Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İsgəndər
İsgəndər — kişi adı.
Elman İsgəndər
Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nun professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri. == Həyatı == Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir. 1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir. == Ailəsi == Evlidir, 2 övladı var. == Elmi Fəaliyyəti == 1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ildə dosent diplomu almışdır.
Fazil İsgəndər
Fazil Abduloviç İsgəndər (abxazca Фазиль Абдул-иҧа Искандер); 6 mart 1929-cu il, Suxumi, Abxaziya, ZSFSR, SSRİ — 31 iyul 2016-cı il, Peredelkino, Moskva, Rusiya) — İran-abxaz əsilli Rusiya yazıçısı, prozaik, şair. == Yaradıcılığı == === Şeirləri === Горные тропы. Стихи. Сухуми, 1957. Доброта земли. Стихи. Сухуми, 1959. Зелёный дождь. М., 1960. Дети Черноморья.
III İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
IV İsgəndər
IV İsgəndər (yun. Ἀλέξανδρος Δ΄; e.ə. 323, Babil – e.ə. 309, Makedoniya İmperiyası) — Makedoniyalı İsgəndər və Roksananın yeganə oğlu. == Doğumu == Atasının vaxtsız ölümündən sonra Perdikkasın qəyyumluğu ilə hələ ana bətnində hakimiyyəti qəbul olunmuşdu. E.ə. 323-cü ildə doğulması və cinsiyyətinin kişi olduğunun məlum olmasından sonra hakimiyyəti rəsmən tanındı. == Hakimiyyəti == Pardikkasın 3 il sonra öldürülməsindən sonra yeni qəyyum kimi Antipater seçildi. Antipater Asiya və İranı Selevkə, Misiri isə Ptolomeyə satraplıq kimi verdi. Lakin sonrakı il özü də öldü və oğlu Kassandrın yerinə Poliperxonu qəyyum kimi vəsiyyət etdi.
Kiçik İsgəndər
'Derman İskender Över ya da tanındığı adı Kiçik İskender (28 may 1964, İstanbul – 2 iyul 2019, İstanbul) — Türkiyəli şair, tənqidçi. == Həyatı == 1964-cü ildə İstanbulda anadan olub. Kabataş Oğlanlar Məktəbini bitirdikdən sonra İstanbul Universiteti Cərrahpaşa Tibb Fakultesinə daxil olub, lakin sonuncu kursda olarkən universiteti tərk edib. Sonra İstanbul Universiteti sosiologiya ixtisası üzrə təhsil almağa başlayıb, üç il sonra bu ixtisası da yarımçıq qoyub. 1980-ci illərdəb bu günə kimi müxtəlif mətbu orqanlarda şeirləri, tənqidi və araşdırma məqalələri dərc olunub. Ilk şeiri Milliyət Gənc Sənət Dərgisində İskender Över adı ilə derc olunub. Peşəkar olaraq 1985-ci ildə Adam Sənət Dərgisində şeirləri dər olunmağa başlandı. == Aktyorluq peşəsi == Kiçik İskender Mustafa Altıokların çəkdiyi iki filmdə rol alıb (1997-ci ildə "Ağır roman" və 2003-cü ildə "O şimdi asker" (O indi əsgərdir" filmi). == Şeirləri == Gözlerim Sığmıyor Yüzüme (1988) Erotika (1991) Yirmi5April (1994) Periler Ölürken Özür Diler (1994) Suzidilara (1996) Güzel Annemin Hayal Gücü (1996) Ciddiye Alındığım Kara Parçaları (1997) Papağana Silah Çekme! (1998) Alp Krizi (Tek Baskılık Kitap) (1999) Gözyaşlarım Nal Sesleri (1999) Bir Çift Siyah Deri Eldiven (2000) İpucu Bırakma Sanatı (2000) Bahname (2000) Teklifsiz Serseri (2001) Kahramanlar Ölü Doğar (2001) Çürük Et Deposu (2001) Eski Kral Deposu (2002) Siyah Beyaz Denizatları (2003) Barudî (Kürd dilindən tərcümə) (2003) Dicle ile Fırat (2004) Bir Daha Bana Benzeme Angel!
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ ander "adam") (20 iyul e.ə. 356, Pella[d], Makedoniya İmperiyası – 10 iyun e.ə. 323, Babil, Makedoniya İmperiyası[d]) — Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipin ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir. Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib.
Qara İsgəndər
Qara İsgəndər (XIV əsr – 1438, Əlincə qalası) — və ya Sultan İsgəndər(farsca : اسکندر سیاه) Qaraqoyunlu dövlətinin 1421-1436-cı illər arası sultanı. Onun dövründə Qaraqoyunlu dövləti Teymurilər, Ağqoyunlular, Şirvanşahlar ilə müharibə etmişdi. Qara Yusifin sərkərdələri Əmir Qara və Qədəmpaşa Əlincəyə gələrək oğlu İsgəndəri 2 iyul 1421-ci ildə Qaraqoyunlu taxtına gətirdi və Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir. Azərbaycan feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə birlikdə Azərbaycanı tərk etdi. İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qardaşı Şahməhəmməd sayəsində qoşun toplaya bildi. Lakin İsgəndər bir neçə dəfə Şahruxa kömək göstərən Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin 1425-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun əleyhinə çıxdılar. Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu. İsgəndər Şahruxla müharibəyə başladı və 1427-ci ildə Şirvana hücum edərək Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi.Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi.1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi.
Qocayev İsgəndər
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev.
İsgəndər 9K720
İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb.
İsgəndər Allahverdiyev
İsgəndər İmamverdi oğlu Allahverdiyev (11 fevral 1947, Bakı) — Azərbaycan hərbi xadimi, general-mayor, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri (1991–1992), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Sərhəd Qoşunlarının ilk komandanı (1992–1994). İsgəndər İmamverdi oğlu Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olmuşdur. 16 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılarkən İsgəndər Allahverdiyev bu komitənin sədri təyin edilmişdir. 9 noyabr 1992-ci ildə bu qurum Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tərkibinə verildikdə o, milli təhlükəsizlik nazirinin müavini — Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin rəisi, eyni zamanda Sərhəd Qoşunlarının komandanı vəzifəsinə keçirilmişdir. 7 aprel 1994-cü ildə isə vəzifəsindən azad edilmişdir. İsgəndər Allahverdiyev sonralar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini işləmişdir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvüdür. İsgəndər Allahverdiyev 27 mart 2002-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə, 27 mart 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş, SSRİ və Azərbaycanın bir sıra yubiley medallarına layiq görülmüşdür.
İsgəndər Aznaurov
İsgəndər Aznaurov və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; 16 avqust 1956, Buxara – 18 aprel 1993, Gədəbəy rayonu) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.
İsgəndər Cavadov
İsgəndər Cavadov (tam adı: İsgəndər Cavad oğlu Cavadov, 2 avqust 1956, Bakı) — Azərbaycan əsilli sovet fulbolçusu. 1993-cü ildə SSRİ İdman Ustası medalına layiq olmuşdur. İsgəndər Cavadov futbolla 14 yaşında məşğul olmağa başlayır. Ondan əvvəl, Cavadov gimnastika və güləş ilə məşğul olurdu. Əvvəllər Cavadovu Azərbaycan SSR-ın ən əhəmiyyətli futbol komandası olan Neftçi PFK-a qəbul etmirdilər. Bunun əsas səbəbi isə, gənc hücumçunun boyunun qısa olması idi. Cavadovun qardaşı Füzuli əmin idi ki, iki qardaşı dərhal sahəyə buraxmayacaqlar. Buna görə İsgəndər Cavadov, bir neçə il Sumqayıtın Xəzər FK və Bakının Avtomobilçi FK-da oynadı. Cavadov SSRİ-nin Futbol üzrə çempionatında Bakının Neftçi PFK-da, 1977-ci ildə debüt edib. Bu vaxt futbol klubunun baş məşqçısı Qennadi Bondarenko idi.
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub.
İsgəndər Dövlətli
İsgəndər Həmidov
İsgəndər Məcid oğlu Həmidov (10 aprel 1948, Bağlıpəyə, Kəlbəcər rayonu – 26 fevral 2020, Bakı) — Azərbaycan siyasətçisi, polisi, milliyətçisi, keçmiş daxili işlər naziri (1992–1993), Milli Məclisin deputatı (1990–1995). Atası NKVD zabiti olan Həmidov sonradan Bakıya köçmüş, burada OBXSS rəisi vəzifəsində çalışmışdır. "Çaykənd" əməliyyatında iştirak edən Həmidovun nüfuzu "20 Yanvar" faciəsində yaralılara kömək etməsindən sonra artmış, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin rəhbərlərindən birinə çevrilmişdir. O, 15 may 1992-ci ildə prezident Ayaz Mütəllibovun devrilməsində əhəmiyyətli rol oynamış, ardınca daxili işlər naziri təyin edilmişdir. Vəzifədə olduğu dövrdə Bakıda çoxlu əməliyyatlar keçirmiş, cinayətkar dəstələrlə mübarizə aparmışdır. Həmçinin, onun komandanlıq etdiyi dəstələr "Goranboy" əməliyyatında da iştirak etmiş, Naxçıvanda hakimiyyətdə Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmişdir. Vəzifəyə gəldikdən sonra Həmidovun fəaliyyəti çərçivəsində insan haqları pozuntuları müşahidə olunmuşdur. O, bir neçə jurnalisti yazılarını bəyənmədiyinə görə döymüş, canlı efirə daxil olaraq AzTV-dəki verilişin qonaqlarını təhqir etmişdir. General-leytenant rütbəsinə qədər qalxan Həmidov Kəlbəcərin işğalından sonra istefaya getmişdir. İsgəndər Həmidov milliyətçi, antikommunist və Türkiyəmeylli idi.
İsgəndər Mahmudov
İsgəndər Mahmudov (özb. Iskandar Mahmudov, rus. Искандар (Искандер) Кахрамонович Махмудов; 5 dekabr 1963, Buxara) — özbək əsilli Rusiya milyonçusu, dünyanın ən zəngin adamlarından biri. Ona "Rusiyanın mis padşahı" deyirlər. Çünki ölkənin mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir. "Forbes"in 22 iyun 2014-cü ildə açıqladığı siyahıda 6,5 milyard dollar sərvəti ilə 23-cü sırada yer almışdır. İsgəndər Mahmudov 5 dekabr 1963-cü ildə Özbəkistan SSR-in Buxara şəhərində anadan olmuşdur. Buna görə də bəzən onun Buxara taciki olduğu da deyilir. Kiçik yaşlarında ailəsi Daşkəndə köçdüyündən bütün uşaqlığı və gəncliyi orada keçmişdir. Anası universitetlərdən birində xarici dil müəlliməsi, atası isə tikintidə mühəndis işləmişdir.
İsgəndər Cəfərov
İsgəndər Həsən oğlu Cəfərov (30 dekabr 1940, İmişli - 7 yanvar 2015, Bakı ) ― fizika-riyaziyyat elmləri doktoru (1979), professor (1979), Əməkdar elm xadimi (2012), AMEA-nın müxbir üzvü (2014). İskəndər Cəfərov 30 dekabr 1940-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. 1957-ci ildə rayonun Sarxanlı kənd orta məktəbini bitirib və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunub. 1962-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsinin aspiranturasına daxil olub. O, məşhur sovet fiziki A.A.Sokolovun elmi rəhbərliyi altında nəzəri fizika sahəsində tədqiqatlar aparıb. İsgəndər Cəfərov 1966-cı ilin mayında MDU-nun nəzəri və riyazi fizika üzrə ixtisaslaşmış Elmi Şurasında "Polyarizələnmiş zərrəciklərlə aparılan təcrübələrdə kompleks elektromaqnit formfaktorlarının təyini və birfotonlu yaxınlaşmanın tətbiq hüdudunun müəyyənləşdirilməsi imkanları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. İsgəndər Cəfərov 1979-cu ildə M.V.Lomonosov adına MDU-da "Kalibrlənən SU(2)xU(1)-modellər və elementar zərrəciklərin zəif qarşılıqlı təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elm­lər dok­toru elmi dərəcəsini alıb. 1979-cu ildə professor elmi adını alan İsgəndər Cəfərov 2014-cü ildə fizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. İsgəndər Cəfərov Moskvada namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtdıqdan sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) fizika kafedrasında baş müəllim kimi əmək fəaliyyətinə başlayıb. Belə ki, Cəfərov 1966-1969-cu illərdə həmin universitetdə baş müəllim vəzifəsində çalışıb.
İsgəndər Abqari
İsgəndər Abqari (erm. Իսքենդեր Աբգարիոս) və ya Aleksandr Abqaryan (erm. Ալեքսանդր Աբգարյան; 1826, Beyrut, Osmanlı imperiyası – 1885, Beyrut, Suriya vilayəti, Osmanlı imperiyası) — erməniəsilli Livan yazıçısı, ədəbiyyatşünası və tarixçisi. Yühənnas Abqarinin böyük qardaşıdır. İsgəndər Abqari 1826-cı ildə Beyrutda varlı Akop Abqaryanın (Yaqub Epkarios) ailəsində anadan olmuşdur. O, əvvəlcə Beyrutda, sonra isə Londonda təhsil almışdır. Abqari erməni, ərəb, ingilis və türk dillərini mükəmməl bilirdi. O, Beyrutda Portuqaliyanın konsulu olmuş, bəy, ağa titullarını daşımış, "Məcidiyyə" ordeni ilə təltif edilmişdir. Abqari Britaniya kraliçası Viktoriya ilə ünsiyyətdə olmuşdur. Qısa müddət Misirdə İbrahim paşanın sarayında xidmət etmiş, sonra özünü elmi və ədəbi fəaliyyətə həsr etmişdir.
İsgəndər Bayhan
İsgəndər Bayhan (1971, Artvin ili) — iqtisadçı, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. İsgəndər Bayhan 1971-ci ildə Artvin ilinin Şavşat ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Artvində alıb. Anadolu Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Əmək Partiyasının sədr müavinidir. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. Parlamentdə Əmək Partiyasını təmsil edib. Evli və 1 uşaq atasıdır.
İsgəndər Məlikov
İsgəndər Nəcəf oğlu Məlikov (10 (23) fevral 1911, Yelizavetpol – 5 mart 1971, Xanlar) — Azərbaycanı üzümçüsü, Sosialist Əməyi Qəhrəmanı (1950). İsgəndər Məlikov 1911-ci il fevralın 10-da Yelizavetpol qəzasının Yelizavetpol şəhərində anadan olub. 1948-ci ildən Azərbaycan üzümçülük sovxozunun direktoru, Azərbaycan SSR yeyinti sənayesi nazirinin müavini, Kirovabad şəhər Fəhlə Deputatları Soveti icraiyyə komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır. 1949-cu ildə 81 hektar sahədən hər hektardan 189,2 sentner üzüm məhsulu almışdır. 1962-ci ildən Xanlar Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi olmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 sentyabr 1950-ci il tarixli fərmanı ilə 1949-cu ildə suvarılan üzüm bağlarında yüksək üzüm məhsulu əldə etdiyinə görə Məlikov İsgəndər Nəcəf oğlu "Lenin" ordeni və "Oraq və çəkic" medalı ilə təltif olunmaqla Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1946-cı ildən Sov.İKP-nın üzvü olmuş, Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1971-ci il martın 5-də Xanlar şəhərində vəfat etmişdir.
İsgəndər Quliyev
İsgəndər Həsən oğlu Quliyev (1 iyul 1938, Astara, Artupa – 17 aprel 2024) 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. 1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə almışdır. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub. 1965-ci ildə ali təhsilini başa vurub. 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tarix elmləri namizədi, dosentdir. 17 aprel 2024-cü ildə Bakı şəhərində vəfat edib. 1965–1966-cı illərdə Astara rayonu Səncərli kənd orta məktəbində direktor müavini olub.
İsgəndər Qocayev
İsgəndər Seyfulin
İsgəndər Seyfulin və ya İsgəndər Daş Məhəmmədoviç Seyfulin (d. 28 avqust 1861, Omsk, Rusiya imperiyası — ö. 1920, Bakı) — əslən Rusiya türklərindən olan Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti hərbi xadimi və polkovniki. 28 avqust 1861-ci ildə Rusiya imperiyasının Akmolla quberniyasında Omsk şəhərində dünyaya gəlmişdir. Atası dövlət müşaviri olan İsgəndər Seyfulin Sibir Hərbi Gimnaziyasını bitirmişdir. Hərbi xidmətinə 1881-ci ildə Aleksandr Hərbi Məktəbində sıravi yunker rütbəsində başlamışdır. 1882-ci ildə unter-zabit (gizir) rütbəsinə yüksəlmişdir. 12 avqust 1883-cü ildə hərbi məktəbi bitirmiş və Türküstan Hərbi Dairəsinin Qərbi Sibir taborunda praporşik rütbəsində xidmət etmişdir. 1884-cü il 22 avqust tarixində podporuçik rütbəsinə yüksəlmişdir. 22 avqust 1885-ci ildə təlim komandanının müavini təyin edilmişdir.
Cisgender
İşgəncə
İşgəncə — cəza tədbiri; məhkuma fiziki əzab vermə. Avropada erkən neolit dövrünə aid olan, təhminən 7000 il əvvəl işgəncə mövcudluğunun sübutu olan arxeoloji tapıntılar var. Assuriya və Əhəmənilər mənbələrdə tez-tez işgəncələr qeyd olunur. Erkən orta əsrlərdə Avropada işgəncələr nadir idi, amma 1200 və 1400 illərin arasında o, daha çox işlənilirdi. XVII əsrin ərzində Avropada işgəncə hələ də qanunu idi, lakin onun işlənməsi getdikcə nadirləşirdi. XVIII əsrdə və XIX əsrin başlanğıcında baş verən işgəncənin qanuni qadağaların qəbul olunması zamanı o, cinayət mühakiməsi sistemində artıq çox az işlənilirdi. Cəza məqsədilə işgəncə antik dövründən günümüzə qədər işlənilir. Ədliyyə sistemlərinin qeyri-funksional olduğu və ya həbsxanalarında inanların həddən artıq çox oluğu ölkələrdə mövcud olan bir cəza üsulu polisin şübhəli şəxsləri tutması, onlara işgəncə verməsi və heç bir ittiham irəli sürmədən azadlığa buraxmasıdır. Belə halda işgəncə polis bölməsində, qurbanın evində və ya ictimai evdə tədbir oluna bilər. İşgəncə həmçinin onun birbaşa qurbanına qarşı yox, əhaliyi qorxutmaqla, hakimiyyətə müxalif olanlarının qabağını almaq üçün işlənilir.