Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Fəridə Abbasova
Fəridə Abbasova (tam adı: Fəridə Nəriman qızı Abbasova; 14 fevral 1952, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 14 fevral 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Evdar qadın idi. Ailəli olmuş, 2 oğlu və 1 qızı yadigar qalmışdır. Oğlu Pərviz Asif oğlu Abbasov 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə ürəyindən aldığı güllə yarasından Şəhid olmuşdur. == Qanlı Yanvar faciəsi == Saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı evin həyətində[1] Sovet Ordusunun əsgərləri tərəfindən atılan güllələrdən biri ürəyinə dəymişdir. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər gələnədək Fəridə aldığı xəsarətdən vəfat etmişdir. 20 yanvarda mərhumu dəfn etmək üçün onun nəşi Nardarana aparılarkən hərbçilər buna maneə olmuşdur. Buna baxmayaraq, onun meyidi gizli yollar ilə Nardarana aparılmış və Nardaran qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı şəhəri, 11-ci keçid küçəsi, 1.
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Fəridə Cəlal
Fəridə Cəlal(hind फरीदा ज़लाल, ing. Farida Jalal, 18 may 1944, Yeni Dehli) — Hindistanın kino və televiziya aktrisası. == Həyatı == 14 mart 1949-cu ildə Yeni Dehlidə anadan olmuşdur. Filmə çəkilməyə 1961-ci ildən başlayıb. "Bobbi" filmində xəstə qız rolunu oynayıb. Son filmə 2013-cü ildə çəkilib. Ailəlidir, bir oğlu var.
Fəridə Hicran
Fəridə Hicran — azərbaycanlı folklorşünas alim ,filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, Azərbaycanda yuxu yozumlarının əsas tədqiqatçılarından biridir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şura üzvüdür. Publisist yazıçı, şairə və I Qarabağ müharibəsi qazisidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.. Qarabağ gerçəkliklərini Haaqa Ədalət Məhkəməsinə çatdıran ilk yazar və məşhur "Qarabağda talan var" kitabının müəllifidir. Bu kitab müəllif tərəfindən Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim edilmişdir == Kitabları == Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990. Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh. Azərbaycan mühacirət folklorşünaslığı.
Fəridə Həsənxanova
Fəridə Həsənxanov (4 iyun 1997 – 28 sentyabr 2013) — Azərbaycanlı cüdoçu. 2011-ci ildə Türkiyənin Antalya və 2013-cü ildə Ukraynanın Kiyev şəhərində keçirilən Avropa Kubokunun bürünc medalçısıdır. == Həyatı == Fəridə Ruslan qızı Həsənxanova Azərbaycan Respublikası Cüdo Federasiyası yığmasının qadın üzvüdür. == Karyerası == Dəfələrlə Azərbaycan çempionu, Kievdə Avropa kubokunun 3-cüsü, Türkiyədə keçirilən Uşaq oyunları yarışının 3-cüsü. 2013-cü ildə əhvalı pisləşən güləşçi xəstəxanaya yerləşdirilsədə bir neçə gün xəstəxanada komada qalır və 09.28.2013-cü il tarixdə 16 yaşında əbəbdi olaraq gözünü yumur.
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir.O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. == Həyatının erkən dövrü == O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. == Təhsil == Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir.
Fəridə Ləman
Fəridə Ləman (26 noyabr 1953, Kəmərli, Qazax rayonu) — filologiya üzrə fəlsəfə doktoru, AMEA Dilçilik İnstitutunin alimi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 1953-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Kəmərli kənd orta məktəbini bitirdikdən sonra ADPU-nun Azərbaycan dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 2008-ci ildə Həcc, 2009-cu ildə Kərbala ziyarətlərində olub. Hazırda AMEA-nın Nəsimi adına Dilçilik institutunda baş elmi işçidir. Fəridə Ləman bununla yanaşı "Məhsəti" jurnalının təsisçisi və baş redaktorudur. == Yaradıcılığı == Bədii yaradıcılığa 1980-ci illərdən başlamışdır. Fəridə Ləman 50-dan çox kitabın müəllifidir. == Fəaliyyəti == İran və Türkiyədə dövlət tədbirlərində olub. 1998-ci ildə Müstəqil Azərbaycanın Qadınlar qurultayında, 1999-cu ildə Türk dünyası Qadınlarının ilk qurultayında (İstanbul), 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin VIII qurultayında (Ankara) nümayəndə olub.
Fəridə Məlikova
Məlikova Fəridə İsmayıl qızı — kamança ustası. == Həyatı == Fəridə Məlikova 7 dekabr 1967-ci ildə Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya gəlib. 1975-ci ildə orta məktəbin I sinfinə, eləcə 2 saylı incəsənət məktəbinə daxil olub. 1983-cü ildə S. Hacıbəyov adına musiqi texnikumuna daxil olub və 1987-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Respublika musiqi ifaçıları müsabiqəsinin I dərəcəli, 1986-cı ildə Ü. Hacıbəyov adına birinci Respublikalararası müsabiqənin II dərəcli qalibi olub. 1987–1992-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Ü. Hacıbəyov təqaüdçüsü kimi təhsil alaraq fərqlənmə diplomu ilə bu təhsil ocağını bitirib. 1988-ci ildə ilk dəfə qadın üçlüyündə respublikanın xalq artisti Gülyaz Məmmədovanı müşayət edib və qadın üçlüyünün ilk təəssübkeşlərindən olub.
Fəridə Məmmədova
Fəridə Məmmədova (müğənni) — Azərbaycan müğənnisi. Fəridə Məmmədova (tarixçi) — Azərbaycan tarixçisi.
Fəridə Nesterenko
Fəridə Nesterenko — aktrisa == Həyatı == Fəridə Nesterenko 2005-ci ildə S.Vurğun ad. Rus Dram teatrın nəzdində aktyorluq studiyasını bitirib. 2004-cü ildən S.Vurğun adına Rus Dram teatrın aktyor vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir. Onların arasında: Kənd qızı (Q.Kalau "Kot v sapoqax"), Nənə (Y.Şvars "Snejnaya koroleva"), Qretxen (V.Reznikova "Şelkunçik"), Gözətçi (T.Vilyams "Tramvay Jelaniye") kimi rolları misal gətirmək olar.
Fəridə Səfiyarzadə
Fəridə Səfiyarzadə (d. 7 may 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. == Həyatı == Fəridə Səfiyarzadə 2004-cü il 7 mayda anadan olub. 9 yaşından idman ilə məşğul olur. == Karyerası == Fəridə Səfiyarzadə 2012-ci ildən etibarən bədii gimnastika ilə məşğul olur. Fəridə Səfiyarzadə beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Fəridə Səfiyarzadə, Bolqarıstanın Plovdiv şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Fəridə Səfiyarzadə 2018-ci ilin 15-16 noyabrında İsrailin Ramat-Qan şəhərində baş tutan "Venera Cup" beynəlxalq turnirində mübarizə aparadı.[3] Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup ümumi nəticədə 16.000 balla beynəlxalq turnirin qızıl medallarına sahib olub.[3] 2019-cu il: Gənclər arasında birinci uğurlar Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədənibarət qrup növbəti uğuruna 2019-cu ilin 5-8 aprelində PolşanınVarşava şəhərində baş tutan "Irina Cup" beynəlxalq turnirində imza atdı. Bütün rəqiblərindən üstün olan qrup turnirin qalibi oldu. Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup 2019-cu ilin 20-22 aprelində baş tutan gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirində mübarizə apardı.
Fəridə Vəlixanova
Fəridə Vəlixanova (tam adı:Fəridə Ağaəli qızı Vəlixanova; ) 21 oktyabr 1935 — 3 sentyabr 2023 - Bakı Ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1977), professor (1984), əməkdar elm xadimi (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2005) == Həyatı == Fəridə Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakıda müəllim ailəsində anadan olub. Vəlixanova 132 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirdikdən sonra 1953–1958-ci illərdə M. L. Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, 1961–1965-ci ilərdə Moskvada SSRİ Elmlər Akademiyasının M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında oxuyarkən "Səməd Vurğunun poeziyasının rus tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == Fəridə Vəlixanova 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna daxil olur və həmin ildən burada XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. Vəlixanova 1977-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə edib. Fəridə Vəlixanova 1982–1985-ci illərdə Ədəbiyyat İnstitutunda tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin müdiri vəzifəsində işləyib. O, SSRİ Yazıçılar İttifaqının Moskva tərcümə şurası idarə heyətinin üzvüdür. Həmçinin 1968–1982-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının (doktorluq və namizədlik elmi dərəcəsi üzrə) ictimai əsaslarla elmi katibi olub. Fəridə Vəlixanova 1985-ci ildən Ədəbiyyat İnstitutunda müasir Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçisidir.
Fəridə Vəzirova
Vəzirova Fəridə Şamil qızı — azərbaycanlı ədəbiyyatşünas, tənqidçi, 1963-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1956), professor (1980), əmək veteranı (1981). == Həyatı == Fəridə Vəzirova 15 fevral 1924-ci ildə Qaryagin rayonunun Sərdarlı kəndində anadan olmuşdur. O, Bakı şəhərindəki 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdu, 1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya getmişdir, orduda sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstərmişdir. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmiş, Stalin təqaüdü almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fəridə Vəzirova 1948-1949-ci illərdə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdi, 1949-1952-ci illərdə ADU-nun aspiranturasında oxumuşdu, bu vaxta qədər dövri mətbuatda çıxış etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün "Təbrizin baharı" kitabına yazdığı eyni adlı məqaləsi olmuşdur. O, "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri işləmiş, (1952-1953) illərdə ADU-nun Filololgiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olmuşdur. Əmək və müharibə cəbhəsində fəaliyyətinə görə 8 medalla təltif edilmişdir. Fəridə Vəzirova 1986-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu. Sərdarlı kəndi.
Fəridə Əliyarbəyli
Fəridə Həsən qızı Əliyarbəyli (2 iyun 1924, Gəncə – dekabr 2011, Gəncə) – şairə, dramaturq, 1953-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. == Həyatı == Fəridə Əliyarbəyli 1924-cü il iyulun 2-də Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. 1942-1947-ci illərdə, burada M.Qorki adına 1 saylı məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1939-cu ildə "Kirovabad bolşeviki" qəzetində çap olunan "A dağlar" adlı ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. "Xan qızı" (1972), "Qonşular" (1985), "Günahkar qız" (1994), "Özgə yeri" pyesləri C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında dəfələrlə tamaşaya qoyulmuşdur. 1948-1950-ci illərdə Azərbaycan EA-nın Gəncə bazasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. Ailə vəziyyətinə görə iki il Bakıda yaşamışdır. Sonra Gəncəyə qayıdıb burada Azərbaycan Sovet Yazıçıları İttifaqının yerli şöbəsinə rəhbərlik etmişdir (1953-1989). 1959-1989-cu illərdə Gəncə şəhər zəhmətkeş deputatları sovetinin (bütün çağırışlar üzrə) deputatı, mədəniyyət və maarif işçiləri üzrə daimi komissiyasının sədri və üzvü olmuşdur.
Fəridə Əliyeva
Fəridə Əliyeva (d. 8 dekabr 1997) — Azərbaycanlı karateçi. Fəridə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Həyatı == Fəridə Əliyeva 8 dekabr 1997-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. == Karyerası == Fəridə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +68 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əliyeva, finalda görüşündə, Türkiyə nümayəndəsi Məltəm Hocaoğluna 2:6 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fəridə Əzizova
Fəridə Əzizova (6 iyun 1995, Qusar) — Azərbaycanlı taekvondoçu. Fəridə Əzizova 2013-cü ildə Puebla şəhərində Dünya Çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Fəridə Əzizova həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. Fəridə Əzizova 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == Karyerası == Fəridə Əzizova birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində qazandı. O, gənclər arasında Avropa Çempionatının bürünc medalını qazandı. 2008-ci ildə isə Fəridə Əzizova yeniyetmələr arasında Dünya çempionu oldu. Növbəti il isə Fəridə Əzizova Serbiyanın paytaxtı Belqrad şəhərində gənclər arasında Avropa Çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa Çempionatında isə bürünc medal qazandı. 2012-ci ildə həmçinin Fəridə Əzizova Yay Olimpiya Oyunlatında lisenziya xarakterli yarışın qalibi oldu və London Olimpiadasına vəsiqə qazandı. Qeyd edək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçu oldu.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib. == Əmək fəaliyyəti == Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.
Zərifə Cəbrayılova
Zərifə Qasım qızı Cəbrayılova — texnika elmləri doktoru, dosent. == Həyatı == Cəbrayılova Zərifə 14 iyun 1961-cı ildə Dəvəçidə anadan olmuşdur 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1984-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1996-ci ildə Kibernetika İnstitutunda "Təşkilat idarəetmə sistemlərində qərarların qəbul olunması metodları" mövzusunda dissertasiya müdafiə etmişdir. Texnika elmləri namizədi və dosentdir. Süni intellekt texnologiyaları çərçivəsində qeyri-səlis məntiq üsullarinin tədqiqi, tətbiqi və inkişafi istiqamətində çətin formalizə olunan bir sıra predmet sahələri üçün metod və alqoritmlər işləmişdir. Hazırda süni intellekt texnologiyası üsullarının tətbiqi ilə müxtəlif predmet sahələrində qiymətləndirmə məsələlərinin, insan resurslarının idarə olunması ilə bağlı qərarların qəbul olunması məsələlərinin həlli və müvafiq sistemlərin reallaşdırılması problemləri ilə məşğul olur. 121-dan çox elmi məqalənin müəllifidir. Onlardan 66-sı xarici elmi mətbuatda dərc edilmişdir. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində və BDU-da pedaqoji fəaliyyət göstərib.
Zərifə Quliyeva
Zərifə Rzaqulu qızı Quliyeva (Quliyeva Zərifə Rzaqulu qızı; 13 fevral 1952, Balakən rayonu) — Azərbaycan həkimi və yazıçısı; Koreya Şərq Təbabəti Klinikasının baş həkimi., Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri. == Həyatı == Zərifə Quliyeva 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1959-cu ildə Naxçıvan şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə Əli Bayramlı şəhəri orta məktəbini bitirmişdir. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir. İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlamış, 1981-ci ildən 1984-cü ilədək həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildən 1989-cu ilədək Nizami rayon partiya komitəsində təlimatçı kimi həm də, səhiyyə, təhsil, mədəniyyət sahəsinin kuratoru kimi geniş fəaliyyət geniş fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilədək Nizami rayon 17 saylı tibbi-sanitar hissənin baş həkimi vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur. == Fəaliyyəti == === Sosial və ictimai fəaliyyəti === Müxtəlif sosial və ictimai, şəhid ailələri və qazilərlə bağlı bir sıra tədbir təşkil edib. == Yaradıcılığı == Z. R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz səninlə" adlı ikinci kitabı,2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, 2010-cu ildə "Naksiana" nəşriyyatı tərəfindən "Tale yazısı" adlı dördüncü kitabı, 2011-ci ildə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı çapdan çıxmışdır.
Zərifə Salahova
Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. == Həyatı == Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub. 1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
Zərifə Şükürova
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971). == Həyatı == Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.
Zərifə Əliyarova
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972). == Həyatı == 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
Zərifə Əliyeva
Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, Şahtaxtı, Naxçıvan MSSR – 15 aprel 1985, Moskva) — Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. === Təhsili === 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950–1953-cü illərdə aspiranturanı başa vurur.
Zərdə (Tarım)
Zərdə (az.-əbcəd زرده‎, fars. زرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 96 nəfər yaşayır (31 ailə).
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir.Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.