Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Mənsur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Yavaş şəhər
Yavaş şəhər (it. Cittaslow) — 1999-cu ilin oktyabr ayında İtaliyada yaradılan beynəlxalq hərəkat. Yavaş hərəkətin bir hissəsidir. 2018-ci ilədək 236 üzv şəhər var. Hərəkatın məqsədi həyatın ritmini yavaşlatmaqla şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. 1999-cu ildə Bra şəhərində və digər üç italyan şəhəri həyatını "Sloufud" hərəkatının qurucusu Karlo Petrini prinsiplərinə uyğun olaraq dəyişməyə qərar verdi: zövq insanın iş mənfəətindən daha üstündür. Hərəkat İtaliyada ən böyük dəstəyi tapsa da, 2006-cı ilədək Almaniya, Norveç və Böyük Britaniyada hərəkata daxil olmuşdular. 2009-cu ilin ortalarına qədər on dörd ölkənin iştirak etdiyi və eyni ildən etibarən Şimali Amerikanın ilk qəsəbəsi Koviçan Bey (ing. Cowichan Bay), Kiçik Körfəzinin Kanada dənizkənarı kəndi olan "Yavaş şəhərlər" hərkatına daxil olmuşdu. Yavaş şəhər təşkilatının hər bir üzvü şəhər həyatının yeni fəlsəfəsinin əsasını təşkil edən 55 hərəkət prinsipinə riayət etməlidir.
Cəld və yavaş düşünmək
Cəld və yavaş düşünmək — iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, psixoloq Deniel Kaneman tərəfindən 2011-ci ildə dərc edilmiş elmi-populyar kitab. Kitabın əsas tezisi iki düşüncə tərzi arasında fərqləndirmədir: “Sistem 1” sürətli, instinktiv və emosionaldır; "Sistem 2" daha ləng, daha çox düşünən və daha məntiqlidir. == Məzmunu == Məqsədyönlü qərarları və qərarvermə prosesini araşdıran və psixologiyaya dair baxışlarımızın üfüqlərini genişləndirən əsəri ilə Deniel Kaneman özünə müasir dövrün ən tanınmış mütəfəkkirləri arasında yer qazanıb. Düşüncələri ilə iqtisadiyyat, tibb və siyasət də daxil olmaqla bir çox elm sahələrinə ciddi təsir göstərmiş alim bu kitabında illərlə davam etdirdiyi araşdırmalarının nəticələrini toplayıb. Kitab oxucunu sanki bir “düşüncə səyahəti”nə çıxarır və fikirlərimizi idarə edən iki sistemi izah edir: sürətli, intuitiv və emosional olan I sistem və daha yavaş, daha təmkinli və daha məntiqli olan II sistem. Daniel Kaneman sürətli düşünməyin fövqəladə faydalarını, eyni zamanda çatışmazlıqlarını və şüurlu (koqnitiv) tərəfkeşliyini də diqqətə çatdırır. Bundan başqa, intuitiv təəssüratlarımızın düşüncə və davranışlarımıza təsirlərini də izah edir. Yanılma (səhv etmə) qorxusunun, ya da əksinə, həddən artıq özünəinamın fəaliyyət strategiyalarına nə dərəcədə təsir göstərdiyini, gələcəkdə bizi nəyin xoşbəxt edəcəyini proqnozlaşdırmaqda niyə bu qədər çətinlik çəkdiyimizi, birja oyunlarından tutmuş növbəti tətilimizi harada keçirəcəyimizə qədər həyatın bütün sahələrində təəssübkeşliyimizin necə həlledici rola malik olduğunu görürük. Oxucu ilə sanki canlı söhbətə girən Kaneman intuisiyamıza nə vaxt güvənib-güvənməyəcəyimizi və yavaş düşünməyin nə zaman daha faydalı olacağını öyrədir. İş və şəxsi həyatımızda necə seçim edə, necə davrana və bizə problemlər yaradan yanlış qərarlardan qaçmağın fərqli metodlarından necə yararlana biləcəyimizi göstərir.
Lavaş
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir. == Sözün mənşəyi == Dilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür.
Savaş
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, "müharibə siyasətin başqa formada davam etdirilməsidir". Albert Eynşteyn müharibə haqqında demişdir : Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7–127.
Yaraş
Yaraş (mac. járás) — Macarıstan inzibati-ərazi bölgüsü vahidi. 2013-cü ildə Yaraş "kistershegami" (kistérség) adlanan əvvəlki inzibati ərazi vahidlərini əvəz etdi. Hal-hazırda Macarıstan 19 medye (və şəhərlərə, bərabər olan medye - Budapeştə ) bölünən 7 regiona bölünür və medye isə - 175 rayon-yaraşlara bölünür (mac. járás), rayonlar - icmalara (mac. község) daxildir. 2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról. In:2012. évi XCIII. törvény a járások kialakításáról, valamint egyes ezzel összefüggő törvények módosításáról.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Yava
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).
Cavaş (Mərənd)
Cavaş (fars. جواش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 927 nəfər yaşayır.
Kutlu Savaş
Kutlu Savaş (1942, Manisa) - Radio Televiziya Üst Qurumunun sabiq başçısı. == Həyatı == 1942-ci ildə Manisada doğulmuşdur. 1967-ci ildə Ankara İctimai Xidmətlər Akademiyasından məzun olmuşdur. 1998 və 2000-ci illər arasında Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsində çalışmışdır. Radio Televiziya Üst Qurumunun başçılığı vəzifəsinə gətirilmiş olan beşinci adamdır. Daha öncə Baş Nazirlik Təftiş Təşkilatına başçılıq (1986-1992/1997-1998) etmişdir. Susurluq qəzası və Milli Kəşfiyyat Təşkilatı hesabatlarını hazırlamışdır. Əvvəlində Türkiyə Kömür İşlətmələri Ümumi Müdirliyi İdarə Heyəti üzvlüyü, İş və İctimai Təhlükəsizlik Nazirliyi katibi (1984-1986), Dövlət Planlama Təşkilatı katib köməkçiliyi vəzifələrində təyin olunmuşdur. 1987-1991 illəri arasında Nazirlər Kabineti kontingentindən Ali Təhsil Şurası üzvlüyü etmişdir.
Perihan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Pərixan Savaş
Pərixan Savaş (14 iyun 1955, Fateh, İstanbul ili) — Türk kino aktrisası.
Savaş Ay
Savaş Ay (26 mart 1954, İstanbul – 9 noyabr 2013, İstanbul) — Türkiyəli məşhur televiziya və qəzet müxbiri. Savaş Ay Marmara Ticari Elmlər Akademiyasında təhsil alıb. Jurnalistikaya 1974-cü ildə "Dünya" qəzetində müxbir olaraq başlayıb. "Tərcüman", "Vətən", "Milliyyət", "Sabah" qəzetlərində və "Akajans"da çalışıb. ATV, TGRT, Kanal D, Kanal 6, Show TV, Flash TV, təkrar ATV, Star TV və Kanal 1-də "A Takımı" adlı müzakirə proqramı aparıb. İngiliscə bilən jurnalist 2000-ci ildə "Dansöz" adlı filmin rejissorluğunu və ssenaristi olub. 2 uşağı olan Savaş Ay proqramlar təşkil edərək yoxsullara yardım edirdi. Savaş Aya xərçəng diaqnozu təsadüfən qoyulub.1998-ci ildə proqramdan dərhal sonra zəng edən həkim tamaşaçısı "qırtlağınızı bir yoxlatdırın, xərçəng ola bilərsiniz" deyib. Bu xəbərdarlığın ardından xəstəxanaya gedən Savaş Ay testlərdən sonra xərçəng olduğunu öyrənib. Diaqnozdan sonra dərhal müalicələrə başlanıb və məcburən siqareti tərgidib.
Yabaş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Yavan dili
Yava dili (Yavanca: basa Jawa (yav. ꦧꦱꦗꦮ), ind. bahasa Jawa) İndoneziyanın Yava adasının mərkəzi və şərq hissələrindən yaşayan Yava xalqının danışan dilidir. Avstroneziya dillərinin bir hissəsidir və buna görə də İndoneziya dili və digər Malay sortlarına bağlıdır. Yava dili 3 tarixi inkişaf dövrü keçirmişdir: qədim (kavi (12-13. əsrlərədək)), orta (12-13. əsrlərdən 17. əsrədək), yeni Yava dili (17. əsrdən indiyədək). Yava dilində ən qədim kitabə 732-ci ilə, ən qədim yazılı abidə isə 809-cu ilə aiddir.
Yavan pələngi
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Yavay yarımadası
Yavay yarımadası — Qərbi Sibirdə, Kara dənizi sahillərində yerləşən yarımada. Qdansk yarımadasının şimal-qərb qutaracağını təşkil edir. Cənub-qərb və qərbdən Ob estuarisi cənub-şərq və şərqdən isə Qdansk estuarisi ilə əhatələnir. Şimaldan cənuba doğru 210 km uzunluğa malikdir. Burada ən böyük eni 20–30 km-dir. Yarımadanın şimalı sualtı qayalarla Şokalski adasına doğru uzanır. Burada eni 5 km olan boğaz yerləşir. Yarımada ərazisinin böyük hissəsi düzəndir. Ərazisi əsasən bataqlıqlaşmışdır. Maksimal hündürlük 75 metrdir.
Mərkəzi Yava
Mərkəzi Yava (yav. ꦗꦮꦠꦼꦔꦃ; ind. Jawa Tengah, qısaldılmış "Jateng") İndoneziya əyalətidir, Yava adasının ortasında yerləşir. İnzibati paytaxtı Semaranqdır. Qərbdə Qərbi Yava, Hind Okeanı və cənubda Cokyakartanın Xüsusi Bölgəsi, şərqdə Şərqi Yava və şimalda Yava dənizi ilə həmsərhəddir. Ümumi sahəsi 32,548 km², 2015-ci ildə 33 milyon əhalisi olan bu bölgə həm Yava, həm də İndoneziyada Qərbi Yava və Şərqi Yavadan sonra üçüncü ən çox əhalisi olan əyalətə çevrildi. Vilayətə cənubdakı Nusakambanqan adası (Qərbi Yava sərhədinə yaxın) və Yava dənizindəki Karimunyava adaları da daxildir. Mərkəzi Yava ayrıca Xüsusi Bölgə və Cokyakarta şəhərini əhatə edən bir mədəni konsepsiyadır. Bununla birlikdə inzibati olaraq şəhər və ətraf bölgələr, müstəqillik əldə etdikdən bəri ayrıca bir xüsusi bölgə (bir vilayətə bərabər) yaratdılar və ayrıca idarə olunurlar. Yava mədəniyyətinin "ürəyi" kimi tanınmasına baxmayaraq, Qərbi Yava ilə sərhəddə Sundalılar kimi yavalı olmayan digər etnik qruplar da var.
Qərbi Yava
Qərbi Yava (ind. Jawa Barat), (sunda yazısı. ᮏᮝ ᮊᮥᮜᮧᮔ᮪ ), (sunda dili. Jawa Kulon) — İndoneziyanın əyaləti. Yava adasının qərb hissəsində paytaxtı və ən böyük şəhər mərkəzi Bandunq şəhəridir. Baxmayaraq ki, əyalətin şimal-qərbindəki əhalinin əksəriyyəti Cakartanın yaxınlığındakı ərazilərdə yaşayır, amma şəhərin özü inzibati rayon xaricindədir. 46.3 milyon əhalisi olan (2014-cü ildən etibarən) Qərbi Yava İndoneziyanın ən çox əhalisi olan vilayətlərdəndir. Qərbi Yavanın ən böyük şəhəri olan Bandunq şəhərinin dünyanın ən yüksək sıxlığından birinə malikdir. Bekasi və Depokare isə müvafiq olaraq dünyanın 7-ci və 10-cu ən sıx əhalisi olan şəhərlərdir (Banten əyalətində Tangeranq 9-cu yerdədir). 2014-cü ildə Bekasidə 2,510,951, Depokda isə 1,869,681 nəfər əhali olub.
Yava (siqaret)
Yava — hazırda British American Tobacco-nun törəmə şirkəti olan BAT Russia-ya məxsus və istehsal olunan Rusiya siqaret markası. Yava brendi 1966-cı ildə yaradılıb və Sovet İttifaqında siqaret filtrləri istehsal edən ilk şirkət olub.
Yava adası
Yava (ind. Jawa, yav. ꦗꦮ, sun. ᮏᮝ) — Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundadır. İndoneziyanın əsas iqtisadi rayonudur. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir. Uzunluğu 1050 km, sahəsi 129438.28 km² və ya İndoneziya ərazisinin (1910931.32 km²) 6.77%-i, əhalisi 141985.6 min nəfər (1 iyun, 2013) və ya İndoneziya əhalisinin (248818.1 min nəfər; 1 iyun, 2013) 57.06%-idir. Adadakı əhalinin 55.44%-ini (75.7 milyon nəfər, 2010) yavalılar təşkil edir. İndoneziyanın I dərəcəli inzibati-ərazi vahidlərindən 6-sı bu adada yerləşir: Banten (9662.92 km²; 11452.5 min nəfər, 2013), Qərbi Yava (35377.76 km²; 45340.8 min nəfər, 2013), Mərkəzi Yava (32800.69 km²; 33264.3 min nəfər, 2013) və Şərqi Yava (47799.75 km²; 38363.2 min nəfər, 2013) əyalətləri, həmçinin Xüsusi Paytaxt Dairəsi Cakarta (664.01 km²; 9969.9 min nəfər, 2013) və Cokyakarta Xüsusi Bölgəsi (3133.15 km²; 3594.9 min nəfər, 2013).
Yava bəbiri
Yava bəbiri (lat. Panthera pardus melas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Yava dili
Yava dili (Yavanca: basa Jawa (yav. ꦧꦱꦗꦮ), ind. bahasa Jawa) İndoneziyanın Yava adasının mərkəzi və şərq hissələrindən yaşayan Yava xalqının danışan dilidir. Avstroneziya dillərinin bir hissəsidir və buna görə də İndoneziya dili və digər Malay sortlarına bağlıdır. Yava dili 3 tarixi inkişaf dövrü keçirmişdir: qədim (kavi (12-13. əsrlərədək)), orta (12-13. əsrlərdən 17. əsrədək), yeni Yava dili (17. əsrdən indiyədək). Yava dilində ən qədim kitabə 732-ci ilə, ən qədim yazılı abidə isə 809-cu ilə aiddir.
Yava dənizi
Yava dənizi— Sakit okeanın qərbində dəniz. Malayya arxipelaqında Kalimantan, Sulavesi, Sumatra və Yava adalarının arasındadır. Zond boğazı Yava dənizini Hind okeanı ilə birləşdirir. Sahəsi — 552 min km², orta dərinlik — 111 m, suyun həcmi 61 min km³, suyunun temperaturu 27-29 °C, duzluluğu 29.5-33.5%-dir. Səth axınları qışda şərqdən qərbə, yayda qərbdən şərqə hərəkət edir. Qabarmalar (hündürlüyü 1.4m-dək) olur. Balıq ovlanır, mirvari əldə edilir. Ən dərin yeri 1272 m-dir. Portları: Cakarta, Semaranq, Bancarmasin, Surabaya Yava dənizi IV Buz dövrünün sonunda əmələ gəlmişdir.
Yava kərgədanı
Yava kərgədanı (lat. Rhinoceros sondaicus) — Kərgədanlar fəsiləsinin Rhinoceros cinsinə aid növ.
Mavas
Mavas — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidinin ərazisində ləğv olunmuş kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. Kənd ərazisi 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == Mavas- Xocavənd rayonunda kənd adı. Kənd Yuxari Qarabagın Çiləbörd kəndindən çıxmış ailələrin Mavas adlı dağın ətəyində saldıqları məntəqədir. Başqa məlumata görə Türkiyənin Diyarbəkir mahalından gəlmə ermənilərin kəndidir. Mavas dağının adındandır. Mavas- Xocavənd rayonunda dağ adı. Mənbədə dağın adı "Mavas-Xirxan" kimidir. "Albaniya tarixi" əsərində Mivs kimidir ("Albaniya tarixi").
Edanyilber Navas
Edanyilber Xose Navas Alayon (21 yanvar 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Araqua klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Navas öz peşəkar karyerasında debütünü 2016 Venesuela Kubokunda Tukanes de Amazonas klubuna qarşı oyunda etmişdir. Navas liqada debütünü isə Estudiantes de Merida klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Keylor Navas
Keylor Navas (15 dekabr 1986[…]) —Kosta-Rikalı peşəkar futbolçu, Real Madrid klubunun qapıçısı. Keylor Navas peşəkar karyerasına Kosta-Rikanın Saprissa futbol kulubunda 2005-ci ildə başlayıb. 5 ildən sonra İspaniyanın Albbasete klubuna transfer olunub. 2 il sonra icarə əsasında İspaiyanın Levante klubuna keçib. Navasın oyununu bəyənən Levante Navası alır. O öz oyunu ilə hətta Real Madrid kulubunun diqqətini də çəkir. Nəhayət 2014-cü ildə Reala transfer olunur. Hazırda Real Madrid futbol klubunun qapısını qoruyur. == Real Madrid == 2014-cü ildə Real Madrid FK onu öz heyətinə qatıb.
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.
Xesus Navas
Xesus Navas Qonzalez - İspanca deyilişi: [xeˈsuz ˈnaβaz ɣonˈθaleθ]; (doğum 21 Noyabr 1985) Sevilya klubunun Müdafiəçisi .