Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Nəriman
Nəriman — Azərbaycanda daha çox işlədilən kişi adı. Nəriman Nərimanov — ictimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycanın dövlət xadimi Nəriman İmranov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri Nəriman Həsənzadə — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), Filologiya elmləri namizədi (1965) Nəriman bəy Nərimanbəyli — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Nəriman Şıxəliyev — Operator. Rejissor. Nəriman Məmmədov Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor.
Nəriman (Germi)
Nəriman (fars. نريمان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (26 ailə).
Nəriman Abbasov
Nəriman Ağaxan oğlu Abbasov (1 fevral 1994, Bakı) — azərbaycanlı MMA döyüşçüsü, yüngül çəki dərəcəsinin nümayəndəsi. 2013-cü ildən peşəkar səviyyədə çıxış edir və AMCFight Nights Global turnirlərində iştirakı ilə tanınır. Nəriman Abbasov yüngül çəkidə hal-hazırkı AMC Fight Nights Global (AMC FNG) çempionudur. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir. Nəriman Abbasov 1 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycanı təmsil edən qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü Nəriman Şəhriyar Abbasovun rəhbərliyi altında məşq edir. "GabalaSportClub", "TTFightClub", "AzerbaijanFightClub" u təmsil edir. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlamışdır. "GEFC-Azərbaycan" turnirində debüt etmiş, hakimlər heyətinin qərarı ilə qələbə qazanmışdı. ACB, NomadMMAN1 PRO, AMC FightNightsGlobal turnirlərində çıxış etmiş, Kuat Xamitov, Artur Zaynukov, Mixail Gogitidze kimi döyüşçülər üzərində qələbə qazanmışdır.
Nəriman Allahverdiyev
Nəriman Cavadov
Nəriman Əhməd oğlu Cavadov (10 sentyabr 1956, Bəylik, Saatlı rayonu) — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist. YAP-ın üzvü. Nəriman Cavadov 1956-cı il sentyabr ayının 10-da Azərbaycan SSR-nin Saatlı rayonunun Bəylik kəndində anadan olmuşdur. N.Cavadov 1975-ci ildə Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbini bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdur. 1980-ci ildə ali təhsilini başa vuran N.Cavadov təyinatla Saatlı rayonuna qayıtmış və həmin rayonda çıxan "Dönüş" qəzetində zəhmətkeş məktubları şöbəsinin müdiri (1980-1987), qəzetin redaktor müavini (1987-1998) vəzifələrində çalışmışdır. Saatlı rayonunun "Dönüş" qəzeti redaksiyasında çalışdığı dövrdə Sov.İKP-nin və SSRİ Jurnalistlər İttifaqının üzvü, rayon Xalq Nəzarəti Komitəsinin büro üzvü və Saatlı şəhər Sovetinin (bir çağırış) deputatı olmuşdur. Universiteti bitirdikdən sonra hərbi kurs (3 ay) keçmiş və dövlət imtahanı verərək ehtiyatda olan leytenant rütbəsinə yiyələnmişdir. Daha sonralar isə ona baş leytenant rütbəsi verilmişdir. N.Cavadov 1998-ci ilin sonlarında öz ərizəsi ilə rayonda redaktor müavini vəzifəsindən çıxaraq Bakıya köçmüşdür. 1 yanvar 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının təsis etdiyi "Respublika" qəzetində müxbir, 2003-cü ildə isə şöbə müdiri vəzifəsinə təyin olunmuşdur və hal hazıradək bu vəzifədə çalışır.
Nəriman Dadaşov
Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərin] Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. 1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir. 1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir. 1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır. 1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir. 1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir. 1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.
Nəriman Hüseynov
Nəriman Həsənov
Nəriman Həsənzadə
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Nəriman Mövsümov
Nəriman Mövsümov (Mövsümov Nəriman Tofiq oğlu) — Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri 1 №-li Tibb kollecinin direktoru, tibb üzrə elmlər doktoru, professor. Nəriman Mövsümov 1957-ci il avqust ayının 22-də Azərbaycan SSR-nin Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olub, 1974-cü ildə Bakı şəhərindəki 225 №-li orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub. 1980-ci ildə ATİ-nin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Mövsümovun təyinatı Azərbaycan Elmlər Akademiyasının akademik A.Qarayev adına ET Fiziologiya İnstitutuna verilib və orada o, elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başlayaraq, 1982-1986-cı illərdə həmin institutun aspirantı olub. Elmi işlərə böyük həvəs göstərən gənc 1987-ci ildə “7-14 yaşlı uşaq və yeniyetmələrdə norma və nevroz zamanı ayıqlıq və yuxu dövrlərində vegetativ sinir sisteminin funksiyası“ mövzusu üzrə namizədlik dissertasiyası müdafiə edib. O, Fiziologiya İnstitutunda çalışdığı dövrdə Gənc Alimlər Şurasının sədri seçilib, eyni zamanda Bakı şəhərində keçirilən Zaqafqaziya Gənc Alim-Fizioloqlarının Konfransı üzrə Təşkilat Komitəsinin sədri, XIV Ümumittifaq Fizioloqlar Cəmiyyəti Qurultayının Təşkilat Komitəsinin üzvü olub. O, 1996-cı ildə kafedranın dosenti vəzifəsinə seçilib, 10 il kafedranın tədris hissə müdiri vəzifəsində çalışıb və 2003-cü ildən indiyə qədər ATU-nun nəzdində fəaliyyət göstərən FD 03.013 Dissertasiya şurasının üzvüdür. Gənc və perspektivli alim 2004-cü ildə “Normada insanda və eksperimentdə bəzi balneoloji təsirlər zamanı qırtlaq vəzilərinin morfogenezi” mövzusunda Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb, 2009-cu ildə kafedranın professoru vəzifəsinə seçilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı təsdiq edilib. N.Mövsümov 150-dən çox elmi əsərin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, Şərqdə ilk dəfə çap olunan orijinal “Anatomiya atlası” kitabının müəllifi və həmmüəlliflərindəndir. Onun rəhbərliyi altında 3 nəfər tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib və təsdiqini alıb. N.Mövsümov 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər 1 №-li Tibb kollecinin direktoru vəzifəsinə təyin edilib və ona tapşırılan yüksək etimadı doğruldaraq indiyə qədər həmin vəzifəni müvəffəqiyyətlə yerinə yetirir.
Nəriman Məmmədov
Nəriman Məmmədov (bəstəkar) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti. Nəriman Məmmədov (professor) — Azərbaycanlı texnika elmləri doktoru, professor. Nəriman Məmmədov (prodüser) — Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqının katibi.“Nərimanfilm” kinostudiyasının rəhbəri,Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi.
Nəriman Nağıyev
Nəriman Nərimanov
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (az-əbcəd. نریمان نریماناوو‎; 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N. Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir.
Nəriman Paşayev
Nəriman Qasımoğlu
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Nəriman Qasımzadə
Qasımzadə Nəriman Qasım oğlu — şair, tərcüməçi, şərqşünas-alim. Nəriman Qasımoğlu 1956-cı il dekabrın 26-da Bakıda doğulmuşdur. Hüseyn Cavid adına 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla (1973), Bakı Dövlət Universitinin (BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu (1979) ilə bitirmişdir. Yəməndə (1977–1978) və Liviyada (1980–1982) ərəb dili üzrə mütərcim, BDU-da müəllim (1979–1980), Azərbaycan Dövlət Teleradiosunun xarici verilişlər redaksiyasında ərəb dili üzrə diktor (1979–1980), Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda elmi işçi (1983–1989), SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübəçi (1984–1986), Azərbaycan Yazıçılar Birliyi Tərcümə Mərkəzində şöbə müdiri (1989–1992) vəzifələrində, ABŞ-nin Corctaun Universiteti (2003–2004), Macarıstanın Mərkəzi Avropa Universitetində (2006–2007), ABŞ-nin Kaliforniya Dövlət Univerisiteti (2009)və Harvard Universitetində (2012–2013) elmi araşdırmaçı qismində çalışmışdır. Hazırda ADA Universitetinin professorudur. ABŞ, Braziliya, Almaniya, İngiltərə, Polşa, Macarıstan, Rusiya, Qazaxıstan və Gürcüstanda keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda fərdi elmi və bədii yaradıcılıqla məşğuldur. 1987-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 80-ci illərdəki Bakıda və Moskvada elmi fəaliyyəti Yaxın Şərq probleminə həsr etdiyi onlarla məqalədə və bir monoqrafiyada əksini tapmışdır. 1970-ci illərdən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır.
Nəriman Quliyev
Nəriman Ağa-Qulu oğlu Quliyev (28 dekabr 1926 – 20 may 2014) — nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. Nəriman Ağaqulu oğlu Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur. 1992-ci ildən isə Azərbaycan Respublikası müstəqil bir dövlət kimi Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzv qəbul edilmiş və akademik N.Quliyev 1992-2003-cü illərdə həmin institutda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi olmuşdur. O, akademiyada 50 ilə yaxın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna ş.) ilə birgə elmi-tədqiqat işləri aparmışdır. Azərbaycan Respublikasının Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) ilə yüksək enerjilər fizikası sahəsində elmi-texniki əməkdaşlığın inkişafına dair Dövlət müqaviləsi bilavasitə akademik N.Quliyev tərəfindən hazırlanmış və o, uzun illər ərzində bu sahədəki fəaliyyətə elmi rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə 1993-cü ildə AMEA Fizika İnstitutu “ATLAS” layihəsinin icraçıları sırasına daxil edilmişdir. Bu illər ərzində akademik N.Quliyevin rəhbərliyi ilə institutun əməkdaşları tərəfindən bu layihə çərçivəsində 200-dən çox elmi məqalə dərc edilmişdir.
Nəriman Qurbanov
Nəriman Əhmədağa oğlu Qurbanov (20 oktyabr 1960, Bakı) — Azərbaycan dövlət xadimi. O, Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. Qurbanov Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müxtəlif vəzifələr daşımışdır. O, hal-hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində baş məsləhətçi vəzifəsində çalışır, protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili məsələləri ilə məşğuldur və dövlət qulluğunun baş müşaviridir. Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində anadan olmuşdur. Atası Əhmədağa Əkbər oğlu Qurbanov "Muğanlı" təxəllüsünə sahib nasir, ssenarist və kino redaktoru, anası Surə Cəlil qızı Qurbanova isə evdar qadın olmuşdur. O, 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadçı ixtisası ilə bitirmiş, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq ixtisası ilə məzun olmuşdur. 1977–1979-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında işıqçı və kinomexanik kimi işləmiş olan Qurbanov 1981-ci ilə qədər Ermənistan SSR-nin Leninakan (indiki Gümrü) şəhərində SSRİ-nin sərhəd qoşunları sırasında hərbi xidmətdə olmuşdur. Bundan sonra 1984-cü ilə qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nizami Rayon Komitəsinin ilk təşkilat katibi vəzifəsində çalışan Qurbanov 1986-cı ilə qədər Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin təşkilat katibi olmuşdur. O, həmin ilin axırlarına qədər həmin komitədə təlimatcı və təşkilat şöbəsinin müdiri kimi işləmiş, 1988-ci ilə qədər Azərbaycan LKGİ Mərkəzi Komitəsinin məsul icraçısı və Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin ikinci katibi olmuşdur.
Nəriman Rəsulov
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor. 1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib. Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir. 1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur. 1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir. 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır. Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nəriman Süleymanov
Süleymanov Nəriman Qoca oğlu (15 avqust 1930 – 15 aprel 1995) – nasir, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1977). 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir (1947–1952). Həmin vaxtdan "Pioner" jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, "Pioner" ("Günəş") jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Moskvada, Leninqradda, Daşkənddə, Düşənbədə və digər şəhərlərdə ədəbiyyat problemlərinə həsr olunmuş müşavirə, simpozium, konfranslarda fəal iştirak etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1954-cü ildə "Azərbaycan pioneri" qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Nəriman Tahirov
Tahirov Nəriman Cəfər oğlu (Cəfəroviç) (1928 – 1992) — azərbaycanlı alim Nəriman Tahirov 1928-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye Institutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və Qaz quyularının istismarı ixtisası üzrə Neft — mədən fakültəsini bitirmişdir. 1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. Nəriman Tahirov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir. 1992-ci ildə Bakıda ürək çatışmazlığından[mənbə göstərin] vəfat etmişdir. Bakıda dəfn olunmuşdur. N. Tahirov institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma İnstitutunda (AzETNÇİ) və Dərin Neft-Qaz Yataqları Problemi İnstitutunda işləmişdir. O, Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənilməsi və istismarı kafedrasında professor vəzifəsində çalışmışdır. N. Tahirov neft və qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində araşdırmalar aparmışdır. Onun elmi tədqiqat istiqamətlərinə layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasının yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilməsi, səthi-molekulyar və kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv təcridi üçün hidrotəciredici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlərin tapılması, həmçinin neft və qaz quyularının quyudibi zonalarının fiziki-kimyəvi üsullarla öyrənilməsi mexanizmi daxildir.
Nəriman Vəliyev
Vəliyev Nəriman Adil oğlu — professor. Nəriman Vəliyev 1928-ci ildə Ermənistan SSR Eçmiədzin (indiki Masis) rayonunun Çobankərə kəndində anadan olmuşdur. İbtidai təhsilini rayonun Reyhanlı kənd orta məktəbində almışdır. Babası Məmmədəli bəy Cəfər Ağa oğlu bölgənin çox nüfuzlu şəxslərindən olduğundan 1937-ci ildə Qazaxıstana sürgün edilmiş, bundan sonra atası Adil bəy təqiblərdən yaxa qurtarmaq məqsədilə ailəsini götürüb Gəncəyə köçmüşdür. Nəriman Vəliyev orta təhsilini 1938-1941-ci illərdə Gəncə şəhərində Dəmiryolu məktəbində davam etdirmişdir. 1941-ci ildə ailəsi Ucar şəhərinə köçdüyündən orta təhsilini 1946-cı ildə burada tamamlamışdır. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuş və həmin fakültəni 1951-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə də elə həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunda elmi işçi kimi başlamışdır. 1959-cu ildə dissertasiya müdafiə edərək coğrafiya elməri namizədi – alimlik dərəcəsi almışdır. 1960-cı ildən başlayaraq elmi və pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir.
Nəriman Yusifov
Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri. Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib. Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib. 21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.
Nəriman Zeynalov
Nəriman Zeynalov — "Qızıl qələm" mükafatı laureatı, görkəmli jurnalist 1933-cü ildə Göyçay rayonunda anadan olub. 1956-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. İstedadı, təşəbbüskarlığı və çalışqanlıq keyfiyyətləri nəzərə alınaraq universitetin mətbuat tarixi kafedrasında müəllim saxlanılıb. Paralel olaraq, “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə taleyini BDU-nun jurnalistika fakültəsi ilə bağlayan N.Zeynalov “Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərslik hazırlayıb. N.Zeynalov peşəkar fəiliyyətində jurnalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kəndi” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültəsinə qayıdan Nəriman müəllim dekan seçilib. 1989-cu ilin yazında dünyasını dəyişib.
Neriman Özsoy
Neriman Özsoy – Türkiyə Qadın Milli Voleybol Komandasının hücumçusu. Əslən bolqar olan oyunçu 2007-ci ildə milləşdirilmişdir. Neriman Özsoy karyerasına Əczacıbaşında başlamaşdır. A komandaya keçdikdən sonra Rusiyada oynamaq istəyən voleybolçu Uraloçkaya transfer olunmuş, komandasının icazəsi olmadığından daha sonra geri dönmüşdür. Karşıyakayla müqavilə imzaladıqdan sonra bir il bu komandada oynamış, növbəti mövsüm isə Eczacıbaşıya qayıtmışdır. Nerimanın doğma komandasına gəlişi daha uğurlu alınıb. Belə ki, voleybolçu bu səfər Eczacıda 2 dəfə Türkiyə Qadınlararası Voleybol Çempionatının qızıl medallarına yiyələnmişdir. Həmçinin 1 dəfə də Türkiyə kubokunun sahibi olmuşdur. Eczacıbaşında üç il oynadıqdan sonra İtaliya klubu "Sirio Perugia"ya transfer olunmuşdur. Ancaq bu klubda bir oyun belə oynamadan Polşa komandası Atoma icarəyə verilmişdir.
Fəriman
Fəriman — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Fəriman şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 32,610 nəfər və 8,203 ailədən ibarət idi.
Nəştifan
Nəştifan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,547 nəfər və 1,485 ailədən ibarət idi.
Mnesimax
Mnesimax — yunan mifologiyasında personaj. Etoliyada Olen padşahı Deksamenin qızlarından biri olmuşdur. Psevdo-Higinin söylədiyi mifə görə, Herakl Avginin evindən qovulmuş və Deksamenin evinə sığınmışdı. Burada qıza Herakla gəlinlik söz verilmişdi. O, başqa sərgüzəştlərə getmiş, Evrition adlı kentavr padşahlığa gəldikdən qısa müddət sonra, qızın gözəlliyi onu özünə cəlb etmişdi, baxmayaraq ki, o, artıq başqasına söz verilmişdi. Qız iradəsinə zidd olaraq onunla zorla nişanlanmışdır. Herakl qadın üçün padşahlığa qayıtmışdır.