Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri (612, Mədinə – 693, Mədinə, ərəb. أبو سعيد الخدري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir. Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir.
Xıdırlı
Xıdırlı — Soyad. Sevil Xıdırlı — aşıq. Yaşayış məntəqələri Xıdırlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Xıdırlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xıdırlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Ruslan Əliyev (kafedra müdiri)
Sevil Xıdırlı
Xıdırlı (Ağdam)
Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd. Kənd Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşir. == Tarixi == 1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. 2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulub. 2024-cü il sentyabrın 19-da İlham Əliyev kənddə görülən bərpa işləri ilə tanış olub. == Əhalisi == Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. == Şəxsiyətləri == Raqub Məmmədov - Ağdam Rayon icra hakimiyyətinin başçısı Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi.
Xıdırlı (Qubadlı)
Xıdırlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. Ağdam və Salyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır. == Toponimikası == Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır.
Xıdırlı (Salyan)
Xıdırlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Din == Kənddə Xıdırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
Azərbaycan Respublikasın Prezidentinin İşlər müdirlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi. Bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəhbərləri bu siyahıda göstərilib. Bu məqalədə Prezidentin İşlər müdirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var. Milliyətcə kürddür. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. Sumqayıtda məktəb direktoru işlədiyi zaman 1988-ci ildə Sumqayıt hadisələrində təxribatlar törətdiyi iddia olunur. == Siyasi karyerası == Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur.
Xıdır Bəylərov
Bəylərov Xıdır İbrahim oğlu (fevral 1926, Hoçaz, Laçın rayonu – 15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri (1965–1969), Laçın rayon Xalq Marifi şöbəsinin müdiri (1969–1976), Plan Komitəsinin sədri (1976–1987) == Həyatı == Xıdır Bəylərov fevral 1926-cı ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. müharibə illərində orta məktəbi və pedaqoji kursu bitirdikdən sonra 1943–1944-cü illərdə Mişni və Hoçaz kənd 7 illik orta məktəbində müəllim işləmiş, 1944-cü ildən 1950-ci illərin əvvəllərinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ali təhsillidir Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. == İctimai-siyasi fəaliyyəti == Ordudan tərxis olunduqdan sonra Laçın rayon partiya komitəsində təlimatçı, sonra isə rayon soveti icraiyyə komitəsində katib işləmişdir. 1953–1956-cı illərdə Ali partiya məktəbinin müdavimi olmuş, təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Laçın rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1958-ci ildən 1962-ci ilə qədər "Laçın" qəzetinin, sonra isə Laçın, Qubadlı, Zəngilan rayonları üzrə Azərbaycan SSR Mərkəzi Partiya Komitəsinin "Kənd həyatı" qəzetinin redaktoru işləmişdir. 1962–1964-cü illərdə Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1965–1969-cu illərdə isə Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri işləmişdir. 1969–1976-cı illərdə Laçın rayon Xalq Marifi şöbəsinin müdiri, 1976–1987-ci illərdə Plan Komitəsinin sədri, eyni zamanda rayon icraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1987–2000-ci illərdə Əhalinin Sosial Müdafiə mərkəzi adlanan rayon İctimai Təminat Şöbəsinin müdiri olmuşdur. == Mükafatları == Xıdır Bəylərov müxtəlif illərdə fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir.
Xıdır Mustafayev
Xıdır Həsən oğlu Mustafayev (27 mart 1905, Gözəldərə, Aleksandropol qəzası – 21 may 1975, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır. 1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir. 1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər.
Xıdır məscidi
Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Xıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M.Maqomayev küçəsi 24 ünvanında tikilib. İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb. 1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.
Xıdır İlyas
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978 – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Üryan Xıdır
== Üryan Xıdır Dorutayda == Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Xıdır Nəbi
Xızır Nəbi bayramı və Xıdırəlləz — Xızır və İlyas peyğəmbərin dünyada görüşdüyü günü qeyd edən xalq bayramı. Bayram Türkiyə, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Balkan regionunda qeyd edilir. Qeyd edilən bir çox regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycan mühitində bu bayram fevral ayında keçirilir. == Tarixi == Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur. Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir.
Xedira
Sami Xedira (alm. Sami Khedira‎, ərəb. سامي خضيرة‎ 4 aprel 1987, Ştutqart) — Almaniya keçmiş professional futbolçusu.
Dəniz cıdırı adaları
Dəniz cıdırı adaları (ing. Seahorse Islands) — uzun və ensiz formaya malik adalar. Adalar Alyaskanın sahilindən bir qədər aralıda ,Çukot dənizinin şelf sularında yerləşir. Perd köfəzi ilə Çukot dənizi arasıda qərarlaşır. Arxipelaq Franklindən 1,7 km (1,1 dəniz mili) şərqdə yerləşir. Adaların maksimal hündürlüyü 2 metr təşkil edir. Arxipelaqa daxil ən böyük ada 5 km uzunluğa malikdir. Sahilləri daim dəyişir.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. == Təhsilin vəziyyəti == Müdrü kəndində 2011 ci ildən təhsildə inkişaf hiss olunur.
Udipi
Udipi və ya Udupi (kann. ಉಡುಪಿ) — Hindistanın Karnataka ştatında şəhər. Udupide məşhur Krişna mandir yerləşir ve Udupi Vayşnav dini səfər yeridir. Şəhərin əhalisi 165401 nəfərdir (2011).
Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır. Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. == Tarixi == Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m2-dir. İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər. Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Abdulla Qədiri
Abdulla Qədiri (10 aprel 1894, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 4 oktyabr 1938, Daşkənd) — Özbəkistan yazıçısı, dramaturqu və publisisti, repressiya qurbanı == Həyatı == Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə tacir ailəsində doğulmuşdur. Yazıçının 102 il ömür sürmüş atası Qədir kişi o, uşaq olarkən müflisləşmiş və sonra üzümçülüklə məşğul olmağa başlamışdır. Abdulla əvvəlcə mədrəsədə (köhnə müsəlman məktəbi), sonra isə yerli rus- özbək məktəbində oxumuşdur. İbtidai təhsilini başa vurduqdan sonra o, erkən yaşlarında müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir mülkədarın yanında mirzəliyə başlamışdır. Bu dövrdə o, Əlişir Nəvai, Lütfi, Muqimi, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur. Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. O, bölgədə çap olunan qəzet və dərgiləri müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – "Müştüm" ("Yumruq") dərgisinin banilərindən və fəal müəlliflərindən biri olmuşdur.
Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. == Bioqrafiya == Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Qədiri-Xum
Qədiri-Xum (ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir. Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir.
Rudini Markisi
Rudini Markisi (tam adı: Antonio Starabba, Marchese di Rudinì; d. 16 aprel 1839, Palermo - ö. 7 avqust 1908, Roma, İtaliya) — İtaliyanın dövlət xadimi və baş naziri (1891-92; 1896-98).
Sami Xedira
Sami Xedira (alm. Sami Khedira‎, ərəb. سامي خضيرة‎ 4 aprel 1987, Ştutqart) — Almaniya keçmiş professional futbolçusu.
Sənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Teatr xadimi
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Topxana müşiri
Topxana müşiri — 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Tuliri sarayı
Tüilri sarayı (fr. Palais des Tuileries Fransızca tələffüz: [palɛ de tɥilʁi]) — Parisdə, Sena çayının sağ sahilində yerləşmiş kral və imperator sarayı olmuşdur. 1871-ci ildə Paris Kommunası tərəfindən yandırılana kimi, saray, IV Henrixdən başlayaraq III Napoleon dövrünə qədər Fransa monarxlarının əsas Paris iqamətgahı olmuşdur. 1564-cü ildən etibarən mütəmadi olaraq genişləndirilən və nəhayət Luvr sarayı ilə birləşdirilərək qapalı həyət formalaşdıran saray, 266 metr uzunluğa malik nəhəng fasada malik olmuşdur. Tüilri sarayının dağıdılmasından sonra Luvr sarayının həyəti açılmış, hazırda Tüilri bağının şərq qurtaracağı yerləşən ərazidə isə Karruzel meydanı ilə bağ arasında yüksələn terras yaradılmışdır. == Tarixi == 1559-cu ildə II Henrinin gözlənilmədən vəfat etməsindən sonra, onun dul xanımı Yekaterina Mediçi (1519-1589) yeni sarayın inşa edilməsinə qərar verir. Həyat yoldaşının vəfat etdiyi Turnel sarayını satan Yekaterina 1564-cü ildə memar Filiber Delorma Tüilri sarayının inşasını sifariş edir. Sarayın adı isə əvvəl saray ərazisini əhatə edən soba plitələri və ya Tüilrilərin (fr. tuileries) adından götürülmüşdür. Saray, bir-birinə bitişik uzun və ensiz binalardan ibarət idi.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Din xadimi
Din xadimi və ya ruhani — müəyyən bir din daxilində din xadimliyini peşə olaraq icra edən bütün insanlara verilən addır. Hər bir dinin din xadimi anlayışı fərqli ola bilər, lakin ümumi olaraq bu şəxslər dini təlimləri yaymaq, icmalarına mənəvi rəhbərlik etmək və ibadətləri təşkil etmək rolunu oynayırlar. Onlar həmçinin cəmiyyətin etik və mənəvi dəyərlərinə də böyük təsir göstərirlər. Din xadimi anlayışı müxtəlif dinlərdə və mədəniyyətlərdə fərqli formalarda təzahür edir, lakin ümumi olaraq dinə xidmət edən və dini vəzifələri yerinə yetirən insanlara işarə edir. Hər bir dinin özünəməxsus ruhani liderləri, din xadimləri və ya dini strukturları vardır. İslam dinində “din xadimi” anlayışı üləma (din alimləri), imamlar, şeyxlər, axundlar və mollalar vasitəsilə təmsil olunur. Bu insanlar şəriəti öyrədir, Quranı təfsir edir, cümə namazlarını və dini mərasimləri icra edir. İmamlar məscidlərdə dini liderlik edir, mollalar isə əsasən dini təhsil verir və cəmiyyətə mənəvi rəhbərlik edirlər. Xristianlıqda din xadimi anlayışı keşişlər, rahiblər, yepiskoplar və papalar vasitəsilə təmsil olunur. Roma-Katolik kilsəsində papa ən yüksək ruhani lider sayılır, yepiskoplar regionları idarə edir, keşişlər isə cəmiyyətə dini rəhbərlik edirlər.