Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akif Nağı
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri. == Həyatı == 13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub. 1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir. 2004-cü ildə həmin universitetin dosenti olub. == İctimai-siyasi fəaliyyəti == 2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Nağd ödəniş
Nağı Axundov
Nağı Axundov (dekabr 1920, Salyan, Salyan qəzası) — Bərdə Şəhər Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1920-ci ilin dekabr ayında Salyan şəhərində anadan olmuşdur. O, 1935-ci ildə 1 nömrəli orta məktəbi bitirdikdən sonra Salyan kənd təsərrüfatı texnikumuna daxil olmuş, 1939-cu ildə həmin texnikumu bitirdikdən sonra Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Dağlıq Qarabağ Muxtar Vilayətində işə başlamışdır. 1939-cu ilin sentyabr ayında ordu sıralarına çağırılmış, iki orta hərbi məktəb bitirmiş, leytenant rütbəsində orta tank tağımının komandiri kimi Kursk məntəqəsində vuruşmuş, 1943-cü ilin iyulunda ağır yaralanandan sonra Sovet ordusu sıralarından tərxis olunmuşdur. 1944-1951-ci illərdə Salyan rayonunda sovet və partiya işlərində çalışmışdır. 1951-ci ildən Azərbaycan KP Salyan Rayon Komitəsinin katibi, ikinci katibi olmuşdur. 1958-1962-ci illərdə Salyan Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, partiya məktəbində oxumuşdur. 1963-cü ildən Bərdə Rayon Partiya Komitəsinin birinci katibi işləmiş, daha sonralar yenidən Salyan Rayon İcraiyyə Komitəsinin sədri, Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi və 1965-ci ildən Azərbaycan KP Puşkin PK-nin birinci katibi vəzifələrində çalışmışdır.Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Sonrakı dövrlərdə Salyan Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi, Puşkin (indiki Biləsuvar) Rayon Partiya Komitəsinin birinci katibi, Tovuz Rayon İcraiyyə Komitəsinin sədri, Üzümçülük və Şərabçılıq Komitəsində, Pambıqçılıq İdarəsində şöbə müdiri, idarə rəisi və digər vəzifələrdə işlədi.
Nağı Hacıbayramlı
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı Həşimov
Nağı Anar oğlu Həşimov (20 avqust 1998; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub. 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. == Hərbi xidməti == Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb. Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Nağı Nağıyev
Nağı Nağıyev — yazıçı, dramaturq. == Həyatı == Nağı Kərim oğlu Nağıyev 13 iyul 1910-cu ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikomunu bitirmiş,1930–1941 illərdə Ordubad və Babək rayonlarının kənd məktəblərində müəllimlik etmişdir.Nağı Nağıyev 1935–1938 illərdə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır.Nağı Nağıyev 1942–1945 illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində mətbuat bölməsinin müdiri, 1946–1949 illərdə Naxçıvan Mətbuat İdarəsinin rəisi, 1949–1951 illərdə Naxçıvan Dövlət Radio Verilişləri Komitəsinin müdiri vəzifələrində çalışmışdır. O, 1945–1951 illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının məsul katibi olmuşdur,Nağı Nağıyev 1951-ci ildən ömrünün sonuna kimi Bakıda yaşamış, "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. Nağı Nağıyev II Dünya Müharibəsi iştirakçısıdır. Nağı Nağıyev 13 may 1981-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Nağı Nağıyev qırx ilə yaxın bədii yaradıcılıqla məşğul olmuşdur. O, üç səhnə əsərinin bir çox hekayə, oçerklərin və ilk iri həcmli əsəri olan "Həsrət" romanının müəllifidir."Həsrət" romanı Nağı Nağıyevin ilk iri həcmli əsəri olub, mövzusu kənd həyatından götürülmüşdür. "Yer altında" povesti Nağı Nağıyevin uzun illər ərzində Naxçıvan duz mədəni kollektivinin işi ilə tanışlığının məhsuludur. Konfiliktin həyatiliyi, bədii cəhətdən əsaslandırılması, surətlərin reallığı və inandırıcılığı povesti Nağı Nağıyevin ən yaxşı əsərlərindən biri etmişdir.Onun "Qaynar bulaqlar", "Sumqayıtda", "Milyoner briqada", "Geoloqlar", "Püskürən dərə" adlı oçerklərində həyatın müxtəlif sahələri ilə maraqlanmış, müxtəlif peşə adamlarının həyatını qələmə almışdır.Nağı Nağıyev tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur.
Nağı Əbdüləzimov
Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu – 8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub. 1957-1962-cü illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb. 1967-1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969-1974 -cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974-1976 -cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib. 1976- cı ilin fevralından 1981- ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981- ci ilin aprel ayından 1991- ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib. 1991-1997 –ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.
İmam Nağı
İmam Əliyyən-Nəqi (8 sentyabr 828 və ya 7 mart 828, Mədinə, Abbasilər – 1 iyul 868 və ya 21 iyun 868, Səmərra, Abbasilər) — Əli ibn Məhəmməd əl-Hadi.
Hacı Nağı körpüsü
Orta əsrlər zamanı Ordubad rayonu ərazisində inşa olunmuş körpülərdən biri də yerli əhali arasında "Hacı Nağı körpüsü" kimi tanınan körpü olmuşdur. == Coğrafi mövqeyi == Körpü rayon ərazisinin şimalından cənuba doğru axaraq Dəstə kəndinin Tub-Basar kövşənindən keçərək Araza qovuşan Vənəndçayın üzərində salınmışdır. Bir aşırımlı bu daş körpü (çayın yatağında, şərq va qərb dayaqlar arasında uzunluğu 6 metr, eni 3 m) Böyük İpək Yolunun Naxçıvandan keçən qolları ilə hərəkət edən edən ticarat karvanlarının hərəkətini asanlaşdırmaq məqsədi ilə inşa edilmişdi. Uzun müddət şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarına xidmət edən körpü XX yüzilliyin ortalarınadak salamat olmuşdur. El arasında banisinin adı ilə "Hacı Nağı körpüsü" kimi tanınan körpünün qalıqları hazırda qalmaqdadır. == İnşa tarixi == Körpünün üzərində onun inşa tarixi, sifarişçisi, memarı və s. haqqında məlumatları əks etdirən kitabə olmamışdır. Yaxud da belə bir kitabə olmuşdursa da indiyədək gəlib çatmamışdır. Ancaq bu körpü haqqında rayonun Dəstə kəndində 1610-1611-ci illərdə inşa olunmuş və əhali arasında "Meydan məscidi" adlandırılan məscidin kitabəsində məlumat verilir. Hazırda məscidin qərbdən giriş qapısının baş tərəfində qoyulmuş kitabənin məlumatından aydın olur ki, məscid və Dəstə kəndinin Tub-Basar kövşənindəki körpü eyni vaxtda – 1610-1611-ci ildə Məşədi Huseynəli Dəstəqinin oğlu Fəxrül-Hac Hacı Məhəmmədnəqi tərəfindən inşa edilmişdir.
Mirzə Nağı Nasiri
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. == Həyatı == Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Nağı Hacıbayramlı-Bayramgil
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir. == Sosial mənşəyi == Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.
Nağı bəy Şeyxzamanlı
Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu (1883, Yelizavetpol – 1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi.1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N. Şeyxzamanlı 1919-cu ilin avqust ayında Əksinqilab ilə mübarizə təşkilatının rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. N. Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib. == Həyatı == Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində dünyaya gəlmişdir. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur.
Nağı bəy Əlizadə
Nağı bəy Əlizadə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi, podpolkovnik. == Həyatı == Əlizadə Nağı bəy 1897-ci ildə Bakı şəhərində dünyaya gəlib. == Fəaliyyəti == 1919-cu il fevralın 18-də Azərbaycan Parlamentində "Parlamenti Mühafizə Polisinin təşkili" məsələsini müzakirə edilir. Belə bir strukturun yaradılması zəruri hesab edilir və 4 maddədən ibarət qanun layihəsi təsdiq olunur. Yeni qanuna görə 200 nəfərlik polis dəstəsinin yaradılması məqbul sayılır. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə yeni yaradılan polis strukturu "Parlamenti Mühafizə Dəstəsi" adlandırılır(sənədlərdə "Parlamentin Qoruyucu Bölüyü" də yazılmışdır…). Yeni strukturun təşkilinə dövlət xəzinəsindən 2.200000 manat ayrılır. Parlamenti Mühafizə Dəstəsinin komanda (idarə) heyəti 6 ştat vahidi üzrə təsis olunur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Mühafizə Dəstəsinin rəisi podpolkovnik Nağı bəy Əlizadə təyin edilir. Onun aylıq məvacibi 4500 rubl idi.
Nağı xan Qarapapaq
Nağı xan Qarapapaq (?-?) — Qarapapaq elinin rəisi. == Həyatı == 14 may 1827-ci ildə rus polkovniki Qurko Arazın sağ sahilində çoxsaylı alaçıqlar görür. Casusluq edən ermənilər xəbər gətirirlər ki, bu alaçıqları Qarapapaq Nağı xan qurub. Başkomandan general İ. Paskeviçin bununla bağlı qraf Nesselroda göndərdiyi rəsmi məktubundan bəzi sətirləri nəzərinizə çatdırırıq: "İrəvan vilayətindən 100 qarapapaq ailəsi Türkiyəyə keçdi. Başqa qarapapaqlar (800 ailə) öz düşərgələrini Arazın o tayında salıblar və Nağı xan ilə İsmayıl ağanın rəhbərliyi altında onların ən yaxşı miniciləri Həsən xana xidmət edir. Rəisləri İsgəndər xan 9 mayda bizimlə vuruşda öldürülmüş Çobankərəlilər (20 ailə) də onlarladır… Qarapapaq eli arasında ətraf vilayətlərin hamısında uğurlu qaçaqçılıqla şöhrətlənmiş çox cəsur insanlar var". V. Potto: "Şadlılardan 60 nəfər silahlarını atıb Sərdarabaddan qaçdı, Nağı xanın ən yaxşı atlılarından olan 50 qarapapaq onu tərk edib Göyçəyə qayıtdı. Ancaq bu hələ ki, ayrıca istisnalar idi. Tatar tayfalarını daha təhlükəsiz etmək üçün müvafiq tədbirlər həyata keçirmək lazım gəlirdi. Belə tədbirlərdən daha məqsədəuyğunu onlarla dinc münasibətin yaradılması idi.
Nağı xan Şahsevən
Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor == Həyatı == Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi. Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın. Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir. Hətta əvvəlinci bir müqabilədə məşrutəçilərin düşmənə qalib gəldikləri məlumdur.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Əli Nağı Hüseynov
Əli Nağı Məmmədhəsən oğlu Hüseynov (5 may 1900, Salyan, Cavad qəzası – 27 yanvar 1957, Bakı) — Fəhlə-Kəndli Qızıl Ordusunun polkovniki (1942), 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri.5 may 1900-cü il tarixində Salyanda anadan olub. 1918-ci ilin dekabrından 1919-cu ilin sonunadək Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin 4-cü Quba alayının sıravi üzvü idi. 1919-cu ilin dekabr ayından 1920-ci ilin aprel ayına qədər Gəncədəki hərbi (yunker) məktəbində, sonra 1920-ci ilin sentyabrınadək Bakı Birləşmiş Hərbi Məktəbində oxumuşdur. 2-ci sərhəd briqadasında eskadron komandiri vəzifəsinə təyin edildi. 1920-ci ildən Fəhlə-Kəndli Qızıl Ordusunda xidmətini davam etdirir.Qış müharibəsi zamanı kapitan rütbəsində olan Əli Nağı Hüseynov atıcı alayının komandiri vəzifəsinə təyin olunur. Сəsarət və hünərinə görə Qırmızı Bayraq ordeni ilə təltif olunur və Timoşenkonun əlindən fərdi mükafat kimi qılınc alır. 1941-ci ildə - mayor, Qərb və Orta Cəbhələrdəki 151-ci atıcı diviziyasında alay komandiri oldu. Yaralandı, mühasirədən çıxdı, ikinci Qırmızı Bayraq ordeni ilə təltif olundu.Yaralandı, 1942-ci ilin fevral ayında hospitalda müalicə olunduqdan sonra, 402-ci Azərbaycan Atıcı Diviziyasının komandiri təyin edildi. 4 oktyabr 1942-ci ildə 402-ci Atıcı Diviziyası Qudermesə köçürüldü və burada Zaqafqaziya Cəbhəsinin Şimal Qrupunun 44-cü Ordusunun 9-cu Atıcı Korpusunun tərkibinə daxil oldu. 1942-ci il oktyabrın 3-dən 27-dək diviziya Qroznının yaxınındaki Terek çayının sağ sahilini müdafiə edib.
Nağda bədii tikmə növü
Nağda bədii tikmə növü — 20 əsrin əvvələrinədək Naxçıvan və Ordubad şəhərlərində geniş yayılmışdı. == İstifadəsi == İstər motivləri, istərsə də kompozisiya quruluşu cəhətdən sadə olub, qadın geyimləri, balış üzü, habelə müxtəlif xırda məişət əşyası üzərində bəzədilirdi. Narıncı şal parça üzərində (85x50 sm) ornamental kompozisiyaya malik balış üzü dörd tərəfdən stilizə olunmuş güllərlə haşiyələnir. Ara sahədə - mərkəzdə mürəkkəb bitki motivlərindən ibarət dairə, bucaqlarda isə uzunsov formada gül təsvirli balışüzünü gö¬zəlləşdirir. Tikmə məmulatının üzərini boşluqdan qurtarmaq və motivi zənginləşdirmək məqsədilə balış üzünün künclərindəki iri yarpaqşəkilli ləçəklərin içərisi güllərlə doldurulur. Dekorativ məmulat üçün stilizə olunmuş nəbati ornamentlərin bacarıqla tətbiqi səciyyəvidir. “Nağda”tikmə üsuluna bəzən pilək, muncuq da tətbiq olunurdu. Sənətkarlıqla işlənmiş bu tikmə növünün ən yaxşı nümunələri Azərbaycan Tarix Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Nüğdi
Nüğdi - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 1886-cı ildə kənd əhalisi 116 evdə 254 nəfəri kişilər, 239 nəfər isə qadınlar olmaqla 493 nəfər əhali yaşayırdı. Onlardan 114 evdə 247 nəfəri kişilər, 236 nəfər isə qadınlar olmaqla 483 nəfərini yəhudilər, 2 evdə 7 nəfəri kişilər, 3 nəfər isə qadınlar olmaqla 10 nəfərini isə sünni islam etiqadlı Azərbaycan tatarları təşkil edirdi. 2002-ci il siyahıyaalınmasına əsasən 450 təsərrüfatda 1,700 nəfər əhali yaşamışdır. Kəndin etnik tərkibi əsasən azərbaycanlılardan, qismən ləzgilərdən və az sayda dağ yəhudilərindən ibarətdir. == Mənbə == Официальный сайт селения Нюгди, Дербентский района. Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Общественно-политический еженедельник "ЧЕРНОВИК" : статья---Наш Шахсей-Вахсей Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine---Автор статьи: Марко Шахбанов, дата публикации:2 Февраля 2007 года.
Nağılların nağlı (film, 2015)
Nağılların nağlı (ing. Tale of tales) — 2015-ci ildə çəkilmiş, başda İtaliya olmaqla Fransa və Birləşmiş Krallığın ortaq fantastik filmi. Filmdə bir neçə nağılların ən qədim versiyalarına (Yatmış gözəl, Rapunzel, Sinderella və s.) yer verilir.
Nağd pul axını qabarıqlığı
Nağd pul axını qabarıqlığı — müddətinin faiz dərəcələrinə həssaslığının ölçüsü olan bir alətin (məsələn, istiqrazlar) pul axınının bir xüsusiyyəti. Dolğunluq faiz dərəcələrinin istiqrazın pul axınının cari dəyərinə təsirini aydınlaşdırmaq üçün ikinci sifariş düzəlişidir. Dəyişiklik, mövcud dəyərin faiz dərəcəsindən asılılığının qeyri-xətti olması ilə əlaqədardır, bu səbəbdən bu asılılığın müddətdən istifadə edərək xətti ilə müəyyənləşdirilməsi faiz dərəcələrinin təsirini dəqiq əks etdirə bilməz. Konveksliyin nəzərə alınması, faiz dərəcələrinin artırılması və azalması zamanı dərəcələrin təsirinin asimmetriyasını nəzərə almaq da daxil olmaqla faiz dərəcələrinin təsirini aydınlaşdırmağa imkan verir. Ümumiyyətlə, qabarıqlıq nə qədər yüksək olarsa, istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur və istiqraz qiyməti faiz nisbətinə o qədər həssas olur. == Əsaslandırma və tərif (hesablama formulu) == Hazırkı dəyər funksiyasının Teylor sırasındakı ilk iki termini istifadə edərək faiz dərəcəsinə qarşı P V ( r ) {\displaystyle PV(r)} əldə edirik: Δ P V ( r ) ≈ P V ′ ( r ) Δ r + 0.5 P V ″ ( r ) [ Δ r ] 2 {\displaystyle \Delta PV(r)\approx PV'(r)\Delta r+0.5PV''(r)[\Delta r]^{2}} Bu ifadəni PV (r) ilə bölsək əldə edirik: δ P V = Δ P V P V ≈ P V ′ P V Δ r + 0.5 P V ″ P V [ Δ r ] 2 {\displaystyle \delta PV={\frac {\Delta PV}{PV}}\approx {\frac {PV'}{PV}}\Delta r+0.5{\frac {PV''}{PV}}[\Delta r]^{2}} Birinci amil, durasiya işarəsi ilə müddətdir ( r {\displaystyle r} nizamlı bir nisbətdirsə, logaritmik deyilsə dəyişdirilir), ikincisi isə istədiyiniz qabarıqlıqdır (eyni vəziyyətdə dəyişdirilmişdir). M C = P V ″ ( r ) P V = ∑ i C F i ( 1 + r ) t i + 2 t i ( t i + 1 ) P V = ∑ i C F i ( 1 + r ) t i t i ( t i + 1 ) P V ( 1 + r ) 2 = T ( T + 1 ) ¯ / ( 1 + r ) 2 = ( T 2 ¯ + T ¯ ) / ( 1 + r ) 2 {\displaystyle MC={\frac {PV''(r)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}+2}}}t_{i}(t_{i}+1)}{PV}}={\frac {\sum _{i}{\frac {CF_{i}}{(1+r)^{t_{i}}}}t_{i}(t_{i}+1)}{PV(1+r)^{2}}}={\overline {T(T+1)}}/(1+r)^{2}=({\overline {T^{2}}}+{\overline {T}})/(1+r)^{2}} C = o v e r l i n e T 2 + o v e r l i n e T {\displaystyle C=\ overline{T^{2}}+\ overline{T}} ifadəsi ümumiyyətlə "qabarıqlıq" adlanır. Həqiqi dəyər M C {\displaystyle MC} "dəyişdirilmiş qabarıqlıq" dır. Bir ilk təxmini olaraq, qabarıqlıq olaraq D ( D + 1 ) {\displaystyle D(D+1)} dəyərini də istifadə edə bilərsiniz, burada D = o v e r l i n e T {\displaystyle D=\ overline{T}} - durasiya , lakin hesablamaların dəqiqliyini azaldır. === Durasiya ilə əlaqələr === MC-nin dəyişdirilmiş müddətlə aşağıdakı şəkildə əlaqəli olduğunu göstərmək olar: M C = M D 2 − d M D d r {\displaystyle MC=MD^{2}-{\frac {dMD}{dr}}} === Qeyd === Qiymət dəyişikliyinin ən dəqiq qiymətləndirməsi bir Taylor seriyasına cari dəyərin özü deyil, logaritması və yalnız faiz dərəcəsi ilə deyil, loqaritmik nisbətdə ln ⁡ ( 1 + r ) {\displaystyle \ln(1+r)} genişlənərək əldə edilir.
Nəqdi
Nəqdi-i Ülya (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Nəqdi-i Süfla (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Nandi Yellayiya
Nandi Yellayiya (1 iyul 1942, Heydәrabad – 8 avqust 2020, Heydәrabad) — Hindistan diplomatı, Hindistan Milli Konqresinin üzvü (2014-2019), millət vəkili (1978-84, 89-98, 2014-2020) == Həyatı == Nandi Yellayiya 1 iyul 1942-ci ildə Heydərabadda anadan olmuşdu. Lok Sabhanın Siddipet şəhərindən VI-IX çağıış deputatı olmuşdur. 2014-cü ildə axırıncı çağırış Lok Sabha seçkilərində Kurnol şəhərindən deputat seçildi və ömrünün sonuna qədər deputat oldu. == Xəstəliyi və ölümü == 29 iyul 2020-ci ildə Nandi Yellayiyanın COVID-19 testi pozitiv çıxdı. Xəstəxanaya yerləşdirilən Yellayiyanın vəziyyəti tez ağırlaşdı. Nandi Yellayiya 8 avqust 2020-ci ildə səhər saatlarında Heydərabadda müalicə aldığı xəstəxanada vəfat etdi.
Naqai stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. == 2002 Dünya Kuboku == Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.
Riçard Nagi
Riçard Nagi (9 mart 1993) — Slovakiyalı üzgüçü. Riçard Nagi Slovakiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Riçard Nagi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:26.48 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Basdı
Basdı - türk, altay və tatar mifologiyalarında kabus cini. Bastı, Bastırık (Bastırığ, Bastırı) da deyilər. İnsanların kabus görməsi, halsızlaşması, qorxuyla oyanması, sonrasında nəfəsinin kəsilməsi bu şər ruhu ilə əlaqəli görülər. Anadolu türkcəsində "Bastırık" birbaşa kabus deməkdir. Eyni zamanda həbsxana və ya hüceyrə mənalarına da gəlir. Müxtəlif şəkillərə girə bilər. Pişik qılığına bürünmək çox sevər. Kazakçada kabus "Bastırılu" deməkdir. Bastıyla əlaqədar aşağıdakı varlıq adları diqqətə dəyərdir. Albasdı: "Aleybanı, Alyabani." Uzun boylu, ağ bədənli və çılpaq olaraq təsvir edilən şeytanı dişi varlıq.
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Naadım
Naadim ( Tuvan : Наадым - Naadim) Tuva Respublikasında ənənəvi bir festivaldır. Tuva Respublikasının maldarlarının bayram şənliyi və bayramı. Son tədbir avqustun ortalarında. Naadim, 1922-ci ildə Tuva Xalq Respublikasının qurulmasından bəri qeyd olunmağa başladı. == Haqqında == Nadim festivalı hər il baş verir. Festivaldan əvvəl Tuvadakı bütün vilayətlər arasından keçir və son mərhələsi vahid olaraq reallaşır. Baş vermə vaxtı: iyul-avqust-sentyabr. Festival zamanı yarışlar, güləş, at yarışı və ox atma kimi fəaliyyətlər keçirilir. Tiva Xalq Respublikası yarandığı gündən bəri bir tətil kimi qeyd olunur. Sovet dövründəki qadağalarla aradan qalxsa da, 1993-cü ildə yenidən milli bayram kimi qeyd olunmağa başladı.
Nandu
Nandu (lat. Rhea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin nandukimilər dəstəsinin nandular fəsiləsinə aid heyvan cinsi.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Nazlı
Nazlı — qadın adı. Nazlı Abdullayeva — Sosialist Əməyi Qəhrəmanı (1950) Nazlı Nəcəfova — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı Nazlı Məhəmməd — Azərbaycanlı dövlət xadimi Nazlı HüseynquliyevaDigərNazlı (film, 2017) — Azərbaycan tammetrajlı bədii komediya janrlı filmi. Nazlı (şərab) — Nazlı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Nağan
Nağan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Nağan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,928 nəfər və 1,210 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Nağdalı
Nağdalı — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Şamkənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin yaşı 500 ildən çoxdur. == Mədəniyyəti == Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi, 50 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS- fəaliyyət göstərirdi. == Coğrafiyası və iqlimi == Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşir. Kəndin ətrafından hər tərəfə geniş yayalaqlar başlayır. Şimaldan DQMV-i, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi, şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir. Nağdalı çayı kəndi iki hissəyə ayırır.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Niğde
Niğdə — Türkiyənin Niğdə ilinin inzibati mərkəzi.
Niğdə
Niğdə — Türkiyənin Niğdə ilinin inzibati mərkəzi.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Tağlı
Tağlı (Zəngilan)
Zağlı
Zağlı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati-ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə tarixən Quba-Şirvan xalça tipinin Quba qrupuna aid olan "Zağlı" çeşnisi və eləcə də "Pirəbədil","Herat Pirəbədil" və Çiçi kəndinin adını daşıyan "Qollu Çiçi", "Sırt Çiçi" və"...gül Çiçi" xalçaları toxunmuşdur. Kəndin əhalisinin vətən müharibəsindən sonra kəskin azlması və yerli qadınların başqa kəndlərə ərə getməsi nəticəsində "Zağlı" çeşnisinin toxunmamasına, digər xalçaların isə nadir halda toxunmasına gətirib çıxarmışdır. Kənddə ev tikmə mədəniyyəti tarixən çox qədimdən inkişaf etmişdir. Kənddə evlər əsasən "Ayı balası" adlanan çay daşından seçilərək düzəldilmiş kərpiclərdən tikilib. Evlər zəlzələyə davam etsin deyə xüsusi palıd tirlərlə hörülüb. == Coğrafiyası və iqlimi == Zağlı kəndi Azərbaycan Respublikasının şimal-şərqində, Şabran rayonunun dağlıq hissəsində, rayon mərkəzindən 18 km aralı olan dağ kəndidir. Kənd 650-700 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Kənd enliyarpaqlı meşələrlə əhatələnmişdir. 3 tərəfdən yüksək dağlarla əhatə olunmuşdur.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. == Həyatı == Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı == Ailəsi == Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy == Yürüşləri == Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Yunus Nadi Abalıoğlu
Yunus Nadi Abalıoğlu (türk. Yunus Nadi Abalıoğlu) — türk jurnalisti, yazıçı, siyasi xadim. == Həyatı == Rodosda Süleymaniyyə mədrəsəsində oxumuş, Qalatasaray liseyini və hüquq məktəbini bitirmişdir. 1900-cü ildə “Məlumat” qəzetində fəaliyyətə başlamış, hakimiyyət əleyhinə yönəlmiş yazılarına görə həbs olunmuşdur. “Rumeli” (1910) və “Təsviri-əfkar” qəzetlərinin baş redaktoru olmuşdur. == Fəaliyyəti == "İttihad və Tərəqqi" partiyasının xadimləri ilə yaxınlıq etmiş, 1918-ci ildən Türkiyədə nəşr olunan "Təsviri-əfkar", "Yeni gün" və s. qəzetlərdə Türkiyə-Azərbaycan əlaqələrinə dair yazıların müəllifi kimi tanınmışdır. 1918-ci il iyulun 4-də "Təsviri-əfkar" qəzetində dərc olunmuş "Qafqazlılar və Türkiyə" adlı məqaləsində Batum sülh konfransında Azərbaycan və Türkiyə nümayəndələri arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşma haqqında geniş məlumat verilir. Müəllif Azərbaycan türklərinin istiqlal mübarizəsini ön plana çəkərək, Qafqazın Türkiyə üçün əhəmiyyətini vurğulayırdı.1918–1920 illərdə “Yeni gün” qəzetini buraxmış, nəşrini Ankarada davam etdirmişdir. 1924-cü ildən nəşrinə başladığı “Cümhuriyyət” qəzetinin baş redaktoru idi.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. == Toponimkası == Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Ağudi
Ağdü — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. == Tarixi == Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir. Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Haqvi
Haqvi (erm. Հագվի) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Aqvi kimi də qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Haqvi bələdiyyəsi"ni (erm. Հագվի համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 402 nəfərdir.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Maadi
Maadi (arb: المعادي / rom: əl-Maadi) - Misirin paytaxtı Qahirənin ətrafında yerləşən şəhərətrafı zona. Buraya Misir Ali Konstitusiya Məhkəməsi, Amerika Kolleci, İngilis Beynəlxalq Məktəbi və Misir Geologiya Muzeyi daxildir.
Maqda
Maqda — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qеyd olunmuşdur == Toponimi == Toponim muq etnoniminin fars dilində işlənən forması olan maq etnonimindən və -da topoformantı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1949-cu ildə kənd ermənicə Lernarot adlandırılmışdır. 1590-cı ilə aid mənbədə Maqta. 1728-ci ilə aid mənbədə isə Makta kimidir Naxçıvanda Maxta kəndinin adı ilə mənşəcə eynidir. Naxçıvanda Maqqız (maq və türk dillərində giz "dayaz dərə" [143.II,2,1389], sözlərindən) Qazax r-nunda Maqi (dağ adı) toponimləri ilə səslənir. Ermənistan SSR AS RH-nin I. XII.1949-cu il fərmanı ilə adı dəyişdirilib Lernarot qoyulmuşdur.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli malumata görə,- yaşayış mantəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.