BÖRİ

Bizdə canavar sözünün sinonimi kimi böri kəlməsi də olub. Mənası “tünd boz” deməkdir. Ehtimal ki, canavar öz rənginə görə böri adlanıb (porsuq da boz sözü ilə bağlıdır). Ruslardakı бурыj kəlməsi də məhz böri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BÖHTAN
BÖRK
OBASTAN VİKİ
Böri Təkin
Börü Təkin (Qəznə türkcəsində: بوری‌تگین Böri Tigin) — 975-977 illərində hakimiyyətdə olmuş Qəznə hakimi. 20 aprel 977-ci ildə xalqın başqa seçki keçirərək taxta Səbuk Təkini çıxarması ilə həyatına sərkərdə olaraq davam etdi.
Böri Şad
Börü Şad (Əski türkcə: 𐰋𐰇𐰼𐰃 : 𐱁𐰑) - İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 627-ci ildə Dərbənd şəhərini ələ keçirmişdi. O zaman Bərdədə oturan Sasani canişini Sema Vşnosl və ölkənin dini hakimi Vironun yanına elçi göndərib, ölkəni ona tabe etməyi təklif etdi. Knyaz bundan boyun qaçıraraq Sasanilərə sığındı. Katolikos Viro ona müqavimət göstərsə də tezliklə təslim oldu. 630-cu ilin Aprelində Ermənistanda Çorpan Tarxan başçılığında Şah Şəhrvəraz ın komandanlıq etdiyi 10000 əsgərdən ibarət olan Sasani ordusunu məğlub etdi. Həmin il Tonq Yabqu xaqanın ölüm xəbərini eşidib geri qayıtdı.
Börilər
Börilər və ya Börüoğulları (1117–1154) – Şam və ətrafında qurulmuş yarım müstəqil feodal dövlət, Böyük Səlcuq İmperiyası daxil olan Türk Atabəyliyi. == Tarixi == Səlcuqlularda idarəçi olaraq təyin edilən şahzadələrin yanına atabəy olaraq adlandırılan təcrübəli dövlət adamları verilərdi. Atabəy dövlətin zəiflədiyi dövrlərdə olduğu bölgədəki rəhbərliyi ələ keçirib dövlətləşmişdirlər. Xanədanın ikinci Atabəyi "qurd" mənasını verən böri adını daşıdığı üçün xanədan da bu adla tanınırdı. 8 iyun 1104-cü ildən etibarən mərkəzi Şam olaraq Böyük Səlcuq Dövlətinə bağlı bir şəkildə Suriya və Livanın böyük hissəsini idarə edirdilər. 1148-ci ilin iyul ayında İkinci Səlib yürüşü zamanı xristianların Şama hücumlarını nəticəsiz buraxmağı bacarmışlar. 26 aprel 1154-cü ildə Şam daxil olmaqla bütün ərazisinin bir başqa atabəylik Zengin tərəfindən fəth edilincə, Börilər də tarix səhnəsindən siliniblər. == Hökmdarları == Zahir əd-Din Tuğtəkin (ərəb. ظاهر الدين طغتكين‎) (ö. 12 fevral 1128-ci il) — 1117–1128-ci illər Tac əl-Mülük Böri ibn Tuğtəkin (ö.