Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cinayətkar tədqiqatları
Cinayətkar tədqiqatları — kütləvi qətllərin və/və ya siyasi zorakılığın səbəbkarları ilə bağlı fənlərarası elmi tədqiqat sahəsi. Bu, "Journal of Perpetrator Research" və digər nəşrlərdə işıqlandırılır. Bu sahəyə töhfə verənlər arasında antropoloqlar, tarixçilər və politoloqlar var. Cinayətkarların tədqiqinə qurbanların tədqiqi ilə eyni səviyyədə elmi maraq göstərilməməsinə baxmayaraq, bəzi diqqətəlayiq tədqiqatlar cinayətkarların hərəkətlərini və baxışlarını, habelə "soyqırımın formalaşdığı prosesləri" əsasən "adi insanlar"ın kollektiv vəhşiliklər törətmək üçün yüksək motivasiyaya çevrilməsi fenomeni kimi baxaraq tədqiq etmişdir.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur. Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir. Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
İlkin Süleymanov (cinayətkar)
Nərmin Quliyeva cinayəti — Tovuz rayonunun Dondar Quşçu kəndi sakini 2009 təvəllüdlü Nərmin Quliyevanın öldürülməsi hadisəsi. Nərmin Quliyeva 21 noyabr 2019 tarixində qaçırılmış, 45 gün sonra yanvarın 6-da ölü bədəni yandırılmış şəkildə tapılmışdır. Quliyeva Nərmin Şərif qızı 2009 təvəllüdlü Tovuz rayonunun inzibati ərazisində yerləşən Dondar Quşçu kəndinin sakini idi. Noyabrın 22-də bir sıra xəbər saytları Nərmin Quliyevanın 21 noyabr günorta saatlarında itkin düşdüyü xəbərini yayımladı. İlkin ifadələrə görə, Nərmin ailəsi ilə qatıldığı toy mərasimində atası tərəfindən gödəkçə gətirmək üçün babasıgilə göndərilib, lakin qayıtmayıb. Noyabrın 27-də Nərminin anası, nənəsi, atası və əmisi "Səni axtarıram" televiziya verilişinə Nərminin qaçırılması faktı ilə bağlı qonaq oldular. Nərminin cəsədi yanvarın 6-da axşam saatlarında Dondar Quşcu kəndində boş ərazidə yandırılmış şəkildə tapılması xəbəri yayıldı. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Nərminin cansız bədəni yandırılmazdan 5 gün əvvəl öldürüldüyü və başında xəsarət izləri olduğu bildirilib. Kəndin bələdiyyə sədri Elmar Mürşüdovun ifadəsinə görə cinayət qurbanının meyidi qonşulardan biri tərəfindən təsadüfən tapılıb. Yanvarın 10-da 1973 təvəllüdlü kənd sakini İlkin Süleymanov hadisənin təqsirkarı olmaqda şübhəli bilinərək saxlanılıb.
Çarlz Bronson (cinayətkar)
Maykl Co Piterson (ing. Michael Joe Peterson; 6 dekabr 1952, Luton), daha çox Çarlz Bronson (ing. Charles Bronson) kimi tanınır — Britaniya cinayətkarı və məhbusu. O, Birləşmiş Krallıqda 141 islah müəssisəsində təxminən 50 il cəza çəkmişdir. 27 fevral 2009-cu ildə Maykl Pitersonun həyatına əsaslanan "Bronson" filminin Britaniyada premyerası baş tutmuşdur. Rejissoru Nikolas Vindinq Refn olan filmin baş rolunu Tom Hardi canlandırmışdır. Bronsonun özü də filmin buraxılışına və çəkilişlərə başlamazdan əvvəl məsləhətləşdiyi Hardinin özünə müsbət münasibət bəsləyirdi.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (ing. United Nations Office on Drugs and Crime) (UNODC) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Proqramının (UNDCP) və Cinayətlərin qarşısının alınması və Cəza Ədaləti şöbələrinin 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində birləşdirilməsi nəticəsində yaradılan bir ofisdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun üzvüdür və 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə Ofisi olaraq yenidən adı dəyişdirilmişdir. == Təşkilati strukturu == Əsas mərkəzi Vyanada yerləşən ofisin dünya üzrə 1500 nəfər işçisi mövcuddur. Avstriya ilə birlikdə 21 sahə ofisi olan təşkilatın, biri Brüsseldə, digəri New Yorkda olmaqla iki əlaqə ofisi də mövcuddur. Ofisə Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən təyin olunmuş icraçı direktor rəhbərlik edir. İcraçı direktoru İngiltərənin Rusiyadakı keçmiş səfiri Yuri Fedotovdur. Fedotov bu vəzifəni 2002-ci ildən 12 iyul 2010-cu il tarixinədək ofisin keçmiş icraçı direktoru olan Antonio Maria Costadan almışdır. Ofisin uzunmüddətli hədəfləri arasında dövlət, ictimai qurum və təşkilatlar arasında narkotik, cinayət, terrorizm və korrupsiya mövzularında paylaşılan məlumatları maksimum dərəcədə artırmaq və bu mövzularda qlobal, milli və sosial səviyyələrdə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Ofisin maliyyələşdirilməsinin 90% -i hökumətlərin könüllü yardımlarından ibarətdir.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (ing. Organized Crime and Corruption Reporting Project) (OCCRP) — 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur. Azərbaycanda blok olunub.
Texasda cinayətkarlıq
Bu məqalə ABŞ-də yerləşən ən böyük ştat olan Texasdaki cinayətkarlıqların vəziyyətini təsvir edir. 1,184-ü cinayət və 8,236-ı təcavüz olmaqla 2014-cü ildə Texasda 923.348 cinayət hadisəsi qeydə alınıb. 2008-ci ildə Texas 1913 dövlət və yerli hüquq-mühafizə orqanlarına malik idi. Bu orqanlarda ümumilikdə 96,116 işçi işləmişdir. Ümumi heyətin 59.219 nəfəri vəzifəli şəxslərdir (ümumi həbs qüvvələri olanlar kimi təyin olunur). 2008-ci ildə Texasda hər 100 min sakinə 244 polis əməkdaşı düşmüşdü. Federal ölüm cəzası nadir hallarda istifadə edilə bilər.
Yuvenal cinayətkarlıq
Yuvenal cinayətkarlıq (lat. juvenis – gənc, cavan) — yetkinlik yaşına çatmayanların (qanunla müəyyən edilmiş yaş həddinə çatmayanlar) cinayətin törədilməsində iştirak etməsi. Əksər hüquq sistemləri yetkinlik yaşına çatmayanlarla əlaqədar xüsusi prosessual normalar müəyyən edir; məsələn, tərbiyə müəssisələri və yuvenal məhkəmə kimi. ABŞ-da yuvenal cinayətkarlar dedikdə adətən yaşı 18-dən aşağı olan və hüquq pozuntusu törədən şəxslər nəzərdə tutulur, hansı ki həmin yaş həddində müvafiq pozuntunu törədəcəkləri halda əməl cinayət kimi tövsif ediləcəkdi. Corciya, Nyu-York, Miçiqan, Missuri, Şimali Karolina, Nyu-Hempşir, Texas və Viskonsin ştatlarında isə 17 yaşadək olan şəxslər nəzərdə tutulur. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür. 2016-cı ildə verilmiş informasiyaya görə əvvəlki dövrlərlə müqayisədə gənclərin daha böyük bir qismi hələ 20-li yaşlarının əvvəllərində tutulurlar. Baxmayaraq ki, bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu statistika gənclərin davranışındakı dəyişikliklərdən daha çox sərt cinayət mühakiməsi və sıfır tolerantlıq siyasətlərinin nəticəsini özündə əks etdirir. Yuvenal hüquq pozuntularına daha çox inzibati xətalar, mülkiyyət əleyhinə cinayətlər və zorakı cinayətlər daxildir. ABŞ hökumətinin rəsmi statistikasına görə 1993-cü ildə gənclərin şiddətə meylli hərəkətləri 12%-ə qədər azalmışdı: bu isə əksər yuvenal hüquq pozuntularının qeyri-zorakı olduğunu göstərirdi.
Cinayətkarlar, qurbanlar və müşahidəçilər
Cinayətkarlar, qurbanlar və müşahidəçilər soyqırımşünaslıqda soyqırımın iştirakçıları və müşahidəçilərini təsnif etmək üçün tipologiya. İlk dəfə Raul Hilberq tərəfindən 1992-ci ildə "Perpetrators Victims Bystanders: Jewish Catastrophe 1933–1945" kitabında təklif edilmişdir. Bu, soyqırımşünaslığın əsas elementi hesab edilsə də, həmçinin qeyri-müəyyənliyə və həddindən artıq ümumiləşdirməyə səbəb olduğu üçün tənqid edilmişdir. Yan Qross xilaskarlar və benefisiarların təsnifata əlavə edilməsini təklif etmişdir. Robert Erenreyx təklif etdi ki, cinayətkar, müşahidəçi və ya qurban olmaq diskret təsnifat deyil, sürüşmə miqyasındadır. Triada soyqırım psixologiyasının öyrənilməsində də istifadə olunur. Baum, Steven K. The Psychology of Genocide: Perpetrators, Bystanders, and Rescuers (ingilis). Cambridge University Press. 2008. ISBN 978-0-521-71392-4.
Mütəşəkkil cinayətkarlıq
Mütəşəkkil cinayətkarlıq maddi mənfəət və ya güc əldə etmək üçün məqsədi ilə yaradılmış olan dəstələri ifadə etmək üçün istifadə olunur. Milli və beynəlxalq səviyyədə əlaqələrə malik olan və müəyyən bir təşkilat (və ya təşkilatlanma) vasitəsilə həyata keçirilən xüsusən də narkotik və psixotrop maddələrin ticarəti, maliyyə cinayətləri və silah qaçaqmalçılığı başda olmaqla yüksək gəlir təmin edən cinayətlərin ümumi adıdır. Mütəşəkkil cinayətkar qruplar müntəzəm olaraq kriminal dəstələr ilə qarışdırılsalar da, əslində onlar müxtəlif funksiyalara görə təşkilatlanmış olan, üfüqi və şaquli iyerarxiyaya malik olan cinayətkar qruplardırlar. Lakin ən əsas olan budur ki, onlar bu və ya digər səviyyədə dövlət məmurları ilə əməkdaşlıq edərək ədalətdən və qanundan bir növ immunitet (toxunulmazlıq) əldə etməyə çalışırlar. Mütəşəkkil cinayətkar qruplar daha çox dövlətin güc tətbiq etmək hüququna malik olan hüquq mühafizə orqanları və ona nəzarət edən polislər, hakimlər, prokurorlar və hərbçilər kimi dövlət məmurları ilə əməkdaşlıq etməyə meyllidirlər. Mütəşəkkil cinayətkar qruplar yalnız bir sahədə fəaliyyət göstərsələr də, məsələn, yalnız heroin qaçaqmalçılığı ilə məşğul olsalar da, maliyyələşdirmə, təhlükəsizlik, güc tətbiqi, nəzarət, daşınma və çirkli pulların yuyulması kimi funksiyalar baxımından bir-birilərindən fərqlənirlər. Oğurluq və dələduzluq: Biznes sahələrinə görə: Qiymətli əşya daşıyan avtomobillərin qaçırılması Oğurluq Müflis olma dələduzluğu (müflis olma saxtakarlığı) Sığorta dələduzluğu Səhm dələduzluğu (Şirkət daxilində) Fiziki şəxslərə görə: Avtomobil oğurluğu Evlərin qarəti Kredit kartı saxtakarlığı Səhm dələduzluğu (Səhm qiymətlərinin dəyərinin şişirdilərək satılması) Dövlət istiqamətli: Tenderlərin saxtalaşdırılması Saxta pulların çap edilməsi (Mistifikasiya) Qaçaqmalçılq, saxta etiketlər vasitəsilə, siqaret və spirtli içkilərin qaçaqmalçılığı Qeyri-leqal işçiləri işə götürmək və bu məqsədlər üçün ölkəyə gətirmək Qeyri-qanuni xidmət və malların təqdim edilməsi: Sələmçilik Mərc Qumar Fahişəlik Narkotik maddələrin satışı Silah ticarəti Muzdlu qatil təmini Zəhərli tullantıların utilizasiyası İnsan alveri İnsan alveri (Dilənçiliiyə və fahişəliyə məcbur etmə) Çirkli pulların yuyulması Axır zamanlarda beynəlxalq və milli təhlükəsizliyi təhdid edən ən mühüm problemlərdən biri hesab edilir. Onların terror təşkilatları ilə də əlaqələri mövcud ola bilər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Avropa İşçi Qrupunun 28-31 mart 1996-cı il tarixlərində Almaniyanın Leypsiq şəhərində keçirilmiş olan iclası zamanı mütəşəkkil cinayətkarlığın formalaşması üçün müəyyən edilmiş kriteriyalar aşağıdakılardır: Haqsız qazanc əldə etmək üçün bir yerə yığılmış və aralarında əmək bölgüsü olan iyerarxik struktur, Cinayət yolu ilə əldə edilmiş olan gəlirlər, Cinayətlərin törədilməsi məsələsində müntəzəmlik, Mövcud mütəşəkkil strukturun daxilində tətbiq edilən sanksiya sisteminin mövcud olması, Zorakılıq və təhdid kimi üsullardan istifadə edilməsi, Dövlət və şəxsi (xüsusi) sektorlara nüfuz edilməsi, Əldə edilmiş olan çirkli pulların yuyulması.
Cinayətlər
Cinayətin klassik formal tərifi Fransanın 1791-ci ildə və az sonra 1810-cu ildə qəbul edilən cinayət məcəllələrində verilmişdir. Bu tərif az dəyişiklə bu gün də cinayət qanununda saxlanılır. Varislik prinsipinin tələblərini qoruyaraq Fransanın 1992-ci il Cinayət Məcəlləsində də sosial təhlükəlilik dərəcəsinə görə və əməlin yetirdiyi ziyanın ağırlıq dərəcəsindən asılı olaraq cinayətlərin kriminal əməl, kriminal xəta və kriminal pozuntu kimi növləri fərqləndirilir. Kriminal əməl, barəsində rüsvayedici cəzalar tətbiq edilən əməl kimi, kriminal xəta barəsində islahedici cəza tətbiq edilən davranış kimi, kriminal pozuntu isə törədilməsinə görə cəza tətbiq edilən əməl kimi xarakterizə edilir. Belə tərif məhkəmə hakimiyyətinin fəaliyyətini qanuni çərçivəyə yönəltsə də cinayətin sosial tələbini açmadığına görə formal xarakterə malikdir. Çezare Bekkariya hələ 1764-cü ildə özünün "Cinayətlər və cəzalar" adlı məşhur əsərində yazırdı: "Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir". Ç. Bekkariya əməlin ictimai təhlükəliliyinə hakim mövqedən qiymət verilməsini tənqid edirdi. Onun fikrincə silki (sinfi) mənsubiyyətə görə oğurluğa və qətlə görə təqiblərin müxtəlifliyi və tətbiq edilən cəzaların qeyri-bərabərliyi ədalətlilik və borc haqqında olan anlayışları dağıdır, əvəzində təsəvvürlərində hakim və məhkum təbəqə üçün eyni dərəcədə təhlükəli olan əməllər ətrafında belə "güclünün hüququ" kimi baxış yaradır. Beləliklə, cinayətin maddi tərifinin verilməsinə ilk cəhd Çezari Bekkariya tərəfindən edilmişdir. İnqilabdan sonra rus kriminalistləri arasında cinayətin qanunda veriləcək anlayışı ətrafında qızğın mübahisə olunmuşdur.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
İnsanlıq əleyhinə cinayətlər
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
İnsanlığa qarşı cinayətlər
İnsanlıq əleyhinə cinayətlər — qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə, elmi təcrübələrə məruz qalma, cinsi təcavüz, uşaqlara qarşı cinsi istismar, məcburi hamiləlik, məcburi fahişəlik. Bu, cəmiyyətin bir hissəsinə qarşı bir plana uyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir. Bu konsepsiya İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunur. Bu termin ilk olaraq 28 may 1915-ci ildə İngiltərə, Fransa və Rusiyanın, Türkiyədəki ermənilərin qətl edildikləri iddiasıyla nəşr etdikləri bəyannamədə yer almışdır. İkinci Dünya Müharibəsindən sonra qəbul edilən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinin yurisdiksiyasında (səlahiyyətində) bəşəriyyətə (insanlığa) qarşı cinayətlər də sayılmışdır. Tərifi və əhatə dairəsi mübahisəli olmasına baxmayaraq, həm beynəlxalq, həm də milli şəkildə cəzalandırılması üçün qaydalar qəbul edilmişdir. İnsanlıq əleyhinə olan cinayətlər quruluş baxımından motivasiya və intensivlik meyarları ilə adi cinayətlərdən fərqlənir, həm də prosedur baxımından fasilələrə məruz qalmırlar. Roma Statusu 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının konfransında beynəlxalq səviyyədə kollektiv şəkildə törədilən insanlığa qarşı cinayətləri mühakimə etmək və cəzalandırmaq məqsədilə qəbul edilmiş və Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci il iyulun 1-dən vəzifəsinə başlamışdır. Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsi, nasistlərin sovet əsirlərinə qarşı etdikləri cinayətlərin insanlığa qarşı cinayətlərə örnək olmasına dair qərar çıxarıb.
Xırda-para cinayətlər (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.
Ufak Tefek Cinayetler (teleserial, 2017)
Xırda-para cinayətlər (teleserial, 2017) — Türkiyənin "Ayyapım" şirkətinin istehsalı olan teleserialdır. İlk seriya 24 oktyabr 2017-ci ildə Türkiyənin STAR TVsində yayımlanmışdır. Oya, Mərve, Pelin və Arzu məktəb vaxtından rəfiqədirlər. Mərve, Pelin və Arzu ona qarşı etdiyi pisliyi unutmayan Oya, onlardan öz qısasını almağa söz verir. Serilanın afişasına 3 saat vaxt sərf olunmuşdur. İlk 5 seriyanın çəkilişdə istifadə olunan geyimlərə 400 min TL xərclənmişdir. Oya (Gökçe Bahadır) Mərve (Aslıhan Gürbüz) Pelin (Bade İşçil) Arzu (Tülin Özen) Sərhan (Mert Fırat) Taylan (Ferit Aktuğ) Mehmət (Yıldıray Şahinler) Edip (Selim Bayraktar) Burcu (Duygu Sarışın) Ayşə (Gümeç Alpay Aslan) Raşel (Aylin Engör) Sözləri Murat Güneşə, musiqisi Dicle Olcaya aid olan "Maktul" olan mahnının klipi serialdakı fraqmentlərdən ibarətdir.