Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhbus
Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir. "Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir. 1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir. "Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi. 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu. Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir. Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir.
Məhbub Hüseynzadə
Məhbub Şüküroğlu
Məhdud dövlət
Məhdud dövlət və ya məhdud hökumət — siyasi fəlsəfədə heç bir qüvvəyə malik olmayan dövlətin və ya hökumətin onun konstitusiyasında təsbit edilmiş qanunlarla gücləndirilməsi və ya məhdudlaşdırılmasını nəzərdə tutan fikir. Bu, liberalizm tarixindəki açar anlayışlardandır. ABŞ Konstitusiyası ABŞ federal hökumətinin konstitusiyada qeyd edilmiş qüvvədən əlavə hər hansı bir qüvvəyə malik olmadığını qeyd edir. Konstitusiyanın onuncu düzəlişində açıq şəkildə bildirilir ki, spesifik olaraq federal hökumətə verilməmiş qüvvə xalq və ştatlar üçün saxlanılır. ABŞ bu hökumət formasından istifadə edən ən tanınmış nümunələrdəndir. ABŞ-nin məhdud dövləti yoxlama və balans sisteminə bölünür ki, dövlət daxilindəki qollar bölüşdürülmüş məsuliyyətləri olsun və digərindən üstün bir şöbə mövcud olmasın. "Magna Carta" və ABŞ Konstitusiyası dövlət gücünü məhdudlaşdırılmaşında böyük əhəmiyyət kəsb edir. Məhdud dövlət termininin ən erkən istifadəsi XVI əsrin axırlarına, kral I Ceymsin hakimiyyət dövrünə təsadüf edir. Məhdud dövlətin tətbiqi fərdi azadlığın dövlət müdaxiləsindən qorunmasını əhatə edir.
Məhdud yurisdiksiya
Məhdud yurisdiksiya və ya xüsusi yurisdiksiya — məhkəmənin yalnız müəyyən məsələlər üzrə, məsələn, müflisləşmə, ailə hüququ və s. məsələlər üzrə yurisdiksiyaya malik olmasını bildirir. Ümumi yurisdiksiyalı məhkəmələrdən fərqli olaraq, məhdud yurisdiksiyalı məhkəmələrə konstitusiya və ya qanunla belə səlahiyyətlər verilir. Məhdud yurisdiksiyalı məhkəmələr baxılan iş üzrə xüsusi səlahiyyətli məhkəmə olduqlarını göstərməlidirlər. Bunun əksinə, ümumi yurisdiksiyalı məhkəmələrin isə yalnız şəxsə görə yurisdiksiyalarının olduqlarını sübut etmələri kifayət edir.
Siyasi məhbus
Siyasi məhbus — şəxsi azadlığını özünün başlıca hüquqlarından məhrum olaraq itirmiş insan. Həmin hüquqlar Avropa İnsan Haqları Konvensiyasında və digər sənədlərdə qeyd edilən hüquqlardır. Bu sıraya söz, ifadə, vicdan, din və sərbəst toplaşmaq azadlıqları daxildir. Əgər bir şəxsin azadlıqdan məhrum edilməsinin tam olaraq siyasi səbəblərdən baş verdiyi aşkardırsa, bu halda da həmin şəxs siyasi məhbus adı daşıyır.Hətta siyasi həbsxana kimi tanınan bəzi həbsxanalar, yalnız siyasi məhbusların saxlanılması üçün ayrılıb.
Məbud Məhərrəmov
Məbud Məhərrəmov (12 mart 1957, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006). Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir. Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; azərb. "Gənc qadın üçün kişi"‎), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; azərb. "Qəribə missis Sevic"‎), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979). Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib. Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub. 1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı. 1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan "MM" adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili (1963, İran) — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır.
Behbud
Behbud — azərbaycanlı kişi adı. Behbud xan Cavanşir Behbud ağa Şahtaxtinski — diplomat. Behbud Mustafayev — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş. Behbud bəy Çərkəz Baba bəy Behbud — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Behbud Behbudlu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Aşıq Behbud — aşıq. Behbud xan Çavuşlu — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).
Aşıq Behbud
Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq. == Həyatı == 1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır.
Behbud Behbudlu
Behbud Mustafayev
Behbud Mustafayev (13 mart 1982, Bakı) — Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlı, keşiş. == Həyatı == Behbud Mustafayev Azərbaycan Milli Aviasiya Akademiyasının məzunudur. Azərbaycan Respublikası Gömrük Komitəsində zabit olaraq çalışmışdır. 2008-ci ildə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində xaç suyuna çəkilmişdir. 2011-ci ildə Sankt-Peterburqdakı "Məryəm - Həvarilərin Məlikəsi" seminariyasına qəbul olunmuşdur. Hal-hazırda Bakı şəhərində Gənclik metrostansiyasının yaxınlığında yerləşən Müqəddəs 2-ci İoann Pavel Katolik Prixodunda Baş Keşiş olaraq xidmətinə davam edir.
Behbud Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Məhabad
Məhabad və ya Soyuqbulaq — İranın Qərbi Azərbaycan ostanında şəhər. Məhabad şəhəri Tehrandan 873 km aralı, Urmiyadan 100 km cənubdadır. Məhabadın iqlimi, dağlıq zonası olduğundan soyuqdur. Düzənlik və meşələrdə hava mülayimdir. 2006-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Məhabad şəhərinin 135,780 nəfər əhalisi vardır . Bir neçə tarixi mağaralar — Urartu dövrünə aid; Median (orta əsr) şəhəri; Əhəməni Dara zirzəmisi; Məhabadın cənub-qərbində Bedargöl — Sultan mavzoleyi..
Məhsul
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Yəhud
İudeya (ivr. ‏יְהוּדָה‏‎ [Yehuda]; yun. Ἰουδαία, [İoudaya]; lat. Iūdaea), həmçinin Yəhud, Yəhuda (ərəb. يهودا‎) və ya Yəhudiyyə — İsrail torpağında, müasir Fələstin və İsrail dövlətləri ərazisində tarixi vilayət. Şimaldan Samariya, qərbdən Aralıq dənizi, cənubdan Negev, şərqdən Ölü dəniz və qismən də İordan çayı ilə həmsərhəddir. Regionun tarixinin müxtəlif dövrlərində İudeyanın sərhədləri fərqli şəkildə müəyyən edilmişdir. İudeya çarlığının mərkəzi olan region kral İrodun hakimiyyəti dövründə Romanın vassal dövlətinə çevrilmişdir. B.e. 6-cı ilindən etibarən burada Roma imperiyasına bağlı İudeya vilayəti qurulmuşdur.
Baba bəy Behbud
Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. 1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.
Behbud ağa Şahtaxtinski
Behbud ağa Şahtaxtinski (1881, Şahtaxtı, Naxçıvan qəzası – 30 may 1924, Tiflis) — diplomat. == Haqqında == Behbud ağa Şahtaxtinski 1905–1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917–1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, Hümmət Partiyası Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar Vladimir Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni Vladimir Lenin və Behbud ağa Şahtaxtinski 1920-ci ilin 30 sentyabr tarixində imzalamışdılar. Kommunist İnternasionalın 2-ci konqresinə nümayəndə seçilmişdi. Behbud ağa Şahtaxtinski 1921–1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. kimi vəzifələrdə çalışmışdır. Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur.
Behbud bəy Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud bəy Çərkəz
Behbud bəy olaraq da bilinən Behbud xan Çərkəz I Şah Abbasın (1588-1629) dövründə xidmət edən çərkəz mənşəli Səfəvi məmuru və qulam. 1606-cı ildə Qoxlan, 1620-ci ildə Qaskar və 1620-1629-cu illərdə Astrabad bəylərbəyliyini idarə etdi. 1615-ci ildə Behbud xan Çərkəz vəliəhd Məhəmməd Baqir Mirzəni I Abbasın əmri ilə öldürdü. == Mənbələr == Butler, John Anthony. Travels in Africa, Persia, and Asia the Great, by Sir Thomas Herbert. ACMRS Publications. 2012. səh. 403. ISBN 978-0866984751.
Behbud xan Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behbud xan Çavuşlu
Behbud xan Çavuşlu (İran – Əfqanıstan) — Nadir şah Əfşar dövlət və ordusunun böyük adamlarından və Baba xan Çavuşlunun əmoğlusu. O, Ətəkin hakimi idi və Xarəzmözbəklərinin və həmçinin Məhəmmədhəsən xan Qacarın buntun aradan qaldırdı. Sonra bütün Türkistan, Əstrabad və Qıpçaq çölünün sərdarı oldu.O, Heratda türkmənlər tərəfindən öldürüldü.
Mahmud xoca Behbudi
Mahmud xoca Behbudi(1875-1919) — Özbəkistan ziyalısı, Cədidizmin öndərlərindən. == Həyatı == Rusiya İmperiyasının ən son işğal etdiyi bölgələr Türküstanın Səmərqənd və Buxara bölgələri oldu. Yeni işğal altına düşən bölgələrin əhalisi Rusiyanın qanun-qaydalarına heç də asanlıqla tabe olmaq istəmirdi. Əsarətə qarşı sərt və qəti mübarizə aparanların sayı az olsa da, əhalinin böyük bir qismi gizli müxalifətdə idi. Xalqı əsarətdən qurtarmaq istəyənlər isə fərqli mübarizə yolları seçmişdilər. Kimisi açıq silahlı müqavimət təklif edirdisə, kimisi orta əsir idarəçiliyini geri qaytarmaq istəyir, xalqın döyüş ruhunu özünə qaytarmağa çalışır, islam dinindəki cihadı təbliğ edirdi. Ziyalıların bir qismi isə xalqı maarifləndirməyi, sonra azadlıq mübarizəsinə qaldırmağı düşünürdü. Mahmud xoca Behbudi dindar bir ailədə doğulsa da, soykökü Əhməd Yəsəviyə bağlansa da o cihadın deyil, maarifçiliyin tərəfdarlarından idi. Müfti ailəsində doğulan, necə deyərlər Yəsəvi dərvişlərinin arasında böyüyən Mahmud gələcəyin ən öndə gedən maarifçilərindən- cədidçilərindən olmuş, həyatını da əqidəsi yolunda qurban vermişdir. 1875-ci il yanvarın 20-də Səmərqənd yaxınlığındakı Baxşıtəpə kəndində anadan olan Mahmud ilk təhsilini evdə atasından almışdır.
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (osm. محمود ثانى‎ — Mahmud-i sânî) (20 iyul 1785, Konstantinopol – 1 iyul 1839, Konstantinopol) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. == Həyatı == === İlk illəri və taxta çıxışı === 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür. Ancaq bununla yanaşı, Sultan Mahmud səltənəti Osmanlı imperiyasının struktur baxımından yenidən formalaşması, istər idarəetmə, istərsə də mədəni həyatında yeni çağın başlaması ilə də xarakterizə olunur.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. === Patrona Xəlil dönəmi === Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud Məlikov
Mahmud Məmmədov
Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası – 1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954). == Həyatı == Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir. Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır. Texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Mahmud Məmmədquliyev
Mahmud Əhməd oğlu Məmmədquliyev (15 fevral 1949, Kirovabad) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur. 1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir. 1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur. 1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur. 1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur. 2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. İngilis və rus dillərini bilir.
Mahmud Namazov
Mahmud Nəbiyev
Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Mehmed
Mehmet — türk kişi adı. Mehmet Akif Ərsoy — Türk şairi, baytar, müəllim, vaiz, hafiz, Quran tərcüməçisi Mehmet Kaplan — Türkəsilli İsveçli siyasətçi. Mehmet Əli Ağca — türk cinayətkar. Mehmet Gün — türk rəssam. Mehmet Harmancı — əslən Kipr türkü olan siyasətçi Mehmet Korhan Fırat — Türkiyəli aktyor. Mehmet Yıldız — Futbolçu Mehmet Müəzzinoğlu — Türkiyənin səhiyyə naziri (2013–2016).
Melvud
Melvud Liverpul şəhərinin şimal bölgəsində yerləşən "Liverpul" klubunun təlim-məşq bazasıdır. Bura, Kerbi şəhərində yerləşən futbol akademiyasına daxil deyil. Ərazi əvvəllər St Frankis Xavier adlanan yerli məktəbə məxsus idi. Ərazi məktəbin oyun meydançası kimi istifadə edilirdi və məktəbdə dərs deyən Ata Mellinq və Ata Vudlok, saatlarını buradakı gənc oğlanlara futbol oynamağı öyrətməklə keçirirdi. Bu iki şəxsin adını xatirə olaraq yaşatmaq üçün onların hər ikisinin soyadlarının ilk hecalarından bazanın adlandırılmasında istifadə edilmişdir. Melvud 1959-cu ildə çox acınacaqlı vəziyyətdə idi və Uilyam Bil Şenkli tərəfindən üstün sayılan təlim-məşq bazalarından birinə çevrilmişdir. O, öz oyun filosofiyası olan "pas ver və tərpən, bu qədər sadə" kimi bilinən üslubunu məhz burada təqdim etmişdir. Oyunçular Enfilddə görüşürdülər və avtobus onları buradan Melvuda gətirirdi. Buradakı məşqdən sonra futbolçular yenidən avtobusla Enfildə qayıdır və burada duş qəbul edəndən sonra yüngül nahar edirdilər. Beləcə Uilyam Bil Şenkli futbolçularının isinmə prosesini düzgün formada idarə edirdi və bu üsulla onları zədələrdən uzaq tuturdu.
Meybod
Meybod - İranın Yəzd ostanınında şəhər və Meybod şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,295 nəfər və 15,703 ailədən ibarət idi.