MÖHTAC
MÖHTACLIQ
OBASTAN VİKİ
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Möhtaclılar sülaləsi
Möhtaclılar sülaləsi— X əsrdən XI əsrin ortalarına qədar Mavəraünnəhirin Çağaniyan bölgəsində hökm sürən bir xanədan. Möhtaclının (Al-i Möhtac) etnik kökənlərinə dair dəqiq bilgi yoxdur. Ərəblər Mavəraünnəhirdə ilk göründükləri zaman Çağaniyan bölgəsini Çagān-xudat deyilən bir xanədan idarə etməkdəydi. Bundan hərəkətlə xanədanın Fars əsilli olduğu və xanədana adını verən Möhtac bin Əhmədin Çagān-xudat xanədanının törəmələri arasında yer aldığı söylənə bilir. Bir yandan bölgəni fəth etmək üçün gələn Ərəblərın İran xalqına qarışdığı, Möhtaclının kökəninin bu ərəblərə dayandığı irəli sürülməkdədir. Möhtac bin Əhməd ilə oğlu Müzəffərə dair yetərli bilgi yoxdur. Qaynaqlarda haqqında bilgi verilən ilk xanədan üzvi Əbu Bəkir Məhəmməd bin Müzəffər b. Möhtac, Samanilərin Sistana hakim olmaq üçün göndərdiyi orduda sərkərdəlik etdi. Bir müddət sonra Samani əmiri II Nəsr tərəfindən Fərqanə valiliyinə təyin edildi, ardından Xorasana göndərildi. Bu sırada Əmir II Nəsrın səltənət davasına qalxışan qardaşı Yəhyanı məğlub etdi və durumu bir məktubla II Nəsrə bildirdi.

Digər lüğətlərdə