Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Dəniz kambalası
Dəniz kambalası (lat. Pleuronectes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinə aid heyvan cinsi.
Kambalakimilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Kambalalar
Kambalalar (lat. Pleuronectidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kambalayabənzər əzələ
Kambalaşəkillilər
Kambalakimilər (lat. Pleuronectiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. == Təsnifatı == Dəstəyə 3 yarımdəstə və 6 fəsiləyə aid 116 cinsin 500-ə yaxın növü daxildir.
Ulduz kambalası
Ulduz kambalası (lat. Platichthys stellatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin kambalalar fəsiləsinin platichthys cinsinə aid heyvan növü.
Çay kambalası
Çay kambalası (Platichthys flesus) — Kambalalar fəsiləsindən olan balıq növüdür . Balığın bədəni yuxarıdan və aşağıdan yastıdır. Gözləri bədənin sağ tərəfində yerləşmiş olub, gözlərinin yerləşdiyi arxa hissəsi yaşılımtıl və ya sarımtıl qəhvəyi ləkələrlə örtülmüşdür. Kürək üzgəci gözdən başlayaraq quyruq üzgəcinə qədər davam edir və quyruq üzgəci ilə birləşmir. Üst hissəsinin rəngi tünd qəhvəyi, qismən qəhvəyi rəngli, tünd ləkələrlə örtülmüş olub, aşağı hissəsi isə ağdır. Bədəni tamamilə kiçik pulcuqlarla örtülmüşdür. Yan xətti gözünün yerləşdiyi tərəfdə döş üzgəcinin ətrafında əyridir. Kürək və anal üzgəcləri quyruq üzgəcinə çatmır. Bu balıqlar, bol miqdarda qida tapdıqları qumlu dəniz diblərində yaşayan yastı balıqlardırlar. Ancaq yetkin çay kambalaları yumurtalarını bu ərazilərdə qoymuş olarlarsa, dəniz cərəyanları həssas yumurtaları bu təhlükəsiz yerlərdən uzaq yerlərə aparacaqdır.
Kabbala
Kabbala (İbricə: קַבָּלָה "alma", Standart İbricə Qabbala, Tiberian İbricə Qabbālāh; müxtəlif şəkillərdə yazılır; məsələn: Cabala, Cabalah, Cabbala, Cabbalah, Kabala, Kabalah, Kabbala, Qabala, Qabalah, Qabbalah, Kaballah) alma, qəbul etmə mənasını verən kabbala yəhudi mistikasıdır. == Mənası == Kabbala – Tanrının mahiyyətini dərk etməyə və dünyadakı məxluqların, o cümlədən insanın var olmasının səbəbini anlamağa çalışan yəhudiliyə məxsus mistik ənənə, təlimdir; ibranicə "qəbul etmə, təhvil vermə" deməkdir. Bu təlim İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışmışdır. Kabbala Tanrının və mələklərin adlarına böyük əhəmiyyət vermiş, varlığın və ilahi hökmlərin sirlərini açmağa çalışmışdır. Ona görə də bu təlim Tövratın söz və hərflərinə gizli məna daşıyan bir növ mistik kod və şifrə kimi yanaşmışdır. Fövqəltəbii qüvvələrdən istifadə edilməsi və nümayiş olunması məqsədini güdən fəlsəfi düşüncələr, meditasiya örnəkləri və mistik təcrübələr burada geniş yer almışdır. Kabbala müqəddəs adlar, ilahi rəqəmlər və coşqun duaların köməyi ilə Tanrını anlamaq üsullarını təklif etmişdir. Talmuda görə, Tövrat (Tora) mətnini "Pardes" adlanan xüsusi dörd yolla başa düşmək olar: Pşat yolu – sadə şəkildə və hərfi mənada; Remez yolu – kinayə və eyham; Draş yolu – təfsir və şərh; Sod yolu – sirr və gizli. İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər.
Kampala
Kampala (ing. və suah. Kampala) — Uqandanın paytaxtı və ən böyük şəhəri. Viktoriya gölünün şimal sahilində yerləşir. Əhalisi 2011-ci ilin hesablamalarına görə 1 659 600 nəfərdir. Şəhərin dəniz səviyyəsindən hündürlüyü 1190 metrdir. Şəhərin adı antilop növü olan impalanın adından götürülmüşdür. Kampala hava limanı şəhərdən 35 km aralıdakı Entebbe şəhərində yerləşir. Şəhərdə Uqandanın ən böyük məscidi olan və Müəmmər əl-Qəzzafinin şərəfinə adlandırılan "Qəddafi məscidi" yerləşir. Şəhərin əsası 1890-cı ildə britaniyalı koloniyaçı Frederik Luqard tərəfindən Kampala təpəsində hərbi məntəqə kimi qoyulmuşdur.
Tambala
Tambala — Malavi Respublikasının (Malavi kvaçisinin yüzdə biri) mübadiləsində istifadə olunan pul vahididir. 15 fevral 1971-ci ildə pul islahatı nəticəsində valyutaya daxil edilmişdir. Tambala nıyanca «xoruz» (ing. rooster) mənasına gəlir. Xoruzun təsvirini isə 1 nominallı tambalanın üzərində görmək olar. Tambala 1 2, 5, 10, 20, 50 nominallı sikkələr və 50 tambalalıq əsginaslar ilə buraxılırdı, amma onlar aşağı dəyərə malik olduqları üçün pul dövriyyəsindən praktiki olaraq yox oldular.
Kamsala çayı
Kasmala çayı — Altay diyarından axan çay. Ob çayını sol qolunu təşkil edir. Çay öz başlançıcını iki su ayrıcı olan ərazidən götürü. Onun mənbəyi Altay diyarının Rebrixinski rayonu Podstepnoe kəndi ərazisində yerləşir. Çayın mənsəbi Obun qolu olan Tixaya çayıdır. Çayın mənsəbi Altay diyarının Pavlovski rayonunda qərarlaşır. Çayın uzunluğu 119 km, du toplayıcı sahəsinin sahəsi isə 2660 km² təşkil edir. Su toplayıcı sahə düzənlikdir. Prionskoe platosunda qərarlaşır. Dərə qədim axının yerində qərarlaşır.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…], Alamida qraflığı, Kaliforniya) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-cu vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. === Siyasi karyerası === Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. 2024-cü ildə Co Bayden namizədlikdən geri çəkildikdən sonra Demokratlar Partiyasının vitse-prezident olan Kamala Harris ABŞ prezidentliyinə namizəd olaraq dəstəkləndi. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Duqlas Emhoffla ailə həyatı qurmuşdur.
Akambalar
Kambalar və ya akambalar — Keniyanın cənubunda Qalana və Tana çayları hövzəsində yaşayan xalq. Dilləri bantu dilləri ailəsinə daxildir. Akambaların yaşadıqları ərazi 1963-cü ilədək Birləşmiş Krallıq hakimiyyəti altında idi. Əkinçilik və maldarlıqla məşğul olurlar. Bir hissəsi işləmək üçün şəhərlərə gedir. Akambaların əksəriyyəti yerli ənənəvi dinlərini saxlamışdır. Bir qismi xristiandır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kioko, D. The Akamba people and music. Nairobi: Mvule publishers. 2012.
Canbala
Can Bala — Azərbaycanın ilk uşaq pop-qrupu. Can Balanın rəhbərləri və yaradıcıları bəstəkar-musiqişünaslar Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Qrup üzvləri Kənan İsmayılov, Tural Hüseyn, Elmira Əliyeva, Ceyran Kərimovadır. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərlə yanaşı, həm özünün, həm də Məryəm xanımın yazdığı mahnılar qrupa çox böyük uğurlar gətirib. Can Bala hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Filarmoniyanın direktoru Fərəh Şəkinskaya qrupun fəaliyyəti üçün imkan daxilində hər cür şərait yaradır. Qrupun orijinal geyimləri üzərində dizayner Gülnarə Xəlilova işləyir. Can Bala pop qrupu üçün müasir rəqslər də qoyulur. Bu rəqslər Xəyal İsrafilov tərəfindən hazırlanır. Mahnıların aranjemanları isə N.Qəzənfəroğluya məxsusdur.
Kalbalar
Kalbalar- eramızın VI əsrində indiki Azərbaycan respublikasının Mərkəzi Aran vilayətində yaşamışlar. Onlar əsasən İslam dininə sitayiş etmişdir. Onlar VII əsrin əvvəllərində İmişli rayonun özlərinə paytaxt seçmişdir. Hətta inzibati ərazi dairələri arasında 4-cü böyük dairə olan Məmmədli-Əliyetməzli dairəsinin şimal bölgəsində onlara aid kitablar orxeonik yazılar tapılmışdır. 1792-ci ildə Qarabağ xanlığı ilə böyük mübarizə etmiş lakin məğlub olaraq buralardan birdəfəlik köç etmişdir. Hal-hazırda ÇXDR-nın Urumçi şəhərində məskunlaşmışlar.
Kamboca
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Lambada
Lambada — portuqal dilindən götürülmüş, Braziliyanın radiostansiyalarında işləyən di-ceylər (dj) son dərəcə populyar olan mahnıları məhz belə adlandırırdılar. Getdikcə bu ad rəqsin əsl adı olan "Karimbo"nu arxa plana atır. 80-ci illərin sonunda Port-Seqarda olan fransız prodüseri Olive Lamot yerli karnavalda bu rəqsi müşahidə edir və dərhal bundan Avropada pul qazanmağın mümkün olduğunu başa düşür. Fransaya qayıdan Lamot Cənubi Amerika mənşəli 4 qaradərili müğənni ilə Kaoma pop-qrupu yaradır. 1989-cu ildə Lambada mahnısı onların ifasında lentə alınır. Nəticədə Lambada ABŞ-də və Avropada ən hit mahnıya çevrilir. Bu rəqs başgiccələndirici şöhrət taparaq bütün dünyaya yayılır.
Kamilla
Kamilla — ad. Kamilla Klodel — Fransa heykəltaraşı, fransız şair Kamilla Pfeffer — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia — İtaliyanı təmsil edən bədii gimnast.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kamara
Kamara — Afrika ölkələrində daha çox işlədilən soyad. Məhəmməd Kamara — Liferinq klubunda çıxış edən Mali futbolçusu. Mahdi Kamara — Sent-Etyen klubunda çıxış edən Fransa futbolçusu. Boubakar Kamara — Marsel klubunda çıxış edən Fransa futbolçusu. Kader Kamara — Qvineya futbolçusu. Xuan Kamara — İspaniya futbolçusu. Titi Kamara — Qvineya futbolçusu. Anri Kamara — Seneqal futbolçusu. Laye Kamara — Qvineya yazıçısı. Babakar Kamara — Seneqal basketbolçusu.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu.
Tamala
Aybala
Aybala (rus. Лунтик) — uşaqlara yönəlmiş rus cizgi serialı. Teleserial ilk dəfə 2006-cı il sentyabrın 1-dən televiziyada yayımlanıb və hələ də yeni bölümlər istehsal edir. Bu serial yumurtadan çıxdıqdan sonra Ayda doğulan və sonra yerə yıxılan Aybala adlı qeyri-səlis məxluqdan bəhs edir. Cizgi seriyası 500-dən çox epizoddan ibarətdir, onların süjetləri təkcə əyləncəli deyil, həm də mənəvi və hətta maarifləndirici mövzuları ehtiva edir (məsələn, "Hər biri üçün bir planet" seriyası Günəş sisteminin quruluşundan bəhs edir). Epizodların müddəti 5 dəqiqədən çox deyil. Bu, bir gölməçənin yaxınlığındakı meşədə baş verir. Personajların əksəriyyəti kiçik həşəratlar, balıqlar, qurbağalar, arılar və s. Onlar böyükləri və uşaqları təmsil edirlər. Baş qəhrəmanlar uşaqlardır (ilk növbədə Aybala), onlarla müxtəlif sərgüzəştlər baş verir, bu müddət ərzində dünyanı araşdırır və cəmiyyətdə münasibətləri öyrənirlər.
Kamal
Kamal — kişi adı. Kamal Kılıçdaroğlu — Kamal Türklər — Kamal Abdullayev Kamal Abdullayev — professor. Kamal Abdullayev (alim) — texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi. Kamal Abdullayev (dirijor) — Kamal Abdullayev (dövlət xadimi) — Kamal Əhmədov Kamal Əhmədov — bəstəkar. Kamal Əhmədov — rəssam. Kamal Ələkbərov — Kamal paşa şirniyyatı — Kamal Seyidov — Kamal Axundov — Kamal Cəfərov — Kamal Xudaverdiyev — Kamal Sunal — Kamal Xocəndi — Kamal Quliyev — Kamal Qarani — Namiq Kamal — Yaşar Kamal — Nərmin Kamal — Mustafa Kamal Atatürk — Kamal Faruqi — Kamal Kamallı — Kamal Musayev — Yaşayış məntəqələri Ermənistan Kamal (Abaran) — Abaran mahalında kənd. Kamal (Qırxbulaq) — Qırxbulaq mahalında kənd.
Kamboca Krallığı
Kamboca (khm. កម្ពុជា, Kâmpŭchéa; həmçinin İkinci Kamboca krallığı), rəsmi olaraq Kamboca krallığı (khm. ព្រះរាជាណាចក្រកម្ពុជា, Preăḥ Réachéanachâkr Kâmpŭchéa); əvvəlki adı ilə Kampuçiya — Cənub-Şərqi Asiyada dövlət. Kamboca Hind-Çin yarımadasının cənub sahilində yerləşir. Qərb və şimal-qərbdə Tailand, şimal-şərqdə Laos, şərq və cənub-şərqdə Vyetnamla həmsərhəddir. Ölkənin cənub-qərbdə isə Siam körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Pnompen şəhəri, ümumi sahəsi 181,035 kvadrat kilometrdir. Kamboca inzibati cəhətdən 25 əyalətdən ibarətdir. Kamboca zəngin və mürəkkəb coğrafi təbiətə malikdir. Əhalisininin sayı 15 milyon nəfərdən çoxdur.
Kamboca bayrağı
Kamboca bayrağı — Kambocanın dövlət bayrağı. Kamboca krallığının rəsmi bayrağı ilk dəfə 1948-ci ildə qəbul edilmişdir. 1970-ci ildə imtina edilən bayraq 1993-cü ildə yenidən bərpa edilmişdir. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Mavi rəng monarxiya hakimiyyətini, qırmızı xalqı, ağ rəng isə dini bildirir. Bayrağın tən ortasında isə Anqkor Vat buddist məbədi təsvir edilmişdir. Ümumilikdə isə bayraq özündə Xalq-Din-Monarx triadasını əks etdirir.
Kamboca qarsiniyası
Garcinia gummi-gutta (lat. Garcinia gummi-gutta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cambogia gummi-gutta L. Cambogia gutta L. Garcinia cambogia Desr. Garcinia gutta Roxb. ex Wall. Mangostana cambogia Gaertn. == Yarımnövləri == Garcinia gummi-gutta var. gummi-gutta Garcinia gummi-gutta var.
Kamboca rauvolfiyası
Köbəcikli rauvolfiya (lat. Rauvolfia verticillata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin rauvolfiya cinsinə aid bitki növü.
Kamboca rieli
Kamboca rieli (khm. រៀល; simvol: ៛; code: KHR) — Kamboca respublikasının pul vahidi. İki fərqli riel var. Birinci dəfə riel 1953-cü ildən 1975-ci ilin may ayına qədər buraxılmışdı. 1975–1980 illər arasında ölkədə pul sistemi yox idi. 20 mart 1980-ci ildən etibarən "riel" adlandırılan ikinci valyuta buraxılmışdır. Simvolu Unikode-də U+17DB kodu (៛) ilə göstərilir. Xalqın fikrincə, valyutanın adı Mekonq çayı balığı olan rieldən (Kxmer dilində "kiçik balıq") gəlir. Adı çox güman ki, XIX əsrin ortalarında Kambocada Malay, Hind və Çinli tacirlər tərəfindən istifadə edilən yüksək gümüşün tərkibli Meksika realından gəlir. == Birinci riel (1953–1975) == 1953-cü ildə Institut d'Émission des États du Cambodge, du Laos et du Vietnam Kamboca filialı ikili denominasiya edilmiş piastr və riel əsginasları tədavülə çıxardı.