Фразеологический словарь азербайджанского языка

  • SÖZÜ BİR YERƏ QOYMAQ

    bir qərara gəlmək, bir məsələ haqqında razılığa gəlmək, həmrəy, həmfikir olmaq; ~ sözləri bir olmaq.

    Полностью »
  • SÖZÜ BİŞİRMƏDƏN AĞZINDAN ÇIXARMAQ

    danışığına fikir verməmək, düşünmədən danışmaq, nə gəldi danışmaq; ~ ağlına gələni danışmaq (demək).

    Полностью »
  • SÖZÜ BOĞAZINDA QALMAQ

    danışıq əsnasında hər hansı bir səbəbdən ani olaraq duruxmaq, danışa bilməmək, döyükmək.

    Полностью »
  • SÖZÜ ÇEYNƏMƏK

    səlis, aydın danışa bilməmək, qüsurlu danışmaq.

    Полностью »
  • SÖZÜ ÇÜRÜTMƏK

    bax: sözü uzatmaq.

    Полностью »
  • SÖZÜ DAŞDAN KEÇMƏK

    hörməti, nüfuzu hesabına fikrini başqalarına qəbul etdirməyi bacarmaq, söz sahibi olmaq.

    Полностью »
  • SÖZÜ DÜZ GƏLMƏK

    hər şeyi olduğu kimi danışmaq; ~ sözü tutmaq.

    Полностью »
  • SÖZÜ FIRLATMAQ

    bax: söhbəti fırlatmaq.

    Полностью »
  • SÖZÜ GÖYDƏ TUTMAQ

    tez anlamaq, dərhal başa düşmək, arif olmaq; ~ sözü havada tutmaq, havada tutmaq (qapmaq).

    Полностью »
  • SÖZÜ GÖZÜNÜN İÇİNƏ DEMƏK

    sözü üzünə demək, üzünə, gözünün içinə baxaraq tənqid etmək.

    Полностью »
  • SÖZÜ HAVADA TUTMAQ

    bax: sözü göydə tutmaq.

    Полностью »
  • SÖZÜ HAVAYA BURAXMAQ (DEMƏK)

    əbəs yerə, boş-boş, təsirsiz danışmaq, dediklərinin heç bir təsiri olmamaq.

    Полностью »
  • SÖZÜ KEÇMƏMƏK

    sözü qəbul olunmamaq, xahişi, tələbi nəticəsiz qalmaq; ~ sözünün kəsəri olmamaq, baltası kəsməmək, əmri aşmamaq, ağzı qatıq kəsməmək

    Полностью »
  • SÖZÜ KƏLBƏTİNLƏ ÇIXARMAQ (ÇƏKMƏK)

    danışmağa həvəsi olmayan adamı zorla danışdırmaq, danışmağa, cavab verməyə məcbur etmək.

    Полностью »
  • SÖZÜ QULAĞINDA SIRĞA ELƏMƏK

    bax: qulağında sırğa etmək (olmaq).

    Полностью »
  • SÖZÜ QULAQARDINA VURMAQ

    bax: qulaqardına vurmaq.

    Полностью »
  • SÖZÜ ÖZÜNƏ GÖTÜRMƏK

    başqası haqqında və ya ünvansız deyilən sözü özünə şamil etmək.

    Полностью »
  • SÖZÜ SÖZ OLMAQ

    bax: sözünün üstündə durmaq (dayanmaq).

    Полностью »
  • SÖZÜ SÖZƏ CALAMAQ

    ara vermədən danışmaq, birnəfəsə danışmaq.

    Полностью »
  • SÖZÜ TUTMAQ

    1. Başqa birisi ilə həmfikir, həmxasiyyət olmaq; ~ sözü düz gəlmək. 2. İşarəni, eyhamı tez başa düşmək, anlamaq; ~ sözü göydə tutmaq

    Полностью »
  • SÖZÜ UZATMAQ

    uzun-uzadı danışmaq, uzunçuluq eləmək; ~ sözü çürütmək, sözün çürüyünü çıxartmaq.

    Полностью »
  • SÖZÜ ÜRƏYİNDƏ QALMAQ

    düşüncələrini, hislərini açıq surətdə ifadə edə bilməmək, düşündüklərinin hamısını deyə bilməmək.

    Полностью »
  • SÖZÜ YAYINDIRMAQ

    söhbəti başqa mövzuya yönəltmək, mövzunu dəyişdirmək; ~ söhbəti fırlatmaq.

    Полностью »
  • SÖZÜ YEDİZDİRMƏK

    1. İstəyini, fikrini yeritmək, öz mövqeyində təkid etmək.  2. Sözünü geri götürməyə, danmağa məcbur etmək

    Полностью »
  • SÖZÜ YERƏ DÜŞMƏK

    xahişi, istəyi, arzusu, tələbi nəticəsiz qalmaq, qəbul olunmamaq, rədd edilmək; ~ sözünü yerə salmaq, əmri aşmamaq

    Полностью »
  • SÖZÜN BAŞINA İP (ÇATI) SALMAQ

    danışarkən eyni fikri dönə-dönə təkrarlamaq; ~ tutduğunu buraxmamaq, sözün çürüyünü çıxartmaq.

    Полностью »
  • SÖZÜN BİRİNİ QOYUB O BİRİNƏ GETMƏK (KEÇMƏK)

    danışıq zamanı əsas məsələdən yayınmaq, bir fikri tamamlamadan başqasına keçmək; ~ haşiyə çıxmaq.

    Полностью »
  • SÖZÜN ÇÜRÜYÜNÜ ÇIXARTMAQ

    uzun-uzadı, boş-boş danışmaq; ~ sözü uzatmaq, sözün başına ip (çatı) salmaq, tutduğunu buraxmamaq.

    Полностью »
  • SÖZÜN TƏKİNƏ GETMƏK

    səsləndirilmiş hər hansı fikirlə bağlı məsələni aydınlaşdırmaq, incələmək və həqiqətin üzə çıxmasına nail olmaq; ~ söhbətin axırına çıxmaq

    Полностью »
  • SÖZÜNDƏN ÇIXMAQ

    dediyinə qulaq asmamaq, əməl etməmək, yerinə yetirməmək.

    Полностью »
  • SÖZÜNDƏN DÖNMƏK (QAÇMAQ)

    verdiyi vədə əməl etməmək, dəbbələmək, dediyini etməmək; ~ söz verib arxasından qaçmaq, sözünü tutmamaq, tüpürdüyünü yalamaq, dəbbə çıxarmaq

    Полностью »
  • SÖZÜNƏ BAL QATMAQ

    mülayim, yumşaq, mehribancasına danışmaq.

    Полностью »
  • SÖZÜNƏ DÜZ ÇIXMAQ

    dediyinə əməl etmək, vədini yerinə yetirmək; ~ sözünün üstündə durmaq (dayanmaq), sözünün ağası olmaq, sözünün yiyəsi olmaq

    Полностью »
  • SÖZÜNƏ FİKİR VERMƏK

    danışarkən etik qaydalara riayət etmək, danışığını bilmək; ~ sözünün yerini bilmək.

    Полностью »
  • SÖZÜNƏ QULAQ VERMƏK

    diqqətlə dinləmək.

    Полностью »
  • SÖZÜNƏ QÜVVƏT VERMƏK

    dəstəkləmək, təsdiqləmək, arxa durmaq.

    Полностью »
  • SÖZÜNƏ SƏRHƏD QOYMAMAQ

    kobud və mərifətsiz danışmaq, təhqiramiz ifadələr söyləmək, ədəb-ərkan gözləməmək.

    Полностью »
  • SÖZÜNÜ AĞZINDA QOYMAQ

    bax: sözünü kəsmək.

    Полностью »
  • SÖZÜNÜ BAL İLƏ DƏ YEMƏK OLMUR

    acıdil, kobud danışan, sözü ilə qəlbə dəyən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • SÖZÜNÜ ÇEVİRMƏK

    cavab qaytarmaq, etiraz etmək; ~ üzünə ağ olmaq.

    Полностью »
  • SÖZÜNÜ GERİ GÖTÜRMƏK

    mövqeyindən çəkilmək, dediyindən imtina etmək; ~ sözündən qaçmaq (dönmək).

    Полностью »
  • SÖZÜNÜ İKİ ETMƏMƏK

    bax: bir sözünü iki eləməmək.

    Полностью »
  • SÖZÜNÜ KƏSMƏK

    danışmağa, fikrini bitirməyə imkan verməmək; ~ sözünü ağzında qoymaq, kəlməsini ağzında qoymaq, ağzından vurmaq, ağzının üstündən vurmaq

    Полностью »
  • SÖZÜNÜ QƏRİBÇİLİYƏ SALMAQ

    sözünə əhəmiyyət verməmək, dediyi doğru olsa da, sözünü ciddi saymamaq.

    Полностью »
  • SÖZÜNÜ TUTMAMAQ

    verdiyi vədə əməl etməmək, dediyini etməmək; ~ əhdindən dönmək, söz verib arxasından qaçmaq, sözündən dönmək (qaçmaq), ilqarından dönmək, vədinə xilaf

    Полностью »
  • SÖZÜNÜ YELƏ VERMƏK

    boş-boş, mənasız danışmaq, danışığına fikir verməmək.

    Полностью »
  • SÖZÜNÜ YERƏ SALMAQ

    xahişini, arzu-istəyini yerinə yetirməmək; ~ sözü yerə düşmək, sözündən çıxmaq.

    Полностью »
  • SÖZÜNÜ YERİTMƏK

    dediyini etmək, istədiyini həyata keçirmək; ~ inad göstərmək.

    Полностью »
  • SÖZÜNÜN AĞASI OLMAQ

    dediyinə əməl etmək, verdiyi vədi yerinə yetirmək; ~ fikrində durmaq, sözünə düz çıxmaq, sözünün üstündə durmaq (dayanmaq), sözünün yiyəsi olmaq

    Полностью »
  • SÖZÜNÜN ALTINDAN QAÇMAQ

    bax: sözünün dalından qaçmaq.

    Полностью »