Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.
Mahmud Nəbiyev | |
---|---|
Mahmud Nəbiyev | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Rusiya imperiyası |
Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.