Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinayət hüququ
Cinayət hüququ — müstəqil hüquq sahəsi. O, hüququn ən geniş və fundamental sahələrindən biridir. == Cinayət hüququ anlayışı == Cinayət hüququnun iki əsas və başlıca anlayışı vardır: cinayət cəza Cinayət hüququnun toxunduğu bütün məsələlər də məhz bu iki anlayışla sıx surətdə və bilavastə əlaqədardır. Belə ki, ölkənin ictimai həyatı üçün təhlükəli olan əməllərin cinayət olması və cinayətə görə cəzanın verilməsi ilə bağlı münasibətlər yaranır. Bu münasibətlərin bir tərəfində cinayət törətmiş şəxs , digər tərəfində isə həmin şəxsi cəzalandırmağa səlahiyyətli olan dövlət durur. Göstərilən münasibətlər hüquq normaları ilə tənzimlənir. Bu normaların məcmusu cinayət hüququ adlanır. Cinayət hüququ dedikdə, cinayət və cəza ilə bağlı olaraq cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Cinayət hüququnun ibarət olduğu hüquq normaları müəyyən edir. hansı əməllərin cinayət sayılmasını və əməllərin cəzalandırılması; cinayət məsulliyyətinin əsaslarını; cinayət məsuliyyətinin prinsiplərini; cəzanın növlərini və həddini; cəzanın tətbiq olunma qaydası və şərtləri; cinayət məsuliyyətindən azad etmənin şərtlərini; cəzadan azad etmənin şərtlərini; == Cinayət hüququnun vəzifələri == Hər bir sahə kimi cinayət hüququnun da üzərinə müəyyən vəzifələr düşür.
Azərbaycan cinayət hüququ
Azərbaycanın cinayət hüququ — Azərbaycanda cinayət və cinayət məsuliyyətinin əsaslarını, cinayət hüququ sistemini, eyni zamanda cinayət məsuliyyətindən azad olunmanın qayda və şərtlərini müəyyən edən hüquq normalarının məcmusunu əks etdirir. Onun əsas vəzifəsi ictimai münasibətlərin müdafiəsi və cinayətlərin qarşısının alınmasıdır. Lakin Azərbaycanın cinayət qanunvericiliyi eyni zamanda bəzi spesifik xüsusiyyətlərə malik idi. Hələ Sovet dövründə mövcud olan bir sıra cinayət tərkibləri patriarxal və feodal adətlərin qalığı idi. Məsələn, 1927-ci ildə erkən yaşda nikaha daxil olmağa; qadınların məktəbə, kluba və digər mədəni-maarif müəssələrinə getmələrinə mane olmağa görə cinayət məsuliyyəti müəyyən olunmuşdu. 1929-cu ildə gəlinə görə başlıq pulunun alınıb–verilməsinə və boşanmış ər-arvadın yenidən nikaha daxil olmalarına mane olmağa görə məsuliyyət müəyyən olunmuşdu. Digər ittifaq respublikalarında olduğu kimi, 60-cı illərdə Azərbaycanın da hüquq sistemində ikinci məcəllələşdirmə aparılır. Bu islahat nəticəsində RSFSR-in müvafiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və bəzi digər məcəllələr qəbul olundu. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azərbaycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə idi. 1960-cı il Azərbaycan SSR-nin CM-də cinayət –cinayət qanunu ilə nəzərdə tutulan, həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilən ictimai təhlükəli əməl kimi nəzərdə tutulurdu.
Açehdə müsəlman cinayət hüququ
Müsəlman cinayət hüququnun müddəalarının tətbiq olunduğu yeganə İndoneziya əyaləti Açehdir. Açehdə müsəlman cinayət hüququ qısaca cinayət adlanır. Müvafiq qanunvericilik isə "İslam cinayət məcəlləsi" mənasını verən Qanun Cinayət və ya Hüküm Cinayət kimi adlandırılır. İndoneziyanın əsas dünyəvi qanunlarının Açehdə tətbiq olunmasına baxmayaraq, İndoneziya əyalətlərə regional tənzimləmələr (perda) tətbiq etmək səlahiyyəti və İslam qanunvericiliyini həyata keçirmək üçün Açehə xüsusi muxtariyyət verdikdən sonra, Açeh əyalət hökuməti İslam cinayət hüququndan irəli gələn bəzi əlavə qaydalar qəbul etdi. Qanunvericiliklə qadağan edilmiş cinayətlərə alkoqollu içkilərin istehlakı, istehsalı və dövriyyəsi, qumar, zina, zorlama, nikahdankənar yaxınlıq və müəyyən homoseksual hərəkətlər daxildir. Cəzalar qırmanclama, cərimə və azadlıqdan məhrumetmədən ibarətdir. Daşlama ilə bağlı müddəa nəzərdə tutulmamışdır: 2009-cu ildə həmin cəzanın qanunvericiliyə daxil edilməsi ilə bağlı təklifə qubernator İrvandi Yusuf tərəfindən veto verilmişdir. 2016-cı ildə Açehdə müsəlman cinayət hüququnun tətbiq olunduğu 324 birinci instansiya məkəmə işinə baxılmış və ən az 100 iş üzrə qırmanclama cəzası verilmişdir. Müsəlman cinayət hüququnun tərəfdarları müvafiq hüququn tətbiq olunmasının qanuniliyini Açehə verilmiş xüsusi muxtariyyətlə izah edir və Açeh əhalisinin din azadlığı hüququ ilə əhatə olunduğunu bildirirlər. Amnesty International da daxil olmaqla bir çox tənqidçilər qırmanclamanın cəza kimi tətbiqinə, eləcə də nikahdankənar yaxınlığın kriminallaşdırılmasına etiraz edirlər.
Cinayət
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-ci ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Cinayət filmi
Cinayət filmləri — cinayət təşkil edən hadisələrdən və ya cinayətkarların həyatlarından bəhs edən filmlərdir. Bu filmlərdə həm gerçək cinayətlərdən, həm də tamamilə yazıçı beyninin məhsulu olan cinayətlərdən söhbət gedə bilər. Bu filmlər çox vaxt döyüş filmləri və detektiv janrları ilə kəsişir.
Cinayət prosesi
Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.
Oğurluq (cinayət)
Texasda cinayət
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. == Ştat statistikaları == 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. == Polislik == 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). === Polis nisbəti === 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. == Ölüm cəza qanunları == Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Yunanıstanda cinayət
Yunanıstanda cinayətlə mübarizə Yunanıstan Polisi və digər qurumlar tərəfindən aparılır. 20-ci əsrin çox hissəsi üçün təhlükəsizlik qüvvələri, əsl cinayətə diqqət etmək əvəzinə, solçu siyasi baxışları olan insanları təqib etmək üçün vaxtlarını sərf etdikləri üçün tənqid olunurdu. Yunanıstanda cinayət nisbəti tarixən Qərbi Avropada ən aşağı səviyyədə olmuş və davam etməkdədir. 1980-ci ildə, Yunanıstan Polis Rəisi Nikon Arkoudeas (Νίκων Αρκουδέας), mütəşəkkil cinayətkarlığa qarşı ciddi bir uğura imza atdı. 1990-cı illərin əvvəlindən etibarən bir çox qeyri-qanuni immiqrantlar Mərkəzi və Şərqi Avropa ölkələrindən, Asiya və Yaxın Şərqdən Yunanıstana gəldi. Onların qəfil axını 1990-cı və 2000-ci illər ərzində cinayət işlərinin artmasına səbəb olmuşdur. Yunanıstan Polisi bir neçə zəfər qazanmışdır. Belə ki, mafiya təşkilatlarını parçalamış, 17 noyabr terrorçu qrupunu həbs etmiş, 2004-cü il Olimpiya Oyunları üçün təhlükəsizliyi uğurla təşkil etmiş və 2016-cı ildə ölkədə 2000-dən çox soyğunçu olan böyük cinayət təşkilatı məsuliyyətə cəlb etmişdi. 2002-ci ildə Yunanıstan polisi tərəfindən həyata keçirilən cinayətkarlığa qarşı mübarizə əməliyyatı nəticəsində "İnqilabçı Təşkilat" ın sol qolu terrorçu qrupunun fəaliyyətini dayandırmağa müvəffəq oldu. 2011-ci ildə Yunanıstanda cəmi 184 cinayət törədilmişdi.
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. == Ölkələr üzrə zorakı cinayətlər == Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Adət hüququ
Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır. == Ümumi məlumat == Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır. Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır.
Ailə hüququ
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ekologiya hüququ
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür. == Ekoloji hüquq == Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı. Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi. Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır. Hüquq demokratik cəmiyyət şəraitində: dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir; dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir; müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Kommersiya hüququ
Kommersiya hüququ — kommersiya, və ya sahibkarlıq (biznes) hüququ ticarət, kommersiya, satışla məşğul olan şəxslərin və hüquqlarına, münasibətlərinə və hərəkətlərinə tətbiq olunan hüquq sahəsidir. O, mülki hüququn sahələrindən biri hesab olunmaqla bərabər, xüsusi və ümumi hüquqla bağlı məsələlərin tənzimlənməsini həyata keçirir. Kommersiya hüququ özündə tapşıran və agent; quru və su yolu ilə daşınmalar; ticari gəmiçilik; qarantiya; dəniz, yanğın, həyat və qəza sığortası; qiymətli kağızlar və ortaqlıq kimi sahələri ehtiva edir. O, həmçinin, korporativ müqavilələr,əmək münasibətləri və istehlak mallarının istehsalı və satışını tənzimləmək üçün istifadə oluna bilər. Bir çox ölkələr, Azərbaycan da daxil olmaqla, özündə kommersiya hüququna dair normaları geniş şəkildə əks etdirən mülki məcəllələr qəbul etmişdir. ABŞ-də kommersiya hüququ Konqres tərəfindən ştatlararası sahibkarlıq münasibətlərini tənzimləyən normalarla yanaşı, ştatların də öz səlahiyyətləri dairəsində oxşar münasibətləri nizamlayan daxili aktları mövcuddur. Kommersiya hüququ sahəsində vahid normativ akt yaratmağa bir neçə dəfə cəhd edilmişdir; bu cəhdlərdən ən uğurlusu isə bütün 50 ştatda (ştat qanunvericilikləri tərəfindən bəzi dəyişikliklərlə birgə), Kolumbiya Federal Mahalı və Birləşmiş Ştatların digər ərazilərində tətbiq olunan Vahid Kommersiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. Müxtəlif tənzimləyici vasitələr biznesin, xüsusilə işçilər və müştərilərlə əlaqədar fəaliyyətin necə aparılmasına nəzarət edir. Şəxsi həyatla bağlı aktlar, Təhlükəsizlik barədə qanunlar ( məsələn, ABŞ-də Əməyin Təhlükəsizliyi və Sağlamlıq Aktı), ərzaq və dərman vasitələri haqda qanunları nümunə kimi göstərmək olar. == 1. ==
Konstitusiya hüququ
Konstitusiya hüququ — elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir. Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır. Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi. == "Konstitusiya hüququ" və "Dövlət hüququ" terminləri == Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün "Konstitusiya hüququ" "Dövlət hüququ"ndan daha geniş məfhumdur. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, yəni "dövlət hüququ", məsələn, inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir. "Konstitusiya hüququ" və "Dövlət hüququ" terminlərindən hansının işlədilməsi doğrudur? Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur.
Maliyyə hüququ
Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir. Maliyyə hüququnun hüquq və hüquq elminin bir sahəsi kimi ayrılması əsasən postsovet dövlətləri üçün xarakterikdir. Romano-German hüquq ailəsi ölkələrində dövlət maliyyəsi tam hüquqlu ayrıca hüquq sahəsindən daha çox inzibati və ictimai hüquq çərçivəsində hüquqi tədqiqatların nisbətən müstəqil sahəsi kimi nəzərdən keçirilir. == Predmeti == Maliyyə hüququnun predmetinə əsasən vergi münasibətləri və müxtəlif səviyyələrdə büdcələrin formalaşdırılması və icrası üzrə fəaliyyətlər (dövlət vəsaitlərinin xərclənməsi, onların məqsədyönlü və səmərəli istifadəsinə nəzarət) daxildir. Sovet dövründə bank və sığorta sahəsində dövlət inhisarçılığı, o cümlədən valyuta inhisarı şəraitində müvafiq münasibətlərin tənzimlənməsi də maliyyə hüququna daxil edilirdi. İndi maliyyə hüququnun bir hissəsi kimi yalnız pul tədavülü və valyuta əməliyyatlarının tənzimlənməsinin nəzərə alınması nisbətən adi haldır, halbuki bank və sığorta işinin tənzimlənməsi mülki hüquq və inzibati hüquq elementləri olan mürəkkəb bir sahəyə çevrilmişdir. == Xüsusiyyətləri == həm inzibati, həm də təşkilati münasibətlərin (məsələn, büdcə vəsaitlərinin ayrılması) və dövlət və özəl qurumların mülkiyyət münasibətlərinin (vergi öhdəlikləri kimi) tənzimlənməsi; inzibati hüquqla sıx əlaqə: dövlət pullarının xərclənməsi istiqamətləri dövlət funksiyalarının icrasından ayrılmazdır; inzibati qanunvericiliyin və doktrinanın inkişafının müasir tələblərdən geri qaldığı şəraitdə öz təbiətinə görə inzibati hüquqa aid olan prosedurların postsovet maliyyə hüququ çərçivəsində formalaşdırılması; məsələn, vergi yoxlamaları və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə prosedurları belə formalaşdırıldı; tənzimləmə predmetinin parçalanması: məsələn, vergi münasibətləri maliyyə hüququnun predmetinə daxil edilir, əks münasibətlər, məsələn, büdcədən sosial ödənişlərlə bağlı olanlar isə sosial təminat hüququ çərçivəsində nəzərdən keçirilir; dövlət maliyyəsinin formalaşması və xərclənməsi ilə bağlı münasibətlərin hüquqi mahiyyəti pul dövriyyəsinin və valyuta əməliyyatlarının tənzimlənməsindən əsaslı şəkildə fərqlənir. == Ədəbiyyat == Нобель Петер. Швейцарское финансовое право и международные стандарты. М.: Инфотропик Медиа.
Mülkiyyət hüququ
Mülkiyyət hüququ — iqtisadi agentin müəyyən bir qadağan olunmamış və / və ya icazə verilən qərarlar sinifindən bir mal və ya bir qaynaq ilə əlaqədar qərar qəbul etmək hüququ. Qanuni olaraq mülkiyyət həm də bəzi mənbələrə və ya mallara sahib olmaq, istifadə etmək və sərəncam vermək qabiliyyəti kimi qəbul edilir. Mülkiyyət, istifadə və sərəncam mülkiyyətçinin ayrı-ayrı səlahiyyətləridir, bunlar birlikdə mülkiyyət hüququnun məzmununu təşkil edir . Mülkiyyət hüquqları həm hüquq elminin, həm də iqtisadiyyatın tədqiqat obyektidir, lakin mülkiyyətin iqtisadi tərifi həmişə qanuni ilə üst-üstə düşmür. Hüquq obyektinə ümumiyyətlə mülkiyyət deyilir. Konvensiyaya görə əmlak termininə aid şərtlər Daşınmaz və daşınar əmlaka aiddir Mövcud əmlaka tətbiq edilir Maddi fayda verən və fiziki əmlak olmayan aktivlərə tətbiq edilir == Hüquqlar rejimi == Mal və ya qaynaq heç kimin (sahibsiz) ola bilməz. Sahibsiz bir şey, sahibi olmayan və ya sahibi məlum olmayan bir şeydir və ya qanunlarda başqa bir hal nəzərdə tutulmayıbsa, mülkiyyətçi sahiblik hüququndan imtina etmişdir. Sahibsiz daşınar əşyaların mülkiyyəti, əldə edən resept sayəsində əldə edilə bilər, həmçinin aşağıdakı mülkiyyət rejimi mövcuddur. Sahibinin dəqiq müəyyənləşdirildiyi, fərdi və ya institusional olduğu xüsusi mülkiyyət. Nümunə bir nəfərə məxsus bir mənzil ola bilər.
Müəllif hüququ
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Müəlliflik hüququ
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Roma hüququ
Roma hüququ — Qədim Roma hüquqları toplusudur. == Ümumi anlayış == İndi mövcud olan hüquq normaları birdən-birə yaradılmamışdır. Bu çox uzun sürən bir prosesin məhsuludur. Hüquq normaları səhvlər, təcrübələr və sınaqlar nəticəsində formalaşmış və təkmilləşmişdir. Tarixən belə gətirmişdir ki, indiki müasir hüquq normalarının əsası qədim "Roma hüququ"ndan götürülmüşdür. Müasir dövrdə hər bir ölkənin öz hüquq sistemi mövcuddur. Bu hüquq sisteminin əsas normaları bütün ölkələrdə oxşardır. Fəaliyyətdə olan bu hüquq normalarına yerli adət-ənənələr və cəmiyyət münasibəti normaları da daxil edilir. "Roma hüququ"nda əsasən, quldarların və varlıların hüquqları daha çox qorunurdu. Buna görə də "Roma hüququ" həm də "Sinfi hüquq" adlandırılırdı.
Rəqabət hüququ
Rəqabət, və ya antiinhisar, hüquq — iqtisadi cəhətdən güclü şirkətlərin sahibkarlıq fəaliyyəti və müqavilə azadlığının məhdudlaşdırılmasına yönəlmiş hüquqi normalar, qaydalar toplusu. Ən ümumi məhdudiyyətlər kartellərin və ya digər qiymətlərin saxlanması və bazarın bölüşdürülməsi mexanizmlərinin yaradılmasını nəzərdə tutur; satıcının qiymətə təsir etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilən əsas birləşmələr və hərəkətlər. Hazırda dünyanın əksər ölkələrində antiinhisar qanunları mövcuddur. Antiinhisar qanununun tərəfdarlarının fikrincə, o, istehlakçıların iqtisadi maraqlarını qoruyur və iqtisadi inkişafı təşviq edir. Müxaliflərin fikrincə, antiinhisar qanunvericiliyi mülkiyyət hüquqlarının pozulması sistemidir və çox vaxt və ya adətən istehlakçılar və bütövlükdə iqtisadiyyat üçün mənfi nəticələrə gətirib çıxarır. Müasir hüquq doktrinasında sahibkarlıq hüququ kursunda öyrənilən “Rəqabət hüququ” anlayışı önə çəkilir. Eyni zamanda, son vaxtlar rəqabət qanunvericiliyinin təcrid olunması tendensiyası müşahidə olunur. Və biz yeni hüquq sahəsinin formalaşmasından danışmasaq da, yeni qanunvericilik sahəsinin formalaşmasından danışmaq olar. Rəqabət hüququnun biznes hüququndan ayrılması təhsil sahəsində də baş verir. == Antiinhisar qanunvericiliyinin tarixi == Müasir tarixdə ilk antiinhisar qanunu 1889-cu ildə Kanadada qəbul edilmişdir.
Seçki hüququ
Seçki hüququ — iki əsas mənası olan hüquqi anlayış: Obyektiv seçki hüququ — vətəndaşlara seçkilərdə iştirak etmək hüququnun verilməsi qaydasını və seçkili hakimiyyət orqanlarının formalaşdırılmasını tənzimləyən hüquq normalarından, qanunla təsdiq edilmiş qaydalardan və praktikada müəyyən edilmiş adətlərdən ibarət konstitusiya hüququnun alt sahəsi. Buna yanaşmada əsas baxış bucağı onun konstitusiya hüququnun bir alt qolu kimi başa düşülməsidir. Subyektiv seçki hüququ — dövlət vətəndaşlarının seçmək (aktiv seçki hüququ) və seçilmək hüququ (passiv seçki hüququ). Hüquqi şəxslərin idarəetmə və nəzarət-təftiş orqanlarının formalaşdırılması qaydası seçki hüququ normaları ilə tənzimlənmir, korporativ hüququn normativ aktlarına daxil edilir.
Sığınacaq hüququ
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. == Müasir siyasi sığınacaq == Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. === Ölkələr üzrə === ==== Avropa İttifaqı ==== Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Patent hüququ
Patent hüququ – hüquq sahəsi; bu sahənin normaları ixtiralara patent verməklə onların hüquqi mühafizəsi sistemini müəyyən edir. İxtiralarla əlaqədar hüquq münasibətlərini nizamlayan xüsusi qanunlar patent hüququnun əsas mənbəyidir; Patent hüququ patent sahibinə texniki yeniliyin təcrübədə tətbiqinə sərf etdiyi məsrəfləri ödəmək, habelə qoyulmuş kapitaldan mənfəət götürmək imkanı verir. Patent hüququnun əsas məzmununu patent sahibinin hüquqlarını, onların bütünlükdə və ya bir hissəsinin başqasına verilməsi qaydasını, həmçinin hüquqların pozulması nəticələri-ni müəyyən edən normalar təşkil edir. Patent hüququ həmçinin patent almaq üçün sifariş vermə qaydasını və patent haqqında mübahisələrin həlli qaydasını nizamlayır. Patent hüququnun əsas mənbəyi ali qanunverici orqanın qəbul etdiyi xüsusi qanunlardır. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Tibb hüququ
Tibb hüququ tibbi fəaliyyəti sahəsində sosial münasibətləri tənzimləyən bir sıra qanun qaydalarını özündə cəmləşdirən hərtərəfli hüquq sahəsidir. Tibbi hüququn subyektləri hüquqi münasibətlərin iştirakçılarıdır, bir tərəfdən bura tibb işçiləri: həkimlər , orta tibb işçiləri, tibb bacıları, orta tibb işçiləri, laboratoriya köməkçiləri, əczaçılar, , səhiyyə idarəçiləri, çox sayda tibb işçisi və s., digər tərəfdən 15 yaşdan yuxarı xəstələr, valideynlər və qanuni şəxslər, xəstələrin nümayəndələri - müqavilələrdə göstərilən tibbi xidmət göstərilən 15 yaşdan kiçik uşaqlar daxildir. Tibbi hüququn subyektləri də tibbi xidmətlər göstərən dövlət, bələdiyyə və ya özəl tibb təşkilatlarıdır. Qanuni münasibətlərin əsas iştirakçıları bunlardır: xəstə; tibb işçiləri (xüsusən də müalicə edən həkim); tibb müəssisəsi (tibb təşkilatı, tibb müəssisələri, tədqiqat institutları, tibb institutları və digər qurumlar); tibbi sığorta şirkəti; sığortaçı; səhiyyə sahəsində dövlət tənzimləyici və idarəetmə orqanları. .
Şikayət (hüquq)
== Şikayətin verilməsi qaydası == Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
Huluqu
Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o tezliklə vəfat etmişdi. == Hakimiyyəti == Hakimiyyətinin ilk 6 ili sakit keçən Huluqu 90-cı ildə keçmiş düşmənləri olan qonşuları Vanqu və Vuhuanlardan çinlilərə qarşı böyük bir ordu qurmaqda yardım etməsi üçün əsgər istədi. Vuhuanlardan 70.000 əsgər gəldi. Hun şahzadəsi Çyueçen 30.000 əsgərlə, Mantun isə 40.000 əsgərlə gəldi. Şanyü Altay dağlarına çəkilərək döyüşə hazırlaşmağa başladı. Çin ordusu Hun dövlətinin içərilərinə daxil olub heç kimi tapmayandan sonra qayıdarkən Hun generalı Li Linin hücumuna məruz qalaraq geri çəkildi. Huluqu Çin ordusunu böyük bir məğlubiyyətə uğradaraq Çindən 600 litr şərab, 2 milyon litr düyü və 100.000 top ipək tələb etdi.