Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Lüzarş
Lüzarş (fr. Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 4.103 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 30 km şimalda, Serji belediyyənin 28 km şərqdə yerləşir.
Mazares
Mazares (qədim yunanca: Μαζάρης) — II Kirin babası, Midiya hökmdarı Astiaqı devirərək hakimiyyəti ələ keçirdikdən sonra, onun tərəfinə keçmiş Midiya sərkərdəsi. == Mazares Herodotun "Tarix" əsərində == Herodotun qeydlərində Mazaresin II Kirə xidmət edən Midiya sərkərdəsi olması və Kiçik Asiyada üsyanı yatırarkən öldürülməsi göstərilir. II Kirin e.ə. 539-cu ildə Lidiyanı fəth etməsindən sonra lidiyalılar rəsmən Paktias adlandırıldı və lidiyalılara, Kirin dövlət xəzinəsindən bəxşiş paylanılmaqla, onlardan və İoniya yunanlarından düzəldilmiş xüsusi ordu yaradıldı. Tabaluz Kirin Lidiyann paytaxtı Sard şəhərindəki satrapına qarşı üsyan etmiş, şah qvardiyasının da daxil olduğu fars ordusunu mühasirəyə almışdı. Üsyan haqqında eşidən Kir, lidiyalıları cəzalandırmaq və Sard şəhərini yandıraraq yerlə-yeksan etmək üçün planlar hazırlamağa başladı. Məğlub olduqdan sonra II Kirin məhkəmə hakimlərindən biri təyin edilən keçmiş Lidiya kralı Kroesus isə heç bir zərər çəkmədən onun keçmiş krallığının ərazisindən əl çəkməyə razı salmaq üçün yalvarırdı. Herodot qeyd edir ki, Kroesusun tövsiyəsi ilə Lidiya əhalisi tərkisilah edildi və insanların rahatlıq ümidlərini alt-üst edən ticarət haqqında sərt qanunları qəbul etdi.Bunları etdikdən sonra Kroesus qeyd etdi ki, "insanlar artıq həddən artıq zəiflədilib və onlardan çəkinmək üçün heç bir əsas yoxdur." İnsanlara qalib olduğunu göstərmək fikrində olan II Kir Kroesusun istəyinə qarşı çıxaraq, öz sərkərdəsi Mazaresi üsyanı yatırmaq və Paktiası cəzalandıraraq imperiyanın tərkibinə qaytarmaq üçün oraya göndərdi. Lakin Mazaresin rəhbərlik etdiyi ordu Sard şəhərinə yaxınlaşdıqda, paktiaslılar şəhəri tərk etdilər. Mazares onları təqib edərək İoniya yunanlarını məğlub etdi, Priena və Maqneziya şəhər dövlətlərini tutdu, üsyan rəhbərini ələ keçirərək cəzalandırılması üçün II Kirin yanına göndərdi.
Mxare
Mkhare (gürc. მხარე) — Gürcüstanın inzibati ərazi bölgüsündə inzibati vahid. Ümumiyyətlə “region” olaraq tərcümə olunur. Regionlar (gürc. მხარე) Abxaziya və Cənubi Osetiyadakı separatçı münaqişələr həll oluna qədər 1994-1996-ci illər arasında Prezident sərəncamları ilə müvəqqəti bir şəkildə qurulmuşdur. Onlar, Gürcüstanın ənənəvi tarixi və coğrafi ərazilərinə təqribən uyğundurlar. Region muxtar bir vahid deyildir və vəzifəsi, daha çox bir neçə bələdiyyənin (Acarıstan və Tbilisi bələdiyyələrindən başqa) bir regionda Gürcüstan prezidenti tərəfindən vəzifələndirilən bir vəzifəli şəxs tərəfindən təmsil edilən Gürcüstan mərkəzi hökuməti ilə olan ünsiyyəti koordinasiya etməkdir. Gürcüstanda müvəqqəti inzibati Regional idarəetməyə, Gürcüstan prezidenti tərəfindən təyin edilən səlahiyyətli Dövlət Komissarı (gürc. სახელმწიფო რწმუნებული, Saxelmćipo Rćmunebuli, ümumi olaraq “Qubernator” (gürcücə: გუბერნატორი) olaraq tərcümə olunur) rəhbərlik edir. Lakin qubernator adı rəsmi ad deyildir.Bölgələr ayrıca olaraq raion (rayon) adlandırılan inzibati bölgələrə bölünmüşdür.
Məzar
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Atəşböcəklərinin məzarı
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. == Məzmun == Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.
Məzrayə-i Məzarə (Əhər)
Məzrayə-i Məzarə (fars. مزرعه مزارع‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).
Mamare Tono
Mamare Tono (橙乃 ままれ, Tōno Mamare) və ya əsl adı ilə Daysuke Umezu (梅津 大輔, Umezu Daisuke) — Yaponiya ranobe və manqa yazıçısı. Ən tanınmış ranobeləri "Log Horizon" və "Maoyu" ranobeləridir. Hər iki ranobe əsasında animelər çəkilmişdir. "Trattoria After School" (放課後のトラットリア, Hōkago no Trattoria) adlı manqanın da müəllifidir. 2015-ci ildə Tono Korporativ Vergi Qanununu pozduğuna görə vergidən qaçınma ilə təqsirləndirilmiş və Yaponiya hökumətinə 30 milyon yen borclanmışdır. Bir müddət sonra Mamare fanatlarından üzr istəmiş və rəsmi saytında vergilərini ödədiyini açıqlamışdır.
Maqare Tşekiso
Maqare Tşekiso — Botsvanalı boksçu. Maqare Tşekiso Botsvananı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maqare Tşekiso birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Şərqi Almaniyanın nümayəndəsi Rene Braytbart ilə üz-üzə gəldi. Həmin görüşdə Maqare Tşekiso rəqibinə 0:5 hesabı ilə uduzdu.
Muniba Mazari
Muniba Mazari (urdu منیبہ مزاری?, 3 mart 1987) — Pakistan rəssamı və sosial-siyasi fəalı. O, 21 yaşında avtomobil qəzasına uğramışdır və Pakistanın əlil-arabasından istifadə edən ilk modelidir. Yaradıcılıqla yanaşı, tez-tez müxtəlif tədbirlərdə motivasiya natiqi kimi çıxış edən Muniba BMT Qadınlar təşkilatının Pakistan üzrə milli səfiridir. == Həyatı == Muniba 3 mart 1987-ci ildə Pakistanda anadan olmuşdur. Əslən bəlucdur. 18 yaşında ilə həyatı quran Munibanın 2007-ci ildə, 21 yaşında avtomobil qəzası zamanı onurğası zədələnir. Munibanın Nil adlı övladlığa götürdüyü oğlu var. == Fəaliyyəti == Muniba xeyriyyəçi kimi fəaliyyət göstərməklə yanaşı, özünün "Munibanın lövhəsi" adlı markasını yaratmışdır. Muniba Mazari müxtəlif kampaniyalarında iştirak etmiş, bir müddət Pakistanın milli televiziyasında aparıcı kimi işləmişdir. Hal-hazırda Pakistanın BMT Qadınlar təşkilatının xoşməramlı səfiridir.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. == Ümumi məlumat == Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir. Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır. Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.
Yulii məzarı
Yulii məzarı (it. Tomba di Julii) və ya Mavzoley "M" - Müqəddəs Pyotr bazilikasının altında yerləşən Vatikan nekropolunda məzardır. Məzarın tağı altında məşhur mozaika aşkarlanmışdır. Mozaikada Helios (Roma panteonunda Sol İnvuktus) öz təkərli arabasında təsvir edilib. Mozaikda tanrı panteist dünyagörüşü üçün ənənəvi olmayan üzüm yarpaqları arasında təsvir edilib ki, bu da İohannın İncili 15.1 təsvirinə uyğun gəlir. Mozaik, III əsrin sonları IV əsrin əvvəllərinə aid edilir. Bu məzardan aşkarlanmış digər mozaikalarda İona və kit, quzunu daşıyan yaxşı çoban (Kriofor mövzusu) və balıqçıların təsvir edilməsi məzarın xristiana məxsus olmasını ehtimal etməyə əsas vermişdir. == İstinadlar == == Ədəbiyyat == Beckwith, John 1979. Early Christian and Byzantine Art (Yale University Press): 19 Perler, Othmar 1953, Die Mosaiken der Juliergruft im Vatikan (Universitätsverlag): 34-36 Weitzmann, Kurt, ed., Age of spirituality: late antique and early Christian art, third to seventh century, no.
Çezare Borcia
Çezare (Sezar) Borcia (tam adı kat. Cèsar de Borja i Catanei — Sezar de Borja-i-Katanei, ispandilli yazılışda isp. César Borgia — Sesar Borxa, italyan yazılışında it. Cesare Borgia — Çezare Borca; 13 sentyabr 1475, Subyako[d], Papa dövləti – 12 mart 1507, Viana[d], Navarra krallığı) — intibah dövrünün önəmli siyasətçilərindən biri, Papa VI Aleksandrın oğlu, kardinal. Nikolo Makiavellinin "Şahzadə" əsərində, "The Borgias" teleserialında, "Assassin`s Creed: Brotherhood" kompüter oyununda onun obrazına rast gələ bilərik. Bəzi mənbələrə görə, İsa Məsihin portretini çəkən rəssamlar məhz Çezare Borciyanın sifət cizgilərindən ilhamlanıblar.
Çezare Cennari
Çezare Cennari (12 dekabr 1637 – 11 fevral 1688) — Barokko dövrünün italyan rəssamı idi. Onun "Müqəddəs Mariya Maqdalena" əsəri Pinacoteca Civica di Cento adlı qalereyada yerləşir. Daha sonraki işlərində Çezare "Guercinesque" idiomlarından əl çəkərək, onun əvəzinə Sent Ceyms və Sen Jermen saray aksentinə keçdi. == Həyatı == O, Çento şəhərində, Erkole Cennarinin ailəsində anadan olmuşdur. O, "Qverçino" ləqəbli dayısı Covanni Françesko Barbyerinin Bolonyadakı studiyasında təhsil almışdır. Çezarenin əmisi Benedetto Cennari və onun qardaşı II Benedetto Cennari (1633–1715) həmçinin Qverçinonun əhatəsində rəssam kimi fəaliyyət göstərirdilər. Çezare və kiçik Benedetto Qverçinonun studiyasının varisləri idilər. O, Françeska Ripa ilə evlənmişdir və Canfrançesko və Filippo adlı iki oğlu var idi. Onun şagirdlərinin arasında Erkole Qaetano Bertuzzini qeyd etmək olar. == İstinadlar == == Xarici keçidlər == Hobbes, James R. Picture collector's manual adapted to the professional man, and the amateur.
Çezare Lombrozo
Çezare Lombrozo (it. Marco Ezechia Lombroso) - kriminologiya və cinayət hüququnda antropoloji istiqamətin əsasını qoyan və əsas ideyasını anadangəlmə cinayətkar olduğunu təşkil edən italyan həbsxana həkim-psixiatrı. == Həyatı == Lombrozo 1835-ci il 6 noyabr tarixində Veronada varlı yəhudi ailəsində anadan olmuşdur. O, Paduya, Vyana, Parisdə olan universitetlərdə ədəbiyyat, linqvistika və arxeologiyanı öyrənsə də, sonradan öz planlarını dəyişərək 1859-cu ildə orduda cərrah kimi fəaliyyət göstərməyə başlayır. 1866-cı ildə Paviyada dəvət olunmuş rektor təyin olunsa da, 1871-ci ildə Pezaroda yerləşən psixiatriya xəstəxanasına rəhbərlik etmişdir. Lombrozo 1876-cı ildə Turin universitetinin məhkəmə tibbi və ictimai gigiyena şöbəsinin professoru təyin olunur. Həmin ildə o özünün daha vacib və nüfuzlu işi hesab edilən L Uomo delinquente (Cinayətkar insan) əsərini yazmışdır. O, 1909-cu ildə Turində vəfat etmişdir. == Əsərləri == 1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır.
Çezare Maldini
Çezare Maldini (it. Cesare Maldini ;5 fevral 1932, Triest – 3 aprel 2016, Milan) — İtaliyalı futbolçu və futbol məşqçisi . O, 1950–1960-cı illərdə İtaliya millisində və "Milan" klubunda müdafiəçi kimi çıxış edib. Futbolçu Paolo Maldininin atası, futbolçular Kristian və Daniel Maldininin babası . == Karyera == Maldini doğma Triest şəhərində futbol oynamağa başlayıb. O, 18 yaşında yerli "Triestina" klubunun gənclər komandasının heyətinə qoşulur. 1953-cü ildə bu klubun əsas komandasında debüt edir və çempionatın sonuna qədər bir oyunda meydana çıxır. Növbəti mövsümdə o, A Seriyasında 34 oyunun 31-də oynayaraq "Triestina"nın əsas heyət oyunçusuna çevrilir. Mərkəz müdafiəçisi mövqeyində oynayan Maldini mövqeni düzgün seçməyi və təkbətək mübarizələrdə inamlı oynamağı bacaran oyunçu kimi özünü təsdiqləyir. Bundan əlavə, lazım gəlsə müdafiənin cinahında, hətta yarımmüdafiədə də oynaya bilirdi.
Çezare Paveze
Çezare Paveze (it. Cesare Pavese; 9 sentyabr 1908[…] – 27 avqust 1950[…], Turin, İtaliya) — XX əsr İtaliya ədəbiyyatının ən tanınmış simalarından biri. == Həyatı == O, məmur ailəsində böyüyüb, uşaqlıdan ədəbiyyata olan həvəsi sonralar onu Torino Universitetinin ədəbiyyat fakultəsində təhsil almağa sövq edir. Burada təhsilini başa vurduqdan sonra müxtəlif təhsil ocaqlarında dil və ədəbiyyatdan dərs deyir. Bu dövrdə ingilis və Amerika ədəbiyyatıyla bağlı yazıları La Kultura dərgisində yayımlanır. Daha sonra yaxın bir dostunun açdığı nəşriyyatda çalışmağa başlayır, şeirlər yazır. 1935-ci ildə anti-faşist fəaliyyətinə görə həbs edilir, bir il həbsdə yatır. Həbsxana dövrü Həbs romanının yaranmasına səbəb olur. 1950-cı ildə yazdığı Tənha qadınlar arasında romanı İtaliyanın ən nüfuzlu ədəbiyyat mükafatına layiq görülür. Pavezenin şəxsi həyatı uğursuzluqlarla zəngindir.
Ceyms Mürre
Ser Ceyms Oqastes Henri Mürre (d. 7 fevral 1837-ci il, Denholm, Şotlandiya - 26 iyul 1915-ci il, Oksford) — Böyük Britaniya leksikoqrafı. "İngilis dilinin yeni lüğəti"nin redaktoru (sonradan "İngilis dilinin Oksford lüğəti" adını aldı). == Həyatı == Ceyms Mürre Şotlandiyanın Denholm kəndində tacir ailəsində anadan olub. Ailəsi təhsil haqqını ödəyə bilmədiyinə görə 14 yaşında özəl məktəbi buraxmalı olub. 17 yaşında Xoikada ibtidai məktəbdə dərs deməyə başlayır. Gənclik illərində Mürre həm bank katibi, həm də müəllim işləmiş, lakin digər sahələrə, xüsusilə də filologiyaya həmişə böyük maraq göstərmişdir. İngilis Filoloji Cəmiyyətinə üzv olması və 1868-ci ildə nəşr olunan Şotlandiya dialekti haqqında kitabı ona bir çox mühüm elmi əlaqələr qurmağa imkan verdi. 1861-ci ildə öz gələcək həyat yoldaşı Meqqi Skot ilə tanış olub. İki ildən sonra qızları anadan olur, ancaq tezliklə tuberkulyozdan vəfat edir.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. == Yayılması == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. == Yaşayış yeri və həyat tərzi == Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. == Milliyəti == Muarem Makedoniyada doğulsa da, əslən türkdür. == Karyerası == Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
2-Kamal məzarı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Le-Plesse-Lüzarş
Le-Plesse-Lüzarş (fr. Le Plessis-Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 140 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Müqəddəs Pyotrun məzarı
Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir. I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir. Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir. Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. == Naməlum əsgər məzarı == Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Qazan xanın məzarı
Qazan xanın məzarı — Burla xatun və Dədə Qorqud kimi Qazan xanın da məzarı Azərbaycan ərazisindədir. Onun məzarı qədim dövrlərdən ziyarətgah kimi məşhur olub. Qazan xanın məzarı Təbriz yaxınlığında, Acdərə çayının sahilində yerləşib. Məzrı məşhur səyyah Adam Oleari ziyarət edib.
Saint-Lazare vağzalı
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Kuzari
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Macarə
Macarə (fars. مجره‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,328 nəfər yaşayır (325 ailə).
Minarə
Minarə (ərəb. منارة‎) vəya Güldəstə (fars. گلدسته‎) — Azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllə.
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild, Bakı, 1983.
Zubarə
Zubarə – Qətərin paytaxtı Dohadan təqribən 105 km məsafədə, "Aşşimal" bələdiyyəsində yerləşən Qətər yarımadasının şimal qərb sahilində yerləşən dağılmış qədim qala-şəhər. == Ümumi məlumat == "Əl-Zubarə və "Əz-zubarə" kimi də tanınır. Qala XVIII əsrin ilk yarısında əsas qəbilələrdən olan "Bəni Utbə"nin nümayəndəsi Al ibn Əli tərəfindən tikilmişdir. 2013-cü ildə UNESCO-nun Ümümdünya Mədəni İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülüb.Bu qala qədim dövrlərdə Hörmüz boğazı ilə Fars körfəzinin qərb tərəfi arasında yerləşmiş qlobal ticarət və mirvari yığımı üçün uğurlu mərkəzə çevrilmişdi. Eləcə də bölgədə 18–19-cu əsr qəsəbələrinin ən geniş və ən yaxşı saxlanılan nümunələrindən biri hesab edilir. Qalanın daxili və xarici Fars körfəzində yerləşən digər yaşayış məntəqələrindən fərqli olaraq, şəhər həyatı, quruluşu və Fars körfəzinin sosial və iqtisadi tarixi aspektlərinin 20-ci əsrdə neftin kəşf edilməsindən əvvəlki dövrə məxsus üslublarına xüsusi diqqət yetirilməklə qorunub saxlanmışdır. 400 hektar (xarici şəhər divarının içərisində 60 hektar) ərazini əhatə edən Zubarə Qətərin ən əhəmiyyətli arxeoloji bölgəsidir.Qala daxilində şəhər, xarici, eləcə də sonradan tikilmiş daxili divarlar, liman, dəniz kanalları, ekspozisiya divarları, "Murair Qalası" və daha yaxın tarixdə tikilmiş "Zubara Qalası" yerləşir.
Zuvarə
Zuvarə-Liviyada Aralıq dənizi sahilində bərbər dilli şəhər.
Məzrə
AzərbaycandaMəzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd.ErmənistandaBöyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Camal Mübarək
Qamal Mübarək (27 dekabr 1963, Qahirə) — Misirin eks-prezidenti Hüsnü Mübarəkin oğlu. == Həyatı == O da həmçinin Qahirədəki Amerika Unversitetində təhsil alıb. "Bank of Amerika"da işləyib. 2000-ci ildə hakim Milli – Demokrat Partiyasının katibliyinə daxil olub. 2002-ci ildə partiyanın siyasi komitəsinin rəhbəri təyin olunub. Elə həmin illərdə onun atasından sonra hakimiyyətə hazırlandığı barədə şayiələr yayılmağa başlayıb. 2010-cu ildə Hüsnü Mübarək xəstə olarkən şayiə yayılır ki, özünün varisi kimi Qamalı elan edəcək. Bununla bağlı Misirdə narazılıq başlanır. Etiraz aksiyası keçirilir. Qamal partiya tərəfindən 2011-ci ildə prezidentliyə ən uyğun namziəd kimi baxılırdı.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Galium murale
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Gülarə Azaflı
Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri (2000). == Həyatı == Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir. Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib. 2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festifalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festifalında, Karsda keçirilən "Akyaka Tarım" festifalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.
Gülarə Cabbarlı
Gülarə Cəfər qızı Cabbarlı (11 fevral 1930, Bakı – 12 fevral 2018, Bakı) — filoloq, uzun illər Cəfər Cabbarlının ev-muzeyinin direktoru olub. Dramaturq Cəfər Cabbarlının qızıdır. "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri. == Həyatı və fəaliyyəti == Gülarə Cabbarlı 1930-cu ildə Bakıda Cəfər Cabbarlının ailəsində dünyaya gəlib. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurub. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlayıb, 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunub. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş "Cəfər Cabbarlı Mükafatı"nı, yazıçının əsərlərinin toplandığı "Mənim tanrım—gözəllik", "XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu" adlı kitablarını, həmçinin, ədibin öz sözlərinə bəstələdiyi mahnılardan və şeirlərdən ibarət "Azad bir quşdum" adlı musiqi albomunu göstərmək olar. 2001-ci ildən ömrünün sonunadək Gülarə xanım eyni zamanda "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyi"nin rəhbəri, "Cəfər Cabbarlı Mükafatı" komissiyasının sədri olmuşdur.Gülarə Cabbarlı 2018-ci ildə 88 yaşında dünyasını dəyişmişdir. == Mükafatları == 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.
Gülarə Fərhadova
Gülarə Fərhadova (tam adı: Gülarə Məmməd Tağı qızı Fərhadova; 28 oktyabr 1944 – 27 oktyabr 2004) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Gülarə Məmməd Tağı qızı Fərhadova 1944-cü il oktyabrın 28-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuş, 1961-ci ildə Bakı şəhərinin 23 saylı orta məktəbini bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olunmuşdur. 1966-ci ildə BDU-nu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdindəki aspiranturada təhsil almış, 1969-cu ildən Neft-Kimya Prosesləri İnstitutunda elmi və əmək fəaliyyətini davam etdirmişdir. 1969-1990-ci illərdə kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1990-cı ildən “Katalitik krekinq və piroliz” laboratoriyasının müdiri təyin edilmişdir. Gülarə Fərhadova 1971-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Qalxanvarı katalizator axınlı reaktorda katalitik krekinq prosesinin optimallaşdırılması və riyazi modelləş¬dirilməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Yüksək oktanlı benzin və C3-C5 izoparafin və izoolefin karbohidrogenlərinin alın¬ması üçün neft xammalının destruktiv izomerləşməsi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1995-ci ildə “Neft kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür. Professor Gülarə Məmməd Tağı qızı Fərhadova 2004-cü il oktyabrın 27-də Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == G.Fərhadovanın elmi işləri, əsasən heterogen kataliz proseslərinin texnologiyasına həsr edilmişdir. O, lift-reaktor sistemlərinin riyazi modellərini işləyib hazırlamışdır. Apardığı elmi tədqiqatları neft emalının dərinləşdirilməsinə və alınan məhsulların keyfiyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir.
Gülarə Qazıyeva
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Qədirbəyova
Gülarə İbrahimxəlil qızı Qədirbəyova (təxəllüsü: Köylü qızı Gülarə; 1903, Baş Göynük – 1942, Sibir) — azərbaycanlı jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru. == Həyatı == Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor (indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, "Şərq qadını" jurnalının redaktoru olmuş, 1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. "Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. 1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlamışdılar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əks-inqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb edilməsi göstərilmişdir. 1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunmuş, hər dəfə də günahsız olduğunu qeyd etmişdir.
Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). == Həyatı == Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.
Hüsnü Mübarək
Məhəmməd Hüsnü Mübarək (ərəb. محمد حسنى سيد مبارك‎) (4 may 1928[…], Kəfrul-Museyliha[d], əl-Minufiyyə mühafəzəsi[d], Misir krallığı[d] – 25 fevral 2020[…], Qahirə) — Misirin 4-cü prezidenti. == Həyatı == Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub. 1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb.