Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Fəridə Abbasova
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. Fəridənin ailəsində heç kim idmanla məşğul olmayıb. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Fəridənin atası idmana olan marağını diqqətə alaraq 5 yaşında onu Ülvi Quliyevin məktəbinə yazdırır. 6 yaşında olan zaman Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatını birinci kimi başa vurur. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır. O, 2013-cü ildə Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olub, 2017-ci ildə buradan məzun olur.
Fəridə Cəlal
Fəridə Cəlal(hind. फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1949, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Fəridə Hicran
Fəridə Həsənxanova
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir. O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. == Həyatının erkən dövrü == O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. == Təhsil == Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1970-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. == Fəaliyyəti == İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı (7 dekabr 1967, Sumqayıt) — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Fəridə Məmmədova
Fəridə Məmmədova (müğənni) — Azərbaycan müğənnisi. Fəridə Məmmədova (tarixçi) — Azərbaycan tarixçisi.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Fəridə Səfiyarzadə
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı: Fəridə Ağaəli qızı Vəlixanova; 21 oktyabr 1935, Bakı – 5 sentyabr 2023) — ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), Əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Fəridə Əliyeva
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanı təmsil edən taekvondoçu. == Karyerası == Fəridə Əzizova 2007-ci ildə Macarıstanın Budapeşt şəhərində gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu. Bu onun beynəlxalq turnirlərdə imza atdığı birinci uğuru idi. Bir il sonra, 2008-ci ildə isə Fəridə Əzizova İzmir şəhərində yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Fəridə Əzizova 2009-cu ildə İsveçin Trelleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vurdu, Xorvatiyanın Zaqreb şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2011-ci ildə Fəridə Əzizova Rusiyada Russian Open və Xorvatiyada Croatia Open beynəlxalq turnirlərinin qızıl medallarına sahib oldu. Fəridə Əzizova həm də həmin il Azərbaycanda Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu. 2012-ci ildə Fəridə Əzizova Las-Veqas şəhərində US Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu, Şərm əş-Şeyx şəhərində isə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Fəridə Əzizova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. −67 Kq.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib. Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub. Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib.
Zərifə Cəbrayılova
Zərifə Quliyeva
Zərifə Rzaqulu qızı Quliyeva (Quliyeva Zərifə Rzaqulu qızı; 13 fevral 1952, Balakən rayonu) — Azərbaycan həkimi və yazıçısı; Koreya Şərq Təbabəti Klinikasının baş həkimi., Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri. Zərifə Quliyeva 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1959-cu ildə Naxçıvan şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə Əli Bayramlı şəhəri orta məktəbini bitirmişdir. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir. İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlamış, 1981-ci ildən 1984-cü ilədək həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildən 1989-cu ilədək Nizami rayon partiya komitəsində təlimatçı kimi həm də, səhiyyə, təhsil, mədəniyyət sahəsinin kuratoru kimi geniş fəaliyyət geniş fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilədək Nizami rayon 17 saylı tibbi-sanitar hissənin baş həkimi vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur. Müxtəlif sosial və ictimai, şəhid ailələri və qazilərlə bağlı bir sıra tədbir təşkil edib. Z. R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz səninlə" adlı ikinci kitabı,2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, 2010-cu ildə "Naksiana" nəşriyyatı tərəfindən "Tale yazısı" adlı dördüncü kitabı, 2011-ci ildə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı çapdan çıxmışdır.
Zərifə Salahova
Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub. 1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
Zərifə Şükürova
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971). Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir. Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.
Zərifə Əliyarova
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972). 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
Zərifə Qafari
Zərifə Qafari(Pashto: ظریفه غفاري; 1992, Kabil) — Əfqanıstan siyasi fəalı, hüquq müdafiəçisi. Əfqanıstanın Vardak vilayətinin paytaxtı Maydan Şəhr şəhərinin keçmiş qadın meridir. Qafari Əfqanıstanın ilk bələdiyyə başçıları Azra Cəfəri və Xədicə Zəhra Əhmədidən sonra azsaylı əfqan qadın bələdiyyə başçılarından biri idi və eyni zamanda 24 yaşında bu vəzifəyə təyin edilmiş ən gənc qadın bələdiyyə sədri idi. O, Əfqanıstanda qadın hüquqlarını təşviq etmək səyləri ilə tanınır. Qafari ABŞ dövlət katibi tərəfindən 2020-ci ilin Beynəlxalq Cəsarətli Qadını seçildi. O, üç sui-qəsd cəhdindən sağ çıxıb. Zərifə Qafari 1994-cü ildə Kabildə anadan olub. O, Əfqan Ordusunun polkovniki və Xüsusi Əməliyyatlar Korpusunun komandiri Əbdül Vasi Qafarinin səkkiz uşağından biri idi. Onun təhsil almasına icazə verilməsə də, gizlincə məktəbdə oxuyub. Təhsili 2001-ci ildə qanuniləşdirilib.
Fəridə Babayeva
Fəridə Babayeva — (6 sentyabr 1990) — azərbaycanlı peşəkar qadın futbolçu. "Ruslan-93" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 milli yığmasının keçmiş üzvü == Həyatı və Karyerası == Fəridə Babayeva ilə bağlı arxiv məlumatlarında sadəcə 2007-ci ildə "Ruslan-93" klubunda çıxış etdiyi qeyd edilmişdir. == Milli Karyerası == 2008-ci ildə Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etdiyi bilinir.