MASRAF
MASUM
OBASTAN VİKİ
Mastara
Mastara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci il də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.