Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ramil
Ramil — kişi adı.
Rabil İsmayılov
Rabil Elbrus oğlu İsmayılov (12 fevral 1980, Kirovabad – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəcəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı. == Hərbi xidməti == Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rabil İsmayılov noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Raciv Motvani
Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor. == Həyatı == Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb. O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb. == Ölümü == Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.
Raciv Qandi
Raciv Ratna Qandi (hind राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. == Həyatı == 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı. Bu dövrdə heç vaxt siyasi karyera haqqında düşünməyən Racivi yalnız qardaşının ölümündən sonra parlamentə üzv olmağa razı sala bilirlər..
Rafil Hüseynov
Rafil Hüseynov (tam adı: Hüseynov Rafil İsrafil oğlu; 14 aprel 1953, Gülgəzli, Bərdə rayonu) — Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. == Həyatı == 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini, 1980-ci ildə UİLKGİ MK-yanında AKM-ni, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı fakultəsini bitirmişdir. 15.08.1969–05.02.1977-ci illərdə Bərdə rayonu "Kommunizm yolu" qəzetinin redaksiyasında korrektor, ədəbi işçi, müxbir, şöbə müdirivəzifələrində çalışmışdır. 15.02.1977–25.08.1978-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsnin ikinci katibi, 02.07.1980–03.10.1981-ci illərdə Azərbaycan LKGİ MK –nin təlimatçı metodisti, 03.10.1981–22.12.1988-ci illərdə Azərbaycan LKGİ Bərdə Rayon Komitəsinin birinci katibi, 22.12.1988–30.10.1990-cı illərdə Azərbaycan KP Bərdə Rayon Komitəsinin şöbə müdiri, 30.10.1990–23.10.1991-ci illərdə Bərdə rayon XDS İcrayyə Komitəsi- sədrin müavini, 23.10.1991–05.11.1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinin icraçısı, 08.11.1991–10.07.1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi, 10.07.1992–18.12.1992-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 18.12.1992–04.09.1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi, 04.10.1996–10.12.1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi, 10.12.1998–23.06.2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi. 26.09.2003–05.01.2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsində müdir müavini, sektor müdiri, 01.02.2006–03.02.2007-ci illərdə "Qara Torpaq" konsalting MMM-in icraçı direktoru, 03.02.2007–13.07.2007-ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru, 13.07.2007–04.09.2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, 04.09.2007–31.03.2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 31.03.2009–04.08.2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, 04.08.2010–14.04.2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Masallı Rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun baş müşaviridir. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Rafil İmanov
Rafil Cəlal oğlu İmanov (12 noyabr 1949, Fəxralı, Goranboy rayonu, Azərbaycan) - 1 sentyabr 2014, Bakı, Azərbaycan) — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq. == Həyatı == Rafil Cəlal oğlu İmanov 1949-cu ildə noyabrın 12-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Faxralı kəndində sadə kəndli ailəsində anadan olub. 1956-1966-cı illərdə Faxralı kənd orta məktəbində oxuyub.1966-1970-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakultəsində təhsil alıb və həmin institutu bitirib.1970-1977-ci illərdə Balakən rayonunda müəllimlikdən direktor müavinliyi vəzifəsinədək yüksəlib. Ailəlidir. Beş övladı var. == Pedaqoji fəalliyətləri == 1978-ci ildən etibarən müvafiq olaraq Bakı şəhərinin 116, 48, 245 saylı məktəblərində riyaziyyat müəllimi işləyib.1991-1992-ci illərdə “Gələcək Zəkalar” liseyini yaradıb.1992-1993-cü illərdə Bakı şəhəri Xətai rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.Həyatının sonuna kimi yaratdığı 287 saylı “Zəkalar” liseyində müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1982-ci ildən test metodikasını tətbiq etməyə başlamışdır. Hər il şagirdləri riyaziyyat olimpiadasının rayon, şəhər və Respublika turlarında, Respublika səviyyəli yarışlarda, intellektual televiziya yarışlarında uğurla çıxış edirlər. Məzunlarından hər il 90-100%-i ali məktəblərə daxil olur. Metodist və ali kateqoriyalı müəllimdir.
Rahil Hüseynov
Rahil Əfsər oğlu Hüseynov (1986, Nərimankənd, Puşkin rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rahil Hüseynov 1993-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Kiçik gizir Rahil Hüseynov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Rahil Hüseynov doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rahil Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Rahil Məmmədov
Rahil Sərvər oğlu Məmmədov (24 noyabr 1995, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə" FK-nın icarə əsaslı ("Qarabağ" FK-dan) və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyerası == === Klub === Rahil Məmmədov 22 dekabr 2017-ci ildə "Səbail" FK ilə müqavilə imzalamışdır. O, 2 iyun 2018-ci ildə "Qarabağ"la 3 illik müqavilə imzalamışdır. Rahil Məmmədov 9 fevral 2022-ci ildə 2021–22 mövsümünün qalan hissəsi üçün icarə əsasında "Zirə"yə keçmişdir. === Beynəlxalq === Rahil Məmmədov 27 mart 2018-ci ildə Azərbaycan milli futbol komandasının Şimali Makedoniya ilə oyununda millinin heyətində debüt etmişdir.
Rahil Nəcəfov
Rahil Əkbərov
Rahil Canəhməd oğlu Əkbərov (1 mart 1991; Sabirabad rayonu, Azərbaycan SSR — 26 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahil Əkbərov 1991-ci il martın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahil Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahil Əkbərov noyabrın 26-da Hadrut istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rahil Əkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahil Ərəbli
Rahil Rafiq oğlu Ərəbli (14 aprel 1996; Şirvan, Azərbaycan – 12 may 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rahil Ərəbli 14 aprel 1996-cı ildə Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Rahil Ərəbli 2016-cı ildə, mayın 12-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 14-ü isə Rahil Ərəbli doğulduğu Şirvan şəhərinin Hacı Qəhrəmanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Ərəbli uğrunda şəhid olduğu torpağa tapşırıldı. Rahil Ərəbli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Ramil Ələkbərov
Ələkbərov Ramil Gülmalı oğlu — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Ramil Ələkbərov 16 yanvar 1979-cu ildə Şamaxıda anadan olub. Sabunçu rayonu 96 saylı orta məktəbdə (1986-1993), Bakı Özəl Türk Liseyində (1993-1997), Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının "Merhaba Yenigün", "Haber Kordinasyon Merkezi", "Sırlar dünyası" və "Şubat Soğuğu" seriallarında təcrübə keçib. 2003-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb. 2004-cü ildə "Mozalan: Biz və Zaman" Film festivalında "ən obyektiv jurnalist" və "Əkinçi" Jurnalist Cəmiyyətinin "Həsən bəy Zərdabi" adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. 2005-ci ildən İctimai Televiziyada redaktor vəzifəsində çalışır. == Filmoqrafiya == Azərbaycan kinosu: tarixin səhifələri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Kino muzeyi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Mir Teymur (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Göy dənizdən bir damla: Bəkir Çobanzadə (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Xocalı soyqırımı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Sevən və sevilən (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi Əzizim Fellini: Filmin filmi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Həyat varsa... (2012-2014, bədii serial) – ssenari müəllifi Əriyən ada (2013, qısametrajlı sənədli film) – redaktor Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi Ən güclü kimdir?
Ranil Vikramasinqhe
Ranil Vikramasinqhe (sinh. රනිල් වික්‍රමසිංහ, tam. ரணில் விக்கிரமசிங்க; 24 mart 1949, Kolombo) — Şri-Lankanın dövlət xadimi və hərbi lideri. O, 1994-cü ildən Şri-Lanka Birləşmiş Milli Partiyasının (BMP) lideri, 1993–1994-cü, 2001–2004-cü, 2015–2018-ci, 2018–2019-cu və 12 may 2022-ci ildən Şri-Lankanın Baş naziri olmuşdur. 20 iyul 2022-ci ildən Şri-Lanka Prezidenti. Vikramasinqhe 21 iyul 2022-ci ildə parlamentdə and içmişdir. Bundan əvvəl o, 15 iyul 2022-ci ildən ölkə prezidentinin səlahiyyətlərini icra etmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография Ранила Викремесингхе // РИА Новости. — 2022. — 13 iyul.
Rauil kəndi
Rauil kəndi (başq. Рауил) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Rauil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rauil kənd ərazisin milli tərkibi: başqırdlar — 99 % == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 16 km., kənd sovetliyindən (İşkulovo): 5 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitoqorsk): 65 km. == Din == Rəssam Ahmat Fatkulloviç Lutfullinin keçmiş evində "Axmat məscidi" açılmışdır. Rəssam ömrünün sonlarına yaxın bərk xəstələnir. O, evi nə satmaq nə də kiməsə vermək istəmirdi. Ata, baba və anasının xatirəsinə evi məscid eləməyə qərar vermişdir. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ravil Hümbətov
Ravil Mübariz oğlu Hümbətov (10 yanvar 1987; Cəbrayıl rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Ravil Hümbətov 1987-ci il yanvar 10-da Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) bitirib. Ailəli idi. 2 qızı var idi. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətov 7 yaşında çıxarıldığı torpaqlara döyüşçü kimi qayıtmış, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ravil Novruzov
Ravil Elman oğlu Novruzov (5 sentyabr 1986, Giləzi, Abşeron rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ravil Novruzov 1986-cı ilin 5 sentyabr günündə Xızı rayonunun Giləzi kəndində anadan olub. == Hərbi xidməti == Gizir Ravil Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ravil Qaynutdin
Ravil Qaynutdin — Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvü, Rusiya Müftilər şurasının sədri. == Həyatı == Ravil İsmayıl oğlu Qaynutdinov 1959-cu il avqust ayının 25-də Tatarıstan Respublikasının (TR) Şali rayonunda tatar ailəsində anadan olub. Hal-hazırda Rusiya Federasiyası (RF) Müftilər Şurasının sədridir. Etnik baxımdan tatar olan R.Qaynutdin RF İctimai Palatasının da üzvüdür. == Dini fəaliyyəti == Gənc yaşlarında Kazan televiziyasında rejissorun köməkçisi işləyən Ravil 1979-cu ildə Özbəkistanın Buxara şəhərinin "Mir Ərəb" mədrəsəsinə daxil olur. Mədrəsədə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra o, Kazanın ikinci "Nur İslam" mərkəzi məscidinın ilk imam-xətibi təyin olunur. Qaynutdin 1985-ci ildə Ufada RF və Sibir Müsəlmanları Ruhani İdarəsinin məsul katibi seçilir. 1987-ci ildə Moskva Cümə Məscidinin imam-xətibi, bir il sonra isə həmin məscidin Baş imam-xətibi seçilir. R.Qaynutdin 1991-ci ildə Moskva və Moskvaətrafı bölgəsi üzrə İslam Mərkəzinin prezidenti vəzifəsinə təyin olunur. 1994-cü il yanvar ayının 29-da Rusiya Müsəlmanları Ruhani İdarəsi Mərkəzi-Avropa regionunun müftisi seçilən R.Qaynutdin 2 il sonra isə Rusiya Müftilər Şurasının sədri olur.
Ravil Yusifli
Ravil Yusifli (20 mart 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Zaqatala klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Zaqatala === Yusifli Qəbələ akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin yanvar ayında Zaqatala klubu ilə müqavilə imzalamışdır. Yusifli öz peşəkar karyerasında debütünü Zaqatala klubu ilə 16 fevral 2018-ci ildə Qaradağ Lökbatan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Azərbaycan Birinci Liqası görüşündə Zaqatala rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 20 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Razil Vəliyev
Razil Vəliyev (azərb. Razil İsmayıl oğlu Vəliyev‎; d. 4 yanvar 1947, Tatarıstan,Nijnekamsk) – Xalq şairi Tatarıstan Respublikası Dövlət Şurası Rəyasət Heyətinin üzvü, Dövlət Şurasının Təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə Komitə başqanı, Tatarıstan Respublikası Milli Kitabxanası Qəyyumlar Şurasının başçısı, "Yeni əsr Teleradio Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında və "TatMedia" ASC-nin Direktorlar Şurasında Tatarıstan Respublikası Dövlət Şurasının nümayəndəsi, "Tatarıstan Respublikası Tarix və Mədəniyyət abidələrinin yenidən qurulması üzrə Respublika Fondu" Qəyyumlar Şurasının üzvü, Tatarıstan Respublikası Prezidenti yanında Soydaşlarla iş üzrə Əlaqələndirmə Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. == Həyatı == 4 yanvar 1947-ci ildə Tatarıstanın Nijnekamsk (keçmiş Şeremetyev) rayonunun Taşlık kəndində doğulmuşdur. 1965–1967-ci illərdə Kazan Federal Universitetinin Jurnalistika fakültəsində oxumuşdur. == Fəaliyyəti == 1967 (may-iyul) "Kazan odları" jurnalının ədəbi əməkdaşı olmuşdur. 1967–1972-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1976-cı ildən indiyə kimi "Yalkın" jurnalı Redaksiya heyətinin üzvüdür. 1981-ci ildən indiyə kimi Tatarıstan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür. 1981–1986-cı illərdə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olmuşdur.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. == Düşmüş keşikçi == Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. == Mələk == Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Sabir oğlu Abbasov (1 aprel 1989; Turaclı, Qax rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Abbasov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Ramil Ağayev
Ramil Ağayev (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Ramil Ağayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ramil Babayev
Ramil Babayev (aktyor)
Ramil Balabəyov
Ramil Balabəyov (tam adı: Ramil Ruslan oğlu Balabəyov; 21 fevral 2001; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Balabəyov 2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Arçil
II Arçil (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö. 1767) - Elizbar Taktakişvilinin qızı Tinatin ilə evlənmişdi. Yese (ö.
Arçil Cordcadze
Arçil Konstantinoviç Cordcadze (gürc. არჩილ კონსტანტინეს ძე ჯორჯაძე;10 yanvar 1872, Tiflis – 21 mart 1913, Batumi) — Gürcü siyasətçisi, Gürcüstan Sosialist Federalist Partiyasının qurucularından və baş ideoloqlarından biri. == Həyatı == Hərbçi ailəsindədə dünyaya gəldiyindən ailə tezliklə Kutaisiyə köçdü. Arçil Kutaisi şəhərində klassik gimnaziyada təhsil almağa başladı. Sonra təhsilini Tiflisdə davam etdirdi və 1892-ci ildə Birinci Tiflis Kişi Gimnaziyasını bitirdi. Elə həmin il Sankt-Peterburq Universitetinə daxil oldu. Arçil Cordcadze qısa müddət sonra Varşavaya köçdü. Ancaq bir müddət sonra Arçil qayıdıb Təbiət Elmləri Fakültəsində təhsilini davam etdirdi. Tezliklə Paris və London universitetlərində mühazirələrə qatılmaq üçün xaricə getdi. Bu dövrdə sosiologiyaya maraq göstərir, sonradan isə Lev Tolstoyun təlimlərini özü üçün rəhbər tuturdu.
Arçil Gelovani
Arçil Viktoroviç Gelovani (gürc. არჩილ გელოვანი , rus. Арчил Викторович Геловани; 27 noyabr 1915 – 19 avqust 1978, Moskva) — sovet zabiti, sonra Mühəndis Qoşunlarının Marşalı, II Dünya Müharibəsi zamanı və ondan sonra istehkam, hərbi infrastruktur və logistika üzrə məsul. Ona İkinci Dünya Müharibəsi zamanı və ondan sonra bir neçə dəfə strateji əhəmiyyətli ərazilərin, o cümlədən bütün Qara dəniz limanlarının möhkəmləndirilməsi və yenidən qurulması tapşırılıb. O, ilk növbədə hərbi mühəndislik və müdafiə strategiyası vəzifələrində, o cümlədən müdafiə nazirinin müavini vəzifəsində çalışıb və Soyuq Müharibə dövründə Sovet silahlı qüvvələrinin və strateji raket qüvvələrinin struktur inkişafında böyük rol oynayıb. Gürcüstanın paytaxtı Tbilisidə prospektə və Sevastopol şəhərində bir küçəyə marşal Gelovaninin adı verilib. == Erkən həyat == Gelovani 27 noyabr 1915-ci ildə Gürcüstanın Tsageri bələdiyyəsinin Spataqori kəndində anadan olub. Qafqazda mühəndis Viktor Gelovani kimi tanınan atası tif xəstəliyindən öləndə onun hələ altı yaşı yox idi. Yetim, yaşamağı və büyüməyi çətin yoldan öyrənmək məcburiyyətində qaldı. Ancaq bu, gənci sındırmaq yerinə, onun xarakterini gücləndirməyə kömək etdi.1936-cı ildə Tiflis Sənaye İnstitutunu bitirdikdən sonra mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
Arçil Qomiaşvili
Arçil Mixayloviç Qomiaşvili (gürc. არჩილ მიხეილის ძე გომიაშვილი) — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966). == Həyatı == Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur. 1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır. Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir.
Raçel Ueisz
İngiltərəli aktrisa.
Raçin silsiləsi
Raçin (gürc. რაჭის ქედი)- Gürcüstanın Cənubi Osetiya bölgəsində dağ silsiləsi. Böyük Qafqaz dağlarının mərkəzi hissəsi olub, onun cənubunda yerləşir. Hündürlüyü 2862 m-dir. Bu silsilə şərqdən Kişelta, Çata, Böyük Liaxvi çaylarının hövzələrini, qərbdən isə Djoçoara, Djodjora və Rioni çaylarının hövzələrini ayırır. Burada karst relyef formaları geniş yayılmışdır. Yamaclarda fıstıq və iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri ilə əvəz olunur. Cənub-qərb hissəsində Tkibulsk kömür hövzəsi yerləşir. Şimal-şərqində isə Kvaisk qurğuşun-sink filiz yatağı yerləşir.