Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu Səid əl-Xudri
Əbu Səid əl-Xudri (612, Mədinə – 693, Mədinə, ərəb. أبو سعيد الخدري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Məhəmməd peyğəmbərin hicrətindən təxminən 10 il əvvəl Mədinədə müsəlman ailəsində anadan olmuşdur. Əl-Əbcar kimi tanınan ulu babası Nisba əl-Xudri Xudri nəslindəndir. Atası Malik ibn Sinan Mədinənin İslamı qəbul edən ilk sakinlərindən olmuşdur. Ananın adı Ənisə binti Əbu Haris idi. O, Xəzrəc qəbiləsinin Bəni Nəcar qəbiləsindəndir. Əbu Səid İslam hüququnu yaxşı bilirdi. 2000-ə yaxın hədis rəvayət etmişdir. Əbu Səid Uhud, Xeybər, Hüneyn döyüşlərində, Təbuk yürüşündə, Məkkənin fəthində iştirak etmişdir.
Xıdırlı
Xıdırlı — Soyad. Sevil Xıdırlı — aşıq.Yaşayış məntəqələriXıdırlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Xıdırlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Xıdırlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Ruslan Əliyev (kafedra müdiri)
Ruslan Əliyev — Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun kafedra müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzinin direktoru == Həyatı == Ruslan Əliyev 1974-cü ildə anadan olub. 1996-cı ildə MDBMİ-nin beynəlxalq hüquq fakültəsini bitirib, 1999-cu ildə isə beynəlxalq iqtisadi münasibətlər fakültəsinin sığorta kafedrasında namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, 2000-2004-cü illərdə ARDNŞ-in sığorta məsələləri üzrə xarici investisiyalar idarəsi rəisinin müavini vəzifəsində çalışıb. 2004-cü ildə o, “Kapital Perestraxovaniye” Qapalı Səhmdar Cəmiyyətinin Moskva filialına icraçı direktor vəzifəsinə dəvət edilib, 2007-ci ildə “Kapital” sığorta qrupunun prezidenti, 2008-ci ildə isə həm də “Kapital Straxovaniye” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib. 2011-ci ildə Rusiyanın dünyada tanınmış ali məktəblərindən birinin – Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) kafedra müdiri vəzifəsinə ilk dəfə azərbaycanlı Ruslan Əliyev təyin edilib..
Sevil Xıdırlı
Sevil Xıdırlı — aşıq. == Həyatı == Sevil Xıdırlı 1973-cü ildə Yevlaxda doğulub. Orta təhsilini doğma Tanrıqulular kəndində alıb. 1991-1994-cü illərdə təhsil aldığı M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu fərqlənmə diplomu ilə bitirib. Texnikumdan məzun olduqdan sonra Tanrıqulular kəndində sinif müəllimi olaraq çalışıb, həmçinin kəndin mədəniyyət evinin nəzdində fəaliyyət göstərən "Saz kursu"nda dərs keçib. == Fəaliyyəti == 1998-ci ildə Azərbaycanda ilk dəfə keçirilən "Gənc istedadların Aşıq Şəmşir adına Ozan müsabiqəsi"ndə də öz yetirmələri ilə iştirak edib və fəxri yer tutub. 2007-ci ilin avqustunda Türkiyədə (Ankara) keçirilən "Türk Dünyası Şair və Aşıqlar Festivalı"nda, həmin ilin sentyabrında Qaracaoğlan Şeir Şölənində (Mersin/Tarsus), 2008-ci ilin yanvarında "İpək Yolu Ödül Törənində" (İstanbul), "Uluslararası Şairlər və Aşıqlar Buluşması"nda (Konya), yenə həmin il (iyun ayında) "Aşıq və Şairlər Yarışması"nda (Bursa/Yıldırım), 2009-cu ildə "Azərbaycan Musiqi Gecəsi"ndə (İstanbul), yenə 2009-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa), 2009-cu il "Aşıqlar Bayramı"nda (Sivas), 2010-cu ilin martında Sənətçilərin Böyük Konsertində (Tehran), 2010-cu ilin may ayında "Qaracaoğlan Gecəsi"ndə, yenə 2010-cu ilin iyununda "Aşıq və Şairlər Yarışması"nda (Bursa) iştirak edib, diplomlarla, ödüllərlə təltif olunub. 2002-ci ildən "Aşıq Pəri" məclisinin üzvü, həmin ildən 2008-ci ilədək Aşıqlar Birliyi Mingəçevir bölməsinin sədri olub. Mingəçevir, Yevlax, Gəncə, Şəmkir və Gədəbəydə keçirilən dövlət tədbirlərində səhnə alıb, habelə Qazaxıstanda (Karaqanda və Temirtau) Azərbaycan diaspor nümayəndələri qarşısında çıxışlar edib. Onun Samirə (Nağıyeva), Məhəbbət, Lamiyə, Heyran (Ağamalıyeva), Ziyadxan, Samir (Allahverdiyev), Şahbaz (Abdullayev) kimi yetirmələri respublika səviyyəli sənət yarışmalarında fəxri yerlər tutub.
Xıdırlı (Ağdam)
Xıdırlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar. Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. == Əhalisi == == Şəxsiyətləri == Raqub Məmmədov - Ağdam Rayon icra hakimiyyətinin başçısı Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.
Xıdırlı (Qubadlı)
Xıdırlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Teymur Müskənli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yerli camaatın dediyinə görə Xıdırlı kəndini Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salıblar. Kənddə Xıdırlı, Məhərrəmli, Həsənli nəsilləri yaşayıblar. Kəndin adı Xıdırlı nəslinin adı ilə əlaqədardır. Ağdam və Salyan rayonlarında Xıdırlı, Şabran rayonunda Xıdırzində kəndləri, Salyan rayonunda isə Xıdırlı adlı palçıq vulkanları vardır. == Toponimikası == Xıdırlı kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Yerli əhalinin məlumatına görə, kəndi Xıdır, Məhərrəm və Həsən adlı şəxslər salmışlar. Hazırda kənddə xıdırlı, məhərrəmli və həsənli nəsilləri yaşayır.
Xıdırlı (Salyan)
Xıdırlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Din == Kənddə Xıdırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Xıdır Alovlu
Xıdır Binnat oğlu Alovlu — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1939-cu il martın 2-də Ermənistan Respublikası Kirovakan rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Rus dilini bilirdi. Evli olmuşdur, 4 övladı var. Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru işləmişdir. == Siyasi kariyerası == Bir müddət Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvü olmuşdur. 2000-ci il noyabrın 5-də 39 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü olmuşdur.
Xıdır Bəylərov
Bəylərov Xıdır İbrahim oğlu (1926, Hoçaz, Laçın rayonu – 15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri (1965–1969), Laçın rayon Xalq Marifi şöbəsinin müdiri (1969–1976), Plan Komitəsinin sədri (1976–1987) == Həyatı == Xıdır Bəylərov 1926-cı ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. müharibə illərində orta məktəbi və pedaqoji kursu bitirdikdən sonra 1943–1944-cü illərdə Mişni və Hoçaz kənd 7 illik orta məktəbində müəllim işləmiş, 1944-cü ildən 1950-ci illərin əvvəllərinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ali təhsillidir Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. == İctimai-siyasi fəaliyyəti == Ordudan tərxis olunduqdan sonra Laçın rayon partiya komitəsində təlimatçı, sonra isə rayon soveti icraiyyə komitəsində katib işləmişdir. 1953–1956-cı illərdə Ali partiya məktəbinin müdavimi olmuş, təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Laçın rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1958-ci ildən 1962-ci ilə qədər "Laçın" qəzetinin, sonra isə Laçın, Qubadlı, Zəngilan rayonları üzrə Azərbaycan SSR Mərkəzi Partiya Komitəsinin "Kənd həyatı" qəzetinin redaktoru işləmişdir. 1962–1964-cü illərdə Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1965–1969-cu illərdə isə Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri işləmişdir. 1969–1976-cı illərdə Laçın rayon Xalq Marifi şöbəsinin müdiri, 1976–1987-ci illərdə Plan Komitəsinin sədri, eyni zamanda rayon icraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1987–2000-ci illərdə Əhalinin Sosial Müdafiə mərkəzi adlanan rayon İctimai Təminat Şöbəsinin müdiri olmuşdur. == Mükafatları == Xıdır Bəylərov müxtəlif illərdə fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir.
Xıdır Mustafayev
Xıdır Həsən oğlu Mustafayev (27 mart 1905, Gözəldərə, Aleksandropol qəzası – 21 may 1975, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Xıdır Mustafayev 1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə (Xancığaz) kəndində anadan olmuşdur. 1937-ci ildə Kirovokan RHK-dan orduya çağırılmışdır. 1937-1941-ciillərdə əsgərlik dostu Xankişi Şükür oğlu İsmayılovla birlikdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil almışdır. Müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olmuşdur. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir. 1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər.
Xıdır məscidi
Xıdır məscidi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Tarixi == Məscid 1301-ci ildə küçə-pilləkən üzərində tikilmişdir. Bu isə öz növbəsində məscidin mеmаrlıq plаnlаşdırmа üslubuna təsir göstərmişdir. 1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri аpаrılmışdır. Məscid atəşpərəstlik məbədi üzərində inşa olunmuşdur. == Haqqında == Dахili məkаnın prоpоrsiоnаl bölgüsü, kоmpоzisiyа üsullаrı və dаş еlеmеntləri qаbаrıq оymа üsulu ilə аydın ifаdə оlunmuş, bədii-təsvirli Mehrabın sаyəsində, zаl çох gözəl tərtibаtа mаlik оlmuşdur. Cənub fаsаdının düzgün prоfilli, çаtmа pəncərələri göstərən bütöv dаş divаrın fоnundа, хüsusi vurğulаnmış pоrtаlа, həmçinin gеniş ərəb yаzısı zоlаğınа əsаslаnаn məscidin iri həcmli kоmpоzisiyаsı fonunda yеrli mеmаrlığın ən möhtəşəm fоrmаlаrındа cаnlаnır. Məscidin bütün pеrimеtri bоyu yеrləşən, zəif prоfilli dаş tаc, şərq kоmpоzisiyа üsullаrını аydın göstərir. == Mənbə == "ХIDIR MƏSCİDİ" (az.). icherisheher.gov.az.
Xıdır İlyas
Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır İlyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır İlyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır İlyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardı. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.Başqa mənbələrdə isə həmin gecənin İkinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim "Xıdır Nəbi" bayramı adlandırılır. Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978, bilinmir – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Üryan Xıdır
== Üryan Xıdır Dorutayda == Sultan (Üryan) Xıdır ziyarətgahı, Türkiyədə, Tunceli bölgəsində Pərtək-Hozat yolu kənarında bir təpənin üzərində yerləşən Dorutay (Zeyvə) kəndindədir. Bu kənddə Üryan Xıdırın (Sultan Xıdırın) ziyarətgahı var. Bu ocaq övladı olmayanlar, dəlilər və əlacı olmayan xəstələrin üz tutduqları müqəddəs yerdir. Ocağın Adıyaman, Malatya, Çorum, Sivas, Kahramanmaraş və Ərzurumda da ziyarətçiləri var. Ayrıca Suriyanın Əfrin şəhərindən də bura ziyarətə gəlirlər. Xubyar pirinin dədələri mürşüd ocaqlarının Üryan Xıdır olduğunu söyləyirlər. Rəvayətə görə Zeyvə kəndi yaxınlarında yaslı bir adam yaşarmış. O tarixlərdə Sultan Əlaəddin ordusu ilə birlikdə buraların kəşfiyyatını apararkən axşam olur və Zeyvə kəndi yaxınlarındaki Sultan gölü mövqeyində gecələməyə qərar verir. Çadırlar qurulur, yerləşmə başlayır. O sırada Sultan Əlaəddinin yanına gələn gözətçilərdən biri "Sultanım, irəlidə içində işıq yanan çadıra bənzər bir şey var" deyir.
Dəniz cıdırı adaları
Dəniz cıdırı adaları (ing. Seahorse Islands) — uzun və ensiz formaya malik adalar. Adalar Alyaskanın sahilindən bir qədər aralıda ,Çukot dənizinin şelf sularında yerləşir. Perd köfəzi ilə Çukot dənizi arasıda qərarlaşır. Arxipelaq Franklindən 1,7 km (1,1 dəniz mili) şərqdə yerləşir. Adaların maksimal hündürlüyü 2 metr təşkil edir. Arxipelaqa daxil ən böyük ada 5 km uzunluğa malikdir. Sahilləri daim dəyişir.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. === Şəhidləri === 1.
Udipi
Udipi və ya Udupi (kann. ಉಡುಪಿ) — Hindistanın Karnataka ştatında şəhər. Udupide məşhur Krişna mandir yerləşir ve Udupi Vayşnav dini səfər yeridir. Şəhərin əhalisi 165401 nəfərdir (2011).
Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı. == Həyatı və təhsili == Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.Bakı şəhərindəki layihələrdən 2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı; 2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi; 2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı; Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi; Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi; Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s. parklarının, həmin illərdə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Bakı şəhərinin əsas prospekt və küçələrinin dekorativ-bayram tərtibat layihələrinin dizayner-rəssamı; 2013-cü ildə Türkiyədə Ataturk parkında keçirilən "Çiçək" sərgisində Heydər Eliyevin 90 illik yubileyinə həsr olunmuş layihənin dizayner rəssamı və icraçısı; 2010-2016-cı illərdə Turkiyənin Antalya şəhərində 6 illik Expo-2016 Çiçək sərgisi Beynəlxalq layihənin dizayner-rəssamı; 2010-2013-cü illərdə Moskva ətrafında 100 – qədər şəhər parklarının landşaft dizayneri;2006-2016-cı illərdə studiya Bakıda və 2016-cı ildən bu gunə qədər İtaliyanın paytaxti Roma şəhərində fəaliyyət göstərir.
Xıdır Zində məscidi
Xıdır Zində məscidi Siyəzən rayonu, Zarat (Siyəzən) kəndində yerləşən məsciddir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizinin arasında yerləşir. == Tarixi == Xıdır Zində məscidi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən 2000-ci ildə inşa etdirilmişdir. Məscid beşbarmaq dağı ilə Xəzər dənizi arasından keçən Bakı-Rostov şose yolunun üstündə inşa olunub. Ümumi sahəsi 250 kv.m-dir.İçərisinə mərmər döşənmiş, divarları və dam örtüyü milli ornamentlərlə bəzədilmişdir. Məscidin qapı və pəncərələri taxtadan olmaqla xüsusi ustalar tərəfindən gözəl naxışlarla bəzədilmişdir. Məscidin günbəzinə xüsusi daşlardan örtük çəkilmişdir. Ziyarətə gələnlər üçün məscidin arxasında qurbangah, dəstəmazxana və başqa köməkçi tikililər var. Yanında 12 m hündürlüyündə iki minarə ucaldılmışdır. İçərisində axund və imam üçün iş otağı, həyətdə köməkçi binalar vardır.
Xıdır Zində piri
Xıdır Zində və ya Xızır Zində— Siyəzən rayonu ərazisində, Beşbarmaq dağı ətəyində pir. Bu gün Xıdır Zində pirinə gələnlərin, ondan kömək istəyənlərin sayı həddən artıq çoxdur. Buraya insanların bir qismi ziyarət, digər qismi isə gəzinti, maraq məqsədilə gəlir. Ziyarətə gələnlərin çoxu özləri ilə heyvan (qoyun-quzu) gətirir və pirin ətəyindəki çökəklikdə onları qurbanlıq kimi kəsirlər.Pirə gələnlər mütləq qayanın başına çıxır, burada nəzir verirlər. Ətrafda bir necə yerdə nəzir qutuları var. Zirvəyə çıxış xüsusən də yaşlı insanlar və qadınlar üçün çox çətin və təhlükəlidir. Doğrudur, qaya üzərində müxtəlif intervallarda dəmir pilləkənlər qoyulub. Lakin onlar çox ensizdir və iti bucaq altındadır. Burada ölçüləri 3×3 m olan, yaşayış yerini və ya istehkamda dayaq nöqtəsini xatırladan üstü açıq bir otaq, bundan başqa qayanın ətrafında eni 1 m-ə qədər olan müdafiə xarakterli qədim divar qalıqları var. Xıdır Zində pirini Beş Barmaq də adlandırırlar.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Abdulla Qədiri
Abdulla Qədiri (1894-1938) — Özbəkistan yazıçısı, dramaturqu və publisisti, repressiya qurbanı == Həyatı == Abdulla Qədiri 10 aprel 1894-cü ildə Daşkənddə tacir ailəsində doğulmuşdur. Yazıçının 102 il ömür sürmüş atası Qədir kişi o, uşaq olarkən müflisləşmiş və sonra üzümçülüklə məşğul olmağa başlamışdır. Abdulla əvvəlcə mədrəsədə (köhnə müsəlman məktəbi), sonra isə yerli rus- özbək məktəbində oxumuşdur. İbtidai təhsilini başa vurduqdan sonra o, erkən yaşlarında müstəqil həyata qədəm qoymuş, Daşkənddə bir mülkədarın yanında mirzəliyə başlamışdır. Bu dövrdə o, Əlişir Nəvai, Lütfi, Muqimi, Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan və digər cığatay (özbək) klassiklərinin əsərlərini maraqla mütaliə etmiş və milli ədəbiyyatın tarixinə yaxından bələd olmuşdur. Türküstanda getdikcə genişlənən cədidçilik, maarifçilik hərəkatı Abdulla Qədiriyə də təsirini göstərir. O, bölgədə çap olunan qəzet və dərgiləri müntəzəm oxuyur. Cədidçilərin yolunu tutan gənc xalqını xurafatdan, gerilikdən qurtarmaq üçün qələmə əl atır. Bədii yazıları ilə xalqa təsir göstərməyə çalışır. Abdulla Qədiri Özbəkistanda nəşr olunan ilk satirik jurnalın – “Müştüm” (“Yumruq”) dərgisinin banilərindən və fəal müəlliflərindən biri olmuşdur.
Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Cyperus rudioi
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Dövlət xadimi
Dövlət xadimi — Dövlət hakimiyyətinin siyasi xadimi.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. == Bioqrafiya == Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Qədiri-Xum
Qədiri-Xum(ərəb. غدير خم‎) — şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədir Xum" hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xümm) vasində baş vermiş məşhur hadisənin adıdır. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur: Şimal istiqamətində bir yol Mədinəyə gedir; Şərq istiqamətində bir yol İraqa gedir; Qərb istiqamətində bir yol Misirə gedir; Cənub istiqamətində bir yol Yəmənə gedir.Rəvayətlərə görə Həzrəti Məhəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Qədir Xum məntəqəsi Məkkə yaxınlığında Cühfə kəndindən təqribən 3 km.aralıda yerləşir. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl "Qədir-Xum" hadisəsi baş vermişdir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir.
Rudini Markisi
Rudini Markisi (tam adı: Antonio Starabba, Marchese di Rudinì; d. 16 aprel 1839, Palermo - ö. 7 avqust 1908, Roma, İtaliya) — İtaliyanın dövlət xadimi və baş naziri (1891-92; 1896-98).
Sami Xedira
Sami Xedira (alm. Sami Khedira‎, ərəb. سامي خضيرة‎ 4 aprel 1987) —Tunisli alman futbolçusu. Sami Xedira Yuventus FK və Almaniya milli futbol komandasının oyunçusudur.
Sənət xadimi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Teatr xadimi
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Tuliri sarayı
Tüilri sarayı (fr. Palais des Tuileries Fransızca tələffüz: [palɛ de tɥilʁi]) — Parisdə, Sena çayının sağ sahilində yerləşmiş kral və imperator sarayı olmuşdur. 1871-ci ildə Paris Kommunası tərəfindən yandırılana kimi, saray, IV Henrixdən başlayaraq III Napoleon dövrünə qədər Fransa monarxlarının əsas Paris iqamətgahı olmuşdur. 1564-cü ildən etibarən mütəmadi olaraq genişləndirilən və nəhayət Luvr sarayı ilə birləşdirilərək qapalı həyət formalaşdıran saray, 266 metr uzunluğa malik nəhəng fasada malik olmuşdur. Tüilri sarayının dağıdılmasından sonra Luvr sarayının həyəti açılmış, hazırda Tüilri bağının şərq qurtaracağı yerləşən ərazidə isə Karruzel meydanı ilə bağ arasında yüksələn terras yaradılmışdır. == Tarixi == 1559-cu ildə II Henrinin gözlənilmədən vəfat etməsindən sonra, onun dul xanımı Yekaterina Mediçi (1519-1589) yeni sarayın inşa edilməsinə qərar verir. Həyat yoldaşının vəfat etdiyi Turnel sarayını satan Yekaterina 1564-cü ildə memar Filiber Delorma Tüilri sarayının inşasını sifariş edir. Sarayın adı isə əvvəl saray ərazisini əhatə edən soba plitələri və ya Tüilrilərin (fr. tuileries) adından götürülmüşdür. Saray, bir-birinə bitişik uzun və ensiz binalardan ibarət idi.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
İncəsənət xadimi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.