Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xudayət Orucov
Xudayət Vilayət oğlu Orucov (4 sentyabr 1987; Ağstafa rayonu, Azərbaycan SSR — 4 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdə artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xudayət Əsgərov
Xudayat Əsgərov (tam adı: Xudayət Məmməd oğlu Əsgərov) — Azərbaycanlı aktyor və rejissor,kuklaçı, Gəncə Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2013),Prezident mükafatçısı(2006) == Həyatı == Əsgərov Xudayət Məmməd oğlu 1960-cı il fevralın 14-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Gəncə şəhər Baza İnşaat Texnikomunu bitirib.İbtidai musiqi məktəbinin tar sinfini bitirib. Təhsil aldığı illərdə Gəncə şəhəri İnşaatçılar mədəniyyət sarayının “Gənclik” xalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildən C.Cabbarlı adına Gəncə Dövlət Dram teatrında əmək fəaliyyətinə başlayıb. 1987-ci ildən isə Gəncə Dövlət Kukla teatrında aktyor kimi işə qəbul olunub.Bu illər ərzində Kukla teatrının səhnəsində yüzdən artıq tamaşalarda baş rolları ifa edib. Oynadığı rollarla kiçik tamaşaçıların rəğbətini qazanıb. Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu”-da Əhməd, “Meşə çaqqalsız olmaz”-da tülkü, N.Gəncəvinin “Xeyir və Şər”-də Xeyir, Ə.Orucun “Zınqırovlu pişik”-də Ambardar,A.Linqrendin “Uşaq və Karlıson”-da Ata ,R.Səməndərin “Çətin məsələ”-də Canavar, A.S.Eqzüperinin “Balaca Şahzadə”-də Kral ,Xalq nağılı“Şəngülüm,Şüngülüm,Məngülüm”-də Canavar və s. bu kimi yadda qalan obrazlar yaratmışdır. Aktyorluğu ilə yanaşı Xudayət Əsgərv teatrda bir çox tamaşalara rejissoir kimi quruluş vermişdir.Ə.Səmədlinin “Meşə çaqqalsız olmaz”, K.Kollodinin “Pinokkionun sərgüzəştləri, K.Ağaqızının “Tənbəl Əhməd”, O,Abdullayevin “Xoruzun hikkəsi”, R.Əlizadənin “Dəli Domrul” A.Əlizadənin “Şeytanın dostu” və s. bu kimi tamaşalara uğurlu quruluş vermişdir.
Rafiq Xudayev
Rafiq Aslanoviç Xudayev (20 fevral 1978, Marneuli) — Kunq-fu üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzre "Sarvan" klublarının prezidenti, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası","Azərbaycan Respublikasının Əməkdar Məşqçisi", ədliyyə polkovniki. == Həyat və fəaliyyəti == Rafiq Aslanoviç Xudayev 20 fevral 1978-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində anadan olmuşdur. 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmaqa başlamışdır; 1993-cü ildən kyokşin karate uşu ilə məşğul olur; 1996-cı ildə idmanın kikboksinq növü; 2010-cu ildə isə kunq-fu idman növü ilə məşğul olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr dərəcəsini bitirmişdir; 2011-ci İldə Gürcüstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir; 2014-cü ilin iyun ayında İtaliyanın Sardiniya adasında kunq-fu üzrə keçirilən dünya cempionatında dünya çempionu adına; 2015-ci ilin may ayında Lihnano Sabbiadoro şəhərində keçirilən dünya cempionatında dünya cempionu adına layiq görülmüşdür; 2016-cı ilin iyun ayında İtaliyanın Friulli Venezia Giulia şəhərində keçirilmiş dünya cempionatında (veteran idmançılar arasında) dünya cempionu olmuşdur. 2017-ci ildə Ukraynanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyasında Maliyyə və kredit fakültəsində maliyyəci ixtisası üzrə magistr dərəcəsi almışdır; 2014-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə texniki yardım göstərən "Alyans-Ukrayna Konsaltansı" Regional Mərkəzi tərəfindən Kiyev şəhərində tibbi məhsulların satınalma prosesinin və təchizatı sisteminin idarə edilməsinin əsas prinsipləri və qabaqcıl təşəbbüsləri mövzusunda təlim kursu; 2011-ci ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün satınalma üzrə təlim kursu, 2011-ci ildə İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (OON) Beynəlxalq Treninq Mərkəzində Beynəlxalq maliyyə hesabatlarınin aparılması, maliyyə və satınalmaların idarə olunması mövzusunda treninq; 2010-cu ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün maliyyə və satınalma üzrə təlim kursu, 2005–2019-cu illərdə qlobal fondun Azərbaycanda həyata keçirdiyi HİV/QİÇS və Vərəm layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Mükafatları == 2017-ci ilin fevral ayının 27-də "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi"; 2018-ci ilin noyabr ayının 28-də isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ""Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adlarına layiq görülmüşdür.
Yaşar Xudayev
Yaşar Əli oğlu Xudayev (1 noyabr 1999; Quba, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Xudayev 1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Xudayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Quba şəhərində dəfn olunub.
Hidayət
Orucov Hidayət Xuduş oğlu (5 sentyabr 1944, Maralzəmi) — şair-dramaturq; Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə Muşaviri (1 avqust 1992 ildə), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993 ildə). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006 – 31 may 2012) Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021 ildən). == Həyatı == Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Mehri (Meğri və ya Mığrıi) bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
Xudat
Xudat – Azərbaycan Respublikasının şimalında Xaçmaz inzibati rayonunun tərkibində şəhər. 1950-ci ildə rayon tabeli şəhər statusu almışdır. Xudat 1943-cü ildə yaradılmış Xudat inzibati rayonunun mərkəzi olmuşdur. Bu rayon 1959-cu ildə ləğv edillmiş və Xudat daha əvvəllər aid olduğu Xaçmaz rayonunun inzibati idarəsinə verilmişdir. 1963-cü ildə ləğv edilən Xaçmaz rayonunun ərazisi Quba və Qusar rayonlarına verilmiş, Xudat bu dəfə Qusar rayonunun inzibati idarəsinə daxil olmuşdur. 1965-ci ildə bu strukturun da ləğvindən sonra Xudat təkrar bərpa edilmiş Xaçmaz rayonunun inzibati tərkibinə qatılmışdır. == Tarixi == Qədim qala-şəhərlərdən biri olan Xudat ("Xudat" sözünün mənası Allahın neməti deməkdir) Xaçmaz rayonunda yerləşir. Oykonim türk dilindəki -xod/xud (tərəvəz) və -at (yer) komponentlərindən düzəlib, bostan yeri mənasındadır. XVIII əsrin əvvəllərində Quba xanlığının ilk mərkəzi olub. 1735-ci ildə Fətəli xanın iqamətgahı Xudatdan Qubaya köçürüldü və Xudat öz əvvəlki əhəmiyyətini itirdi.
Hidayət (soy)
Hidayətlər — İranın tanınmış soylarından biri. == Soyun yaranması == Bu soy Mazandaran vilayətində yaranıb. Soyun ilk patronu Məhəmmədismayıl bəy Mazandarani (?-1779) Sari şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmməd Kamal kimi tanınırdı. Məhəmmədhəsən xan Qovanlı-Qacarın yanında baş aşpaz kimi çalışmışdı. Kərim xan Zəndə qarşı qacarlar tərəfindən vuruşmuşdu. Zəki xan Zəndin döyüşçüləri tərəfindən öldürülmüşdü. Məhəmməd İsmayıl bəyin Məhəmmədhadi xan (?-1803) adlı oğlu vardı.
Hidayət Heydərov
Hidayət Heydərov (27 iyul 1997) — 73 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçu. Cüdo üzrə Azərbaycan milli komandasının üzvü. İkiqat Avropa çempionu. == Həyatı == Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Hidayətin atası da idmana maraq göstərirdi. Atası Hidayət 6 yaşında olarkən, dostlarının da məsləhətilə onu Neftçilər metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub.
Hidayət Nuriyev
Hidayət Nuriyev (20 yanvar 1941, Borçalı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1963-cü ilin oktyabr ayından etibarən AMEA Fizika İnstitutunun Elektronoqrafiya laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. Müasir mikroelektronikanin əsasını təşkil edən yarımkeçiricilərin nazik epitaksial təbəqələrinin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətlərinin kristal quruluşunun, səthinin morfologiyasının elektrofiziki, fotoelektrik optik xassələrinin tədqiqi ilə məşğul olmuş, onların əsasında fotohəssas P-n homo-hetero keçidlərin alınması, fotoqəbuledicilərin hazırlanması və tədqiqi istiqamətində elmi işlər aparmışdır. Baş laborant vəzifəsindən professor rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildən professordur. == Elmi fəaliyyəti == Hidayət Nuriyevin elmi fəaliyyəti yarımkeçirici birləşmələrin və bərk məhlulların yüksək kristal mükəmməlliyə malik nazik epitaksial təbəqələrinin alınmasından ,onların əsasında müxtəlif təyinatlı fotohəssas strukturların hazırlanmasından və tətbiqindən ibarətdir. Bununla əlaqədar olaraq nazik epitaksial təbəqələrin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətləri kristal mükəmməlliyi, kristal quruluşu, səthinin morfologiyası, bircinsliliyi, elektrofiziki, fotoelektrik, optik xassələri müasir metodlarla tədqiq olunur, onların əsasında fotohəssas P-n homo-hetero keçidlər yaradılır və müxtəlif təyinatlı strukturlar hazırlanır. Tədqiqat işlərində elektronoqrafiya, rentgendifraktometriya, elektronmikroskopiya, ojespektrometriya metodlarından və uyğun olaraq müasir qurğulardan istifadə olunur. Hidayət Nuriyev 1963-1973 illər ərzində AMEA-nın Fizika İnstitutunda işləmiş, namizədik dissertasiyası mudafiə etmiş, böyük elmi işçi vəzifəsində calışmışdır. Onun elmi təşkilatçılıq bacarığı əsasən 1973-2002-ci illərdə çalışdığı AMEA-nın Fotoelektronika İnstitutunda özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Hidayət Orucov
Orucov Hidayət Xuduş oğlu (5 sentyabr 1944, Maralzəmi) — şair-dramaturq; Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə Muşaviri (1 avqust 1992 ildə), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993 ildə). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006 – 31 may 2012) Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021 ildən). == Həyatı == Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Mehri (Meğri və ya Mığrıi) bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
Hidayət Qafarov
Hidayət Qulamov
Hidayət Qulamov (8 may 1950, Kəndoba, Ağsu rayonu – 30 noyabr 2017) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il mayın 8-də Ağsu rayonunun Kəndoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 51 saylı Ağsu-Kürdəmir seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Hidayət Rüstəmov
Hidayət Rüstəmov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayonu Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur. == Döyüşlərdə iştirakı == Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Naxçıvan rayonu, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Hidayət Türkoğlu
Hidayət Türkoğlu — (19 mart 1979[…], Bayrampaşa, İstanbul ili) — türkiyəli idmançı, basketbolçu, Türkiyə Milli Basketbol Federasiyasının prezidenti
Hidayət ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir.Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Hidayət mədrəsəsi
Hidayət mədrəsəsi (az.-əbcəd هیدایت مدرسه‌سی‎) — Qacarlar dönəmində Urmiyada Şəhriyarxan Nazim əl-Dövlə sifarişi ilə tikilmiş tarixi mədrəsə. == Haqqında == Qacar dönəmində və 19-cu əsrin sonlarında tikilmiş mədrəsə binası əvvələr Qacar boyunun ağsaqqallarının evi kimi istifadə edilsədə 1968-ci ildə mədrəsə statusu aldı. Hidayət mədrəsəsi indilikdə Urmunun sıx yaşayış masivində yerləşərək, dörd yandan yaşayış evləri ilə əhatə olununb. Hazırda mədrəsə İmam xiyabanının Mehr küçəsində yerləşir. Mədrəsə binası keçmişdə qəzalı olsada, 1998-ci ildə onda quruculuq işləri aparılaraq, bərpa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Hidayət mədrəsəsinin kitabələrinin məhv edildiyinə görə, onun hansı ildə tikilməsi və memarının adı bəlli deyil. Ancaq material növü və tikiliş formasından demək olar ki Qacar dönəmində tikilmişdir. Mədrəsənin ən gözəl və dəyərli hissəsi, həyətinin güneyində yerləşən binadır. Mədrəsinin tikintisində istifadə edilən əsas materiallar kərpic və kaşıdır. Binanın tikilişində işlədilən rəngli şüşələr, dördbucaq şəkilli kərpiclər və yeddi rəng kaşılar, binanın gözəlliyinə səbəb olubdur.
Hidayət Şıxlarov
Hidayət Şıxlarov (tam adı: Hidayət Cəfər oğlu Şıxlarov; d. 1923, Salyan, Azərbaycan SSR, SSRİ — ö. 2008, Bakı, Azərbaycan) — İkinci Dünya müharibəsinin iştirakçısı, leytenant. == Həyatı == Hidayət Şıxlarov 1923-cü il Salyan şəhərində doğulmuşdur. İkinci Dünya müharibəsi zamanı, 1943-cü il oktyabrın 10-da cəbhəyə yollanmışdır.1945-ci il yanvarın 24-də Hidayət Şıxlarov şücayət göstərərək, Odra çayını sol tərəfinə ilk keçərək, başlanğıc xəttində yerləşmişdir. Düşmənin əks-hücumunu dəf edərkən, 30 faşist əsgər və zabitini məhv etmişdir. O, yaralansa da, hərbi tapşırığını sona kimi yerinə yetirmişdir. Buna görə, 1945-ci ildə II dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif olunmuşdur.
Hidayət Əfəndiyev
Əfəndiyev Hidayat Əli oğlu — tənqidçi, ədəbiyyatşünas, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1973). == Həyatı == Hidayət Əfəndiyev 1908-ci il avqustun 1-də Bakı quberniyasının Şamaxı şəhərində qulluqçu ailəsində doğulmuşdur. Atası Ağa Əli Naseh öz dövrünün tanmmış şairlərindən idi. Mirzə Ələkbər Sabirin və Abbas Səhhətin yaxın dostu olmuşdur. 6 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində, sonra realnı məktəbin hazırlıq sinfində almışdır. Şamaxıda mart hadisələri (1918) başlar-başlamaz ailəlikcə Gəncəyə köçürlər. Orada gimnaziyanın hazırlıq kursuna daxil olur. Azərbaycanda aprel çevrilişindən sonra yenidən doğma yurda qayıdırlar. 1922-ci ildə onu Bakı müəllimlər seminariyasına ezam edirlər, burada üç il təhsil alır.
Hidayət Əliyev
Əliyev Hidayət Məcid oğlu (17 noyabr 1957, Ardanış, Çəmbərək rayonu – 24 yanvar 1992, Daşaltı, Şuşa rayonu) – taqım komandiri == Həyatı == 17 noyabr 1957-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Ali məktəbi bitirib təyinatla Aşqabad şəhərində iki il işlədikdən sonra doğma kəndlərinə qayıtmışdır. 1991-ci ilin oktyabrından milli orduya könüllü getmişdir. Baş leytenant rütbəsində taqım komandiri kimi Xocavəndin Qaradağlı kəndində fəaliyyətə başlamışdır. O öz taqımı ilə 28 gün kəndi müdafiə etmişdir. 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi 1 ay sonra Semaşko xəstəxanasının meyidxanasından tapılmış və Şəhidlər xiyabanında dəfn edilmişdir. == Həmçinin bax == Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996.
Sadiq Hidayət
Sadiq Hidayət (Farsca صادق هدایت) (17 fevral 1903 Tehran — 9 aprel 1951 Paris) — İran yazıçısı. == Həyatı == Şahlıq İranının nüfuzlu bir ailəsinə mənsub olan Sadiq Hidayət 17 fevral 1903-cü ildə Tehranda dünyaya gözlərini açır. İbtidai təhsilini Tehranda Mədrəsəyi — Elmiyyədə tamamladıqdan sonra orta təhsilini yenə Tehranda yerləşən və bir missioner məktəbi olan Saint Luis Fransız Kollecində davam etdirir. Burda Fransız dili və ədəbiyyatı ilə ciddi bir şəkildə maraqlanan Hidayət, 1925-ci ildə mühəndislik təhsili almaq üçün Belçikaya gedir. Belçikada axtardığını tapa bilmir və ədəbiyyat təhsili almaq məqsədi ilə Parisə yola düşür. Yazı həyatına burda başlayan Hidayət ilk əsərlərini Parisdə qələmə alır. Bir ara böhrana girərək Paris yaxınlarında intihar etmək məqsədi ilə özünü dənizə atsa da, bir qayıqçının köməkliyi ilə xilas olur. İlk intihar cəhdi uğursuzluqla nəticələnir. 1930-cu ildə Tehrana qayıdan Hidayət, ailəsinin nüfuzundan faydalanmaq istəmir və öz imkanları ilə iş tapmağa çalışır. İran Milli Bankında işə başlayır.
Təzəgül Hidayət
Təzəgül Hidayət qızı Məmmədova (d. 26 avqust 1970, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (7 noyabr 2002). == Həyatı == Təzəgül Hidayət 26 avqust 1970-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Hələ uşaq yaşlarında 1982-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən mahnı müsabiqəsində Naxçıvan Muxtar Respublikası və daha sonra Azərbaycan Respublikası üzrə qalib olmuşdur. Orta təhsilini, rəssamlıq və musiqi məktəbini Naxçıvan və Şəmkir şəhərində bitirmişdir. Binəli Mamukaşvilinin rəqs ansamblında rəqs dərsləri almışdır. Daha sonra o vaxtlar fəaliyyət gösdərən "Şəmkir Muğam Teatrının", "Ocaq Folklor Ansamblının" və "Xalq Çalğı Alətləri Ansamblının" solisti olmuşdur. Bununla yanaşı 1991-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Və həmçinin universitetin nəznində fəaliyyət gösdərən rəqs ansamblınında solisti olmuşdur. 1992-ci ildən Universitet ilə bərabər, Bakı Bələdiyyə Teatrında, (2006-2009-cu ildə Gənc Tamaşaçılar Teatrında) aktrisa vəzifəsində işləmişdir.
Xudayar Yusifzadə
Xudayar Müslüm oğlu Yusifzadə (15 iyul 1998, Bərdə – 22 oktyabr 2020, Ağbənd, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası — Radə Qurbanova isə evdar xanım idi. Onların ailədə dörd uşağı olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir. Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır. Subay idi. == Hərbi xidməti == Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
Xudayar təsnifi
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. == Tarixi == Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. === Trendə çevrilməsi === Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Xudayar xan
Xudayar xan Xudayari (17 oktyabr 1873, İran – 28 yanvar 1950, Tehran) — Qacar ordusunun generalı, Rza şah dövründə Poçt-Teleqraf naziri == Həyatı == Xudayar xan 1873-cü ildə anadan olmuşdu.1892-ci ildə Qacar dövründə təşkil edilmiş İran Kazak briqadasında xidmətə başlamışdı. 1906-cı ildə mayor, 1917-ci ildə polkovnik, 1921-ci ildə briqada generalı idi. Xudayar xan Xudayari Rza şah Pəhləvinin dövründə Qəzvinin valisi olmuşdu. Şah onu Poçt-Teleqraf naziri təyin etmişdi. 1929–1930-cu illərdə Sepah bankın direktoru vəzifəsində çalışmışdı. Xudayar xan böyük mülkədar idi. Qum-Dizabad yolu boyunca mülkü vardı. O, 1950-ci ildə vəfat edib. == Qaleriya == == Mənbə == Ənvər Çingizoğlu, Xudayar xan Xudayari: Qacarın can düşməni, "Soy" dərgisi, 1 (34), 2010, səh.43.
Luayet
Luayet (fr. Loyettes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Alan Xuqayev
Alan Xuqayev — Yunan-roma güləşçisi, Olimpiya çempionu, 2017–2019-cu illərdə altıncı çağırış Şimali Osetiya-Alaniya Respublikası Parlamentinin deputatı. 23 avqust 2019-cu ildən Şimali Osetiya-Alaniya Respublikası Bədən Tərbiyəsi və İdman Naziri. == Bioqrafiya == 27 aprel 1989-cu ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının Ordjonikidze şəhərində Anatoli və Fatima Xuqayevlərin ailəsində anadan olmuşdur. Sərbəst güləş üzrə Rusiyanın əməkdar məşqçisi Anatoli Qeorqieviç Xuqaevin ailəsində böyüyür.. On yaşında məşqçilər Vaxtanq Qaqloyev və Vladimir Uruimaqovla yunan-roma güləşi ilə məşğul olmağa başlayır. Sonradan Moskvaya köçür, Torpedo klubunda çıxış edir. Xuqaev K. Xertaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Bədən Tərbiyəsi və İdman Fakültəsini bitirir. Daha sonra Şimali Qafqaz Mədənçilik və Metalurqiya İnstitutunun hüquq fakültəsində əlavə təhsil al. Rusiya Federasiyası Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. Beynəlxalq güləş karyerası 2007-ci ildə Belqradda keçirilən gənclər arasında Avropa Çempionatından başlayır.
Anna Dudayev
Alla Fyodorovna Dudayeva (rus. А́лла Фёдоровна Дуда́ева; 10 avqust 1947 və ya 24 mart 1947) - 1990-cı illərdə Çeçenistanın Rusiyadan ayrılması üçün yaradılmış hərəkatın lideri Cövhər Dudayevin həyat yoldaşı. == Həyatı == Alla Dudayeva 1947-ci ildə Kolomenski rayonundakı sovet zabit ailəsində dünyaya gəlmişdir. O, Smolenskdə rəssamlıq təhsili almışdır. 1967-ci ildə o zaman SSRİ Hava Qüvvələrinin zabiti olan Cövhər Dudayevlə evlənmişdi. Alla 1996-cı ildə Birinci Çeçenistan müharibəsində ərinin ölümündən sonra Türkiyəyə qaçmağa çalışarkən Nalçikdə saxlanılmış və daha sonradan tanıya bildiyi, gənc zabit Aleksandr Litvinenko tərəfindən istintaqa cəlb edilmişdir. Eyni ilin sonlarına yaxın buraxıldıqdan sonra Çeçen İçkeriya Respublikasının Mədəniyyət Nazirliyində işləyən Alla 1999-cu ildə İkinci Çeçenistan müharibəsinin başlamasıyla Azərbaycana, daha sonra Türkiyəyə və Litvaya qaçmışdır. O, 2010-dan 2012-ci ilə qədər Gürcüstanın Qafqaz TV kanalında mədəniyyət proqramlarının aparıcısı olaraq işləmişdir.2016-cı il məlumatlarına görə, bir müddət Estoniyada da yaşan Dudayevanın hal-hazırda Stokholmda yaşayır. == Əsərləri == Alla Dudayeva əri Cövhər Dudayevlə bağlı xatirələrini yazdığı kitab da daxil olmaqla, bir neçə kitabın müəllifidir: Milyon birinci (Milyon birinci) "Şule Yayınları", 448 стр. 2003 ISBN 9756446080 (türk.) Le loup tchétchène: ma vie avec Djokhar Doudaïev (Çeçen canavar: Cövhər Dudayevlər həyatım) "Maren Sell" 398 səh.
Asim Xudiyev
Asim Xudiyev — .sovet futbolçusu, müdafiəçi. FIFA referisi, UEFA müfəttişi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 212 dəfə baş hakim olmuşdur.
Azər Xudiyev
Azər Xudiyev (həkim) — Otorinolarinqoloq, Azərbaycan Tibb Universitetinin professoru. Azər Xudiyev (politoloq) — SƏHİYYƏ TV-nin təsisçisi, Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev (səfir) (ru:Худиев, Азер Худаяр оглы) — Azərbaycan diplomatı.
Cövhər Dudayev
Dudayev Cöhər Musa oğlu (çeç. Дуди Муса кIант ЖовхIар ) (15 fevral 1944, Yalxori, Çeçen-İnquş MSSR, — 21 aprel 1996, Qexi-Çu, Çeçenistan) — çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi. İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı. == Həyatı == Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirə sürgün olunarkan o 15 günlük körpə olub. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyirdi: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim. Burada sizə tarixi bir həqiqəti nəql edim. Məktəbə getməmişdən əvvəl çox yaxşı tərbiyə aldım.
Cəlil Xudiyev
Cəlil Xudiyev (tam adı: Cəlil Muxtar oğlu Xudiyev; 1895, Şuşa – 1988, Stepanakert) — Azərbaycan hərbçisi, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı (1988). == Həyatı == Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Cəlil Xudiyev Rus-Tatar Məktəbini, sonralar isə Sankt-Peterburqda Hərbi Məktəbi bitirmiş, uzun müddət çox mühüm dövlət vəzifələrində çalışmışdır. Cəlil Xudiyev 1905–1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olmuşdur. == Fəaliyyəti == Cəlil Xudiyev 1918–1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur.1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olmuşdur. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlmişdir. O, Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşmüşdür. Cəlil Xudiyev həm yerli sakin kimi, həm də uzun müddət mühüm dövlət vəzifələrində çalışmış bir şəxsiyyət kimi razılaşmış və Azərbaycan dövləti tərəfindən addımlar atılmışdır. Ərşad adlı bir şəxs və onunla birgə 2 nəfər də yandırılaraq qətlə yetirildikdən sonra Xankəndi Vilayət Komitəsində SSRİ Baş Prokurorluğunun və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə böyük iclas keçirilmişdir. Cəlil Xudiyev iclasda qətli törədən şəxslərin adları ilə bağlı açıqlama vermiş, iclasdan sonra isə 39 erməni həbs edilmişdir.Cəlil Xudiyev qeyd edirdi: Azərbaycan SSR Ali Soveti sədri vəzifəsində çalışmış Məmməd İsgəndərov Cəlal Xudiyevlə hansı addımların atılması barədə məsləhətləşdikdən sonra ermənilərin növbəti qiyamının qarşısı alınmışdır.
Fərhad Xudiyev