt, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəzənfər Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Qəzənfər Mütəllimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tellur Mütəllimov
Tellur Uzdan oğlu Mütəllimov (8 aprel 1995-ci ildə Xaçmazda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Qəbələ" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Qəbələ === Mütəllimov Avrokuboklarda debütünü 2016-cı ildə Gürcüstanın "Samtredia" klubuna qarşı oyunda etmişdir. UEFA Avropa Liqası 2016/2017 mövsümünün birinci təsnifat mərhələsində "Qəbələ" "Samtredia"ya 5-1 hesabı ilə qalib gəlmişdir. === Zirə === 30 dekabr 2017-ci ildə Mütəllimov Zirə klubu ilə iki illik müqavilə imzalamışdır. == Milli karyerası == Mütəllimov Azərbaycan milli komandası ilə debütünü 2017-ci ildə Qatar millisinə qarşı yoldaşlıq oyununda etmişdir. == Klub karyerası == === Klub === 19 Mart 2017 tarixində yenilənib === Milli komanda === 9 mart 2017-ci il məlumatlarına əsasən.
Tofiq Mütəllimov
Tofiq Mütəllimov — rejissor == Filmoqrafiya == Aman, ayrılıq (film, 1989) Astana (film, 1988) Azərbaycan-88 (film, 1988) Azərbaycan məktəbinin 60 illiyi (film, 1980) Azərbaycan Oktyabrın 70 illiyinə (film, 1986) Bizim Nəsibə xanım (film, 1991) Canlı naxışlar (film, 1987) Dağ rayonlarında ətlik heyvandarlıq (film, 1985) Dünyada yeganə (film, 1989) Füzuli-500 (film, 1997) Hüseyn Cavid (film, 1988) Hüseyn Ərəblinski (film, 1982) Xaldanda görüş (film, 1980) İcarədarlar (film, 1990) İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989) Molla Pənah Vaqif (film, 1990) Monoloq (film, 1987) Nəsirəddin Tusi (film, 1984) Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989) Poeziya bayramı (film, 1982) Şəbi-hicran (film, 1993) Torpaq haqqı (film, 1986) Yol hərəkətinin təhlükəsizliyi (film, 1988) Yüz ilin bir günü (film, 1987) 100 ilin astanasında (film, 1992)(II) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Təhsin Mütəllimov
Təhsin Mütəllim oğlu Mütəllimov (18 yanvar 1932, Naxçıvan) — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, tanınmış pedaqoq, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və ictimai elmlər bölməsi üzrə müxbir üzvü, professor, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. == Həyatı == Təhsin Mütəllimov 18 yanvar 1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. T.Mütəllimov orta təhsilini Bakı şəhər 13 saylı məktəbdə başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. 1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1961–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963–1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur. T.Mütəllimov 1961-ci ildə "Ə.Əbülhəsənin bədii nəsri" mövzusunda namizədlik, 1975-ci ildə isə "Ə.Haqverdiyevin sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965–1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur. O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.Ədəbiyyat nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis hesab olunan T.Mütəllimov görkəmli ədəbiyyatşünas və tənqidçi kimi şöhrət qazanmışdır. Alim 55 ilə yaxındır ki, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərir.
Müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Müsəllim Həsənov
Həsənov Müsəllim Qaman oğlu — jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018).[mənbə göstərin] == Həyatı == Müsəllim Həsənov 1958-ci il dekabrın 22-də Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1985–1989-cu illərdə Azərnəşrdə çalışıb, 1989–1992-ci illərdə "Yeni Fikir" qəzeti redaksiyasında şöbə müdiri, redaktor müavini işləyib. 1992-ci ildən 1996-cı ilin sonuna qədər "Müstəqil qəzet"də çalışıb. 1997-ci ilin yanvarından noyabr ayına qədər "Panorama" qəzetində şöbə müdiri, 1997-ci ilin noyabrından 2000-ci ilin aprelinə qədər Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub. 2002–2008-ci illərdə "Media-Holdinq" şirkətində çalışlb, "Bizim Əsr" qəzetində şöbə müdiri, "Lider" televiziyasında redaktor vəzifələrində işləyib. "Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. 2010-cu ilin yanvarından İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində redaktor və böyük redaktor vəzifələrində çalışıb. İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifidir. İctimai televiziyada nümayiş olunan "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub.2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəna Mütəllib
Rəna Mütallib qızı İrani (25 iyun 1952, Bakı) — "Təfəkkür" Universitetinin- ETM-in Fəxri Professoru Tibb elmləri doktoru. == Həyatı == 25 iyun 1952-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1969-cu ildə Bakı şəhəri 190 Saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstituna (indiki Azərbaycan Dövlət Tibb Universiteti) "Müalicə-proflaktika" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə universiteti bitirərək, Azərbaycan Səhiyyə Nazirliyinin 5 Saylı xəstəxanasında daxili xəstəliklər üzrə həkim kimi çalışmağa başlamışdır. 1979-cu ildən Moskva Kardioloji Elmlər Araşdırma Mərkəzi ilə ortaq elmi araşdırma işbirliyi edən Cahangir Abdullayev adına Kardiologiya Elmi Tədqiqat İnstitunda ürək-damaq xəstəliklləri mütəxəssis həkim işinə davam etmişdir. 1986-cı ildə "Xronik ürək çatışmazlığı olan xəstələrin stasionar və ambulator müalicəsində kaptopril və molsidominin istifadəsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və "Tibb elmləri doktoru" elmi dərəcəsini qazanmışdır. 1993–1995-ci illərdə Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin Kardiologiya şöbəsində, 1995–1996-cı illərdə İstanbul Esnaf Xəstəxanasının Kardiologiya şöbəsində işləmişdir. 2004–2005-ci illərdə Özəl Göztəpə Kardiologiya Mərkəzində kardioloq həkim işləmişdir. 2005–2010-cu illərdə Özəl Eyyub Halic Hospitalında 2010–2012-ci illərdə Şişli Nişantaşı Xəstəxanası və İstanbul Cərrahi Xəstəxanasında kardioloq həkim kimi işinə davam etmişdir. 2012-ci ilin dekabr ayından Kardiologiya Müayinəxanasında kardiologiya üzrə dosent, uzman doktordur.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Müəllim (dəqiqləşdirmə)
Müəllim — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs.
Müəllim Günü
Müəllim Günü — təhsil sistemində çalışan insanların peşə bayramı. == Tarixi == 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında "Müəllimlər günü" Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma Azərbaycanda "Müəllim günü"nün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var. "Müəllim günü"nün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir.
Müəllim Naci
Müəllim Naci (osm. معلّم ناجى, türk. Muallim Naci; 1849, Konstantinopol – 12 aprel 1893, Konstantinopol) — Osmanlı şairi və yazıçısı. Yaradıcılığında daha çox türk klassik ədəbiyyatının ənənələrini yaşatmağa çalışmışdı.Müəllim Naci Osmanlı imperiyasının islahat yönümlü Tənzimat dövründə yaşamış və köhnə ilə əlaqəni kəsmədən modernləşməni müdafiə etmişdir. O, həm nəsr, həm də poeziya ilə bağlı tənqidlərə töhfə vermiş, problemləri araşdıraraq, türk xalqına təsir edəcək fikirlər verməklə türk ədəbiyyatında və cəmiyyətində özünəməxsus yer qazanmışdır. Onun Osmanlı türkcəsi lüğəti olan "Lüğət-i Naci" əsəri böyük əhəmiyyət kəsb edir.
Valid Müəllim
Valid Müəllim (17 iyul 1941, Dəməşq – 16 noyabr 2020, Dəməşq) — Suriyanın xarici işlər naziri. == Həyatı == Valid Müəllim 13 yanvar 1941-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olub.1960-cı ildə Qahirə universitetinə qəbul olub. İqtisadiyyat fakültəsini tamamlayıb. 1990–1999-cu illərdə Suriyanın ABŞ-də səfiri vəzifəsində çalışıb. 2000-ci ilin əvvələrindən Suriyanın xarici işlər naziridir.
Əməkdar müəllim
Azərbaycan Respublikasının əməkdar müəllimi
Mütəllib Xan məscidi
Mütəllib Xan məscidi (fars. مسجد مطلب خان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində yerləşən Elxani dövrü memarlıq abidəsi. 18 mart 2018-ci ildə İranıın Milli İrs siyahısına 4846 nömrədə qeydə alınıb. == Tarixi == Xoy şəhərinin mərkəzində Teleqani küçəsi ilə İmam küçəsinin kəsişməsində yerləşən abidənin şərqində Xan karvansarayı və tarixi Xoy bazarı yerləşir. Abidənin günümüzə qədər bir ədəd kitabəsi gəlib çatmışdır. Kitabə mətni belədir: "١ - وحید الدّھر حاجىمطل ّب خان ٢ - كھ دارد او نژاد ازشیخ اكرم ٣ - بھاءالدین محمد عالمى كو ٤- زافلاطون بھ حكمت بود اعام ٥- روان او چو از تن رفت دوران ٦ - زشادى گشت خالى شد پُر از غم ٧ - شد آنگھ تیره روى ماه و خورشید ٨ - شد آنگھ پشت چرخ واژگون خم ٩ -مرصّع كارى وجوھر شناسى ١٠- مر او رابود در گیتى مسل ّم ١١ - بھ تاریخ وفاتش گفت فرھنگ ١٢ -بھ جنّت باشد او را حور ھمدم" Kıtabədə abidənin Hacı Mütəllib xan tərəfindən tikdirildiyi və bu şəxsin məscidin inşası zamanı vəfat etdiyi yazılıb. Ölüm tarixi ilə bağlı beytlərdə əbcəd hesabından istifadə edilmişdir. Mənbələrdə bu tərifəlayiq yazının Qani adlı şəxs tərəfindən yazıldığı qeyd edilir və əbcəd hesabı ilə 1255/1839-cu ilə təsadüf etdiyi bildirilir. Yazılı mənbələrdə binanın ilk tikintisinin Elxanilər dövrünə aid olduğu yazılır. Məscidin Elxanilər dövründə tikilib sonradan Qacar dövründə bərpa edildiyi düşünülür.Mirâtü'l-Buldanın müəllifindən sitat gətirdiyi İran İslam Memarlığının Gəncnamə Enkslopediyasında V cildində məscid barədə yazılıb ki, bu məscid Xoyun dağılmış digər məscidləri sırasındadır.
Gənc müəllim (qəzet)
"Gənc müəllim" qəzeti — Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbu orqanı. == Tarixi == 1 fevral 1958-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində nəşr olunur. 2006-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsinin tərkibində fəaliyyət göstərir. 2007-ci ildən redaksiyanın nəzdində "Gənc qələmlər" Yaradıcılıq Birliyi yaradılmışdır ki, bu birlikdə universitetin istedadlı gənc yazarları toplamışdır. Qəzet 2010-cu ilin aprel ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür. 2021-ci ilin yanvar ayından etibarən “Gənc Müəllim” qəzeti yeni üslub və dizaynda rəngli formada çap və elektron qaydada dərc edilməyə başlanılıb. Yenilənmiş “Gənc Müəllim” istedadlı tələbələrin yazıları, Vətən müharibəsi Şəhidləri, ADPU-nun məşhur məzunları haqqında silsilə maraqlı rublikalar təqdim etməklə yanaşı innovativ qəzetçiliyi də tətbiq edir. Belə ki, 2021-ci ilin fevral sayından başlayaraq xəbərlərdə QR kod texnologiyası ilə lazımi məlumatlara – mətn, foto və videofayllara hiperistinadın verilməsi təmin edilir. == Məqsədi == Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətini işıqlandırmaqdır. == Əhəmiyyəti == Nəşri dövründə "Gənc müəllim" qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərmiş və tələbələrin elmi-mədəni səviyyəsinin yüksəlməsi məqsədilə bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olunmuşdur.
Müəllim (film, 2018)
Müəllim (İngilis dilində Hichki, Hind dilində जोकर्) Sidharth Malhotranın rejissorluğu ilə 2018-ci ildə ekranlaşdırılan hind filmidir. Baş rolda Rani Mukherjeenin oynadığı bu film onun evlilik və ondan sonra dünyaya gətirdiyi qızlarına görə dörd illik yoxluğundan sonrakı ekrana qayıdışının birinci filmidir. == Süjet xətti == Naina Mathur Tourette sindromundan əziyyət çəkir. O, müəllim olmaq arzusundadır, lakin xəstəliyinə görə ona iş verilmir. Bir gün ona St. Notker məktəbində iş təklif olunur və ona kasıb məhəllədən olan uşaqlardan ibarət 9F sinfi verilir. Nə məktəb direktoru, nə 9A sinfinin müəllimi — cənab Vadia, nə də uşaqların özləri bu işdə Nainanın müvəffəqiyyətinə inanırlar. Naina çətinliklə də olsa vəziyyətə nəzarət etməyi bacarır və tapşırığın öhdəsindən gəlir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. == Haqqında == “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır.“Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar. “Müəllim sözü” qəzetinin 2017-ci ilin fevral ayında dərc edilən “Ziyalı” adlı “Xüsusi buraxılış”ı tanınmış şair İlyas Tapdığa həsr edilmişdir.
Ramiz Bağırov (müəllim)
Bağırov Ramiz Məmməd Tağı oğlu —müəllim. == Həyatı == Ramiz Bağırov opera müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti Məmməd Tağı Bağırovun ailəsində 1929–cu ildə dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında vokal ixtisası üzrə təhsil alıb. 1947-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Mahnı və rəqs” ansamblında çalışmağa başlayıb. O, 1957-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya komitəsi xorunun solisti olub,eyni zamanda Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib, 1971-ci ildən isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda əvvəlcə müəllim, sonralar isə vokal ixtisası üzrə şöbə müdiri vəzifəsində çalışıb. Ramiz Bağırov bir neçə metodik işləmələrin, o cümlədən “Azərbaycan vokalistlərinin məcmuəsi” adlı elmi-nəzəri metodik əsərin müəllifi olub. 1973-cü ildə bəstəkar Hazim Əliverdibəyov tərəfindən yazılmış “Cırtdan” uşaq nağıl operasının liberetto müəllifi də R.M.Bağırov olub.Peşəkar sənətkar, tələbkar müəllim, həssas insan olan R.M.Bağırovun bir çox vokalistin yetişməsində böyük rolu olub. Onun “əruz” vəznində gözəl şeir oxuması qabiliyyətini nəzərə alaraq görkəmli kinorejissor Şahmar Ələkbərov 1991-ci ildə çəkdiyi “Qəzəlxan” filmində yaddaqalan obrazlardan biri olan Mirzənin rolunu məhz Ramiz Bağırova həvalə edilmişdir. Filmdə qəzəlxan Əliağa İsgəndərova “Vahid” ləqəbini verən bir tarixi şəxsiyyətin rolunun ifaçısı olmuş, həm də bu rolu özü səsləndirmişdir. Eləcə də rejissor Ağarza Quliyevin 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında çəkdiyi eyniadlı bədii filmində Ramiz Bağırov aparıcı rollardan biri olan Gülümsərov obrazının (Bəşir Səfəroğlu) bütün mahnılarını səsləndirib.
Yusif Qazıyev (müəllim)
Yusif Qazıyev (2 fevral 1934, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru == Həyatı == Yusif Xıdır oğlu Qazıyev 2 fevral 1934-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olmuşdur. O, 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin (Gürcüstan Respublikası) Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirmiş, 1971-1975 ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun (Azərbaycan Təhsil Problemləri İnstitutu) dissertantı və 2010-2015 ci illərdə müstəqil tədqiqatçı kimi ADPU-nun doktorantı olmuşdur. Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Pedaqogika üzrə elmlər doktoru,"Qızıl qələm" lauretaı, və əmək veteranıdır. Yusif müəllim bir çox əsər və kitabların müəllifidir.Onun özü və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991 ci illərdə) məruz qalmış, hər dəfəfə mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir. Ailəlidir 2 oğlu, 5 nəvəsi var. == Mənbə == "Şərəfli müəllim ömrü yaşayan insan". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010.
“Müəllim sözü” qəzeti
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. == Haqqında == “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır.“Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar. “Müəllim sözü” qəzetinin 2017-ci ilin fevral ayında dərc edilən “Ziyalı” adlı “Xüsusi buraxılış”ı tanınmış şair İlyas Tapdığa həsr edilmişdir.
Bizim Cəbiş müəllim
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də məhz orada tarixin yaddaşına köçürülüb.
"Ən yaxşı müəllim" müsabiqəsi
"Ən yaxşı müəllim" müsabiqəsi — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlər üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllimin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 5.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib. == Təsisi == "Ən yaxşı müəllim" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilmişdir. == Başlıca məqsədi == Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir. == Müsabiqədə iştirak şərtləri == Müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidir: azı beş il pedaqoji iş stajına malik olması; əlavə təhsil alması, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd alınası; təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi; dərs demək, məşğələ aparmaq üçün əlavə təhsil tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi; pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması; mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifı olması; tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması; "Baş müəllim" yaxud "Metodist müəllim" adını alması, dövlət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması; Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarları və Azərbaycan Respublikası təhsil nazirinin əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərarın qəbul edilməsi; informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olması; ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfındən aparılan sorğularda həmin müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi; müəllimin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər. == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfındən müəyyən edilir. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılan apelyasiya komissiyasında baxılır.
Bizim Cəbiş Müəllim (1969)
Bizim Cəbiş müəllim tammetrajlı bədii filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rolları Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov ifa edirlər. 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında aktyor Süleyman Ələsgərova yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verilmişdir. == Məzmun == Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında çəkilib. Filmin çəkildiyi əsas məhəllə Bakının mərkəzində yerləşən məşhur “Səadət” sarayının yanındadır. Filmdə təsvir olunan məktəb Bayıldakı məktəblərdən biri idi. Hərbi hospital səhnəsi də məhz orada tarixin yaddaşına köçürülüb.
Millət Əliyev (şəhid müəllim)
Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu – 2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi. == Həyatı == Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir. Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır. Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir.
Lutpulla Mutəllip
Lutpulla Mutəllip (22 noyabr 1922, Sincan[d] – 18 sentyabr 1945 və ya 17 sentyabr 1945, Aksu, Sincan[d] və ya Sincan[d]) — uyğur şairi. == Həyatı == Millətini azad və xoşbəxt görmək arzusu ilə yaşayan və bu yolda həyatını qurban verən ədiblərdən biri də Lutpulla Həzim Axun oğlu Mutəllipdir. Haqqında çox yazılsa da, doğum və ölüm tarixləri fərqli-fərqli göstərilmişdir. Əsasən də Şincanın Qulca şəhərində doğulduğu fikri üzərində dururdular. Uyğur araşdirıcısı Tursun Erşidin 1998-ci ildə Urumçidə çap etdirdiyi “Lutpulla Mütəllip və unin keçürmişləri” kitabı şairin doğum ili, yeri və ölüm günü ilə bağlı yanlışlıqlara son qoydu. O, şairin atası Həzim Axunda məxsus “Min bir hədis” adlı kitabın qapağına yazılmış tarixi əsas götürərək 1922-ci ilin noyabrın 16-da anadan olduğunu yazmışdır. Ailədəki müqəddəs kitabların qapağina mühüm tarixi hadisələr və uşaqların doğum günlərinin yazılmasının az qala bir ənənəyə çevrildiyi məlumdur. Həzim Axund da kitabın qapağına oğlunun doğulduğu günü yazıbsa, demək, ən doğru sənəd bu hesablanmalıdır. Kiçik yaşlarından fitri istedadı ilə ətrafındakıların diqqətini cəlb edən, ilk təhsilini evdə atasından alan Lutbullahı Qulca şəhərindəki tatar ibtidai məktəbinə oxumağa göndərirlər. Üsuli-cədid məktəbi kimi tanınan bu məktəbdə 1936-ci ilədək oxuyaraq tatar və rus dillərini də öyrənmiş olur.
Müsəlləm
Müsəlləm (erm. Մուսալլամ) - Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən Lernadzor kənd icmasına daxil olan kənd. Kənd Qafan şəhərindən 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, Əcili çayının solunda, səfalı düzənlikdə yerləşir. == Tarixi == == Etimologiyası == Toponim şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. === Görkəmli şəxsiyyətləri === Mürvət Şərifov — "20 Yanvar Şəhidi" fəxri adını almışdır. == Ədəbiyyat == Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.
Mütərcim
Mütərcim (jurnal) — Azərbaycanda nəşr olunan jurnal. Mütərcim (nəşriyyat) — Azərbaycanda Nəşriyyat-Poliqrafiya Mərkəzi.
Müəllimə
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar. == Müəllimlik işinin xüsusiyyətləri == Müəllimlik işinin xüsusiyyətlərinə aşağıdakılar daxildir: a) müəllimlik şərəfli işdir; çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir; b) müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz; c) müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan özü mürəkkəb və dəyişkən, pedaqoji proses isə çoxcəhətli və çətindir; ç) müəllimlik yaradıcı işdir; çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz.
Müəllif
Müəllif (lat. auctor) — yaradıcılığı nəticəsində əsər yaranan fiziki şəxs . İstedad, ağıl və zəhməti ilə əsər yaradan şəxs və ya şəxslər qrupu. Müəllif müəssisə və ya təşkilat da ola bilər, bu halda materiallar həmin təşkilatın adından dərc edilir. == Tarixi == Müəlliflik hüququ və ondan irəli gələrək müəllif anlayışı Avropada XIX əsrdə özünə tərəfdarlar tapmağa başladı. Almaniya İmperatorun 11 iyun 1870-ci il tarixli fərmanı ilə müəlliflik hüququna Urheberrecht adı verildi. Rusiyada XX əsrin əvvəlində müəlliflik hüququ dedikdə ədəbi yaradıcllıq nəzərdə tutulurdu. XX əsrdə bu anlayış daha geniş başa düşülərək intellektual mülkiyyət anlayışına çevrildi.
Mütəaliq (Kəleybər)
Mütəaliq (fars. متعلق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == İran Ordusu sənədlərinə istinad edərək 1940-cı illərin sonlarında kənddə 143 nəfərlik bir əhali olduğu bildirilir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (57 ailə). Daha yeni statistikaya görə əhalisi 115 nəfərdir (40 ailə).
Mütərcim (jurnal)
«Mütərcim» ədəbi, elmi, tərcümə jurnalı 1996-cı ildən nəşr olunur. İldə 4 dəfə buraxılır. Təsisçilər: Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti «Mütərcim» Tərcümə Mərkəzi Jurnal əsasən dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan Azərbaycan dilinə, Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümələrini, həmçinin bədii tərcümə işinin aktual problemləri, tərcüməçilik işi, tərcümə sənəti, tərcümə nəzəriyyəsi və tarixi, ədəbiyyatşünaslıq və s. mövzuda respublikamızın tanınmış mütəxəssislərinin elmi məqalələrini öz səhifələrində işıqlandırır. Jurnalda «Bədii tərcümə», «Elmi-filoloji tərcümələr», «Tərcümə problemləri», «Tərcümə təriximizdən», «Tərcümə örnəklərimiz», «Ədəbiyyatşünaslıq», «Tarixdə türklər», «Nəsr», «Poeziya», «Ədəbi birliklər və dərnəklər» və s. rubrikalar fəaliyyət göstərir. Dərgi V.Şekspirin «Hamlet», «Kral Lir», «Maqbet»; F.Nitsşenin «Zərdüşt belə demişdir»; A.Kamünün «Taun»; E.Heminqueyin «Yağış altında pişik»; B.Poulsenin «Fil sümüyündən qüllə»; X.Kortasarın «Qorxulu yuxular»; O.Uayldın «Fövqaladə fişəng»; J.P.Sartrın «Divar», «Ədəbiyyat nədir»; E.A.Ponun «Morq küçəsində qətl»; G.Mopassanın «Cehiz»; C.Stüartın «Məhəbbət»; A.Miskeviçin «Pan Tadueş»; F.M.Dostoyevskinin «Karamazov qardaşları», «Gülməli adamın yuxusu», «Atalar və oğullar»; Y.Haşekin «Qoçaq əsgər Şveykin sərgüzəştləri»; A.K. Doylun «Ledi Frensis Karfaksın yoxa çıxması, «Masqreyvlər ailəsinin ritualı»; G.Hegelin «Müsəlmanlıq»; E.Kolduelin «Kristi Tökerin ölümü»; S.Dalinin «Sürrealizm mənəm»; M.Acinin «Qıpçaq çölünün yovşanı»; U.S.Moemin «Həyati hadislər», «Edvard Barnardın dönüklüyü», «Neyl Makadam»; R.Şeklinin «Mütləq silah»; H.Beytsin «Fransa üzərində küləklər»; Q.Qrinin «Canlılar yaşayan otaq»; Ə.Nəvainin «İnsan ürəyi yeyən hind»; T.Hüseynin «Əli və övladları»; C.Bayron, K.Simonov, A.Morua, Y.Yevtuşenko, N.Rubtsov, V.Şimborska, A.S.Puşkin, M.Y.Lermontov, Lonqfellou, A.Opi, C.Kits, U.Vüdsövs, B.Posternak, V.Mayakovski, S.Yeseninin şeirləri və s. kimi dünya ədəbiyyatı korifeylərinin əsərlərinin orijinaldan tərcümələrini öz səhifələrində işıqlandırmışdır. Jurnal S.Məmmədzadə, S.Mustafa, S.İsgəndərov, E.Borçalı, M.Hacıyev, A.Qasımova, A.Abbasov, H.Orucov, M.Qocayev, Q.Əhmədov, M.Hacıyev və s. peşəkar tərcüməçilərlə sıx əməkdaşlıq edir.
Mütərcim (nəşriyyat)
"Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi — Azərbaycanda nəşriyyat 1993-cü ildən fəaliyyətə başlayan "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi Azərbaycanda yaranan ilk özəl nəşriyyatlardandır. Əsasən, tərcümə ədəbiyyatlarının, lüğətlərin, ensiklopediyaların, ali və orta ixtisas məktəbləri üçün dərslik, dərs vəsaitlərinin nəşri sahəsində ixtisaslaşmışdır. İldə 100-120 adda kitab nəşr edir. == Tarixi == 1993-cü ildən fəaliyyət göstərən "Mütərcim" - Tərcümə Mərkəzinin təsisçiliyi ilə fəaliyyətə başlamışdır. == Mükafatları == Nəşriyyat 1999 və 2001-ci illərdə "İlin nəşriyyatı" adına layiq görülmüşdür. Bir sıra respublika və beynəlxalq kitab sərgilərinin nominantı olmuşdur. Müxtəlif kitab sərgi və yarmarkalarda nəşriyyatın çap etdiyi kitablardan A.Hacyevin «Ренессансный мир «Хамсе» Низами Гянджеви» - "ən məzmunlu kitab", R.Əkbərovun «İlk tibbi yardım» kitabı – «tibbi biliklərin təbliği», V.Yusiflinin «Tənqid də yaradıcılıqdır» kitabı – "ən yaxşı tənqidi kitab", T.Cəfərovun «Тйрко-славйанскийе связи в литературе древней Руси» kitabı – "ən yaxşı ədəbiyyat tarixi kitabı", R.Əkbərovun «Povest və hekayələr» kitabı – "ilin satira kitabı", F.Dostoyevskinin «Karamazov qardaşları» romanı (tərcümə edəni Telman Vəlixanlı) – "ilin bədii tərcümə kitabı", «Dilçilik ensiklopediyası» – "ilin filoloji layihəsi", həmçinin «Mütərcim» jurnalı – "ilin tərcümə jurnalı" və s. nominasiyaların qalibi olmuşdur. == Yerli və xarici əlaqələri == Nəşriyyat respublikanın yaradıcı birlikləri (Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, «Содружество», «Луч», «Южный треугольник» və s.), respublikanın və xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları (Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu, Voronej Dövlət Pedaqoji İnstitutu (Rusiya) və s., elmi-tədqiqat müəssisələri (AMEA-nın Ədəbiyyat, Dilçilik İnstitutları və s., Təhsil Problemləri İnstitutu), həmçinin xarici ölkələrin bir sıra nəşriyyat və jurnalları («Златоуст», «Спутник+», «РАЕ», «Росиздат», «Литера», «Наука и жизнь Казахстана» və s.) ilə sıx əməkdaşlıq edir.
Ajania mutellina
Ajania mutellina (lat. Ajania mutellina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ajania cinsinə aid bitki növü.