Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehtab Qadınəfəndi
Mehtab Qadınəfəndi (d. 1830 - ö. 20 iyul 1888) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı. == Həyatı == Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir. Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı.
Mehtab Quliyev
Mehtab Ənvər oğlu Quliyev (6 dekabr 1997, Kiçik Qaramurad, Gədəbəy rayonu – 30 oktyabr 2020, Zəngilan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehtab Quliyev 6 dekabr 1997-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 2003-2014-cü illərdə həmin kəndin Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Mehtab Quliyev 2019-cu il oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Mehtab Quliyev Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında qumbaraatan vəzifəsində xidməti zamanı nizamnamələrin tələblərinə riayət etmiş, yüksək intizamı, çalışqanlığı və yardımsevərliyi ilə fərqlənirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Mehtab Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandirləri tərəfindən ona verilən tapşırıqları uğurla yerinə yetirən Mehtab bir neçə dəfə həyatını riskə ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarmışdır. O, Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən yüksəkliklərin düşməndən azad olunması uğrunda döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Mehtab Quliyev oktyabrın 30-da Zəngilanın azad edilməsi zamanı 1117.0 yüksəkliyində düşmənin əks hucumunun qarşısını alarkən həlak olmuşdur. Mehtab Quliyev noyabrın 3-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində dəfn olunmuşdur.
MATLAB
MATLAB (ing. "Matrix Laboratory" sözünün qısaldılmış forması) ― texniki hesablamalarla bağlı məsələlərin həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar paketi və bu paketdə istifadə olunan eyniadlı proqramlaşdırma dili. 4-cü nəsil proqramlaşdırma dili olub, rəqəmsal hesablama sistemidir. MATLAB-la aşağıdakı əməliyyatlar yerinə yetirilə bilər: Matriks əməliyyatları; Funksiya və dataların qrafiklərinin çəkilməsi və təhlili; Alqoritmlərin tətbiqi; Başqa dillərdə (C, C++ və Fortran daxil) yazılmış proqramlarla əməliyyatlar.2004-cü ildə MathWorks təşkilatı dünyada bir milyondan artıq insanın MATLAB istifadə ettiyini e’lan etti. Bu proqramın istifadəçiləri çox fərqli sahələrdə çalışırlar: mühəndislik, elm, iqtisadiyyat, və s. Böyük müştərilər arasında Massaçusets Texnologiya İnstitutu, NASA, Max Planck Cəmiyyəti və RWTH Aachen Universiteti kimi elmi tədqiqat mərkəzlərindən yanı sıra ABB Grupu, Boeing, Ford Motor, Halliburton, Lockheed Martin, Motorola, Novartis, Pfizer, Philips, Toyota, and UniCredit Bank kimi sənayə quruluşları da var. MATLAB müasir əməliyyat sistemlərinin əksəriyyətində, o cümlədən Linux, Mac OS və Microsoft Windows sistemlərində işləyir. MATLAB yüksək-səviyyəli interpretasiya olunan proqramlaşdırma dilidir. O, matrislərə əsaslanan verilənlər strukturuna, funksiyaların geniş spektrinə, inteqrasiya olunmuş gəlişdirmə mühitinə (INTEGRATED DEVELOPMENT ENVIRONMENT), obyekt-yönlü imkanlara və başqa proqramlaşdırma dillərində yazılmış proqramlarla interfeysə malikdir. MATLAB dilində yazılmış proqramlar iki növ olur: funksiyalar və skriptlər.
Maktak
Maktak (inuit dilində:Maktak, "muktuk" variantında da tez-tez rast gəlinir; (çukça dilində: итгилгын, ман'так'; nen dilində: кылтын'гын) — Eskimos, nen və çukça mətbəxlərində dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan ənənəvi yemək. Bəzi dialektlərdə, xüsusilə inuinnaktun dialektində sözü "yeməli dəri" mənasında ifadə olunur.. == Qidalanmada əhəmiyyəti == Maktak - S vitamininin (Askorbin turşusunun) əsas mənbələrindən biridir. 100 qram baliba dərisində 38 mq askorbin turşusu vardır.. Balina piyi eyni zamanda D vitamini ilə zəngindir..
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mastaba
Mastaba (ər. ‏‏مصطبة‎, DMG maṣṭaba, „daş kətil və ya oturacaq“) - Qədim Misirin İlkin və ən qədim dövrlərinə aid dördkünc (kvadrat) formalı qəbir məqbərə. Mastaba ehramın oturacaq forması olub, divarları relyeflərlə bəzədilmiş bir neçə otaq və hücrələrdən ibarət alt qata və ya zirzəmiyə malik məzar tikilisidir. Məhz sonralar mastaba tikilisi əsasında ehramlar inşa olunmuşdur.
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Mahal
Mahal — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nahiyələrə bəylər başçılıq edirdilər.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
Malta
Malta (malt. Malta; ing. Malta) və ya rəsmi adı ilə Malta Respublikası (malt. Repubblika ta' Malta; ing. Republic of Malta) — Cənubi Avropada ada-dövlət. Malta Aralıq dənizində Malta arxipelaqında yerləşən mikrodövlətdir. İtaliyadan 80 km cənubda, Tunisdən 284 km şərqdə, Liviyadan 333 km şimalda yerləşir. Paytaxtı Valletta şəhəri, ümumi sahəsi 316 kvadrat kilometrdir. Malta üç adadan ibarətdir: Malta (246 km²), Qozo (67 km²) və Komino (3.5 km²). Ölkə 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Maxta
Maxta — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Maxta kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. == Etimologiyası == Naxçıvan MR Şərur rayonunda kənd kimi mövcud olan Maxta adı qrammatik formasına görə Maxta/maq-tağ/q/ şəklində olmaqla iki hissədən ibarətdir. Sözün ilk hissəsi olan max-maq formasının danışıq şəkli (şifahi nitq) hesab edilməlidir. "Tağ/taq/" isə tağ, qol, hissə mənası verir. Avesta abidəsi ilə əlaqədar dini ayinləri icra edən şəxslərə "maq" deyilirmiş. Bu söz sonralar öz mənalarını genişləndirərək kahinlik, kahin kasta (Midiyada və İranda), həmçinin Məzdəkiliyin ardıcıllığı və s. kimi mənalar daşımışdır. Maq sayılan şəxs cadugər (əslində bu türkəçarə, müalicə, dini müalicə məqsədilə işlər görən mənası kimi nəzərdə tutulmalıdır), sehrbaz, astroloq və b. mənalar vermişdir.
Qahab
Qahab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı Qahabçayın adından yaranmışdır. Bu toponim fars dilindəki gah (düzən) və ab (su) sözlərindən ibarət olub "düzən çayı" mənasını bildirir. == Tarixi == === Tarixi abidələri === Qahab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qahab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə bünövrəsi XX əsrin əvvəllərində qoyulmuş Qahab kənd məscidi yerləşir. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. == Toponimi == Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Axçoy-Martan
Mahnaz Avşar
Mahnaz Avşar (fars. مهناز افشار‎‎; 11 iyun 1977)— İran aktrisası == Həyatı == Mahnaz Avşar 11 iyun 1977-ci ildə Tehran şəhərində anadan olub. == Filmoqrafiya == Məhəbbət yanğısı, Nader Müqəddəs (1999) Cavan şirlər Mohsen Mohseni Nasab (1999) Dostlar Mehrdad Mirfallah (2000) Negin Əsgər Haşemi (2000) Koma Araş Moayerian (2002) Bal zəhəri İbrahim Şeybani (2002) Şirvani üzünə 13 pişik (2002) Fəsil salatı Firudin Ceyrani (2003) Akvarium Irəc Qədiri (2003) Əmiri niyə öldürdülər?
Maktan adası
Maktan adası (taqal Mactan, ing. Mactan) — Filippinin Sebu vilayətinə daxil olan ada. Visay adaları qrupuna daxildir. Sebu adasından şərqdə, Sebu şəhərinin qarşı tərəfində yerləşir. İnzibati cəhətdən Lapu-Lapu şəhər dairəsi və Kordova regionuna daxildir == Tarixi == 1521-ci ildə ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür. == Sənaye və iqtiadiyyat == Adada Gitara istehsal edilir. == Turizm və nəqliyyat == Ada turizmin inkişaına görə seçilir. Çoxlu sayda otellərə sahibdir.
Maktan döyüşü
Maktan döyüşü — Filippin əraizində 28 aprel 1521-ci ildə baş vermiş döyüş. Hazırda Filippinə aid Maktan adasının hökmdarlarından biri Lapu-Lapu ilə İspaniya qoşunlarının komandanı Fernan Magellanın qoşunları arasında baş vermiş döyüşdə ikincisi öldürülmüşdür. == Döyüş öncəsi == 16 mart 1521-ci ildə Fernan Magellan özünün dövrü aləm səyahəti zamanı Molukk adaları arasından İspaniyaya yol axtararkən üfüqdə hazırkı Samar adasını görür. Növbəti gün o silahdaşlarına Homonhon adası sahillərinə lövbər atmağı əmr edir. Magellan və onun komandasıə adada olan ilk avropalılar olmuşdur. Onun Kulambu və Siaqu hökmdarları ilə söhbəti uğurlu olur. Onlar Magellanı sebu adasına aparırlar. Burad isə adanın ali hökmdarı yaşayırdı. Magellan onu və həyat yoldaşını xristianlığı qəbul etməyə inandıra bilir. Xristianlığı qəbul etdikdən sonra hökmdar ispan kralı Filippin adını alır.
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Mantaş (Xudabəndə)
Mantaş (fars. منطش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (30 ailə).
Mastabe adası
Mastabe adası (ing. Masbate) — Filippin arxipelaqının mərkəzində, sahəsi 3269 km² olan ada. Əhalisi — 672 227 nəfərdir (2010). == Coğrafiya == Cənubdan Visayan dənizi, qərbdən Sibuyan dənizi, şərqdən Samar dənizi ilə əhatələnmişdir. Maksimal hündürlüyü 697 metrdir. Cənub hissəsində dərin körfəz vardır. Bitki örtüyü tropik meşələrdir. == İnzibati bölgü == Əsas şəhəri - Mastabe.Ada Mastabe vilayətinə daxildir. Burada 1 şəhər dairəsi və 14 inzibati vahidlik vardır. == İqtisadiyyat == Adanın əsas gəlir mənbəyi kənd təsərrüfatıdır.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == Quba şəhərində küçələrin birinə Mehrab Niftəliyevin adı verilib.
Mehrab xan
Mehrab xan (vəfatı 1649) — Səfəvi sərkərdəsi. Mirimanidze nəslinin üzvü əvvəlcə naməlum bir tarixdə Bust bəylərbəyi vəzifəsində adı çəkilir. Sonralar Astrabad bəylərbəyi, 1649-cu ildə isə eyni il ərzində öldüyü Qəndəhar şəhərinin bəylərbəyi təyin edildi. Qəndəharda onun yerinə gürcü qohumu Otar bəy gəldi. == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 169, 257. ISBN 978-1933823232. Matthee, Rudi.
Mehtap Altunok
Mehtap Altunok (d. 1972), Türkiyəli Səsləndirmə sənətçisi və aktrisa. O, müxtəlif televiziya seriyalarında və reklamlarında rol almışdır. Ayrıca bəzi istehsalların səsləndirməsini iştirak etdi və bir dövr NTV kanalında hava proqnozu aparıcılığı etmişdir. Türkiyədə CarrefourSA hipermarket təqdimat filmlərində ekran üzü olmuşdur. Son dövrdə Show TV ekranlarında Həkimlər adlı serialda Jülide obrazını canlandırmışdır. Altunok 2015 in yaz aylarında TRT 1 də başlayan Baba Candir serialında iştirak etmişdir.