Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puster vadisi
Puster vadisi— İtaliyada Cənubi Tirolda Brixen yaxınlığında Mülbaç və Avstriya və Şərqi Tirolda Lixtenşteyn arasında Alp dağlarında şərq-qərb istiqamətində uzanan bir dərə. Puster vadisinin Cənubi Tirol bələdiyyələri Puster vadisi rayonunu yaradır.
Büsyer-le-Min
Büsyer-le-Min (fr. Buxières-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03046. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1078nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 597 nəfər (15-64 yaş) arasında 364 nəfər iqtisadi cəhətdən fəal, 233 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.0%, 1999-cu ildə 61.2%). Fəal olan 364 nəfərdən 300 nəfəri (164 kişi və 136 qadın), 64 nəfəri işsiz (34 kişi və 30 qadın) idi. 233 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 101 nəfər təqaüdçü, 90 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Püsyan
Püsyan (Şərur)
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.
Püstə
Püstə — Elaegnaceae fəsiləsindən olub, Azərbaycanda qədim vaxtlardan becərilir. Sinonimi Terebinthus Mill. 10 ağac və kol növü məlumdur. Yabanı halda Orta Asiyada, İranda, Suriyada və Türkiyədə bitir. Azərbaycanda püstə mədəni bitki kimi çox qədimdən becərilir və iki yabanı növü yetişdirilir. Püstə ağacı xüsusən, Abşeronda çoxdan becərilən qiymətli subtropik bitkidir. Onun Krımda, Orta Asiyada da xeyli vaxtdan plantasiyası salınmışdır. Hazırda bu qiymətli bitkiyə Abşeronda nadir halda təsadüf olunur. Halbuki, vaxtilə Bakının bir çox qəsəbələrində və kəndlərində o, məhsuldar və faydalı bitki kimi istifadə edilirdi. Yarpaqlarının üst hissəsi parlaqdır.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Pisdər mağarası
Pisdər mağarası — Şərur rayonunun Axura kəndindən şərqdəki Tana qalası yaxınlığında arxeoloji abidə. Yarım dairəvi formalıdır. Dərinliyi 10 m-dən artıqdır. Aşağı hissəsi torpaqla örtülmüşdür. Arxeoloji qazıntılar aparılmamışdır. Ehtimal ki, Pisdər mağarasından ibtidai insan məskəni kimi istifadə edilmişdir. Dərinliyi 10 m-dən artıqdır. Alt Triasın Qarabağlar lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş yüksəkliyin yamacındadır. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsində, Tənənəm antiklinalının şərq qanadında yarləşir..
Püsyan (Xudafərin)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 240 nəfər yaşayır (45 ailə).
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan (Şərur)
Püsyan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Rayon mərkəzi Şərur şəhərindən 23 km cənub-şərqdə yerləşir. Püsyan və ya Pesyan Araz çayının yuxarı axarında (əsasən Türkiyə ərazisində) eramızdan əvvəl türkdilli pasianların yaşadığı əraziyə verilən qədim addır. 1833-cü ilə aid sənədlərdə püsyanların Naxçıvan ərazisində doqquz tayfa icmasından birini təşkil etmələri haqqında məlumat verilir. Əhalisi 4142 nəfərdir.(2009 - cu il) Püsyan kəndi sırf türk kəndidir və bu kənddə bir neçə kürd ailəsi də yaşayır. Kənd əhalisi etnik tərkibinə görə əsasən azərbaycanlılardan ibarətdir.
Püsyan (Əcəbşir)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 556 nəfər yaşayır (131 ailə).
Püsyan eli
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Püsyan mahalı
Püsyan mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. Sahəsi - Əhalisi — püsyanlar Yaranması — 1747-ci il Mərkəzi— Bəxtiyarlı obası Sərhədləri —Qərbdən Çulundur mahalı, şimaldan Əcənan mahalı, şərqdən Bərgüşad mahalı, cənubdan Çulundur mahalı. Qarabağ xanlığının mahallarından biri də Püsyandır. Əvvəlcə mahalın adı haqqında. Mahal öz adını Püsyan elindən alıb. Elin adını, mənşəyini, yayılmasını, yerdəyişməsini dəqiqləşdirək. Eradan əvvəl Azərbaycanda mövcüd olan etnoslardan biri Pasian adlanır ki, bu haqda görkəmli etnoqraf Qiyasəddin Qeybullayev məlumat verir. Həmin etnos müəllifin məlumatına görə indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarda yaşamışdır. Q. Qeybullayev Pasian haqqında e.ə. yunan müəllifi Ksefontun məlumat verdiyini də göstərir (yenə orada).
Püsyan nekropolu
Püsyan nekropolu — Şərur rayonunda eyniadlı kəndin cənub-şərqində antik dövrə aid arxeoloji abidə. O, Püsyan kəndinin cənub-şərqində yerləşir. Hər tərəfdən əkin sahələri ilə əhatə olunub. Nekropolun yaxınlığından torpaq yol keçir. Yerüstü əlamətləri olmadığından sahəsini dəqiq müəyyənləşdirmək mümkün deyil. Dağıdılmış abidələrə əsasən demək olar ki, 1200 kv.m-dən artıq sahəni əhatə edib Nekropol 1981-ci ildə kanal qazılarkən təsadüfən aşkar olunmuş, dağıntı zamanı aşkar edilmiş materiallar Şərur rayon tarix-diyarşünaslıq muzeyinə aparılmışdır. 1987-ci ildə meliorasiya işləri görülərkən nekropolda daha bir neçə qəbir dağıdılmışdır. Dağıntı zamanı aşkar olunmuş abidələr daş qutu və torpaq qəbirlərdən ibarətdir. Onlar tamamilə dağıdıldığından formasını müəyyən etmək mümkün olmamışdır. Skeletlər şərq-qərb istiqamətində bükülü vəziyyətdə olmuşdur.
Tomaş Pesyar
Püyr
𐕢 (səslənməsi /pʿ/, transkripsiyası P, p) — Alban əlifbasının 51-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փիւր (Pʿiwr) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Püwr" olmalıdır. Georgi Klimov bu hərfi səhvən /f/ səsi ilə əlaqələndirmişdi. Udi əlifbasında P hərfinə tamamilə uyğun gəlir.
Həqiqi püstə
Kütyarpaq püstə
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. Azərbaycanda təbii ehtiyatı çox deyildir. Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Püstə Məlikaslanova
Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova (az. Püstə xanım Süleyman bəy qızı Məlik-Aslanova; 2 fevral 1926, Qaryagin, Azərbaycan SSR, ZSFSR, SSRİ – 2001, Bakı, Azərbaycan Respublikası) — Tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (02.11.2000) Püstə xanım 1926-cı ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. 1949-cu ildə Azərbaycan Dövlət Tibb institutunu(indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1951–1953-ci illərdə Onkologiya İnstitutunun aspiranturasında oxuyub. ● 1954-cı ildə "Bəd xassəli yenitörəmələrə qarşı skelet əzələlərinin morfo-fizioloji reaksiyasına dair materiallar" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. ● 1970-ci ildə isə "Gözün yaşla əlaqədar dəyişiklikləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. ● 1957– 2001-ci illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun patomorfologiya və elektron mikroskopiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. O, respublikada yeganə yüksəkixtisaslı oftalmopatomorfoloq olaraq, vətən oftalmologiyasına əvəzsiz xidmətlər göstərmişdir. ● 1984-cü ildə professor elmi adına layiq görülmüşdür.
Püstə ağacı
Püstə Əzizbəyova
Püstəxanım Əzizbəyova (29 dekabr 1929 – 8 yanvar 1998) — Sovet tarixçisi, alim, akademik, tarix elmləri doktoru (1961), kino məsləhətçisi və Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru. O, maarif adamı, mühəndis və peşəkər solçu inqilabçı Məşədi Əzizbəyovun nəvəsidir və babası haqqında bir neçə əsər də yazmışdır. Püstəxanım Əzizağa qızı Əzizbəyova 1928-ci il dekabrın 29-da Bakıda do­ğul­muş­dur. Püstə Əzizbəyova 1951-ci ildə Azərbaycan Dövlət Uni­ver­si­tetinin Tarix fakültə­sini fərq­lənmə dip­lomu ilə bitirəndən sonra bir müd­dət Mə­şədi Əziz­bəyovun ev-muzeyinin direktoru iş­lə­miş­dir. 1954-cü ildə “Azərbaycan neft sə­na­ye­si­nin bərpasında rus xalqının köməyi (1921-1923-cü illər)” mövzusunda dis­ser­ta­si­ya müda­fiə etmişdir. Azərbaycanda so­sialist quruculuğu problemlərini araşdı­ran P.Əziz­bəyova 1961-ci ildə “Azərbaycandakı so­sialist dəyişikliklərində (1921-1923) Le­ni­nin rolu” mövzusunda dissertasiya müdafiə edə­rək ilk azər­baycanlı qadın tarix elmləri dok­toru olmuşdur. P.Əziz­bəyova 1972-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü, 1980-ci ildə isə həqiqi üz­vü seçilmişdir. P.Əziz­bəyova pedaqoji fəaliyyətlə də məşğul olmuş və Bakının müxtəlif ali mək­təb­lə­rin­də dərs de­miş, 1955-ci ildə dosent, 1962-ci ildə isə pro­fessor adını almışdır. O hələ tə­lə­bə ikən 1948-ci ildə Mərkəzi Lenin Mu­ze­yin­də ekskursi­yaçı işləməyə başlamış, sonra isə onun filialının direktoru və bölmə müdiri ol­muş­dur. 1955-ci ildə o, Azərbaycan Tarixi Mu­zeyinin Ən yeni tarix şöbə­sinin müdiri vəzi­fəsinə keçirilmişdir.
Əsl püstə
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Orsyer
Orsyer (fr. Orcières, oks. Orsiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05096. 2008-ci ildə əhalinin sayı 700 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 481 nəfər (15-64 yaş) arasında 394 nəfər iqtisadi cəhətdən fəal, 87 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81.9%, 1999-cu ildə 76.1%). 394 fəal 383 nəfər (207 kişi və 176 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın).
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Poster
Poster, plakat (fr. placard) və ya afişa (fr. affiche) — bir şey elan etmək və ya xud tanıtmaq üçün hazırlanmış, kütlənin görə biləcəyi bir yerə asılmış, ümumiyyətlə rəsmli divar elanıdır,şəkilidir. XIX əsrin 2-ci yarısına qədər posterlərə yalnız reklam xarakteri daşıyan plakatlar kimi yanaşırdılar. Almaniyada XVI əsrdə reformasiya zamanı agitasiya xarakterli uçan vərəqlər adlandırılan posterlər işlənirdi. Fransada XVIII əsrdə siyasi xarakter daşıyan posterlər işlənirdi.
Prünyer
Prünyer (Yuxarı Alplar)
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Həmzə xan Püsyan
Həmzə xan Mehdiqulu xan oğlu Püsyan (?-1915)—İran Kazak diviziyasının generalı. Mehdiqulu xanın üçüncü oğlu Həmzə xan Təbriz şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Sоnra ali hərbi məktəbdə оxumuşdu. Iran оrdusunda xidmət etmişdi. General rütbəsinədək yüksəlmişdi. Həmzə xan 1915-ci ildə vəfat edib. Həmzə xanın Əliqulu xan adlı оğlu vardı. Ənvər Çingizoğlu, Püsyan eli, Bakı, "Mütərcim", 2013, 156 s.
Məhəmmədtağı xan Püsyan
Məhəmmədtağı xan Püsyan (7 avqust 1892, Təbriz – 3 oktyabr 1921, Məşhəd) — polkovnik, Xorasan əyalətinin rəisi, şair Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə-Püsyan 7 avqust 1891-ci ildə Təbriz şəhərində hərbi mülkədar ailəsində doğulmuşdu. Atası mayor Məhəmmədbağır xan Inayət üs-sultanın nəsli XIX yüzilin I yarısında Şimali Azərbaycanın Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, ordan da Təbrizə getmişdi. Tağı xanın familiyası (soyadı) Soltanzadə olsa da, elinin adı ilə Püsyan çağrılırdı. Məhəmmədtağı xan 1899–1905-ci illərdə Təbrizin "Loğmaniyyə" mədrəsəsində dərs oxumuş, Fars və Ərəb dillərini öyrənmışdı. Bundan başqa o, məntiq, yeni elmlər, ev şəraitində isə ailə ənənəsinə görə Fİransız, Rus dillərinə, riyaziyyata, tarixə, ədəbiyyata da yiyələnmışdı. Bundan sonra o, təhsilini artırmaq məqsədilə 1906-cı ildə Tehrana üz tutmuş, 5 il "Mədrəsə-yi nizami" adlı hərbi zabitlik məktəbində oxumuşdu. 1911-ci ildə "Mədrəsə-yi nizami"ni bitirib leytenant rütbəsilə hərbi qulluğa girərək, kapitanlıq dərəcəsinədək yüksəlmışdı. Məhəmmədtağı xan Tehranda ikən həmyerlisi, məşrutəçi Haci Məhəmməd ağa Tahbaz və oğlu, inqilabçı Sadıq ağa Tahbazın amallarından xeyli təsirlənmışdı. Şübhə yoxdur ki, Tehranda gözləri qarşısında cərəyan edən hadisələr, xüsusən də əhval ruhiyyəsini inqilabi səmtə yönəltmışdı. O, hərbi məktəbdə oxuyarkən altı ay muəllim və tərcüməçi vəzifəsində də işləmiş, sonra adyutant mütərcim vəzifəsini saxlamaqla, Sirab (Həmədanda) hərbi dəstəsinin komandiri olmuşdur.
Püsyan Daşduz Yatağı
Püsyan Daşduz Yatağı — Şərur rayonunun Püsyan kəndi ətrafındadır. 1955-ci ildə aşkar edilmişdir. Düz laylarının qalınlığına görə yataq Nehrəm daşduz yatağını xatırladır. Geoloji yaşına görə duz daşıyan çöküntüləri Orta Miosen dövrünə hesablanmışdır. Yataq hələlik dəqiq öyrənilməmişdir. Daşduzdan məişətdə və mal-qaranın yemlənməsində, kalsitləşdirilmiş soda hazırlanmasında və.istifadə olunur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Püsyan eli (kitab)
Püsyan yaşayış yeri
Püsyаn yаşаyış yеri — Аntik dövrün аbidəsidir. О, Püsyаn kəndinin cənub-şərqindədir. Yаşаyış yеri yеr səthindən bir qədər hündürlükdə yеrləşən оvаl təpədən ibаrət оlub hər tərəfdən əkin sаhəsi ilə əhаtə оlunmuşdur. Sаhəsi 3 hеktаrdır. Yаşаyış yеri 1987-ci ildə qеydə аlınmış, аpаrılmış аrхеоlоji kəşfiyyаt işləri nəticəsində küpə, kаsа tipli qаblаr аşkаr еdilmişdir. Оnlаr nаrın qum qаrışığı оlаn gildən hаzırlаnаrаq аçıq sаrı rəngdə bişirilmişdir. Yаşаyış yеrindən аşkаr оlunmuş mаtеriаllаr е.ə. I və b.е-nın I əsrinə аid еdilir.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
La-Büisyer
La-Büisyer (fr. La Buissière) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. O-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38062. Kommunanın 2012-ci il üçün əhalisi 673 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 242 ilə 420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 31 km şimal-qərbdə yerləşir.
La-Lubyer
La-Lubyer (fr. La Loubière, oks. La Lobièra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Bozul. INSEE kodu — 12131. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 8 km şimal-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 1345 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 913 nəfər (15-64 yaş arasında) arasında 693 nəfər iqtisadi cəhətdən fəal, 220 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 77.5%).
Lui Lümyer
Lui Lümyer (fr. Louis Jean Lumière, 5 oktyabr 1864[…], Bezanson – 6 iyun 1948[…]) — kinematoqrafiyanın banisi. Ogüst Lümyerin doğma qardaşıdır. 1919-cu ildən etibarən Paris Elmlər Akademiyasının üzvü seçilmişdir. Lui Lümyer 1864-cü ildə Fransanın Bezanson şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra fotoqraf kimi fəaliyyət göstərmyə başlamışdır. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoapparat ixtira edir. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı.İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Lüsyen Arkas
Lüsyen Arkas (türk. Lucien Arkas; 1 yanvar 1945, İzmir) — Türkiyə biznesmeni, "Arkas Holding"in İdarə Heyətinin sədri. Lüsyen Arkas 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. O, İzmir Müqəddəs İosif Fransa Liseyinin məzunudur. İzmirdə yaşayan, Marsel və levanti mənşəli babası Qabriel C. B. Arkasın gənc yaşlarında təsis etdiyi idxal şirkətinin rəhbəri olmuşdur. Lüsyen Arkas baş ofisi İzmirdə yerləşən "Arkas Holding"in və ona bağlı 61 şirkətin qurucusu və baş meneceridir. O, dəfələrlə Türkiyənin gəlir vergisi rekordçuları siyahısına daxil olmuş və İzmir vilayəti üzrə vergi rekordçusu olmuşdur. Arkas evlidir. Onun Bernard Arkas adlı bir oğlu, Kler Kristin Arkas və Dian Arkas Göçməz adlı iki qızı var. Lüsyen Arkas 900 milyon dollarlıq sərvətlə "Forbes Türkiye" jurnalının 2017-ci ildə tərtib olunmuş "Ən zəngin 100 türk" siyahısında 33-cü yerdədir.
Lüsyen Buva
Lüsyen Buva (1872 – 1942, Paris) — fransız şərqşünası. Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən“Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir. Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906. Mirza Feth-Ali Achonzade: L’aventure de l’homme avare.
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Nikola Pussen
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594, Le-Andeli[d], Fransa krallığı – 19 noyabr 1665[…], Roma, Papa dövləti) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi. Nikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658).
Ogüst Lümyer
Ogüst Lümyer (fr. Auguste Louis Marie Nicholas Lumière, 19 oktyabr 1862[…], Bezanson – 10 aprel 1954[…]) — Kinematoqrafiyanın banisidir. Lui Lümyerin doğma qardaşıdır. Ogüst Lümyer 1862-ci ildə Fransanın Bezanson kəndində anadan olmuşdur. Atasına məxsus fotomaterial fabrikində işləmişdir. Lui Lümyer 1895-ci ildə qardaşı Lui Lümyer ilə birlikdə "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırılan kinoapparat ixtira etdi. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. 1896-cı ildə Lümyer qardaşları London, Nyu-York və Bombey şəhərlərinə səyahət etmişdilər. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Ogüst Lümyer 1954-cü ildə 10 aprel tarixində vəfat etmişdir.