Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kvartal (inzibati bölgü)
Kvartal bir şəhərin daxilində yerləşən xüsusi bir ərazidir. Rəsmi inzibati sərhədlərdən asılı olmayaraq mövcudluğu ilə məhəllə anlayışından fərqli olan kvartal anlayışının müxtəlif cür izahı mövcuddur.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Kartel
Kartel — müəyyən bir sahənin bir sıra müəssisələrini birləşdirən kapitalist inhisar birliyi formasıdır. Kartel inhisarın elə bir formasıdır ki, onun iştirakçıları istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal ve satışı müstəqil həyata keçirirlər. Lakin onlar müəyyen şərtlər üzrə razılığa gəlirlər. Kartel iştirakçılarının hər biri üçün istehsalın həcmi (kvotası), satış qiyməti və satış bazarı üzrə razılığa gəlir. Kvotanı pozan kartelin kassasına cərimə ödəyir. == Kartelin növləri == Qiymət kartelləri — ümumi və ya ortaq qiymətin müəyyənləşdirilməsi əsasında formalaşır; Satış kartelləri — ümumi satış kanallarının müəyyənləşdirilməsi əsasında formalaşır; Qiymət təyin etmə kartelləri — istehsal və satışı müəyyənləşdirən amillərə məhdudiyyətlər qoyur; Müştəri kartelləri — bazarın və müştərilərin müəyyənləşdirilməsi əsasında formalaşır; Dövlətdaxili kartellər — dövlət daxilindəki bazarları bölmək məqsədilə formalaşır ; Dövlətlərarası kartellər — dövlət müəssisələri arasında rəqabəti aradan qaldırmaq məqsədilə formalaşır.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Karatal (Baymak)
Karatal (başq. Ҡаратал, rus. Каратал) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Akmoron kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 15 km, kənd sovetliyindən (Akmoron): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100%) üstünlük təşkil edir.
Qaya (kvartet)
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Döyüşkən qartal
Döyüşkən qartal (lat. Polemaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Karnal döyüşü
Karnal döyüşü — Nadir şah Əfşar tərəfindən Hindistan yürüşü zamanı ona mütləq qələbə qazandıran döyüş. Nadirin qüvvələri saylarının 6 dəfə az olmasına baxmayaraq, Məhəmməd şahın qüvvələri üzərində cəmi 3 saata qələbə qazandı və Dehliyə gedən yol açıldı. Bu döyüş Nadirin hərbi karyerası ərzində taktiki ustalığının əsas zirvəsi hesab olunur. Döyüş Dehlinin cəmi 110 km şimalında yerləşən Karnal bölgəsi yaxınlığında baş vermişdir. Bu döyüş Nadirin Hindistan yürüşünün kuliminasiya nöqtəsidir. Əfqanıstanın şərqini tutduqdan sonra irəliləyən Nadir şah Kabil və Pişəvəri də ələ keçirdi və qoşunlarını cənuba — moğolların paytaxtına doğru yönəltdi. Buna cavab olaraq isə, Böyük Moğol imperatoru Məhəmməd şah böyük bir ordu topladı və Nadirin üzərinə doğru getmək üçün paytaxtdan çıxdı. Nadir döyüşdə mütləq qələbə qazandı. Ağır məğlubiyyətdən sonra baş tutan danışıqlar zamanı Məhəmməd şah torpaqları üzərində hakimiyyətini davam etdirmək üçün yüksək miqdarda təzminat verməyə razı oldu. Nadir Moğol imperatorunu tamamilə təslim olmağa məcbur etdi və paytaxt Dehliyə daxil oldu.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. == Həyatı == 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Qartal (bürc)
Qartal (lat. Aquila) - ekvatorial bürc.
Qartal (dəqiqləşdirmə)
Qartal —
Qartal (əməliyyat)
"Qartal" əməliyyatı — 29 avqust-6 sentyabr 2008-ci il tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist "Meşə Qardaşları" təşkilatına qarşı keçirilən əməliyyat Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil oldu. Məlumatdan sonra Daxili Qoşunlar, Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirdi. Sonradan onların Qusarın Həzrə kəndi və Avaran kəndləri yaxınlığında meşə massivində gizləndikləri məlum oldu. Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verdi və Daxili Qoşunların əsgəri Əli Yolçuyev həlak oldu. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışdılar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmiş və görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilmişdir. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov zərərsizləşdirilmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri İlqar Mollaçiyev öldürülmüşdür.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Qırğı qartal
Qırğı qartal (lat. Aquila fasciata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Qızıl Qartal
Qızıl Qartal (rus. Золотой орёл) — Rusiya film mükafatı.
Saqqallı qartal
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
İkibaşlı qartal
İkibaşlı qartal Avrasiyada bir çox fərqli mədəniyyətin qəbul etdiyi tarixi bir simvoldur. Bu gün Albaniya, Monteneqro və Serbiya dövlətlərinin rəsmi bayrağında və bir çox ölkələrdə bəzi şəhərlərin və bəzi təşkilatların Emblem və gerblərində hələ də ikibaşlı qartal motivi mövcuddur. Kralı Lugalanda'ya ait möhür (e.ə. 2400), möhürün ortasında ikibaşlı qartal görünür]] Qədim dövrlərdə Şumer və Xetlərdə bu simvola rast gəlinir. Şumerlərdəki Lagaş şəhərinin simvolu ikibaşlı qartaldır. Onlardan; Akad, Assuriya, Sasanlar, Bizanslara və Türklərin mədəniyətinə axır. Eyni zamanda: Xetlərdə, Böyük Krallığın dövründə: Xattusa, Alacahöyük və Yazılıqaya bölgəsindəki qabartmalarda yenədə ikibaşlı qartal görülür. Mesopotamiyada Şumer ədəbiyyatının araşdırılması, ikibaşlı qartalın yaranmasına aydınlıq gətirə bilər. Şumerlərin göy gürültüsü quşu "İmduqud" və bunun morfologiyası xüsusi maraq doğurur. Bu göy gurultusu quşu Ningirsu ya da Ninurta adlanır.
Kəkilli qartal
Kəkilli qartal (lat. Spizaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.