Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.
Gəzənək
Gəzənək — İranın Mazandaran ostanının Amül şəhristanının Larican bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 323 nəfər və 94 ailədən ibarət idi.
Siyənək
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Siznək
Siznək - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 4 km cənub-şərqdə, Oxçu çayının sol sahilində yerləşir. Toponim Azərbaycan dilində «duman, çən» mənasında işlənən sis sözünə -nək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Sis sözü Siznək toponimində «siz» formasına düşmüşdür. s~z səs əvəzlənınəsi Azərbaycan dili üçün qanunauyğun haldır. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Kənddə 1897-ci ildə 179 nəfər, 1904 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1914-cü ildən azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri öz yurd-yuvasına dönə bilir. Burada 1922-ci ildə 76 nəfər, 1926-cı ildə 76 nəfər, 1931-ci ildə 121 nəfər, 1959 - cu ildə 409 nəfər, 1979 - cu ildə 432 nəfər azərbaycanlı yaşamışdır.
Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır. == Morfoloji əlamətləri == Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
İrigöz siyənək
İrigöz siyənək (lat. Alosa brashnikovi autumnalis) — siyənəkkimilər fəsiləsinin az saylı növüdür. Xəzər dənizində yayılmışdır. Azərbaycanda əsasən Cənubi Xəzərin qərb sahil sularında yayılmışdır. Yay fəsilində Yalama Dəvəçi və Giləzi kəsimlərində yayıldığı müşahidə edilmişdir. D III-IV (V) 13 - 15, ümumi sayı 16 - 19 (18.0), A (II) III (IV) 16 - 20 (18.5), ümumi sayı 19 - 23 (21.5), qəlsəmə dişciklərinin sayı 25 - 36 (30.0), gövdə fəqərələrin sayı 49 - 52 (50.5), quyruq fəqərələrin sayı 33 - 35 (33.9)-dir. Dişciklər kobud, yastı, əyriüyrü və qəlsəmə yarpaqcıqlarından bir qədər uzundur. Başı və bel tərəfi yaşıl rəngə çalır. Uzunluğu 41 sm-ə qədər olur. Dəniz siyənəyi olub, çoxalmaq üçün şirin sulara girmir.
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Nerkin Sıznek
Aşağı Yemişcan (əvvəlki adı: Nerkin Sıznek) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. XIX əsrdə gəlmə ermənilər Sıznaq adlanan bu yerdə məskunlaşmış, kəndin adını da Nerkin Sıznək (Aşağı Siznək) kimi rəsmiləşdirmişdilər. 1992-ci ildə kəndə Aşağı Yemişcan adı verilmişdır. Toponimin ikinci komponenti "yemişan" sözünun tələffüz formasıdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Nerkin Sıznek kəndi Aşağı Yemişcan kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aşağı Yemişcan kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olmuş, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Kənd dəğətəyi ərazidə yerləşir.
Verin Sıznek
Yuxarı Yemişcan — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Verin Sıznek adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Yuxarı Yemişcan kəndinin əhalisinin faktiki sayı 29 nəfər, qeydiyyatdakı əhalinin sayı 28 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yuxarı Yemişcan kəndi Azərbaycan ordusunun nəzarəti altına keçmişdir.
Sayano-Şuşensk qoruğu
Sayano-Şuşensk qoruğu — Sayano-Şuşensk su anbarının təsir zonasında Yenisey çayının sol sahilindəki Krasnoyarsk vilayətinin cənubundakı Qərbi Sayanın əlçatmaz bir ərazisindəki bir qoruq. Sahə 3904 km²-dir. Relyefi dağlıqdır, hündürlüyü 500 ilə 2735 m arasındadır. Qoruq su tutarının təbiətə təsirini araşdırır. Əsas qorunan növlər qar bəbiridir. Qoruğun faunası son dərəcə müxtəlifdir. Demək olar ki, 100 növ nadirdir, nəsli kəsilməkdədir və Qırmızı kitaba daxil edilmişdir. Qoruğun böyük bir hissəsi meşələrdir. Əsas dəyər Sibir sidridir. Sidr meşələrinin sahəsi 1000 km²-dən çoxdur.
Süzen Polqar
Susan Polqar (mac. Polgár Zsuzsa; 19 aprel 1969, Budapeşt, Macarıstan Xalq Respublikası)— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar. 15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.
Sayano-Şuşensk su anbarı
Sayano-Şuşensk su anbarı — Yenisey çayında Sayano-Şuşensk su-elektrik stansiyasının tikintisi nəticəsində meydana gələn su anbarı. Hündürlüyü dəniz səviyyəsindən 540 metrdir. Su anbarı layihəsi Sayano-Şuşensk su-elektrik stansiyasının ayrılmaz hissəsidir. Sayano-Şuşensk SES layihəsinin ayrı-ayrı komponentlərinə aşağı byref və ətraf mühitin qorunması bölmələri də daxil edilmişdir. Su anbarının ətraf mühitə təsirini müxtəlif dərəcədə azaltmaq üçün tədbirlər planlaşdırılmış və həyata keçirilmişdir: ictimai səhiyyə üçün təhlükəli olan su anbarının mümkün çirklənmə mənbələriaradan qaldırılmışdır. Rusiya Federasiyası hökumətinin 16 noyabr 2006-cı il tarixli qərarı ilə Sayano-Şuşensk su anbarı, müstəsna federal mülkiyyətində olacaq strateji içməli su mənbəyi olan 70 su anbarı siyahısına daxil edildi. Onların su ehtiyatlarının istifadəsi Rusiya Federasiyasının bir və ya daha çox subyektinin əhəmiyyətli ərazilərinin içməli və məişət suyu təchizatı ilə təmin etmək üçün həyata keçirilir. Su anbarının səthinin 42% -i Tuvada yerləşir. Bunun çox hissəsi Tuva vadisinə düşür — respublikanın Uluq-Xem və Çaa-Xol kojunları. Su anbarının doldurulması zamanı Şaqonar (Köhnə Şaqonar) şəhəri və Çaa-Xol kəndi su altında qalmışdır.