Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Keyp-Reys
Keyp-Reys burnu (ing. Cape Race) — Kanadanın Nyufaundlend adası, Avalon yarımadasının cənub-şərq qutaracağında yerləşən burun. Belə hesab edilir ki, portuqal sözü olan Raso kəlməsindən törəmişdir (səhra). Burun haqqında ilk yazılı məlumat XVI əsrə aiddir. İnzibati baxımından Nyufaundlend və Labrador əyaləti ərazisinə daxildir. == Coğrafiya == Qatı duman, sahilin qayalıqlardan ibarət olması və burunun dəniz yollarına yaxın olması səbəbindən burada tez-tez gəmi qəzaları baş verir. Bunlar arasında ən məşhuru təkərlikli SS Arctic paraxodunun qəzası olmuşdur (1854). Burunun özü küləklərin ilin böyük qismi vurduğu bir platodur. Maksimal hündürlüyü 30 m olan bir qayalıqdan ibarətdir. İlin 158 günü burada duman müşahidə edilir.
Atlasjet reys 4203
Atlasjet reys 4203, Atatürk Beynəlxalq Hava Limanından İsparta Süleyman Dəmirəl Havalimanına planlaşdırılmış, bütün sərnişinlər və ekipaj üzvlərinin ölümünə yol açan bir qəzayla nəticələnən Atlasjet səfəridir. Atatürk Beynəlxalq Hava Limanından İspartaya 29 noyabr 2007-ci il saat 23:20-də havalanması nəzərdə tutulmuşdu, Lakin Priştina səfərindən gec dönməsi səbəbiylə 30 noyabrda saat 00:51-də ümumi 50 sərnişin və 7 ekipaj üzvü ilə İstanbuldan havalanan KK4203 səfər saylı təyyarə, saat 01:36-da Süleyman Dəmirəl Havalımanına enişə keçdiyi sırada İspartaya 18 km məsafə qala Keçiborlu ərazisində yerə düşmüşdü. Atlasjet Hava yolları başçısı Tuncay Doğaner qəzadan kimsənin xilas ola bilmədiyini açıqlamışdı. Atlasjetin World Focus Havayollarından icarəyə götürülmüş təyyarə McDonnell Douglas MD-83 modeli idi. Təyyarə qəza əsnasında World Focus Hava yollarının pilotları tərəfindən idarə olunurdu. İspartada Süleyman Dəmirəl Universitetindəki bir fizika konfransına qatılmaq üçün təyyarədə olan nüvə fizikləri Engin Arık, Fatma Şenel Boydağ və yanlarında olan 4 alim qəzada həyatını itirənlər arasında idi. == Qəza bölgəsi == Bəzi jurnalistlərin şərhlərinə görə təyyarə Keçiborlu mahalına bağlı Çukurören və Qılınc kəndləri arasındakı 1830 m hündürlük Türbətəpədə, meşə müşahidə qülləsinə yaxın bir yerdə tapılmışdı. Təyyarə tapıldığında iki parçaya ayrılmış, gövdəsi və arxa qisimi ayrı yerlərə düşmüş vəziyyətdə idi. Bir qanadı və mühərriki bir təpənin üzərində, gövdəsi isə 150 metr aşağıda tapılmışdı. Qəza nəticəsində kokpit qisimi də gövdədən ayrılmışdı.
Rojerio Dos Reys
Rojerio Dos Reys (17 mart 1992) — Braziliyalı peşəkar kişi BMX velosipedçisi. Rojerio Dos Reys Braziliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Rojerio Dos Reys 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.464 saniyəlik nəticəsi ilə 65-ci yeri tutdu.
Adi reys (film, 1974)
Adi reys qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən 1974-cü ildə Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır. == Məzmun == Film Biləcəri deposunun qabaqcıl maşinisti, SSRİ Ali Sovetinin deputatı Hacıağa Bayramov haqqındadır.9-cu beşilliyin həlledici ili onun üçün uğurlu olmuşdur. İrəlidən təyinedici il gəlir! Maşinist üzərinə düşən planları necə yerinə yetirir? Televiziya filmi bu barədə danışır.
Axırıncı reys (film, 1989)
Axırıncı reys qısametrajlı bədii filmi rejissor Fuad Şabanov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır. Filmdə rolları Ötkəm İsgəndərov, Fikrət Məmmədov, İnqa Qarayeva, İlqar Məmmədov, Rada Sokolova, Alina Sokol, Valeri Hüseynov, İlya Pres, Nofəl Əfəndiyev və Azər Əliyev ifa edirlər. == Məzmun == Film başı bəlada olan qızı xilas etmək üçün özünü qurban edən cəsur avtobus sürücüsü haqqındadır.Filmin qəhrəmanı Tağıdır (Ötkəm İsgəndərov). O, avtobus sürücüsü işləyir. Onun iş yoldaşlarından biri avtobusla qəza törətdiyinə görə həbs olunur. Amma məhkəmə ona bəraət verir. Bəraət alan sürücü bütün iş yoldaşlarını bu münasibətlə axşam evinə ziyafətə dəvət eləyir.Tağı həmin gün axırıncı reysini başa vurmağa hazırlaşır. Əvvəlcə sevgilisi ilə danışıb ona evlənməyi təklif eləyir.Paralel olaraq axşam dənizkənarında gəzən sevgililər göstərilir.
Aeroflot Hava Yolları reys 6502
Aeroflot Hava Yolları reys 6502 (rus. Катастрофа Ту-134 в Куйбышеве) — 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirən Tupolev Tu-134 A tipli təyyarənin qəzaya uğraması ilə nəticələnmiş hadisə. Təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərindən Çeçenistanın paytaxtə Qroznı şəhəri istiqamətindəki uşuşu həyata keçirən zaman qəzaya uğramış və hadisə nəticəsində təyyarədə olan 7 nəfəri uçuş heyəti üzvü olmaqla, ümumilikdə 94 nəfərdən 70 nəfəri, o cümlədən 66 sərnişin və 4 heyət üzvü həlak olmuş, 24 nəfər isə sağ qalmışdır. Qəzanın baş verməsinə təyyarə kapitanı Aleksandr Klyuyevin kobud səhlənkarlığı və ikinci pilot Gennadi Jirnov ilə yerə baxmadan təyyarəni gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur. Hadisədən sonra keçirilmiş məhkəmənin qərarı ilə pilot qəzanın səbəbkarı kimi göstərilmiş və 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. == Uçuş məlumatı == 1979-cu ildə SSRİ-də istehsal olunmuş Tupolev Tu-134 A tipli təyyarə 62327 qeydiyyat nömrəsi ilə əsasən ölkədaxili uçuşları həyata keçirmişdir. Hadisə baş verən zaman heyət kapitan Aleksandr Klyuyev, ikinci pilot Gennadi Jirnov, naviqasiya operatoru İvan Moxonko, uçuş mühəndisi Kyuri Xamzatov və digər üç nəfərdən ibarət olmuşdur.Uşuş planlaşdırmasına əsasən təyyarə Sverdlovsk (indiki Yekaterinburq) şəhərinin hava limanından Qroznıya uçmalı, yolüstü Kuybışev Hava Limanında enməli idi. Samara şəhəri SSRİ dövründə Kuybışev adlandırıldığından qəza SSRİ xronikasında Kuybışev təyyarə qəzası olaraq qalmışdır. == Qəza == Qəza, təyyarənin Kuybışev Hava Limanına yaxınlaşması zamanı baş vermişdir. Belə ki, kapitan Aleksandr Klyuyev ikinci pilot Qennadi Jirnovla, təyyarəni pəncərədən bayıra baxmadan və hətta pəncərə örtüklərinin qapalı vəziyyətdə olduğu halda endirə biləcəyi ilə bağlı mərcə girmişdir.
AirAsia Hava Yolları reys 8501
AirAsia Hava Yolları reys 8501 — 2014-cü ilin 28 dekabr tarixində İndoneziyanın Surabaya şəhərindən Sinqapura doğru uçan AirAsia Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarə reysi. Təyyarə havada olduğu zaman radarlardan itmişdir.
Amerika Hava Yolları reys 11
Amerika Hava Yolları reys 11 — 11 sentyabr 2001-ci ildə 11 sentyabr terror aktı zamanı qaçırılan ilk təyyarə . Təyyarə Dünya Ticarət Mərkəzinin Şimal qülləsi ilə toqquşmuşdu. Amerikan Hava yollarına məxsus Boeing 767 təyyarəsi Bostondakı Loqan Beynəlxalq Havalimanından Los-Anceles Beynəlxalq Havalimanına yola düşmüşdü. Təyyarə qalxdıqdan əlli dəqiqə sonra pilotluq təhsilli olan terrorçular zorla kokpitə daxil olmuş və təyyarənin idarəsini ələ keçirərək şimal qülləsinə istiqamətləndirmişdi. Toqquşmada səksən bir nəfər sərnişin (5 terrorçu da daxil olmaqla), on bir ekipaj üzvü olmaqla 92 insan həyatını itirmişdir. Toqquşma amerika saatı (şərq saat qurşağı) ilə 8:46-da meydana gəlmişdi. O əsnada küçədə olanların çoxu toqquşmanı açıq şəkildə görmüşdülər. Toqquşma mindən çox adamın ölməsinə və yaralanmasına səbəb olmuşdu. == Uçuş == Amerika Hava Yollarının 11 səfər saylı uçuşu zamanı təyyarə modeli Boeing 767 olan təyyarə 158 sərnişin tutmuna malik olmasına baxmayaraq 11 sentyabr günü təyyarədə yalnız səksən bir sərnişin və on bir ekipaj üzvü olmuşdur. Təyyarənin pilotları Con Oqonovski və birinci məmur Tomas McGinnes, təyyarənin kabin məmurları isə Barbara Arestegi, Cefri Kollman, Sara Lou, Karen Martin, Kathlin Nikosia, Betti Ong, Cin Rocer, Dianni Snayder və Mədlin Svini olmuşdur.Əl-Qaidə üzvü və hücumların lideri Məhəmməd Atta və digər pirat Əbdüləziz əl-Öməri 11 sentyabr 2001-ci ildə erkən saatlarda birlikdə Portland, Mendən Bostona uçmuşlar.
Amerika Hava Yolları reys 1549
Amerika Hava Yolları reys 1549 Amerikada başvermiş Aviasiya olayıdır.15 yanvar 2009-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində LaGuardia Havalımanından Şimali Karolina əyalətindəki Şarlott Duqlas Beynəlxalq hava limanına getmək üzrə 5 ekipaj və 150 sərnişin ilə havalanan Amerika Havayollarının TWE1549 səfər sayılı Airbus A320-214 model təyyarəsinin havaya yüksəlməsindən yarım dəqiqə sonra hər iki mühərrikinə dəyən quşlar səbəbiylə mühərriklərinin dayanması nəticəsində Nyu-Yorkdakı Hudson çayına qəzalı eniş etmişdir.
Amerika Hava Yolları reys 77
Amerika Hava Yolları reys 77, 11 sentyabr hadisəsinin bir parçası olaraq 11 sentyabr 2001-ci il tarixində Amerika Hava Yollarına məxsus Boeing 757-223 tipli təyyarənin Əl-Qaidə üzvü olan beş nəfər hava piratı tərəfindən qaçırılması və Pentaqona toqquşması ilə nəticələnən daxili reysidir. Təyyarə, Virciniyada yerləşən Pentaqon binası ilə toqquşmuşdur. Toqquşma nəticəsində təyyarədə olan beş terrorçu və altı ekipaj üzvü ilə birlikdə 64 adam və bundan əlavə Pentaqon binasındakı 125 adam həyatını itirmişdir. == Təyyarədə olan insanların milliyətləri == Qeyd: Təyyarədə olan 5 nəfər terrorçu bu siyahıya daxil deyil.
Avianka Hava Yolları reys 203
Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı. == Uçuş == Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu. == Qəza sonrası == Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.
Banqladeş hava yolları reys 211
ABŞ-Banqla Hava Yollarının 211 saylı reysi Banqladeşin Dəkkəsindən Nepalın Katmandu şəhərinə planlaşdırılmış beynəlxalq sərnişin reysi idi. 12 mart 2018-ci ildə eniş zamanı qəzaya uğrayan təyyarənin göyərtəsində olan 71 nəfərdən 51-i həyatını itirib. ABŞ-Banqla Hava Yolları tərəfindən idarə olunan 76 yerlik Bombardier Q400 qəzadan sonra alovlandı, qəza və yanğın nəticəsində sağ qalan 20 nəfər isə ağır yaralandı.
Emireyts Hava Yolları reys 521
Emireyts Hava Yolları reys 521 Dubayın mərkəzi Emireyts havayolu şirkətinin Hindistanın Trivandrum şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil etdiyi uçuş zamanı baş vermiş aviaisiya olayı. 3 avqust 2016-cı il tarixində Boeng 777 tipli təyyarə ilə gerçəkləşdirilən uçuşda, təyyarə Dubay Beynəlxalq havalimanına endikdən sora alovlanmışdır. Təyyarədə olan 282 sərnişin və 18 ekipaj üzvü təyyarədən sağ şəkildə təxliyə olunarkən, yanan təyyarəni söndürməyə çalışan yanğınsöndürənlərdən biri həyatını itirmişdir.
Germanvinqs Hava Yolları reys 9525
Germanvinqs Hava Yolları reys 9525 - 24 mart 2015-ci ildə Fransanın Nitsa şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası. Airbus A-320-211 modelli təyyarə 24 mart tarixində Barselona şəhərindən yerli vaxtla saat 10-01- də səmaya qalxmışdır. Düsseldorf şəhərində enməli olan təyyarənin içində 150 nəfər vardı. 144 nəfəri sərnişin, 6 nəfəri isə təyyarə heyətinin üzvü olan şəxslərin hamısının qəza nəticəsində həlak olduğu ehtimal edilir. Təyyarənin Fransanın Nitsa şəhərindən 100 km şimalda qəzaya uğradığı müəyyənləşdirilib. == Sərnişinlər və təyyarə heyəti == Qəza nəticəsində həlak olan 150 nəfərdən 72 nəfəri Almaniya, 51 nəfəri İspaniya digər 27 nəfər isə başqa ölkələrinin vətəndaşlarıdır.
LaMia Hava Yolları reys 2933
LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir. == Təyyarə == Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir.. == Qəza == Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər. == Həyatını itirən tanınmış insanlar == === "Şapekoense" oyunçuları === Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında === "Şapekoense"nin idarə heyətindən === Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında === Media əməkdaşları === Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında == Sağ qalanlar == Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. Danilo ilkin olaraq qəzadan xilas olsada, daha sonra xəstəxanada vəfat etmişdir.
Liviya Hava yolları reys 1103
Liviya Hava yolları reys 1103 (ing. Libyan Arab Airlines Flight 1103) — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır. == Arxa plan == Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur. Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.
Malayziya Hava Yolları reys 17
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Malayziya Hava Yolları reys 370
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Meridian Air Cargo reys 3032
Reys 3032 Meridian Air Cargo (ukr. Авіакатастрофа Ан-12 біля Кавали) — Aviasiya qəzası, baş vermiş 16 iyul 2022-ci il Niş—Amman—Ər-Riyad—Əhmədabad—Dəkkə yük reysini yerinə yetirərkən. Fəlakət yerli vaxtla təxminən 23:00-da baş verib, Ehtimal ki, mühərrikin yanması və uğursuz qəza enməsi səbəbindən baş verib.
Misir Hava yolları reys 990
Misir Hava yolları reys 990 (ing. EgyptAir Flight 990) - Misir Hava Yollarına məxsus Boeing 767-366ER modelli təyyarə ilə gerçəkləşdirilən Los-Anceles - Nyu-York - Qahirə beynəlxalq reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Qəza 1999-cu ilin 31 oktyabr tarixində yerli vaxtla gecə 01:52 radələrində Atlantik Okeanına daxil olan beynəlxalq sularda baş vermişdir. Hadisə sonrası aparılmış araşdırmalar əsasında qəza yerinin koordinatları kimi Amerika Birləşmiş Ştatlarının Massaçusets ştatında daxil olan Nantuket adasının 60 mil (100 km) cənubu təyin olunmuşdur. Təyyarədə olan 217 nəfərin (203 sərnişin və 14 komanda heyəti) hamısı həlak olmuşdur. Qəza beynəlxalq sularda baş verdiyindən, istintaq işi Misir Mülki Aviasiya Agentliyi (MMAA) və ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (MNTŞ) tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarına əsasən araşdırılmışdır. Misir Mülki Aviasiya Agentliyi, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının infrastruktur və təhcizat sisteminə sahib olmadığından, araşdırmanın daha dərin və dəqiq aparılması üçün Misir hökuməti ABŞ rəsmilərindən kömək istəmiş və araşdırmanın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının nəzarəti altında aparılmasını arzulamışdır. Qəzadan iki həftə sonra Milli Nəqliyyat Təhlükəsizliyi Şurası toplanmış istintaq materiallarını Federal Təhqiqat Bürosuna göndərməyi təklif etmişdir. Belə ki, toplanmış dəlillər hadisənin təsadüfi və ya texniki səbəblərdən yox, məqsədli və ya terror hücumu əsasında törədildiyini göstərməkdə idi. Misir hökuməti istintaq işinin Federal Təhqiqat Bürosuna təhvil verilməsinə rəsmən etiraz edərək, araşdırmanın sona qədər Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılmışdır.
Pakistan Hava Yolları reys 661
Pakistan Hava Yolları reys 661(PK661/PIA661), 7dekabr 2016-cı il tarixində Pakistanın Çitral şəhərindən paytaxt İslamabad şəhərinə getmək üzrə planlanan, lakin Havelian yaxınlığında yerə toqquşması ilə nəticələnən uçuşdur. Qəza nəticəsində təyyarədə olan 47 nəfərin hamısı həyatını itirmişdir.
Pegasus Hava yolları reys 2193
Pegasus Hava Yollarının 2193 nömrəli uçuşu — Pegasus Hava Yollarına məxsus Boeing 737-86J sərnisi təyyarələrinin 5 Fevral 2020-də uçuş-enmə zolağından çıxması nəticəsində meydana gələn kazadır. İzmir - İstanbul səfərini edən və Adnan Menderes Havalımanı'ndan qalxan təyyarə, Sabiha Gökçen Havalimanı'na endikdən sonra pistten çıxmış, təyyarədə olan 183 nəfərdən üçü həyatını itirmişdir. Qəzaya uğrayan təyyarə ; seriya nömrəsi 37742 və Açelya adlı TC-İZK quyruq nömrəsi olan Boeing 737-86J-dir. Qəza zamanı 11 yaşında olan təyyarə, ilk uçuşunu 2009-cu ilin yanvar ayında etdi və Almaniyanın 2 hava yolu şirkəti, TUI Deutschland və Air Berlin tərəfindən idarə edildi. 2016-cı ilin aprel ayında Pegasus Hava Yolları təyyarəni satın aldı. == Sərnişinlər və heyət == Təyyarədə 155 Türk, 4 Amerikalı, 4 Çin, 3 İraqlı, 2 İsrail, 2 Qırğızıstan, 1 İsveç, 1 Suriya, 1 Livan, 1 Qazaxıstan, 1 Mərakeş və 1 Türkmənistan sərnişini var idi. 177 sərnişindən Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt öldü, 6 ekipaj üzvü də olduğu 180 nəfər yaralandı.Qəzadan sonra İstanbul Birjasında Pegasus səhmləri 2,85% düşdü. Fevralın 6-da səhər 74.65 nöqtədən başlayan Pegasus səhmləri axşam sessiyasında 71.95 nöqtədə bağlandı.Təyyarə qəzasından sonra qəzaya səbəb olan hadisələri izah edən təlimatçı Bahadır Altan, CNN Türkdə danışarkən yayından götürüldü. Sonra Pegasus Hava Yolları tərəfindən yola salındı.
Sidneyə 714 nömrəli reys
Sidneyə 714 nömrəli reys — Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. İlk dəfə 1966-cı ildə yazılmışdır və Tintinin 22-ci macərasıdır. Bir çox Tintin macərası kimi bu macəra da əvvəl "Le journal de Tintin" jurnalında hissə-hissə nəşr olunmuş, daha sonra albom halına gətirilmişdir. "Sidneyə 714 nömrəli reys" Erjenin 1983-cü ildə ölümündən əvvəl tamamladığı sondan ikinci albomdur.Bu macərada Tintin və dostları kosmos konqresinə qatılmaq üçün Avstraliyaya yola düşürlər. Hava limanında zəngin şəxs tərəfindən öz təyyarəsinə dəvət edilirlər. Təyyarə havada ikən qaçırılır və Sakit okeandakı bir adaya endirilir. Bu zaman onlar köhnə düşmənləri Rastapopoulas ilə qarşılaşırlar. == Tarixi == "Sidneyə 714 nömrəli reys" macərası Belçikada çıxan həftəli komiks jurnalı olan "Le journal de Tintin"də 27 sentyabr 1966-cı ildən 28 noyabr 1967-ci ilə qədər bölümlər şəklində nəşr olunmuşdur. Bir il sonra — 1968-ci ildə eyniadlı kitab şəklində yayımlanmışdır. Həm jurnalda, həm kitabda rəngli çap olunmuş və səhifə sayısı 62 olmuşdur.İndiyədək "Sidneyə 714 nömrəli uçuş" yapon və katolon dilləri də daxil olmaqla 28 dilə tərcümə olunub.
Reys 1503 (serial, 2005)
Reys 1503 (isp. Vuelo 1503) — Kolumbiyanın Caracol Televisión kanalının hazırladığı serial. Serialın premyerası 15 avqust 2005 -ci ildə baş tutub. Azərbaycanda serial Lider Tv-də yayımlanıb.
Peruvian Hava Yolları reys 112
Hava Yolları reys 112, Peruda baş vermiş aviasiya olayı. 28 mart 2017-ci ildə ölkə daxili uçuş həyata keçirən təyyarə enmə zamanı eniş zolağından kənara çıxıb və nəticədə təyyarənin arxa hissəsi yanmağa başlayıb. Təyyarədə olan 141 nəfərdən 39-u xəsarət alıb.
Gecə reysi (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb... == Xarici keçidlər == Rəsmi sayt Gecə uçuşu — Internet Movie Database saytında.
LOT Polşa Hava Yolları reys 5500
LOT Polşa Hava Yolları - Uçuş 5500 Qəzası - 9 May 1987 Şənbə günü meydana gələn böyük bir təyyarə qəzasıdır. LOT-Polish Hava Yolları'nın Il-62M modelli təyyarəsi Varşava - Nyu-York - San Fransisko marşrutu üzrə LO5055 beynəlxalq uçuşunu həyata keçirdi, amma 23 dəqiqə uçuşdan sonra 1 nömrəli mühərrikdə yanğın çıxdı. Yanğın miqyasını bilmədən, komanda Varşavaya qayıtmağa təşəbbüs etdi, lakin hava limanına yaxınlaşarkən, təyyarənin laynerinin qırılması nəticəsində, tarazılıq itirilir və hava limanından 6 kilometr məsafədə Varşavanın kənarında Kabaşk meşəsində faciəvi şəkildə yerə çaxılır. Təyyarə xaricindəki 183 nəfər həlak olmuşdur - bunlardan 172-si sərnişin və 11-i isə komanda üzvü idi. Həmçinin bu hadisə, Polşa tarixindəki ən faciəvi təyyarə qəzası olaraq tarixə keçdi. == Həyatını itirənlər == Qəzada ümumiyyətlə, 183 insan həyatını itirir. Bunlardan 166-ı ABŞ-yə gedən Polşa vətəndaşı, 17-i isə vətənlərinə qayıdan amerikalılar olur. Ölmüş şəxslərdən 11-i komanda heyəti olur. == Təyyarə ekipajı == İl-62M təyyarəsini idarə edən "Tadeusz Kosciuszko" komandasının son uçuşu idi. == Xarici keçidlər == SP-LBG Qeydiyyat nişanlı təyyarə məlumatları.
Metrojet Hava Yollarının 9268 reysi
Metrojet Hava Yollarının 9268 reysi — Rusiya Hava Yolları tərəfindən Metrojet Hava Yolları Rusiya Şarm əl Şeyx şəhərindəki eyni adlı hava limanından Rusiya Sankt-Peterburq Pulkovo hava limanına uçuşdur. 31 oktyabr 2015-ci ildə təyyarə Sinay yarımadasında olarkən təyyarə ilə siqnal kəsildi. Misir Aviasiya İdarəsinin açıqlamasında təyyarənin qəzaya uğradığı müəyyən edildi. Təyyarə Moskva vaxtı saat 7: 13-də. Təyyarə Airbus markalı idi A321 - 231. Təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub. Ekipajda olduğu kimi 214 sərnişin rus, üç nəfər isə Ukrayna turisti idi. İŞİD qəzaya görə məsuliyyəti öz üzərinə götürdü. 224-cü bir tarixlə bu qəza Misir tarixindəki ən ölümcül təyyarə qəzası kimi tarixə düşdü. Ayrıca Airbus A321 ilə əlaqəli ən ölümcül qəzadır.
Pakistan Beynəlxalq Hava yolları reys 8303
Pakistan Beynəlxalq Hava yolları reys 8303—22 may 2020-ci ildə Pakistanda baş verən böyük hava qəzası. Lahor-Kəraçi marşrutu üzrə PK-8303 daxili reysini həyata keçirən Pakistan Beynəlxalq Hava Yollarının (PİA) Airbus A320 təyyarəsi, Kəraçiyə ikinci yaxınlaşma zamanı Cinnah Hava Limanı yaxınlığında yerləşən yaşayış məntəqəsində qəzaya uğradı. . . Qəza, Karaçi Hava Yolları Nəzarətinin təyyarəsi ilə əlaqəni itirməsindən sonra baş verib. Təyyarədə olan 99 nəfərdən (91 sərnişin və 8 ekipaj üzvü) 2-si sağ qalıb; 8 nəfər də yaralanıb (onlardan 1-i mayın 31-də vəfat edib).
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
Reya
Reya (yun. Ῥέα, Ῥείη) – qədim yunan mifologiyasına görə titan ilahə, Uran, və Geyanın qızı, titan tanrı Kronun həm bacısı həm də arvadı, İllahə Hestiya, Demetra, Heranın və tanrı Aid, Poseydon və Zevsin anasıdır.
Reyd
Reyd (film, 1985) — təbiəti mühafizə problemləri barədə film. Reyd (termin) — dənizçilik termini.
Reyms
Reyms (fr. Reims [ʁɛ̃s] dinlə) — Fransanın şimal-şərqində, Qrand Est bölgəsindəki Marna departamentində yerləşən şəhər və kommuna. 2016-cı ilə qədər Fransadakı torpaq islahatının başladığı tarix, ən çox məskunlaşdığı şəhər olan Şampan-Arden bölgəsinə daxil olmuşdur. 2016-cı ildə 183,113 əhalisi olan Reyms Fransanın on ikinci böyük şəhəridir. Reyms "tacqoyma şəhəri" və ya "krallar şəhəri" adlandırıldı, çünki Reyms kafedralının sonradan inşa edildiyi yerdə, Frankların Həvarisi, Müqəddəs Remigiya, vəftiz edilmiş Kral I Xlodviq və bundan sonra, on əsrdən çox müddətə Fransanın bir çox kralları, I Lüdovikdən başlayaraq burada tacqoyma etdilər. Bundan əlavə, şəhər müxtəlif mədəniyyət tədbirləri ilə məşhurdur. Reyms Fransız İncəsənət və Tarix Şəhərlərinin milli siyahısındadır və onun ərazisində YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil etdiyi dörd obyekt var.
Reyn
Reyn (alm. Rhein‎, fr. Rhin, nid. Rijn) — Avropanın əsas çaylarından biri. Çay mənbəyini İsveçrənin cənub-şərqindəki Alp dağlarının Qraubünden kantonundan götürür. İsveçrə-Lixtenşteyn, İsveçrə-Avstriya və İsveçrə-Almaniya sərhədlərinin bir hissəsini təşkil edir. Bundan sonra Reyn Fransa-Almaniya sərhədinin çox hissəsini təşkil edir, bundan sonra Almaniyanın Reyn bölgəsindən əsasən şimala doğru axır. Almaniyada Reyn əsasən qərb istiqamətinə çevrilir və Hollandiyaya axır və orada isə Şimal dənizinə tökülür. Çayın adını daşıyan iki alman torpağı mövcuddur: Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz. Reyn Hövzəsinin Hidrologiyası üzrə Beynəlxalq Komissiya və EUWID, iqlim böhranı nəticəsində çayın növbəti 30-80 il ərzində həcmində kütləvi azalma və ya hətta tamamilə quruya biləcəyini iddia edir.
Reyx
Reich (alm. Reich‎ [ˈʁaɪç]) — Azərbaycan dilində Reyx olaraq oxunur. Hərfi mənası imperatorluq, krallıq, dövlət və zənginlikdir; tarixdə isə Almanların dünyada söz sahibi olduğu dövrlərə verilən ad. Tarixdə üç ədəd Reyx dövrü olmuşdur. == Birinci Reyx == Rəsmi adı: Müqəddəs Roma İmperatorluğu (Heiliges Römisches Reich), Alman Millətinin Müqəddəs İmperatorluğu (1512-ci il qərarnaməsi ilə belə adlandırılmışdır; Heiliges Römisches Reich Deutscher Nation) Mövcud olduğu tarix: 962 – 1806 Paytaxt: Roma (962–1448), Vyana (1448–1806) Yaradıcısı: I Otto (962–973)962-ci ildə yaradılıb 1806-cı ildə məhv olub və Qərbi Roma İmperiyasının varisi olduğu deyilən Müqəddəs Roma German İmperatorluğu adı ilə dünyada tanınır. == İkinci Reyx == Rəsmi adı: Alman İmparatorluğu (Deutsches Reich) Mövcud olduğu tarix: 1871 – 1918 Paytaxt: Berlin (1871–1918) Yaradıcısı: Otto fon Bismark (1871–1890)Otto fon Bismarkın 1871-ci ildə Almaniya kansleri olması ilə başlayan və II Vilhelmin Birinci Dünya müharibəsindəki məğlubiyyəti ilə nəticələnən, Prussiyanın başçılığı altında qurulmuş olan Almaniya İmperiyası dövrüdür. == Üçüncü Reyx == Rəsmi adı: Alman İmperatorluğu (1933–43), Böyük Alman İmperatorluğu (1943–45; Großdeutsches Reich) Mövcud olduğu tarix: 1933 – 1945 Paytaxt: Berlin (1933–1945) Yaradıcısı: Adolf Hitler (1933–1945)Adolf Hitler tərəfindən yaradılmış olan, rəsmî adı Alman İmperatorluğu olan Nasional Sosialist Almanya '​dır. 1943-cü ildə sərhədlərinin həddindən artıq böyüməsi ilə Böyük Alman İmperatorluğu adını almışdır. Nasional Sosialist Almaniya, "Üçüncü Reyx" (Drittes Reich) adı ilə də tanınır. Adolf Hitler, Üçüncü Reyxin ilk rəhbəri olmuşdur.
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.
Şeys
Şeys — Tövrata görə Adəmin oğludur, siryani dilində bağışlama və hədiyyə mənasını verir. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdur. Şeysin bir adı da Şetdir. Şet yəhudi dilində Allahın hədiyyəsi mənasını verir. O, dünyaya göz açanda Adəmın 130 yaşı vardı. Filosofların bəziləri Şeysin yunan Ağasazimon olduğunu iddia edirlər. Şeys həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir və Şeys onların üçüncü oğlu kimi qələmə verilir. Şeys 912 il yaşamış və çoxlu övladı olmuşdu.
Rey
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Alfi Deys
Alfi Deys (ing. Alfie Deyes; İngiltərə, London) — britaniyalı vloqçu.
Anna Rays
Enn Rays (4 oktyabr 1941[…], Nyu-Orlean, Luiziana – 11 dekabr 2021, Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı. == Həyatı == Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur.
Aşağı Reyn
Aşağı Reyn (fr. Haut-Rhin) — Şimal-Şərqi Fransada departament, Qrand-Est rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-67. İnzibati mərkəzi - Strasburq (inzibati bölgə). Əhali sayı - 1 115 226 nəfər (2010-cu il məlumatına görə). == Coğrafi mövqeyi == Şöbənin sahəsi 4755 km².Şöbənin ərazisində Reyn çayı axır. == Tarixi == Aşağı Reyn yaradılışından sonra iki dəfə, Almaniyanın tərkib hissəsi olub: İlk dəfə (1871-ci ildən 1918-ci ilə qədər) Fransa-Prussiya müharibəsində məğlubiyyət nəticəsində, ikincisi (1940-1945) - İkinci Dünya müharibəsi dövründə. == İnzibati-ərazi bölgüsü == Aşağı Reyn şöbəsində İnzibati islahatdan əvvəl 7 rayon var idi. Aqno-Visambur — 144 icma; Molsem— 77 icma; Savern— 172 icma; Selesta-Ersten — 101 icma; Strasbur — 33 icma.
Brendon Reyd
Brendon Reyd (18 mart 1994) — Kanadalı peşəkar kişi BMX velosipedçisi. Brendon Reyd Kanadanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Brendon Reyd 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 58.696 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu.
Brittani Xeys
Brittani Xeys (7 fevral 1985) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Brittani Xeys, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Ceyms Meys
Ceyms Meys (ing. James Mace; 18 fevral 1952 – 3 may 2004, Kiyev) — ABŞ tarixçisi, professoru və tədqiqatçısı. O, Qolodomorun tədqiqi üzrə ixtisaslaşmışdır. Ceyms Meys ABŞ-nin Oklahoma ştatında anadan olmuşdur. O, Oklahoma Dövlət Universitetində bakalavr təhsili almış, 1973-cü ildə oranı tarix üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. O, Miçiqan Universitetində magistraturaya getmiş və burada Roman Şporluk ilə birlikdə oxuyaraq 1920-ci illərdə Sovet Ukraynasında Milli Kommunizm mövzusunda dissertasiya işi ilə 1981-ci ildə magistr dərəcəsi qazanmışdır. 1981-ci ilin iyul ayından Meys Harvard Ukrayna Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. == Əsərləri == Mace, James Ernest. Communism and the Dilemmas of National Liberation: National Communism in Soviet Ukraine, 1918–1933 / James Earnest Mace, Harvard Ukrainian Research Institute, Ukrainian Academy of Arts and Sciences in the United States. Cambridge: Distributed by Harvard University Press for the Harvard Ukrainian Research Institute and the Ukrainian Academy of Arts and Sciences in the U.S., 1983.
Damyen Rays
Damien Rice - İrland əsilli müğənni, söz yazıçısı və bəstəkardır. Musiqi karyerasına 90-cı illərdə Juniper ilə başlamışdır. Qrupla ilk albomunu çıxardıqdan sonra qrupdan ayrılmış və solo fəaliyyətinə başlamışdır. The Blower's Daughter, Cannonball, Volcano, Woman Like a Man, Lonely Soldier, Rootless Tree, 9 Crimes sinqlləri məşhurdur.
Enn Rays
Enn Rays (4 oktyabr 1941[…], Nyu-Orlean, Luiziana – 11 dekabr 2021, Ranço-Miraj[d], Kaliforniya) — ABŞ yazıçısı. == Həyatı == Enn Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-nin Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Enn adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Enn Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Henri Roys
Frederik Henri Roys (1863-1933) - mühəndis. == Həyatı == Frederik Henri Roys 1863-cü ildə Pitersborq yaxınlığında, Elvaltonda çoxuşaqlı yoxsul dəyirmançı ailəsində anadan olub. Henri mexanikanı, cəbri və ali riyaziyyatı öyrənməyi çox istəyirdi, amma təhsilə pul çatmırdı. Buna görə də 10 yaşlı oğlan qəzet satmaqla məşğul olmağı qərara aldı. O, məktəbdə 11 yaşından 12 yaşınadək oxudu. 1879-cu ildə ailələrində faciə baş verdi – valideynləri yanğında həlak oldular. Henri dəmiryol stansiyasında teleqrafçı işində işləməyə məcbur oldu, boş vaxtlarında isə elmin incəliklərinə yiyələnirdi. 15 yaşında ikən o, Lidsə köçdü və dəzgah istehsal edən şirkətdə işə düzəldi. O, firmada çalışdığı müddətdə elektrik işini öyrəndi və qəzetdə London şəhərinin elektriklə işıqlandırma sisteminə keçdiyi barədə elanı oxuyan kimi paytaxta yola düşdü. Orada onu böyük həvəslə qarşıladılar.
Heys adası
Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır. Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır. == Maraqlı faktlar == 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır.
III Reyx
Üçüncü Reyx (alm. Drittes Reich‎; Reich — dövlət, imperiya), həmçinin Nasist Almaniyası və Hitler Almaniyası, rəsmi adı – Almaniya İmperiyası (alm. Deutsches Reich‎; 1943-cü ilə qədər) və Böyük Almaniya İmperiyası (alm. Großdeutsches Reich‎; 1943-cü ildən sonra) — Almaniyanın 1933-cü il yanvarın 30-unda 1945-ci il mayın 23-dək dövrünə verilən ad. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər. Rəsmi surətdə işə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir. Ədəbiyyatda o həmçinin nasional sosialist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır. Nasist ədəbiyyatında rejim həmçinin "Minillk reyx" (alm.
Rəis
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Alçagülü (rəqs)
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Avroviziya Rəqs
Avroviziya Rəqs Müsabiqəsi (ing. Eurovision Dance Contest) — Avroviziya müsabiqələrindən biri. 2007, 2008-ci illərdə Böyük Britaniyada keçirilən rəqs müsabiqəsi. Müsabiqədə telesəslərlə yanaşı münsif səsləri də hesablanır. Avroviziya Mahnı Müsabiqəsindən fərqli olaraq bu müsabiqədə qalib ölkənin növbəti il müsabiqəyə ev sahibliyi etməsi məcburi deyil.
Azərbaycan (Rəqs)
"Azərbaycan" — Azərbaycanın milli rəqsi. Son dərəcə melodık, qədim Azərbaycan rəqsi. Bu rəqsi yalnız kişilər oynayırlar. Təntənəli mərasimlərdə ifa edilir. Daha çox bayram libasında, çərkəzi çuxada oynayırlar. Xeyli cəld tempi ifaçıdan xususi məharət tələb edir.
Bakı (rəqs)
Bakı — Azərbaycan milli rəqslərindən biri. Azərbaycanda "Bakı" adı ilə iki oyun havası mövcuddur. Onlardan biri Şur ladında səslənin, iti tempdə oynanılan kişi rəqsidir. Digəri isə kollektiv şəkildə ifa olunan yallı rəqsidir. Bu yallı iki hissəlidir. Birinci hissəsi ağır tempdə başlanan rəqs ikinci hissədə çox iti surətdə oynanılır. Rəqsin musiqisi Qılman Salahov tərəfindən Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı üçün bəstələnib. Q.Salahov 1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmış bu kollektivin dirijoru, xormeysteri, daha sonra rəhbəri olmuşdur. İlk dəfə "Yallı" adı ilə yaradılan bu rəqsə Əlibaba Abdullayev quruluş vermişdir. 1959-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun nəzdində qızlardan ibarət "Çinar" xalq rəqs ansamblı yaradıldıqdan sonra, bu kollektivə rəhbərlik edən Əminə Dilbazi rəqsə yeni quruluş verərək onu "Naxçıvan yallısı" adlandırmışdır.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.
Beretuk (rəqs)
Berutuk rəqsi - İndoneziyada subay kişilər tərəfindən məbəddə icra olunan sakral ayin xarakteri daşıyan rəqs növü. == Haqqında == Berutuk rəqsini ifa edən nəfərlər tamaşaya qədər bir növ qüsl prosesindən keçirlər: onlar məbəddə gecələyir, rahibin köməyi ilə tamaşa üçün müəyyən dualar öyrənirlər. Tamaşa zamanı bu dualar Bethara Berutukun çağrılmasını təmin etməlidir. Burada hələ aşkar hind təsiri görünmür: rəqs mahiyyətcə daha çox əcdadlara sitayişə yönəlikdir. Belə ki, Berutuk rəqsi Bali Aqanın, yəni “dağ əhli” adlandırılan yerli sakinlərin (adaya böyük axınla sonradan gəlmiş hindliləri (Bali Hindu) yerlilərdən fərqləndirmək məqsədi güdür) Balinin digər bölgələrindən Şərqi Baliyə köç edərək burada məskunlaşması haqqında əfsanəni canlandırır. Bu rəqs musiqisiz rəqsdir. İştirakçılar üzlərinə maska taxırlar, boyun və bel ətrafına isə quru banan yarpaqlarının liflərini elə sancırlar ki, ağac-kol formasında gombul bədheybətə oxşayırlar. Maskalardan biri Noh teatrının ağ qadın maskasını xatırladır: amma qalın qaşlıdır, kifir ağızlıdır, eybəcərdir. Digər maskalar isə bir növ Afrika maskalarına bənzəyir: qara-qəhvəyi rəngdədirlər, gözləri pırtlaşıqdır. Tamaşa gedə-gedə seyrçilər banan liflərindən qoparmağa cəhd göstərirlər: çünki sonra onlardan qoruyucu həmayil kimi də yararlanmaq mümkündür.