AZ-MAZ

нареч.
1. немножко, немного
2. чуть-чуть, слегка, в некоторой степени
AZ-ÇOX
AZACIQ
OBASTAN VİKİ
Mixael Maz
Mixael Maz (1 sentyabr 1981) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mixael Maz Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Mixael Maz Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Mixael Maz Danimarkanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Mixael Maz Danimarkanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
MAZ-500
MAZ-500 — Minsk Avtomobil Zavodunda istehsal olunan sovet yük maşını. MAZ-500-ün ilk prototipi 1955-ci ildə buraxıldı və 1958-ci ildə ictimaiyyətə nümayiş olundu. Mühərrikin inkişafındakı gecikmələr 1963-cü ildə məhdud istehsala başlansa da, tam istehsalı 1965-ci ilə qədər geri qaytardı mişdir. Bu, yükü artırmaq və çəkisini azaltmaq, həmçinin yanacaq sərfiyyatını azaltmaq üçün edilmişdir. O, həmçinin Sibirdə tapılan çətin şəraitdə yük maşınının işləməsi üçün nəzərdə tutulmuş bir sıra xüsusiyyətlərə malik idi.
MAZ-537
MAZ-537 — 12 silindrli dizel mühərrikli hərbi yük maşını artilleriya traktoru əvvəlcə 50 tona qədər yüklər üçün nəzərdə tutulub sonrakı versiyaları maksimum yükü təmin edir. Minsk Avtomobil Zavodu (1959–1965) və 1963-cü ildən 1990-cı ildə istehsalı dayandırılana qədər Kurqan Təkərli Traktor Zavodu tərəfindən istehsal edilmişdir. MAZ-537-nin metal kabinası sürücü və üç sərnişin üçün cəmi dörd sərnişin üçün yer təmin edir, yan tərəfdə iki giriş qapısı və dam lyuku var və mühərrikdən asılı olmayaraq əlavə istilik sistemi ilə təchiz olunub. 537G modifikasiya versiyası yükləmə və boşaltma işini asanlaşdırmaq üçün bucurqadın əlavə edilməsi, eləcə də əlverişsiz ərazidə (palçıq kimi) dayandıqda öz-özünə çıxarılmasını təmin etməklə xarakterizə olunur.
MAZ-6422
MAZ-6422 — SSRİ və Belarus yük maşını. MAZ tərəfindən 1977-ci ildə istehsal olunub. Təkər formulu 6x4.
MAZ-6501
MAZ-6501 — 2008-ci ildən Minsk Avtomobil Zavodunda istehsal olunan dördüncü nəsil MAZ avtomobillərinin iri tonajlı yük maşınıdır. Onlar əvvəlki nəsil MAZ-5516 özüboşaltma maşının davamçısıdır və onlarla paralel istehsal olunub. == Xüsusiyyətlər == MAZ-6501- 6x4 təkər bazası ilə istehsal olunub. Sərt yollarda, daş və torpaq yollarında, ağır yüklərin daşınması üçün istifadə olunur.
.az
.az — Azərbaycanın internet kodudur. .az Azərbaycan Respublikası üçün yüksək səviyyəli milli domen. Azərbaycanda qeydiyyatdan keçmiş e-poçt, yaxud veb-ünvanı göstərən suffiksdir. 2023-cü ilin iyul ayının statistik məlumatına əsasən 41971 sayt qeydiyyatdan keçib. Onlardan 39263-ü ".az" domen zonasında, 1477 sayt ".com.az" domen zonasında qeydiyyatdan keçib. ".edu.az" domeni 581 saytla populyarlığa görə üçüncü yeri tutur. 2017-ci ilin aprel ayının statistik məlumatlarına əsasən dünya üzrə fəal domen adlarının sayı 143 857 563-ə çatıb, ".com" domen zonasında 128 676 761, ".net"-də 15 180 802 domen adı qeydiyyatdan keçib. == Tarixi == Domen 1993-cü ilin 23 avqustunda daxil edilib, rəsmi olaraq fəaliyyətə isə 25 avqustdan başlayıb. Azərbaycan Respublikasında yerləşən, yaxud onunla əlaqəli olan obyektlər üçün istifadə olunur. 2-ci səviyyəli, yaxud bu səviyyəli bəzi domenlərin altında 3-cü səviyyəli domenlərin qeydiyyatı mümkündür.
AZ
Azərbaycan
Az
Azərbaycan
Ayna.az
Ayna və ya ayna.az- 1990–2014-cü illərdə həftəlik ictimai-siyasi Azərbaycan qəzeti, 27 iyun 2015-dən Azərbaycan informasiya saytı. == Tarixi == 1990-cı ildə yaradılıb. Təsisçi və baş redaktor: Elçin Şıxlı. İnternet ünvanı: www.ayna.az "Ayna" qəzeti 1990-cı ilin avqustunda yaradılıb. Azərbaycan dilində çıxan "Ayna" həftəlik çap olunurdu. 2014-cü ilin may ayının əvvəlində ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşri bu yolla da saxlamaq mümkün olmamış, 2014-cü il iyunun 1-dən qəzetin nəşri dayanmışdır. 2014-cü il avqustun 27-də "Ayna" və "Zerkalo" qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı "Ayna" və "Zerkalo" qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.
Az-Granata
"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. == Tarixi == “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. == Məhsulları == "Az-Granata"da istehsal olunan məhsullar bunlardır: Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar) Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları) "Icewine" şərabı, qazlaşdırılmış şərablar Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı) Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)) Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat) Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik) Vodkalar (xüsusi və premium) Meyvə şirə və kompotları Təbii sular. == İnfrastrukturu və fəaliyyəti == === Zavodu === "Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.
Hafta.az
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Haqqin.az
Haqqin.az, bəzən Haqqın.az kimi qeyd olunur — Azərbaycan informasiya-analitik portalı. == Tarixi == Sayt 29 sentyabr 2011-ci il də jurnalist Eynulla Fətullayev yaradılmış və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Saytda insan hüquqları problemləri ilə bağlı məlumat və təhlillər, Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə baxış və şərhlər, tematik müsahibələr, ekspert rəyləri, o cümlədən sual-cavab mövzulu məzmun dərc olunur. Xarici KİV-lərdə "Azərbaycan hakimiyyətinə tərəfli", "Azərbaycan müxalifət partiyalarını tənqid edən", "aqressiv" və "Azərbaycanın təhlükəsizlik xidmətləri ilə bağlı sayt" kimi xarakterizə edilmişdir. "Eurasianet"in jurnalisti Coşua Kuçera qeyd etmişdir ki, sayt Azərbaycan Prezidenti İlham Əliyevin dövlət müşaviri Fuad Ələsgərov tərəfindən maliyyələşdirilir və "Bakının rusdilli elitasına yönləndirilmişdir".
Kayzen.az
Kepeztv.az
== Tarixi == "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ildə Rüfət Razim oğlu Əsgərov tərəfindən yaradılıb və Gəncə şəhərində 6-cı kanalla yayımlanıb. 2002-ci ildə 46 kanalda yayımı davam edib. 2008-ci ilin iyunun 4-də "Kəpəz TV" Rüfət Əsgərova hec bir ödəniş etmədən əlindən zornan alınıb . Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı. Bu gün “Kəpəz”in efirində cəmiyyətdə aktuallığını saxlayan mövzularla yanaşı, mədəniyyət və tariximizlə bağlı maarifləndirici xarakterli verilişlər də yayımlanır. Hazırda 24 saat efirdə olmaqla telekanalda 20-dən artıq veriliş yayımlanır. “Bu səhər” informasiya kanalı, “Tac şou” əyləncəli veriliş, “Piyada” intellektual proqramı, “Zirvə” bilik yarışı, “Duyğulu könüllər” kimi verilişlər tamaşaçıların ixtiyarındadır. Xəbərlər Xidmətinin istehsalı olan “Kəpəz xəbər”, “İdman xətti”, “Kapital”, “Aqronom”, “Hadisə”, “Bu həftə” isə birbaşa insanların informasiya tələbatını ödəməyə xidmət edir. Televiziyanın nəzdində Dublyaj redaksiyası da fəaliyyət göstərir ki, bununla da ən son kinoların, cizgi və sənədli filmlərin öz ana dilimizdə səsləndirilməsi həyata keçirilir. 2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı da istifadəyə verilib ki, izləyicilər həmin vebsayta daxil olaraq istədikləri verilişləri izləyə bilərlər.
Mediaforum.az
Modern.az
"Modern" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətyönümlü media-qrup. Təsisçisi və rəhbəri Elşad Eyvazlı, müavini Pərvin Arzuqızıdır. Media-qrupa "modern.az" xəbər saytı, "AzEdu.az" təhsil saytı və "MediaTürk TV" internet televiziyası daxildir. Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Maqomayev 3 döngəsi, 1-ci Qəsr (indiki Şəhid Fərid Əliyev) döngəsi 78-də yerləşir. Poçt indeksi AZ 1001-dir. == Modern.az == "Modern.az" İnformasiya Agentliyi xəbər portalı 2009-cu il sentyabrın 1-də fəaliyyətə başlayıb. Xəbər portalı Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir. Baş redaktoru Anar Rüstəmovdur. == AzEdu.az == AzEDU.az MMC 2018-ci il martın 1-dən fəaliyyət göstərir. "AzEdu.az" təhsil portalı təhsil sahəsində ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri Azərbaycan dilində çatdırır.
Olke.az
Oxu.az
"Global Media Group" və ya qısaca GMG — 2017-ci ildən fəaliyyət göstərən və Azərbaycan hökumətinin nəzarətində olan hakimiyyətyönümlü media-holdinq. Şirkətlər qrupuna Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. "Global Media Group" MMC-nin tərkibində olan şirkətlər — "Report" İnformasiya Agentliyi, "Oxu. Az" xəbər saytı, "Baku TV" yayım portalı və "Global Management" MMC autsorsinq şirkəti ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüb. GMG-nin Direktorlar Şurasının sədri azərbaycanlı sahibkar və sabiq dövlət məmuru Elnur Abdullayevdir 2019–2023-cü illərdə Azərbaycandakı media direktoru azərbaycanlı jurnalist Həmid Həmidov idi. == Каспий/Kaspi == "Каспий" qəzeti 1881-ci ildə rus dilində təsis edilib və 1919-cu ilə qədər nəşr olunub. 1999-cu ildə Sona Vəliyeva tərəfindən Azərbaycan, rus və ingilis dillərində yenidən fəaliyyəti bərpa edilib. 2020-ci ildən GMG-yə daxildir və həftəlik ictimai-siyasi qəzet olaraq, şənbə günləri rus dilində, 16 səhifədə, 2000 nüsxə tirajla, Azərbaycan dilində isə həftəlik, rəngli olmaqla yenə 16 səhifədə nəşr olunur. == Baku.ws == "BAKU. WS" xəbər saytı 2004-cü il yanvarın 5-də fəaliyyətə başlayıb. Xəbər portalı dünya və yerli xəbərləri yayımlayır.
President.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Prezident.az
president.az — Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Saytın hal-hazırkı versiyası 2007-ci ilin sentyabr ayında hazırlanmışdır. Sayt 1998-ci ilin may ayında qeydiyyata alınsa da, 2007-ci ilin oktyabrından etibarən KİV nümayəndələri üçün prezidentin fəaliyyəti ilə bağlı məlumatlar və fotoşəkillər, 2010-cu ilin iyul ayından etibarən isə gündəlik yenilənməklə fəaliyyət göstərir. Saytda dövlət başçısının fəaliyyətini əks etdirən materiallar, o cümlədən görüşlər, səfərlər, qəbullar, çıxışlar, mətbuat konfransları, müsahibələr, habelə göndərilmiş və qəbul edilmiş məktublar, imzalanmış fərmanlar, sərəncamlar, müraciətlər, bəyannamələr, bəyanatlar, qanunlar və digər sənədlər yerləşdirilir. Həmçinin, saytın hər bir istifadəçisi Azərbaycan Respublikasının Prezidentinə məktub göndərmək, təklif və arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə müraciət etmək imkanına malikdir. Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir. == Mobil tətbiqlər == President.az saytının iOS və Android əməliyyat sistemləri üçün mobil tətbiqləri yaradılmışdır. Bu tətbiqlər saytdakı xəbərləri birbaşa telefondan və planşetdən oxumağa imkan verir. iPhone və iPad qurğuları üçün tətbiqləri "iTunes"dan, Android əməliyyat sistemi ilə işləyən mobil telefonlar və planşet qurğuları üçün isə "Google Play"dən endirmək mümkündür.
Qafqazinfo.az
"Qafqazinfo" — Azərbaycanda hakimiyyətyönümlüxəbər portalı. == Tarixi == 2010-cu ilin avqust ayının 16-da Elbrus Ərud tərəfindən təsis edilib. == Fəaliyyəti == "Qafqazinfo" üç növbədə 24 saat online olan internet qəzetdir. == Kollektivi == Portala Elbrus Ərud rəhbərlik edir. 20 nəfərlik əsas kollektivi gənclərdən ibarətdir. == Maliyyə mənbəyi == "Qafqazinfo" əsas maliyyə mənbəyinin reklam və PR məqalələrindən əldə edilən vəsaitlər olduğunu iddia edir. Şirkət ƏDV ödəyicisidir.
Report.az
"Report" İnformasiya Agentliyi — Azərbaycanda fəaliyyət göstərən dövlət/hökumət nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliklərindən biri. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hesab etdiyi hadisələri dərc edir. Hazırda "Global Media Group" şirkətinin tərkibinə daxildir. == Tarixi == "Report-İA" MMC olaraq 2014-cü ildə təsis olunmuşdur. Əsas veb-resursu olan www.report.az 27 oktyabr 2014-cü ildən fəaliyyətə başlamışdır. == Haqqında == "Report" İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar. Agentliyin əsas məqsədi ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarətdir. "Report"un özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. Hazırda "Report"un bütün Azərbaycan üzrə müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir.
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. == Nailiyyətlər == Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Yenicag.az
"Yeni Çağ" — Aqil Ələsgərin təsisçisi və rəhbəri olduğu, Azərbaycanda fəaliyyət göstərən hakimiyyətyönümlü media-qrup. == Tarixi == 1 fevral 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi saytı yenicag.az 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb. == Fəaliyyəti == "Yenicag.az" İA 2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir. Saytın rəhbəri Aqil Ələsgərdir. İnformasiya agentliyi Azərbaycan xəbərlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində fəaliyyət göstərir. "Yenicag.az"ın dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın "Erməni zindanında 8 gün" kitabı nəşr olunub. Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında fəaliyyət göstərən media qrupun təsisçisi və rəhbəri Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi fəaliyyətinə həsr olunmuş "Terrorun Gülən üzü" və "Səssiz işğal" kitablarını çap etdirib. 2016-cı ilin dekabrından "Yenicag.az"ın türk (Yenicag.info) və rusdilli (Yenicag.ru) versiyaları fəaliyyətə başlayıb. Hal-hazırda "Yeni Çağ" Media Qrupuna "Yenicag.az" ( (az.)), "novayaepoxa.com" (Новая Эпоха) ( (rus.)) və "Yenicag.info" ( (türk.)), 2018-ci ildən isə "yenicag.tv" domenləri daxildir.
İslamazeri.az
İslamazeri.com — Azərbaycan, Yaxın Şərq, dünya, xüsusilə İslam dünyasında baş verən hadisələr haqqında xəbər verən azərbaycandilli onlayn internet qəzeti və portalı. == Tarix == Sayt 24 noyabr 2006-cı ildə fəaliyyətə başlayıb. Gündəlik xəbərlər, islami və digər məlumatlar saytda yer almışdır. Azərbaycan internet məkanında ilk dəfə islami internet radiosu təsis edən "İslamazeri" portalı, sonradan video-xəbərlərin yayımına da başlamışdır. 2008-ci ildən isə artıq peşakar səviyyədə onlayn xəbərlər xidmətinə keçmişdir. 2010-cu ildə saytın rusca versiyası fəaliyyət göstərib. 2011-ci ildə saytın baş redaktoru Ramin Bayramov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. "Freedom House" müstəqil nəzarət təşkilatı 2012-ci ildə yayımladığı "İnternetdə azadlıq" (Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine) adlı hesabata əsasən Azərbaycanda internet "qismən azad" vəziyyətdə qeyd edilib və "İslamazeri" saytının baş redaktoru Ramin Bayramovun həbs olunması Ərəb Baharı ərəfəsində Azərbaycanda internet azadlığının məhdudlaşdırılması ilə əlaqəndirilib. 26 yanvar 2015-ci ildə islamzeri.az saytında texniki problemlər yaşanıb. Həmin gün səhər saatlarından yaşanan problemin səbəbi müəyyən edilə bilməyib.

Digər lüğətlərdə