Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikail İbadov
Mikail Qubad oğlu İbadov (16 avqust 1963, Cəngəmiran, Lerik rayonu – 2 oktyabr 1992, Xocavənd rayonu)- Birinci Qarabağ döyüşlərində şəhid olmuşdur. == Həyatı == İbadov Mikail Qubad oğlu –1963-cü il avqust ayının 16-da Lerik rayonun Cəngəmiran kəndində anadan olub. == Təhsili == 1970-ci ildə Cəngəmiran kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1980-ci ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == 1981-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb, 1983-cü ildə ordudan tərxis olunub. Hərbi xidmətini Rusiyanın Xarkov şəhərində daxili qoşunlarda (VV) kəskin nişançı (snayper) kimi keçib. Hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdır. Sonra işləmək üçün Bakı şəhərinə gedərək 3 nömrəli evtikmə kombinatında işə düzəlir və burada işləyir. 1992-ci ilin iyul ayında Suraxanı rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət edir və 27 iyul 1992-ci il tarixində Qarabağ cəbhəsinə göndərilir. Qarabağın bir çox bölgələrində döyüşlərdə kəskin nişançı kimi döyüşür və şücaətlər göstərir.1992-ci il oktyabrın 2-də Martuni (indiki Xocavənd) rayonunun Muğanlı, Əmralılar və Kurapatkino kəndləri uğrunda gedən döyüşlərdə mühasirəyə düşür, lakin təslim olmayaraq döyüş sürsatı bitənədək döyüşür və sonda qəhrəmancasına şəhid olur. Ərazi mühasirədə olduğundan digər döyüşçü yoldaşları kimi İbadov Mikail Qubad oğlunun da cəsədini götürmək mümkün olmur.
Trypanosoma mikailovi
Tripanasoma Mikayılov (lat. Trypanosoma mikailovi) — Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Tripanasoma Mikayılov Bədəni uzun, ilanvari, uclardan itidir. Titrək membran çox enlidir, bədənin demək olar ki, ortasından başlayır və bir neşə qat əmələ gətirir. Bəzən kinetoplast seçilmir. Nüvə ellipsvaridir. Nüvənin kənarında ləkənin olması onun xarakterik əlamətidir. Ləkə rənglənmir. Bədənin uzunluğu 81.0-106.5, eni – 8.0-14.5, Kinetoplast orta ölçülüdür 0.8-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-47.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 4.5-16.5. Nüvəni uzunluğu 4.0- 5.1, nüvənin eni 3.0-4.0, nüvədən ön qutaracağadək 32.0-50.0, titrək membranın eni 2.0-4.6, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 7.0-9.0 mkm-dir.
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Şuvayev — Türkmənistanlı ağır atlet. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
II Mixail
II Mixail (təq. 1270) — Çar, 1270-ci ildə doğulmuş, 1272-ci ildə şərik hökmdar elan edilmişdir. Anasının kölgəsində yaşamış, Bizansa sürgün olunduğundan sonra 1302-ci ildə taxta gətirilmək istəsədə qətiyyətsiz davranmışdır. Ölüm tarixi bəlli deyil. == İstinadlar == == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Mixail
Mixail Asen — Çar, II İvan Asenin oğlu. Hakimiyyəti qısa sürmüş, hələ uşaq olmasından istifadə edən qonşu dövlətlər Bolqarıstanın müəyyən bölgələrini işğal etmişdi. == Hakimiyyəti == 1253-cü ildə Serbiyanı işğal planı iflasa uğramış, 1254-cü ildə isə Nikeyaya qalib gəlmişdi. Lakin döyüşdə yaralanan Mixail 2 il sonra sülhə məcbur olmuşdu. Sülhün imzalanmasında vasitəçi olmuş rus knyazı Rostislav Mixayloviç öz qızını Mixaillə evləndirmişdi. Lakin bu ittifaqdan xoşlanmayan əyanlar Mixaili devirmək planı qurmuş, 1256-cı ildə Tarnovoda ovlanan Mixail II Kalman tərəfindən öldürülmüşdü. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Mikael Appelgren
Mikael Appelgren (15 oktyabr 1961) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Mikael Appelgren İsveçi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub. Daha sonra Mikael Appelgren İsveçi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Mikael Arutyunyan
Mikael Harutyuni Arutyunyan (erm. Միքաել Հարությունի Հարությունյան; 10 fevral 1946, Saqiyan, Şamaxı rayonu) — Ermənistanın müdafiə naziri (2007–2008). O, Rusiyada yaşayır və ikili vətəndaşlıq (Rusiya vətəndaşı) daşıyır.
Mikael Arzumanyan
Mikael Arzumanyan (erm. Միքայել Ալբերտի Արզումանյան; 12 iyul 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri və general-leytenantı, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun komandiri.
Mikael Nalbandyan
Mikael Nalbandyan (erm. Միքայել Նալբանդյան; 2 (14) noyabr 1829, Naxçıvan-na-Donu, Don Voysko vilayəti[d], Rusiya imperiyası – 31 mart (12 aprel) 1866) — erməni yazıçısı, XIX əsr erməni ədəbiyyatının görkəmli nümayəndəsi. Ermənistanın rəsmi himninin, "Mer Haryenik"in (Ana Vətənimiz) sözlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Mikael Nalbandyan Rusiya İmperiyasında, sənətkar ailəsində anadan olmuşdu. Təhsilinin böyük hissəsini öz hesabına, öz üzərində çalışaraq almışdır. İlk əvvəl ruhaniliklə maraqlansa da, tezliklə bundan əl çəkərək Moskva Universitetində qısa müddətli tibbi təhsil almışdır. Bundan sonra o, 1859–1861-ci illərdə "Kolokol" və "Sovremennik" jurnallarında inqilabçı-demokrat mövqeyində çıxış etmişdir. Xaçatur Abovyanın qaldırdığı məsələlərə XIX əsrin 50–60-cı illərinin tələbləri səviyyəsindən yanaşan, istiqamət verən Mikael Nalbandyan olmuşdur. O, erməni ictimai fikrinə böyük yeniliklər gətirmişdir. M. Nalbandyan bildirirdi ki, "insan azadlıq üçün yaradılmışdır".
Mikael Tarıverdiyev
Mikael Tariverdiyev (erm. Միքայել Լեոնի Թարիվերդիև; 15 avqust 1931[…], Tiflis – 25 iyul 1996, Soçi, Krasnodar diyarı) — erməni əsilli sovet bəstəkarı. RSFSR xalq artisti (1986).
Mikael Çikatuyev
Mikael Çikatuyev (3 may 1938 – 21 mart 2014) — Qaraçay-Çərkəz Respublikası xalq şairi, SSRİ Yazıçılar İttifaqının üzvü (1962). == Bioqrafiyası == 1944-cü ildə Maloabazinski məktəbinin birinci sinfinə gedir, lakin orada cəmi iki il oxuyur. 1946-cı ildə ailəsi ilə birlikdə Elburqana, 1950-ci ildə isə İnjiç-Çukuna köçür. 1952-ci ildə yeddiillik məktəbi tərifnamə ilə bitirdikdən sonra Xabez rayon komsomol komitəsi istiqamətində rayon milli internat məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Stavropol Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olmu. Birinci kursu bitirdikdən sonra sənədlərini M. Qorki adına Ədəbiyyat İnstitutuna verir və müsabiqədən uğurla keçərək onun tələbəsi olur. O, məşhur şair Vladimir Luqovskidən, sonra isə V.D.Zaxarçenkodan dərs alır. Mikael Çikatuyev Qaraçay-Çərkəzdən Ədəbiyyat İnstitutunun ilk tələbəsi və məzunu olur. 1961-ci ildə Ədəbiyyat İnstitutunu bitirmiş, bir il Qaraçay Pedaqoji İnstitutunda müəllimlik etmiş, SSRİ Yazıçılar İttifaqına qəbul olunduqdan sonra 1962-ci ildə respublika qəzetinin redaksiyasına keçmişdir. 1964-cü ildən rayon kitab nəşriyyatında redaktor, rayon yazılar təşkilatı məsul katibinin müavini, ədəbi məsləhətçi, sonra yenidən nəşriyyatda, elmi-tədqiqat institutunda işləyir.
Mikael İshak
Mikael İshak (isv. Mikael Ishak) — İsveç futbolçusu, Futbol üzrə Polşa çempionatında çıxış edən "Lex Poznan" FK və İsveç milli futbol komandasının hücumçusu . O, 2015-ci ildən İsveç millisinin heyətində dörd oyun keçirmiş və bir qol vurmuşdur. == Klub karyerası == === Erkən illəri === Mikael İshakın valideynləri əslən Suriyadandır. O, İsveçin Södertelye şəhərində anadan olmuşdur. İshak peşəkar karyerasına "Assiriska" FK-da başlamış, 2010-cu ildə əsas komandada çıxış etməyə başlamışdır. === Köln === İshak 2011-ci ilin dekabrında Almaniya Bundesliqasında çıxış edən "Köln" klubu ilə müqavilə imzalamışdır. O, 21 yanvar 2012-ci ildə komandada debüt etmiş, "Volfsburq"la səfərdə 0:1 hesablı məğlubiyyə yaşamışdır. Kölndəki ilk ayında daha çox əvəzedici kimi çıxış etmiş, 18 martda hücumçu Lukas Podolskinin cəzalandırılmasından sonra "Hannover 96" ilə keçirilən, 1:4 hesablı məğlubiyyətlə nəticələnən səfər oyununda ilk 11-likdə meydana çıxmışdır. === Parma === İshak 5 avqust 2013-cü ildə dörd illik müqavilə əsasında İtaliya A Seriyasının "Parma" klubuna transfer olunmuşdur.
Mixail Qavrilov
Mixail Qavrilov — məşhur SSRİ pilotu == Mixail Qavrilov və onun eskadrilyası == SSRİ-də haqqında onlarla bədii əsərlər yazılan Mixail Qavrilov və onun eskadrilyası 30 aprel 1942-ci ildə alman təyyarələri ilə döyüşdə məhv edilib. Həmin gün döyüş tapşırığını yerinə yetirərkən Qavrilovun qrupu almanların avtomobil karvanına hücum edərək 95 avtomobili sıradan çıxarıb, 5 zenit-pulemyot nöqtəsini, silah sursatlarla dolu bir neçə anbarı partladıb, xeyli sayda canlı qüvvəni məhv edib. Geri qayıdan 9 təyyarədən ibarət sovet aviasiya eskadrilyası Almaniya Hərbi Hava Qüvvələrinin 38 “Messerşmid” təyyarəsi ilə qarşılaşıb və məhv edilib. == 68 il sonra == 1942-ci il aprelin 30-da alman təyyarələri ilə hava döyüşündə vurulmuş məşhur SSRİ pilotu Mixail Qavrilovun təyyarəsinin və cəsədinin qalıqları 68 il sonra 2010-cu ildə tapılıb. Demyansk bölgəsində pilotun düşdüyü yer 2010-cu ilin əvvəllərində təyin olunub və axtarışlara cari ilin ortalarında başlanıb. Ağır texnikanın daxil ola bilmədiyi ərazidə qazıntı işləri əllə aparılıb. Çətinliklərdən sonra ötən həftə təyyarənin qalıqları və pilotun sümükləri bataqlıqdan çıxarılıb. Qavrilovun cəsədinin qalıqları təyyarənin kabinəsində olub. Onun dəbilqəsi və pilot kombinezonu çürüsə də qalıqlar nümunə kimi götürülüb. Tədqiqatlar zamanı məlum olub ki, təyyarənin əlvan metallardan ibarət hissələri bir vaxtlar naməlum şəxslər tərəfindən sökülüb, pilotun saatı, paraşütü və tapançası üzərindən götürülüb.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. == Həyatı == Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Mixail Qluzski
Mixail Andreyeviç Qluzski (rus. Михаил Андреевич Глузский; yanlış tarix (yuli təqvimi 1918-01-26 tarixindən sonra istifadə olunmur), Kiyev – 15 iyun 2001, Moskva) — Sovet və rus teatr-kino aktyoru, SSRİ xalq artisti (1983). == Həyatı == Mixail Qluzski 21 noyabr 1918-ci ildə Kiyevdə anadan olmuşdur. 1940-cı ildə "Mosfilm" kinostudiyasında olan aktyor məktəbini bitirmişdir. 1940-cı ildən orduda xidmət etmiş və Böyük Vətən müharibəsinin iştirakçısına çevrilmişdir. 100-dən artıq filmdə çəkilmişdir. "Sakit Don", "İki okeanın sirri", "Qafqaz əsiri" və s. filmlər buna misal ola bilər. Mixail Qluzski eyni zamanda radio və televiziyada işləmiş, bir çox xarici filmlərin dublyajı ilə məşğul olmuşdur. 1946–1995 illərdə Qluzski Kinoaktyor teatr-studiyasının, 1994-cü ildən isə "Müasir pyeslər məktəbi" teatrının aktyoru olmuşdur.
Mixail Qnesin
Mixail Fabianoviç Qnesin (21 yanvar (2 fevral) 1883, Rostov-na-Donu, Yekaterinoslav quberniyası[d] – 5 may 1957[…], Moskva) —Rus bəstəkarı, məşhur musiqiçilər ailəsi Qnesinlərin nümayəndəsi. RSFSR əməkdar incəsənət xadimi (1927). == Həyatı == Onun beş bacısı də tanınmış musiqiçi olublar və bu gün Qnesinlərin adını daşıyan Rusiya Musiqi Akademiyasının əsasını qoyublar.
Mixail Qorbaçov
Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ – 30 avqust 2022[…], Moskva) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 89-cu şəxs olaraq daxil edilib. Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi Təşkilatı və Sovet İttifaqının dağılması. == Həyatı == === Uşaqlığı və gəncliyi === 1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909–1976) Anası- Mariya Panteleyevna Qorbaçova (1911–1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova. M. V. Lomonosov adına MDU-nin hüquq fakultəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967) 31.08.2022 ci ilde gorbagor olub.
Mixail Qruşevski
Mixail Sergeyeviç Qruşevski (ukr. Михайло Сергійович Грушевський; 29 sentyabr 1866[…], Xelm[d], Xolm qəzası[d], Lyublin quberniyası[d], Polşa çarlığı, Rusiya imperiyası – 26 noyabr 1934, 24 noyabr 1934 və ya 25 noyabr 1934[…], Kislovodsk, Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ) — Ukrayna tarixçisi, ictimai və siyasi xadimi, inqilabçısı. Ukrayna milli hərəkatının liderlərindən biri, Ukrayna Mərkəzi Radasının sədri, Lvov Universitetinin professoru (1894–1914), SSRİ Elmlər Akademiyasının akademiki, Çexiya Elm və İncəsənət Akademiyasının üzvü. Ukraynada elmi tarixşünaslığın banisi. Qruşevski daha çox ukraynaşünaslıq tarixində fundamental əsərə çevrilmiş və qızğın elmi müzakirələrə səbəb olan on cildlik "Ukrayna-Rus tarixi"nin müəllifi kimi tanınır. O, eramızın I minilliyinin ortalarından başlayaraq indiki Ukrayna ərazisində slavyan əhalisinin təcrid olunması haqqında dissertasiya müdafiə etmiş, beləliklə, Qruşevski regionda son nəticədə digər şərq slavyanlarından fərqli olan xüsusi bir etnik qrupun yaranmasına səbəb olan ayrılmaz etnik-mədəni inkişaf konsepsiyasını irəli sürmüşdür. Qruşevskinin konsepsiyasına görə, Kiyev Rus ukrayn dövlətçiliyinin bir forması, yəni "Ukrayna-Rus dövləti" kimi görünürdü. Qruşevski bu tarixşünaslığa əsaslanaraq bir tərəfdən ukrayna və rus xalqları arasında etnogenetik fərqi və onların inkişaf vektorlarının əsaslı fərqini elan edir, digər tərəfdən isə ukraynalıların Kiyev Rus dövlətində hegemon kimi dövlət varisliyini irəli sürmüşdür. Eyni zamanda III İvandan II Yekaterinaya qədər rus torpaqlarının birləşdirilməsi siyasəti Qruşevski tərəfindən sırf mənfi hal kimi qiymətləndirilmişdir. == İrsi == Qruşevski hazırda Ukraynanın XX əsr üzrə ən böyük alimi və Ukrayna tarixindəki ən görkəmli ukraynalı dövlət xadimlərindən biri kimi qəbul edilir və o, hələ də Ukraynada məşhurdur.
Mixail Qryaznov
Mixail Petroviç Qryaznov (rus. Михаи́л Петро́вич Грязно́в;13 mart 1902 - 18 avqust 1987) — Sovet tarixçisi, arxeoloqu, antropoloqu. == Həyatı == Mixail Petroviç Qryaznov 13 mart 1902-ci ildə Rusiya imperiyasının Tobol quberniyasında anadan olmuşdu. Tomsk 2 nömrəli real məktəbini bitirmişdi. Mixail Qryaznov 1947-1949-cu illərdə Pazırıq kurqanını aşkarlamışdı. Mixail Qryaznov 18 avqust 1987-ci ildə vəfat edib. == Əsərləri == Доисторическое прошлое Алтая: (Работа Алтайской экспедиции Государственного Русского музея в 1924-25 гг.) // Природа. 1926. № 9/10. С. 97-98; Каменные изваяния Минусинских степей // (Работа Алтайской экспедиции Государственного Русского музея в 1924-25 гг.) // Природа.
Mixail Qusman
Mixail Qusman (Mixail Solomonoviç Qusman; 23 yanvar 1950, Bakı) — SSRİ və Rusiya jurnalisti, tərcüməçi. Yuli Qusmanın kiçik qardaşı, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018). == Həyatı == Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olmuşdur. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olmuşdur. 1970 - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. 1973 - Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1973-1986-cı illərdə - Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini (Bakı); 1986-1991-ci illərdə - SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri - mətbuat mərkəzinin rəhbəri; 1991-1995 - "Infomol" İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru; 1995-1998-ci illərdə - ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti; 1998-1999-cu illərdə - İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi; 1999-cu ilin yanvar-noyabr aylarında - İTAR-TASS-ın baş direktor müavini; 1999-cu ilin noyabrından - TASS xəbər agentliyinin baş direktorunun birinci müavini (1 oktyabr 2014-cü ilədək - İTAR-TASS). == Mükafatları == "Dostluq" ordeni — 22.01.2010 "Qızıl çinar" beynəlxalq mükafatı laureatı — 11.05.2018 "Şərəf" ordeni — 23.01.2020 == Filmoqrafiya == Qorxma, mən səninləyəm!
Mixail Rodionov
Mixail Rodionov (rus. Родионов, Михаил Иванович; d.12 oktyabr 1907; Makaryevsky rayonu (Nijni Novqorod vilayəti), Rusiya imperiyası - ö.1 oktyabr 1950; Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Sovet dövlətində partiya rəhbəri, RSFSR Nazirlər Sovetinin sədri (1946-1949). == Həyat və fəaliyyəti == 1907-ci ildə 12 oktyabr tarixində Rusiya imperiyası Nijni Novqorod vilayətində anadan olub. 1927-ci ildə Lıskovski Politexnik Kollecini bitirib. 1927-1930-cu illərdə Komsomol Kislovski kənd komitəsinin katibi, Lyskovski rayon komitəsinin xalq təhsili şöbəsinin Nijni Novqorod vilayəti - Nijni Novqorod bölgəsi), Nijni Novqorod rayon xalq təhsili şöbəsinin siyasi və tərbiyə işləri müfəttişi, 1930-1931-ci ildə Bor Pedaqoji Kollecinin direktoru, 1931-1935-ci ildə Mədəniyyət və təbliğat, kütləvi təşviqat şöbəsinin müdiri, Sov.İKP Bor rayon komitəsinin katibinin müavini (Nijni Novqorod ərazisi - Nijni Novqorod - Nijeqorod vilayəti), 1935-1938-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası İvanovski rayon (Kostroma vilayəti) komitəsinin birinci katibi (Nijeqorod vilayəti) vəzifələrində işləyib. 1938-ci ilin yanvarında Nijeqorod regional təhsil şöbəsinin müdiri təyin edilib. 1938-ci ilin iyulunda Sov.İKP Nijeqorod Regional Komitəsinin üçüncü katibi seçildi. 1940-cı ilin yanvarından 1946-cı ilin martına qədər Sov.İKP Nijeqorod Regional Komitəsinin 1-ci katibi olub. 23 mart 1946 - 9 mart 1949-ci illərdə RSFSR Nazirlər Sovetinin sədri, 1941-ci ilin fevralından - 1949-cu ilin avqustunadək Sov.İKP Mərkəzi Komitəsinə namizəd, 18 mart 1946 - 6 mart 1949-cu illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü (A.A.Kuznetsovla eyni vaxtda tərkibindən çıxarıldı), 2 çağırış SSRİ Ali Sovetinin üzvü olmuşdur. 13 avqust 1949-cu ildə Leninqradda baş vermiş "Leninqrad işi"nə görə 1 oktyabr 1950-ci ildə həbs edildi.
Mixail Romanov
Mixail Aleksandroviç (rus. Михаи́л Алекса́ндрович, 22 noyabr (4 dekabr) 1878 və ya 22 noyabr 1878, Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 13 iyun 1918 və ya 12 iyun 1918, Perm) ― böyük knyaz, imperator III Aleksandrın oğlu, II Nikolayın kiçik qardaşı. General-leytenant. == Həyatı == Mixail 22 dekabr 1878-ci ildə imperator III Aleksandrla, imperatriça Mariya Fyodorovnanın beşinci övladı olaraq dünyaya gəlmişdir. 1 noyabr 1894-cü ildə III Aleksandr 49 yaşında vəfat edir və böyük oğlu Nikolay taxta çıxır. 1899-cu ilədək II Nikolayın vəliəhdi qardaşı Qeorqi idi. Ancaq 28 iyun 1899-cu ildə Qeorqi Aleksandroviçin vərəm xəstəliyi səbəbi ilə ölümündən sonra rus taxt-tacının vəliəhdi Mixail olur. O bu titulu 12 iyul 1904-cü ilə, II Nikolayın oğlu Alekseyin doğumuna qədər daşıyır. Birinci dünya müharibəsi başladıqdan sonra Mixail 24 avqust 1914-cü ildən əsasən, "Vəhşi diviziya" kimi tanınan Qafqaz yerli atlı diviziyasına rəhbərlik etməyə başlayır. 4 fevral 1916-cı ildə Kavaler korpusunun komandirliyinə gəlir.
Mixail Çxakaya
Mixail Qirqoryeviç Çxakaya (təxəllüsü — Barsov;4 may 1865 – 19 mart 1950, Moskva, SSRİ, RSFSR[d]) — Gürcü inqilabçısı, sovet dövlət xadimi və partiya lideri. 1920-ci ildən Komintern İcraiyyə Komitəsinin üzvüdür. SSRİ Ali Sovetinin 2–3-cü çağırış deputatı (1938–1950). == Həyatı == Mixail Çxakaya keşiş ailəsində anadan olub. Kutaisi ruhanilər məktəbini bitirdikdən sonra Tiflis ruhanilər seminariyasına daxil olmuşdur. Lakin inqilabi təbliğat apardığına görə buradan 1886-cı ildə qovulmuşdu. 1892–1893-cü illərdə "Mesami-Dasi" sosial-demokratik təşkilatının təşkilatçılarından biri olub. 1897-ci ildə 5 il Qafqazdan sürgün edilmişdir. 1898-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) Yekaterinoslav Komitəsində, "Yujnı Raboçi" qəzetində çalışmışdır. 1900–1902-ci illərdə yenidən həbs edilmiş və sonra vətəninə sürgün edilib.
Mixail Şepkin
Mixail Semyonoviç Şepkin (6 (17) noyabr 1788 və ya 1788 – 11 (23) avqust 1863 və ya 1863, Yalta, Tavriya quberniyası[d]) — aktyor, Rus aktyorluq məktəbinin banilərindən biri == Ədəbiyyat == Алперс Б. В. Театр Мочалова и Щепкина. М., 1979 Гриц Т. С. М. С. Щепкин. Летопись жизни и творчества. М., 1966 Дерман А. Б. Московского Малого театра актер Щепкин, М., 1951 Земенков Б. С. М. С. Щепкин в Москве, М., 1966 Имберх М. А. Выкуп артиста М. С. Щепкина из крепостной зависимости. 1818 г. // Русская старина, 1875. — Т. 13. — № 5. — С. 152–154. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine Михаил Семенович Щепкин.
Mixail Şoloxov
Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 11 (24) may 1905, Krujilin[d], Don Voysko vilayəti[d], Rusiya imperiyası – 21 fevral 1984[…]) — rus sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965). == Həyatı == Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Mixail Aleksandroviç Şoloxov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak xutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür. Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daxil olmuşdu. Əvvəlcə arxa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən fərqli olaraq, ilk gündən sovet rejiminin ardıcıl və əqidəli tərəfdarı kimi tanınmışdı. Sovet rejimi də öz növbəsində Şoloxovun ədəbi-siyasi ierarxiyanın yüksək zirvələrinə qalxması üçün çox şey etmişdi. 1932-ci ildə Kommunist partiyası sıralarına daxil olan Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmiş, heç bir ali təhsil almadığı halda 34 yaşında SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuş (1939), 1940-cı ildə ədəbiyyat və incəsənət sahəsində I dərəcəli Stalin mükafatına, 1950-cı ildə Lenin mükafatına layiq görülmüşdü.
Mixail Şveytser
Aktyor
Mikayıl
Mikayıl — kişi adı. Mikayıl Abdullayev — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı Mikayıl Cəfərov — Mikayıl Nərimanoğlu — Mikayıl Orucov — Mikayıl Xıdırzadə — Azərbaycanın riyaziyyatçı alimi.
Elnur Mikayıl
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Mikayıl (arxangel)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mikayıl Abbasov
Abbasov Mikayıl Hümmət oğlu — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi (2008), Texnika elmləri namizədi (2000), Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru. == Həyatı == Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır. 1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır. 1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində calışıb. 1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb. 2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır.
Mikayıl Abdullayev
Mikayıl Hüseyn oğlu Abdullayev (19 dekabr 1921, Bakı – 21 avqust 2002, Bakı) — Azərbaycan boyakarı, qrafik və teatr rəssamı, professor, SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), Azərbaycan SSR Ali Sovetinin V–IX çağırış deputatı. == Həyatı == Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S.Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. 2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir. == Rəssamlıq fəaliyyəti == İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir.
Mikayıl Allahverdiyev
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971). == Həyatı == Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur.Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır.1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir.Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.
Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (azərb. Mikayıl Cabbar oğlu Zeynalov‎; 21 mart 1924, Traubenfeld – 12 oktyabr 1990, Tovuz rayonu) — Aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). == Həyatı == Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Mikayıl Bağırov
Bağırov Mikayıl Kazım oğlu (1934, Naxçıvan şəhəri) — texnika elmləri doktoru. == Həyatı == Bağırov Mikayıl Kazım oğlu 1934-cü ildə Azərbaycanın Naxçıvan MR Şərur rayonu Daşarx kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1960-cı ilə qədər "Qaradağneft" NQÇİ-də operatordan sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1960-cı ildən AzETNÇi-nun "Neft hasilatı texnologiyası" laboratoriyasında mühəndis, 1966-1975-ci illərdə isə bu laboratoriyanın elmi işçisi, rəhbəri olmuşdur. 1963-1966-cı illərdə bu institutun aspirantı olub. 1966-cı ildə "Layların hidravlik parçalanması məslələrinin (ünsürlərinin) tədqiqi" mövzusunda namizdəlik dissertasiyası müdafiə etmişdir. 1971-1975-ci və 1982-1985-ci illərdə Əlcəzair şəhəri Neft və kimya institutunda pedaqoq işləmiş və eyni zamanda öz elmi fəaliyyətini davam etdirmişdir. 1975-1992-ci illərdə "Neft quyularının hasilatının intensivləşdirilməsi", "Quyuların əsaslı və cari təmiri" laboratoriyalarının rəhbəri olmuşdur. 1992-2002-ci illərdə Azneftqaz Detli-də direktor vəzifəsində işləmişdir. 1998-ci ildə "Neft-qaz hasilatını intensivləşdirilməsi üsullarının səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Mikayıl Cabbarov
Mikayıl Cabbarov (19 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2019), Azərbaycan Respublikasının Vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021). == Həyatı == Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. === Təhsili === 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il, 20 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Mikayıl Cəbrayılov
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı (Xocalı)) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ münaqişəsi iştirakçısı. == Həyatı == Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir. Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir. == Döyüşlərdə iştirakı == 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar.
Mikayıl Cəfərov
Mikayıl Cəfərov - Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat və rabitə şöbəsinin müdiri. == Həyatı == Mikayıl Cəfərov 1959-cu ildə Naxçıvan MR-in İliç rayonunun Aralıq kəndində anadan olmuşdur. 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MR İliç rayon Kənd təsərrüfatı texnika birliyində fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1981-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Hündürbinatikinti trestinin 5 №-li tikinti idarəsində ikinci, dördüncü dərəcəli bənna işləmiş, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolunun 404 №-li ixtisaslaşdırılmış tikinti-quraşdırma qatarında ikinci dərəcəli avtoçilingər, dördüncü dərəcəli bənna, 1984-1986-cı illərdə 376 №-li tikinti-quraşdırma qatarında dördüncü, beşinci dərəcəli avtoçilingər olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin mərkəzləşdirilmiş avtobazasında avtoçilingər, növbətçi mexanik, böyük dispetçer, şöbə rəisi, 1990-1995-ci illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin 376 №-li tikinti-quraşdırma qatarında sahə mexaniki, baş mexanik vəzifələrində işləmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postunda inspektor, 1996-cı ildə Binə gömrükxanasında yük şöbəsinin rəisi, 1996-1999-cu illərdə Binə Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) nəqliyyat və rabitə şöbəsinin müdiridir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).