Фразеологический словарь азербайджанского языка

  • SÖZÜNÜ KƏSMƏK

    danışmağa, fikrini bitirməyə imkan verməmək; ~ sözünü ağzında qoymaq, kəlməsini ağzında qoymaq, ağzından vurmaq, ağzının üstündən vurmaq

    Полностью »
  • SÖZÜNÜ QƏRİBÇİLİYƏ SALMAQ

    sözünə əhəmiyyət verməmək, dediyi doğru olsa da, sözünü ciddi saymamaq.

    Полностью »
  • SÖZÜNÜ TUTMAMAQ

    verdiyi vədə əməl etməmək, dediyini etməmək; ~ əhdindən dönmək, söz verib arxasından qaçmaq, sözündən dönmək (qaçmaq), ilqarından dönmək, vədinə xilaf

    Полностью »
  • SÖZÜNÜ YELƏ VERMƏK

    boş-boş, mənasız danışmaq, danışığına fikir verməmək.

    Полностью »
  • SÖZÜNÜ YERƏ SALMAQ

    xahişini, arzu-istəyini yerinə yetirməmək; ~ sözü yerə düşmək, sözündən çıxmaq.

    Полностью »
  • SÖZÜNÜ YERİTMƏK

    dediyini etmək, istədiyini həyata keçirmək; ~ inad göstərmək.

    Полностью »
  • SÖZÜNÜN AĞASI OLMAQ

    dediyinə əməl etmək, verdiyi vədi yerinə yetirmək; ~ fikrində durmaq, sözünə düz çıxmaq, sözünün üstündə durmaq (dayanmaq), sözünün yiyəsi olmaq

    Полностью »
  • SÖZÜNÜN ALTINDAN QAÇMAQ

    bax: sözünün dalından qaçmaq.

    Полностью »
  • SÖZÜNÜN ARXASINDA DURMAQ (DAYANMAQ)

    bax: sözünün üstündə durmaq (dayanmaq).

    Полностью »
  • SÖZÜNÜN CANINI DEMƏMƏK

    fikrini yarımçıq söyləmək, eyhamla, işarə ilə kifayətlənmək, əsl mətləbi üstüörtülü saxlamaq; ~ oxu atıb yayını gizlətmək

    Полностью »
  • SÖZÜNÜN DALINDAN QAÇMAQ

    verdiyi sözü yerinə yetirməmək, sözünün üstündə durmamaq; ~ vədinə xilaf çıxmaq, əhdindən dönmək, söz verib arxasından qaçmaq

    Полностью »
  • SÖZÜNÜN DALINI-QABAĞINI BİLMƏMƏK

    fikirləşmədən, yerli-yersiz danışmaq, dediyi sözün məsuliyyətini dərk etməmək; ~ ağzını Allah yoluna qoymaq, ağzına gücü çatmamaq, danışığını bilməmək

    Полностью »
  • SÖZÜNÜN KƏSƏRİ OLMAMAQ

    bax: sözü keçməmək.

    Полностью »
  • SÖZÜNÜN QABAĞINDA SÖZ DEMƏK

    birinin fikrinə qarşı çıxmaq, dediyinə etiraz etmək, əks fikir söyləmək.

    Полностью »
  • SÖZÜNÜN MUSTAFASI

    deyəcəyi əsas fikir, sözünün canı.

    Полностью »
  • SÖZÜNÜN ÜSTÜNDƏ DURMAQ (DAYANMAQ)

    verdiyi sözə əməl etmək; ~ fikrində durmaq, fikrinin üstündə durmaq, sözünə düz çıxmaq, sözünün ağası olmaq, sözünün yiyəsi olmaq, sözü bir olmaq, söz

    Полностью »
  • SÖZÜNÜN ÜSTÜNƏ ÇIXMAQ

    barəsində danışıldığı zaman söhbət yerinə gəlib çıxmaq; ~ adını çək, qulağını bur.

    Полностью »
  • SÖZÜNÜN YERİNİ BİLMƏK

    danışarkən ədəb-ərkan gözləmək, yersiz ifadələrə yol verməmək; ~ sözünə fikir vermək.

    Полностью »
  • SÖZÜNÜN YİYƏSİ OLMAQ

    bax: sözünün ağası olmaq.

    Полностью »
  • STƏKANDA FIRTINA

    kiçik bir yerdə böyük və mənasız hay-küy.

    Полностью »
  • STRESDƏN ÇIXMAQ

    düşdüyü psixoloji gərginliyi dəf etmək, davamlı psixoloji üzüntünü müxtəlif üsullarla aradan qaldırmaq

    Полностью »
  • STRESS ATMAQ

    keçirdiyi psixoloji sarsıntıdan qurtulmaq üçün xoşuna gələn, qəlbini rahatlandıran hansısa əyləncəli işlə məşğul olmaq

    Полностью »
  • STUL DAVASI

    bax: kreslo davası.

    Полностью »
  • SU BOĞAZA ÇIXANDA

    çıxılmaz vəziyyət yarananda, çıxış yolu qalmayanda.

    Полностью »
  • SU İÇDİYİ QUYUYA TÜPÜRMƏK

    nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ oturduğu budağı baltalamaq (kəsmək), yediyi qaba tüpürmək, işıq gələn yerə barmaq tıxamaq

    Полностью »
  • SU KİMİ İÇMƏK

    çox yaxşı bilmək, biliyini yüksək səviyyədə nümayiş etdirmək, asanlıqla öyrənmək.

    Полностью »
  • SU QİYMƏTİNƏ

    çox ucuz, dəyər-dəyməzinə; ~ şor qiymətinə.

    Полностью »
  • SU-SU DEYİNCƏ SUMAQ DE

    bax: mus-mus deyincə Mustafa de.

    Полностью »
  • SU ÜSTÜNDƏ OCAQ QALAMAQ

    mümkün olmayan  bir işin arxasınca düşmək.

    Полностью »
  • SUAL ALTINDA QALMAQ

    həyata keçəcəyi, həll olunacağı şübhə doğurmaq, qeyri-müəyyən vəziyyətdə olmaq, nəticəsi bilinməmək.

    Полностью »
  • SUAL ALTINDA QOYMAQ

    qeyri-müəyyənlik yaratmaq, vəziyyətini ağırlaşdırmaq, mövcudluğuna şübhə və təhlükə yaratmaq.

    Полностью »
  • SUBAŞINA ÇIXMAQ (DƏYMƏK)

    tualetə, ayaqyoluna getmək.

    Полностью »
  • SUBAYLIĞIN DAŞINI ATMAQ

    evlənmək, ailə qurmaq.

    Полностью »
  • SUDAN QURU ÇIXMAQ

    günahı, qəbahəti olduğu halda heç bir ziyan çəkmədən çətin, ağır vəziyyətdən xilas olmaq.

    Полностью »
  • SULARI DURULTMAQ

    qarışıq, mürəkkəb, qeyri-müəyyən bir məsələyə aydınlıq gətirmək.

    Полностью »
  • SUSUZ DƏYİRMAN

    kimsəsiz, unudulmuş, kimsənin gedib-gəlmədiyi yer, məkan; mənasız, məqsədsiz həyat tərzi.

    Полностью »
  • SUYA SALIB-ÇIXARTMAQ

    bərk danlamaq, ciddi cəzalandırmaq; haqsız olduğunu sübut etməklə kimisə pis vəziyyətə salmaq.

    Полностью »
  • SUYOLUNA DÖNDƏRMƏK

    bir yerə zərurət olmadan tez-tez gedib-gəlmək.

    Полностью »
  • SUYU BİR ARXDAN (YERDƏN) AXMAMAQ

    bir-biri ilə dil tapa bilməmək, dolanmamaq, razılaşmamaq, aralarında uyğunluq olmamaq, bir-birinə öyrəşə bilməmək

    Полностью »
  • SUYU BULANDIRIB BALIQ TUTMAQ

    bax: bulanıq suda balıq tutmaq.

    Полностью »
  • SUYU BULANDIRMAQ

    araya fitnə-fəsad salmaq; ~ ara vurmaq, ara qarışdırmaq, duru suyu bulandırmaq.

    Полностью »
  • SUYU PÜFLƏYƏ-PÜFLƏYƏ İÇMƏK

    bax: suyu üfürə-üfürə içmək.

    Полностью »
  • SUYU SOVRULMUŞ DƏYİRMAN

    uçulmuş, dağılmış, viran qalmış, heç nəyə yaramayan yer; ~ susuz dəyirman.

    Полностью »
  • SUYU SÜZÜLƏ-SÜZÜLƏ

    kor-peşman, qanıqara halda, pərt.

    Полностью »
  • SUYU ÜFÜRƏ-ÜFÜRƏ İÇMƏK

    çox tədbirli, ehtiyatlı hərəkət etmək, kəskin və riskli hərəkətlərdən çəkinmək, vasvası olmaq; öz kölgəsindən qorxmaq

    Полностью »
  • SUYUN DİBİNƏ YATMAQ

    yeni fürsət gözləmək məqsədilə gizlənmək, gözə görünməmək; ~ səngərə yatmaq.

    Полностью »
  • SUYUŞİRİN GƏLMƏK

    ilk baxışdan xoş təsir bağışlamaq; ~ ürəyinə yatmaq, qanı qaynamaq, qan çəkmək, xoşuna gəlmək.

    Полностью »
  • SÜD GÖLÜNDƏ ÜZMƏK

    rifah və bolluq içərisində yaşamaq, zəngin olmaq; ~ yağ-bal içində üzmək (yaşamaq).

    Полностью »
  • SÜD GÖLÜNƏ DÜŞMƏK

    rifah və bolluq içərisində yaşamağa başlamaq.

    Полностью »
  • SÜDDƏN ÇIXMIŞ AĞ QAŞIQ

    özünü təmiz, günahsız adam kimi göstərən şəxs haqqında istehza ilə deyilən ifadə.

    Полностью »