Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
Qaracallı
Qaracallı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaracallı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaracallı (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Qaracəlli — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Qaracalı
Qaracalı (Əhər)
Qaracallı (Cəbrayıl)
Qaracallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib. Qaracallı Cəbrayıl rayonunun Balyand inzibati ərazi vahidində, Gəyən çölündə yerləşir. Əsas təsərrüfatı heyvandarlıqdır.
Qaracallı (Qubadlı)
Qaracallı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. Əsli Qaracalar olmuşdur. Kəndin adı XVIII əsrdə Naxçıvandan Pənahəli xanın Qarabağa köçürdüyü kəngərlilərin qaracallı tayfasının adı ilə bağlıdır. Sonralar Qarabağda yaşamış qaracallılar müxtəlif rayonlara yayılmış və Qaracallı adlı bir neçə yaşayış məntəqəsi bina etmişlər. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qaracallı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qaracallı Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Qaracallı (Ucar)
Qaracallı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Ucar rayonunun Qaracallı kəndi XIX əsrin sonlarında yaranmışdır. Bu kəndin əsas sakinləri Cəbrayıl rayonunun Qaracallı kəndindən gələnlər olmuşlar. Belə ki, həmin kənddən gələnlər maldarlıqla məşğul olduqlarından bu yeri əlverişli bir yer seçərək burada məskunlaşmışlar. Yaşayış məntəqəsi kəngərlilərin qaracallı tayfasının məskun­laşması nəticəsində yaranmışdır. Xanlar rayonu ərazisində bu nəslin adı ilə bağlı Qaracallı təpəsi (Əli Bayramlı kəndi) və Qaracallı dərəsi (Bolçalı kəndi) adlı iki obyekt qeydə alınmışdır. Kənddə bir mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Bundan əlavə kəndin 2 orta məktəbi vardır. Kənd Göyçay çayının sahilində, Şirvan düzündə, Bakı-Tbilisi əsas magistral yoluna və dəmir yolu xəttinə yaxın yerdə yerləşir. Əhalisi 4500 nəfər.
Qaracalı (Bicar)
Qaracalı (fars. قراجلو‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qaracalı (Nazlı)
Qaracalı (fars. قره جلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (29 ailə).
Qaracalı (Poldəşt)
Qaracalı (fars. قره جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (89 ailə).
Qaracalı (Urmiya)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (17 ailə).
Qaracalı (Xoy)
Qaracalı (fars. قراجلو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qaracalı (Əhər)
Qaracalı (fars. قراجه لو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (30 ailə).
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçı Kəndlər Azərbaycan Qarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Qarabağlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Gürcüstan Qarabağlı (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran Qarabağlı Əyibi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Qaradağlı
Qaradağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Aydın Qaradağlı — Azərbaycan diktoru, Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı Vüqar Qaradağlı — müəllim, alim, jurnalist, Əməkdar jurnalist, BDU-nun dosenti. Həsənəli xan Qaradağlı — Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi. Kazım xan Qaradağlı — Qaradağ xanı (1730-1763). Aygül Qaradağlı — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Xanım Qaradağlı — diktor Aydın Qaradağlının qızı. Kəndlər Qaradağlı (Dərbənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Qaradağlı (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Qaradağlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Qaradağlı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qaradağlı (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd.
Qaraçanlı
Qaraçanlı (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Aşağı Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Baş Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd. Mozqaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonu inzibati ərazi vahidində kənd.
Qaraçaylı
Qaraçaylılar — əsasən tarixi torpaqları Qaraçay-Çərkəz Respublikasında yaşayan türk xaqlarından biri. Qaraçaylı (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qaraçaylı (Qaşqaylar) — Qaşqay elini təşkil edən tayfalardan biri.
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (digər tarixi adı Kolbasan; kəndin yerləşdiyi yerin tarixi adı Soltanqobu) — Azərbaycan Respublikasının Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Qaradağlı Ağdam rayonunun Xaçın nahiyəsində kənd adı. Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir. XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır. Bu kənd "Soltan qobu" adlı yerdə qaradağlı tayfasına mənsub yeddi ailənin məskunlaşması nəticəsində yaranmışdır. Bu kəndin digər tarixi adı da Kolbasan olub. XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı. Qaradağlı kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Orta Qaraçanlı
Orta Qaraçanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qaraçanlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. Orta Qaraçanlı kəndi Uluxan çayinın (Tərtər çayının qolu) sahilində, Dağətəyi ərazidədir. XIX əsrdə Zəngəzur qəzasında mövcud olmuş Qaraçanli adlı kəndin əsasında yaranmiş Baş Qaraçanlı (Laçın rayonu), Aşağı Qaraçanlı və Orta Qaraçanlı (Kəlbəcər rayonu) adlı yaşayış məntəqəlarindən biridir. Oykonim “ortada, mərkəzdə yerləşən Qaraçanlı kəndi” mənasındadır. Rayon mərkəzindən 9–10 km aralı, Kəlbəcər-İstisu yolunun sol tərəfində, Uluxan çayının sahillərində yerləşir. 3 kənddən, bir inzibati vahiddən ibarətdir. Bir orta məktəb, bir kitabxana, bir tibb məntəqəsi var idi. Buz bulaqları, gözəl yaylaqları, uca dağları, qonaqpərvər insanları var idi.
Qaradağlı (Ağdam)
Qaradağlı (Qaradağlı, Ağdam)
Qaradağlı (Ağdaş)
Qaradağlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradağlı (Beyləqan)
Qaradağlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradağlı (Bərdə)
Qaradağlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Qaradağlı (Dərbənd)
Qaradağlı — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 779 nəfər azərbaycanlı yaşamaqda idi. Əhali sünni məzhəbinfə etiqad edirlər.
Qaradağlı (Füzuli)
Qaradağlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 14 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilədək Çaykənd Qaradağlısı da adlanırdı. Qaradağlı ən böyük Azərbaycan obalarındən birinin adıdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış Qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur.
Qaradağlı (Goranboy)
Qaradağlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Qaradağlı kəndi Kürəkçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindadir. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3040 nəfər əhali yaşayır.
Qaradağlı (Kəlbəcər)
Qaradağlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Qaradağlı (Pərsabad)
Qaradağlı (fars. قره داغلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 949 nəfər yaşayır (167 ailə).
Qaraçanlı (Laçın)
Qaraçanlı — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsli Qaracalı olmuşdur. Keçmiş adı Qaraçanlı Zeynallıdır. Qaraçanlı kəndi dağətəyi ərazidədir. Keçmişdə burada Qaraçanlı adlı iki kənd olmuşdur. Bir-birindən fərqləndirmək üçün Zeynallı kəndi yaxınlığında yerləşdiyinə görə Qaraçanlı Zeynallı adlandırılmışdır. Kəndin adı qaraçanlı tayfasının adı ilə bağlıdır.
Qaraçanlı tayfası
Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.
Qaraçaylı (Qaşqaylar)
Qaraçaylı (fars. قراچه‌ای Qəraçee‎; ing. Karachai, Qarachai; qaşqayca: Qərəçaye) — Qaşqay elini təşkil edən tayfalardan biri. Piralu, Kələli, Kürdlü, Kərəm Əbdali, Qaraqirli, Cəli, Qurd, Xan Əhmədi, Rekke, Tus, Maləhmədi, Çardange, Gərmesiri və Bahadonlu adlı tirələrə bölünür. Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib.
Qaraçaylı (Şabran)
Qaraçaylı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2017-ci ildə Shabran Agrocomplex MMC-nin tələbi ilə boşaldılıb. Kənd əhalisi artıq qonşu kəndlərdə yaşayır.