MƏRİFƏTLİ

sif.
1. Mərifəti olan; qanacaqlı, tərbiyəli, kamallı, ləyaqətli. Mərifətli qız. Mərifətli uşaq.
– Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? M.S.Ordubadi.
Usta Pirəli, oğlunun mərifətli cavabını bəyənib, istəristəməz yumşaldı. M.Hüseyn.

2. Oxumuş, təhsilli, mədəni.
[Niyaz bəy:] Çünki zəmanəmiz belə zamandır ki, mədəniyyətli və mərifətli qulluq adamları bizim müftəyeyən bəylərdən əfzəldirlər. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏRİFƏTLİ mərifətli bax 1. qanacaqlı, tərbiyəli; 2. mədəniyyətli
  • MƏRİFƏTLİ ədəbli — nəzakətli — qanacaqlı — tərbiyəli
  • MƏRİFƏTLİ təhsilli — mədəni

Antonimlər (əks mənalı sözlər)

  • MƏRİFƏTLİ MƏRİFƏTLİ – QANACAQSIZ Mərifətli yoldaşlara canımı da qurban verərəm (İ.Fərzəliyev); Ədəbsizlər, qanacaqsızlar, yazıqla nə işiniz var? (Ə
MƏRİFƏT
MƏRİFƏTLİLİK

Digər lüğətlərdə