is. [ər.] bax əsəbilik. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm, neçin olmuş sana qalib əsəbiyyət? H
is. [ər.] klas. Bal. Baqqal … əsəl qiymətinə satar ayranı. Q.Zakir
sif. qəd. Sağ, salamat. Verdi xələt çün anı gördi əsən. Yusif Məddah
is. [ər.] 1. İz, nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalmamaq. Yorğunluqdan əsər yox idi
bax əsər 1-ci mənada. □ Əsər-əlamət qalmamaq – heç bir izi, təsiri qalmamaq. Gündüzkü buluddan, çiskindən heç bir əsər-əlamət qalmayıb
sif. [ər. əsər və fars. …bəxş] köhn. Təsirli, təsir edən, təsir bağışlayan
f. dan. 1. Səndələmək, yıxılan kimi olmaq, titrəmək (yuxusu gələndə, üşüyəndə). 2. Təsirlənmək
sif. Təsirli, təsir edən, təsiri olan, təsir bağışlayan; iz buraxan
sif. 1. Təsirsiz, heç bir təsiri olmayan, təsir etməyən, heç bir iz buraxmayan. 2. Heç bir icad və yaradıcılıq məhsulu olmayan, heç bir əsəri olmayan
is. [ər.] 1. Sıravi hərbi qulluqçu; soldat. Milli ordunun əsgəri. Bir bölük əsgər. Əsgər və matroslar
bax əsgərvari. Bülənd əsgərcəsinə əlini yanına salmış, uzun boynunu dala qanırmışdı. Ə.Əbülhəsən
is. Üzüm növlərindən birinin adı. Baba isə xatını, … əsgəri, mövücü üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı
sif. [ər.] Əsgərə, əsgərliyə, hərbi xidmətə, qoşuna aid; hərbi. Əsgəri forma. Əsgəri qarovul. Əsgəri xidmət
is. Hərbi qulluq, hərbi xidmət, hərbi mükəlləfiyyət. Əsgərlik adamı intizama öyrəşdirir. Əsgərlik illəri
zərf Əsgər kimi, əsgərvari. [Şahmar:] Buyur, nə sərəncamın varsa, deyinən, bir dəqiqənin içində lap əsgərsayağı yerinə yetirim
sif. Əsgər kimi, özünü əsgərə oxşadaraq. …Bayram əsgərvari, qollarını sallayaraq ayaqlarını yerə vura-vura … sol tərəfdəki qapıdan içəri girər
is. 1. Körpə uşaqları bələmək üçün parça. 2. Köhnə paltar və s. parçaları. Əsgi ilə döşəməni silmək. – [Dərviş] biletini bir əsgiyə büküb yenə cibinə
is. Köhnə, cındır parça(lar). [Hacı Murad:] Di gəl bax, gör burada əsgi-üsgüdən başqa nə var? S.S.Axundov
is. 1. Əsgi paltar, ev əşyası və s. yığıb (alıb) satan adam. 2. bax əntiqəçi
“Əsgiləşmək”dən f.is
f. Köhnəlmək (paltar haqqında), əsgiyə dönmək
is. Köhnəlik (paltar haqqında)
[fr. “assignation”-dan] köhn. Kağız pul. Bir cibimdə əsginasım, bir cibimdə ağ manat; Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat
is. [ər.] köhn. 1. Sahibkar. 2. Tərəfdarlıq. 3. Həmsöhbətlər, müsahiblər
is. [ər. “sahib” söz. cəmi] 1. din. Məhəmməd peyğəmbərin və imamların yaxın adamları. 2. zar. Tərəfdar, daim birinin yanında olan adam, yoldaş
is. [ər.] 1. Əsas, təməl, özül, bünövrə. Əsli çürükdür. // Mahiyyət, kök. İşin əsli budur. 2. sif. Əsilli, nəcabətli, əsil-nəcabət sahibi, nəcib
bax əsil 5-ci mənada. Bir gün bazar tacirlərinin birisi Mahmudun gözünə çox şirin gəldi. Mahmud bu tacirnən yaxın olub, onun əsil-nəsəbini öyrənəndən
bax əsilləşmək
“Əsilləşmək”dən f.is
f. dan. 1. Yurd-yuva salmaq, yerləşmək, kökləşmək, yerli adət və ənənələri qəbul etmək. Onlar başqa yerlərdən gəlib Azərbaycanda əsilləşmişlər
sif. 1. Əsil-nəcəbi olan, nəcabətli, əsil. Əsilli adam. – Xotkar qızı, şah nəsilli; Ağır elli, xan əsilli
is. 1. Xalislik, saflıq. Bu qızılın əsilliyi məhəkdə məlum oldu. 2. Təmizlik, nəciblik, alicənablıq, comərdlik
sif. 1. Əsli, əsası olmayan; doğru, gerçək olmayan; yalan, uydurma. Əsilsiz xəbər. Əsilsiz şayiələr. – Əsilsiz söz sahibinə üz qarası gətirər
is. 1. Əsassızlıq, həqiqətdən uzaqlıq. Xəbərin əsilsizliyi. 2. Əsli-nəsəbi olmama, nanəciblik
is. [ər. əsil və fars. …zadə] köhn. 1. Zadəgan, kübar (xan, bəy). Bir adam ki … Müqim bəy Cavanşir kimi bir əsilzadənin mühafizi ola, daha nə üçün vəz
əsim-əsim əsmək – bərk titrəmək. Əynində paltarı əsim-əsim əsir. Hirsindən əsim-əsim əsmək. – [Telli:] Bədənim əsim-əsim əsir… Heç əqlimə gəlməyən iş
is. [ər.] 1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq
top. dan. Yoxsul, hüquqsuz, yazıq, aciz, kimsəsiz adamlar. □ Əsir-yesir eləmək dan. – əsir etmək, məftun etmək
“Əsirgəmək”dən f.is
f. 1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!… C
“Əsirgənmək”dən f.is
məch. 1. Qorunmaq, saxlanmaq, himayə edilmək, hifz edilmək. Pəriyəm, durmuşam mərdü mərdanə; Əsirgənmə bu meydandan, ey Qədir! Aşıq Pəri
is. 1. Əsir düşmüş adamın hal və vəziyyəti, bu vəziyyətdə keçirilən həyat. Əsirlikdən qayıtmaq. Əsirlikdə olmaq
is. [fars.] məh. Arabanın at qoşulan iki uzun tirlərindən hər biri. Arabanın əskeşi sınmışdır
sif. 1. Keçmiş, köhnə. Əski adətlər. Əski qayda və ənənələr. Əski moda. Əski üsullarla işləmək olmaz
bax əsgi
sif. 1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir
zərf Lüzumsuz, artıq, yersiz, namünasib; ədəb, nəzakət həddini aşan. Əskik-artıq danışmaq