İNTİZAR

is. [ ər. ] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə.
Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani.
On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad.
İntizar və səbirsizlik yenidən başlandı. Qantəmir.
Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə.

□ İntizar çəkmək – bax intizar qalmaq.
Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görək yaza nə qaldı? (Bayatı).
Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani.
Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal.

// Gözləmək.
Dağlara çıxmağa həkim qoymayır; İntizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli.

İntizar qalmaq – nigaran olmaq, nigarançılıqla gözləmək.
[Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı.

İntizar qoymaq – gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək.
Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı).
Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani.

İntizar olmaq – bax intizar qalmaq.
Oldular intizar bir saat yarım. H.K.Sanılı.

İntizara yetməmək – intizarını çəkdiyini görə bilməmək.
Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər.

İntizardan qurtarmaq – nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq.
Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov.

İntizarında qalmaq, intizarını çəkmək – birini həsrətlə, yaxud nigarançılıqla gözləmək.
[Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov.
[Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNTİZAR həsrət
İNTİZAMSIZLIQ
İNTİZARÇILIQ
OBASTAN VİKİ
İntizar
İntizar — Türkiyəli müğənni . Kürd əsilli Türkiyə vətəndaşıdır . == Həyatı == İntizar 1974-cü ildə Türkiyənin Tunceli vilayətində anadan olmuşdur .
İntizar (opera)
İntizar - bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. == Tarixçə == İlk dəfə 2007-ci ildə səhnəyə qoyulub. İlk tamaşa üzərində rejissor Cənnət Səlimova, dirijor Cavanşir Cəfərov və digər yaradıcı heyət çalışıb . 2010-cu il mayın 11-də Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində əsər yeni quruluşda təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva operaya tamaşa ediblər. Librettonun müəllifi "Üns" yaradıcılıq səhnəsinin bədii rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlamışdır. Tamaşanın quruluşçu rejissoru Moskva "Helikon-Opera" Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster Xalq Artisti Gülbacı İmanovadır.
İntizar (film, 1969)
== Məzmun == Burada 1919-1920-ci illərin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur. Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır. == Film haqqında == Film yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır. Film rejissor Tofiq İsmayılovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Tofiq İsmayılov Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fərəc Qarayev Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Səs operatoru: Akif Nuriyev === Rollarda === Leyla Bədirbəyli — ana Şahmar Ələkbərov — oğul Mehdi Rəhimov İsmayıl Osmanlı (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
İntizar (film, 1986)
== Məzmun == Film uşaq evlərində böyüyən kimsəsiz uşaqlara həsr olunmuşdur. Kinolentdə konkret olaraq Maştağa qəsəbəsindəki 15 saylı internat məktəbində yaşayan uşaqlardan söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: İsa İsmayılzadə Operator: Rəfael Salamzadə, Tofiq Sultanov Bəstəkar: Firəngiz Əlizadə Səs operatoru: Akif Nuriyev Məsləhətçi: Y.Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 329. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.

Digər lüğətlərdə

горо́ховый дезодора́нт крокировать маори́йцы подключи́ться удира́ть ультрале́вый факс-моде́мный халцедо́н астрона́вт напетля́ть неблагополу́чно пересуши́ться прищи́пываться пустола́йка рудоко́пный фри́зы янта́рный amentum Delaney amendment igniting charge ladies' gallery pile-building trap-shooting терапевт