Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İsgəndər
İsgəndər — kişi adı.
Böyük İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Elman İsgəndər
Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri. == Həyatı == Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir. 1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. == Ailəsi == Evlidir, 2 övladı var. == Elmi Fəaliyyəti == 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ildə dosent diplomu almışdır.
Fazil İsgəndər
Fazil Abduloviç İsgəndər (abxazca Фазиль Абдул-иҧа Искандер); 6 mart 1929-cu il, Suxumi, Abxaziya, ZSFSR, SSRİ — 31 iyul 2016-cı il, Peredelkino, Moskva, Rusiya) — İran-abxaz əsilli Rusiya yazıçısı, prozaik, şair. == Yaradıcılığı == === Şeirləri === Горные тропы. Стихи. Сухуми, 1957. Доброта земли. Стихи. Сухуми, 1959. Зелёный дождь. М., 1960. Дети Черноморья.
III İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
IV İsgəndər
IV İsgəndər (yun. Ἀλέξανδρος Δ΄; e.ə. 323, Babil – e.ə. 309, Makedoniya İmperiyası) — Makedoniyalı İsgəndər və Roksananın yeganə oğlu. == Doğumu == Atasının vaxtsız ölümündən sonra Perdikkasın qəyyumluğu ilə hələ ana bətnində hakimiyyəti qəbul olunmuşdu. E.ə. 323-cü ildə doğulması və cinsiyyətinin kişi olduğunun məlum olmasından sonra hakimiyyəti rəsmən tanındı. == Hakimiyyəti == Pardikkasın 3 il sonra öldürülməsindən sonra yeni qəyyum kimi Antipater seçildi. Antipater Asiya və İranı Selevkə, Misiri isə Ptolomeyə satraplıq kimi verdi. Lakin sonrakı il özü də öldü və oğlu Kassandrın yerinə Poliperxonu qəyyum kimi vəsiyyət etdi.
Kiçik İsgəndər
'Derman İskender Över ya da tanındığı adı Kiçik İskender (28 may 1964, İstanbul – 2 iyul 2019, İstanbul) — Türkiyəli şair, tənqidçi. == Həyatı == 1964-cü ildə İstanbulda anadan olub. Kabataş Oğlanlar Məktəbini bitirdikdən sonra İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultesinə daxil olub, lakin sonuncu kursda olarkən universiteti tərk edib. Sonra İstanbul Universiteti sosiologiya ixtisası üzrə təhsil almağa başlayıb, üç il sonra bu ixtisası da yarımçıq qoyub. 1980-ci illərdəb bu günə kimi müxtəlif mətbu orqanlarda şeirləri, tənqidi və araşdırma məqalələri dərc olunub. Ilk şeiri Milliyət Gənc Sənət Dərgisində İskender Över adı ilə derc olunub. Peşəkar olaraq 1985-ci ildə Adam Sənət Dərgisində şeirləri dər olunmağa başlandı. == Aktyorluq peşəsi == Kiçik İskender Mustafa Altıokların çəkdiyi iki filmdə rol alıb (1997-ci ildə "Ağır roman" və 2003-cü ildə "O şimdi asker" (O indi əsgərdir" filmi). == Şeirləri == Gözlerim Sığmıyor Yüzüme (1988) Erotika (1991) Yirmi5April (1994) Periler Ölürken Özür Diler (1994) Suzidilara (1996) Güzel Annemin Hayal Gücü (1996) Ciddiye Alındığım Kara Parçaları (1997) Papağana Silah Çekme! (1998) Alp Krizi (Tek Baskılık Kitap) (1999) Gözyaşlarım Nal Sesleri (1999) Bir Çift Siyah Deri Eldiven (2000) İpucu Bırakma Sanatı (2000) Bahname (2000) Teklifsiz Serseri (2001) Kahramanlar Ölü Doğar (2001) Çürük Et Deposu (2001) Eski Kral Deposu (2002) Siyah Beyaz Denizatları (2003) Barudî (Kürd dilindən tərcümə) (2003) Dicle ile Fırat (2004) Bir Daha Bana Benzeme Angel!
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Qara İsgəndər
Qara İsgəndər (XIV əsr – 1438, Əlincə qalası) — və ya Sultan İsgəndər(farsca : اسکندر سیاه) Qaraqoyunlu dövlətinin 1421-1436 illər arası sultanı.Onun dövründə Qaraqoyunlu dövləti Teymurilər,Ağqoyunlular,Şirvanşahlar ilə müharibə etmişdi. == I hakimiyyət dövrü == Qara Yusifin sərkərdələri Əmir Qara və Qədəmpaşa Əlincəyə gələrək oğlu İsgəndəri 2 iyul 1421-ci ildə Qaraqoyunlu taxtına gətirdi və Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir . Azərbaycan feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə birlikdə Azərbaycanı tərk etdi. İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qardaşı Şahməhəmməd sayəsində qoşun toplaya bildi. Lakin İsgəndər bir neçə dəfə Şahruxa kömək göstərən Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin 1425-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu. İsgəndər Şahruxla müharibəyə başladı və 1427-ci ildə Şirvana hücum edərək Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi.Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi.1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-cu ilin mayında isə Şahrux tərkibində Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla İsgəndərin üzərinə yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Salmasın həndəvərində darmadağın etdi.
Qocayev İsgəndər
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev.
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. == Həyatı == 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. == Yaradıcılığı == Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub.
İsgəndər Dövlətli
İskəndər Vüqar oğlu Dövlətli (24 sentyabr 1992; Soru, Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İskəndər Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı. === Ailəsi === Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşmüş və həlak olmuşdur. İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat etmişdir. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan İskəndər Dövlətli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İskəndər Dövlətli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
İsgəndər Həmidov
İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan siyasətçisi, polisi, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995). Atası NKVD zabiti olan Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir. İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi.
İsgəndər Mahmudov
İsgəndər Mahmudov (özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов; 5 dekabr 1963, Buxara) — özbək əsilli Rusiya milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Ona "Rusiyanın mis padşahı" deyirlər. Çünki ölkənin mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir. "Forbes"in 22 iyun 2014-cü ildə açıqladığı siyahıda 6,5 milyard dollar sərvəti ilə 23-cü sırada yer almışdır. == Həyatı == İsgəndər Mahmudov 5 dekabr 1963-cü ildə Özbəkistan SSR-in Buxara şəhərində anadan olmuşdur. Buna görə də bəzən onun Buxara taciki olduğu da deyilir. Kiçik yaşlarında ailəsi Daşkəndə köçdüyündən bütün uşaqlığı və gəncliyi orada keçmişdir. Anası universitetlərdən birində xarici dil müəlliməsi, atası isə tikintidə mühəndis işləmişdir.
İsgəndər Qocayev
Qocayev İsgəndər İsfəndiyar oğlu (1 iyun 1965, Azadkənd, Saatlı rayonu – 18 yanvar 1994, Yanşaq, Kəlbəcər rayonu) — şəhid. == Həyatı == Qocayev İsgəndər İsfəndiyar oğlu Saatlı rayonunun Azadkənd kəndində 1965-ci il iyun ayının 1-də anadan olmuşdur. 1972–1982-ci illərdə Azadkənd orta məktəbində uğurla təhsil almışdır. Məktəbi bitirdikdən sonra 1983–1985-ci illərdə Rusiyanın Çita şəhərində Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1985-ci ildə 20 yaşlı İsgəndər Qocayev Bakıda, Qaradağ rayonunun Ə. C. Əmirov adına Neft və Qaz Çıxarma idarəsində quyuların təmiri üzrə operator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Quyuların təmiri kimi mürəkkəb bir prosesi dərindən mənimsiyib və nəticədə bacarıqlı usta kimi işləməyə davam etmişdir. İşlədiyi müddətdə kollektivin dərin hörmətini və sevgisini qazanmışdır. O dövrdə mətbuatda Qocayevin briqadası haqqında tez-tez məqalələr dərc olunudu. Məqalələrdə briqadanın böyük bacarıqla gördükləri işlərdən bəhs edilirdi. İsgəndər Qocayev ali təhsil almaq üçün 1985-ci ildə BDU kimya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur.
İsgəndər Seyfulin
İsgəndər Seyfulin və ya İsgəndər Daş Məhəmmədoviç Seyfulin (d. 28 avqust 1861, Omsk, Rusiya imperiyası — ö. 1920, Bakı) — əslən Rusiya türklərindən olan Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti hərbi xadimi və polkovniki. == Həyatı == 28 avqust 1861-ci ildə Rusiya imperiyasının Akmolla quberniyasında Omsk şəhərində dünyaya gəlmişdir. Atası dövlət müşaviri olan İsgəndər Seyfulin Sibir Hərbi Gimnaziyasını bitirmişdir. == Hərbi xidməti == === Rusiya imperiyasında === Hərbi xidmətinə 1881-ci ildə Aleksandr Hərbi Məktəbində sıravi yunker rütbəsində başlamışdır. 1882-ci ildə unter-zabit (gizir) rütbəsinə yüksəlmişdir. 12 avqust 1883-cü ildə hərbi məktəbi bitirmiş və Türküstan Hərbi Dairəsinin Qərbi Sibir taborunda praporşik rütbəsində xidmət etmişdir. 1884-cü il 22 avqust tarixində podporuçik rütbəsinə yüksəlmişdir. 22 avqust 1885-ci ildə təlim komandanının müavini təyin edilmişdir.
İsgəndər Səklikov
Səklikov İsgəndər Fərhad oğlu (İsgəndər Fərhadoğlu) — Azərbaycan şairi, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2021), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2022), Azərbaycan Aşıqlar Birliyinin üzvü (2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2011). == Həyatı == İsgəndər Səklikov 1955-ci il sentyabr ayının 7-də Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Goranboy rayonu Səfikürd kənd orta məktəbində oxumuşdur (1961–1971). Naftalan 53 saylı tikinti idarəsində fəhlə işləmişdir (1971–1973). Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir (1978). Göyçay rayonu Çaxırlı kənd orta məktəbində müəllim (1978–1981), Goranboy rayon şahmat uşaq-gənclər idman məktəbində məşqçi-müəllim (1981–1982), Goranboy Rayon Təhsil Şöbəsində metodist (1982–1986), Səfikürd kənd tam orta məktəbində müəllim (1986–1990) işləmişdir. Goranboy rayonu Səfikürd kənd tam orta məktəbində tədris və təşkilati işlər üzrə direktor müavini və kimya-biologiya müəllimi işləmişdr (1990-2021). 2021-ci ildən təqaüddədir. Yeni Azərbaycan Partiyasının üzvüdür (2002). 1978-ci ildən respublika mətbuatında təhsilə və ədəbiyyata aid xeyli elmi, publisistik və bədii yazıları, şeir və təmsilləri ilə çıxış etməkdədir.
İsgəndər Xankişiyev
İsgəndər Xəlilov
İsgəndər Xəlilov — sahibkar, "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. == Həyatı və fəaliyyəti == 1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləmişdir. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olmuşdur.1991-ci ildə "LUKoyl" - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl"- Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olmuşdur.2000-ci ildə "Slavneft"in Neft-qaz şirkətində fəaliyyətə başlamışdır. "Slavneft"in İdarə Heyətinin uzvu, xarici iqtisadi fəaliyyət və inkişaf üzrə vitse-prezidenti olmuşdur.2003-cü ilin fevralından "LUKoyl" Oversiz Holdinq LTD"-nin beynəlxalq fəaliyyət üzrə vitse-prezidenti işləmişdir.Geologiya mineralogiyaelmləri doktorudur. Rusiya, MDB olkələri və uzaq xarici olkələrdəki neft biznesi ilə bağlı olan, peşəkar dairələrlə geniş işguzar əlaqələri var. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İsgəndər Zülqərneyn
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
İsgəndər Çələbi
İsgəndər Çələbi (v. 19 mart 1535) — Osmanlı imperiyasının baş dəftərdarı. İsgəndər Çələbi XVI əsrdə Sultan Süleyman Qanuninin dövründə baş dəftərdar vəzifəsinə qədər yüksəlmiş dövlət məmurudur. İsgəndər Çələbini digər dövlət məmurlarından fərqləndirən əsas cəhətlərdən biri, onun dövrünün şairlərini müdafiə etməsi olmuşdur. Başda Xəyali olmaqla bir çox şairin maddi ehtiyaclarını ödəmiş və onları mümkün təhlükələrdən xilas etmişdir. İsgəndər Çələbi 1535-ci ildə Parqalı İbrahim Paşanın göstərişi ilə edam olunmuşdur. Çələbinin edam olunmasınını səbəbi kimi, Parqalı İbrahim Paşa ilə aralarında olan mənfi münasibət göstərilir. Sultan Süleyman Qanuninin güvəndiyi İsgəndər Çələbinin onun xəbəri olmadan Parqalı İbrahim Paşa tərfindən edam olunması, Qanunini bərk qəzəbləndirmiş və bir növ bununla Parqalı İbrahim Paşa öz edamının daha da yaxınlaşdırmışdır. == Həyatı == Tarixi mənbələrdə verilən məlumatlara əsasən İsgəndər Çələbi, Xain Əhməd Paşa tərəfindən Osmanlı kübar cəmiyyətinə gətirilmişdir. Dəftərdar vəzifəsinə əvvəlcə, usta köməkçisi kimi başlamış, zamanla Osmanlı imperiysında baş dəftardar vəzifəsinə qədər yüksəlmişdir.
İsgəndər İbrahimov
== Siyahı ==
İsgəndər 9K720
İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb.
İsgəndər Allahverdiyev
İsgəndər İmamverdi oğlu Allahverdiyev (11 fevral 1947, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri (1991–1992), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının ilk komandanı (1992–1994). == Həyatı == İsgəndər İmamverdi oğlu Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olmuşdur. 16 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılarkən İsgəndər Allahverdiyev bu komitənin sədri təyin edilmişdir. 9 noyabr 1992-ci ildə bu qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildikdə o, milli təhlükəsizlik nazirinin müavini — Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin rəisi, eyni zamanda Sərhəd Qoşunlarının komandanı vəzifəsinə keçirilmişdir. 7 aprel 1994-cü ildə isə vəzifəsindən azad edilmişdir. İsgəndər Allahverdiyev sonralar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini işləmişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvüdür. İsgəndər Allahverdiyev 27 mart 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 27 mart 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş, SSRİ və Azərbaycanın bir sıra yubiley medallarına layiq görülmüşdür.
Cisgender
İşgəncə
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. == Tarix == Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. == Məqsədləri == === Cəza === Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. === Qabağını alma === İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.