BƏHMƏN

BƏHMƏN1

f. 1) doğru danışan, düz adam; 2) İran təqvimində on birinci ayın adı (19 yanvar – 19 fevral).

BƏHMƏN2

f. dağdan yuvarlanan qar uçqunu.

BƏHLUL
BƏHÖKM
OBASTAN VİKİ
Bəhmən
Bəhmən — Kişi adı. Bəhmən Vətənoğlu — Azərbaycan şairi. Bəhmən Əliyev — Bəhmən Axundov — == Digər == Bəhmən (ay) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən (Zəncan) — İranda kənd.
Bəhmən (ay)
Bəhmən (fars. بهمن‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on birinci ayı. Bəhmən ayında 30 gün var. Bəhmən qışın ikinci ayıdır.
Bəhmən (İcrud)
Bəhmən (fars. بهمن‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == İcrud şəhristanının Qiydar bölgəsinin Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 29 km. qərbdədir. . == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (33 ailə).
Bəhmən (şəhər)
Bəhmən-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,484 nəfər və 1,604 ailədən ibarət idi.
Bəhmən Abbasov
Bəhmən Abbas oğlu Abbasov (1890, Köçəsgər, Qazax qəzası – 15 dekabr 1958, Köçəsgər, Ağstafa rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Bəhmən Abbasov 1890-cı ildə Azərbaycanın hazırkı Qazax rayonunun Köçəsgər kəndində anadan olmuşdur. Ağstafa rayonunun Voroşilov adına kolxozunda sədr işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək nailiyyətlər əldə etmişdir. 1958-ci il dekabr ayının 15-də Köçəsgər kəndində vəfat etmişdir.
Bəhmən Reyhani
Bəhmən Reyhani (fars. بهمن ریحانی‎ , kürd. بەهمەن رەیحانی; XX əsr) — İran hərbçisi. 20 iyun 2014-cü ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun o zamankı komandiri Məhəmməd Əli Cəfərinin əmri ilə qərargahı Kirmanşah ostanında yerləşən "SEPAH" tərkibində kürd qüvvələri olan Kirmanşah Nəbi Əkrəm Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir. Mərasimdə o vaxt İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirinin müavini Hüseyn Səlami iştirak etmişdir. Reyhani 2018-ci ildə Sərpol Zəhab zəlzələsinin qurbanlarına kömək etməkdə həlledici rol oynamışdır. Bəhmən Reyhani İranda insan haqlarının kobud şəkildə pozulmasına görə 21 dekabr 2022-ci ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilmişdir. == Erkən illəri == Onun "SEPAH"da xidmətindən başqa, şəxsi həyatı haqqında çox şey məlum deyil. O, etnik kürddür və əslən Kirmanşahdır. 2008–2014-cü illərdə qərargahı Kirmanşah ostanında yerləşən Nəbi Əkrəm Korpusunun komandir müavini olmuş, sonradan komandir təyin edilmişdir.
Aşıq Bəhmən
Aşıq Bəhmən Göyçəli (1901–1976) — ustad aşıq, şair. Aşıq Bəhmən Ardanışlı (1960) — Azərbaycan aşığı, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi.
Bəhmən Kazımov
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.
29 bəhmən üsyanı
29 bəhmən üsyanı — 1978-ci ilin yanvarında İranın iri dini mərkəzlərindən birində — Qum şəhərində nümayişin dağıdılması zamanı polis silah işlətmişdir. Qum hadisələrinin 40-cı günü — 1978-ci il fevralın 18-də din xadimləri Təbriz əhalisini üsyana qaldırdılar və bu, "29 bəhmən üsyanı" adı ilə tarixə düşdü. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur etdi. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərdi. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb oldu. Nümayiş böyüyüb üsyana çevrildi; ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak etdilər. Ağac, daş, yandırıcı maddə doldurulmuş butulkalarla silahlanmış üsyançılar silahlı polisə və qoşunlara qarşı çıxış etdilər, sonra isə dövlət müəssisələrini, bankları, mehmanxanaları, kinoteatrları dağıtmağa başladılar. Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərdi və üsyan amansızcasına yatırıldı: 2 minədək adam öldürüldü və yaralandı. Tarixçilərin bəzilərinin fikrincə, məhz "29 bəhmən üsyanı" İran İslam İnqilabının başlanğıcı hesab edilməlidir.
Aşıq Bəhmən Göyçəli
Aşıq Bəhmən Göyçəli (tam adı: Bəhmən İbrahim oğlu Qarayev; 1 may 1901, Göyçə mahalı, Basarkeçər rayonu, Nərimanlı kəndi — 13 noyabr 1976) — ustad aşıq, şair. == Həyatı == Aşıq Bəhmən Göyçəli 1 may 1901-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub.. Uşaq yaşlarından atasını itirən Bəhmən Göyçəli ağır güzəran keçirmişdir. İbtidai təhsilini mollaxanada almış, sonralar savadsızlığı ləğv etmə kurslarında oxumuşdur. Doğma kəndində sovet sədri, kolxozda briqadir, sıravi kolxozçu olmuşdur. Gənclik dövründən el arasında aşıq-şair kimi tanınmış, toy-düyünlərə dəvət olunmuşdur. Gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı, təcnis və digər janrlarda yaratdığı şeirləri dillər əzbəri olmuşdur. "Kirpi", "Sovet Ermənistanı", "Azərbaycan gəncləri" və s. dövri mətbuat səhifələrində qoşmaları çap edilmişdir. Bir çox aşıq havası və dastan yaratsa da zəngin ədəbi irsi dərindən öyrənilməmişdir.
Əli Əkbər Bəhmən
Əli Əkbər Bəhmən və ya Mirzə Əli Əkbər xan (1880 – 1956) — Qacar və Pəhləvi sülalələri dövründə xarici işlər nazirliyinin əməkdaşı kimi xidmət etmiş diplomat. Qacarların Şuşa şəhərində mərkəzləşən qolu olan Bəhməni ailəsinə mənsub olan Əli Əkbər Bəhmən həm Qacarlar, həm də Pəhləvilər dövründə səfir və nazir kimi vəzifələrdə çalışmışdır. == Fəaliyyəti == Zadəgan ailəsindən olduğuna və anasının şahzadə olmasına grə gənc Əli Əkbər erkən yaşdan sarayda çalışmağa başladı. O, bu zaman inzibati xidmət sahəsində çalışırdı. Onun ögəy atası mütləqiyyətin qətiyyətli eleyhdarı və islahat tərəfdarı idi. Belə ki, o, 1906-cı il Məşrutə hərəkatını dəstəkləyirdi. Onun dostu, sol meyilli konstutision siyasətçi, İran məktəb sisteminin islahatçısı Yəhya Dövlətabadi Əli Əkbəri 1907-ci ildə Rusiya Azərbaycanına Səadət məktəbində fars dilini tədris etməyə göndərdi. Burada onun ana tərəfdən bir çox qohumu yaşamaqda idi. Rusiya inqilabı və Birinci Dünya müharibəsindən sonra bir çox iranlı Qırmızı Ordunun əlindən İrana qaçmağa çalışdı. Azərbaycandakı və İrandakı əlaqələri və qohumları hesabına Əli Əkbər bir çox iranlıya sərhədi keçməyə yardım etdi.
Aşıq Bəhmən Ardanışlı
Bəhmən İsa oğlu Kazımov (Aşıq Bəhmən Göyçəli; 30 yanvar 1960, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan aşığı. Azərbaycan Aşıqlar Birliyinin (1989) və Dədə Ələsgər Ədəbi Məclisin (2022) üzvü. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (16.10.2021). == Həyatı == Bəhmən Kazımov 30 yanvar 1960-cı ildə Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdur. 1967-ci ildə Ardanış kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsinə daxil olmuşdur. 1982-ci ildə coğrafiya əlavə biologiya ixtisasına yiyələnərək Ağdaş rayonu Yenicə kənd orta məktəbində coğrafiya, biologiya ilə bərabər musiqi müəllimi işləmiş, eyni vaxtda bu məktəbdə direktorun tədris işləri üzrə müavini olmuşdur. 1984-cü ildə Göyçə mahalına qayıdaraq öz doğma kəndi Ardanış və həm də eyni vaxtda Şorca kənd orta məktəblərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ildən Ardanış kənd orta məktəbində həm də biologiya və musiqi müəllimi işləmişdir. 1988-ci ildə erməni təcavüzü nəticəsində öz doğma ata-baba torpaqlarından qovularaq Bakı şəhərinə pənah gətirmişdir.
Bəhmən Axundov
Bəhmən Yusif oğlu Axundov (28 dekabr 1910, İrəvan – 2 oktyabr 1980, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), ilk azərbaycanlı iqtisad elmləri doktoru (1951), professor, Əməkdar iqtisadçısı (1967). == Həyatı == Bəhmən Axundov 28 dekabr 1910-cu ildə İrəvan quberniyasının İrəvan şəhərində fəhlə ailəsində anadan olub. 1917-ci ildə atasının ölümündən sonra ailənin vəziyyəti ağırlaşır. 1918-ci ildə İrəvanda milli münaqişənin kəskinləşməsi ilə əlaqədar onların ailəsi (anası, üç qardaşı, bir bacısı) Şərurun Yengicə kəndinə köçür. Bəhmən uşaqların ən böyüyü olduğu üçün məcburi olaraq erkən əmək fəaliyyətinə başlayır. Eyni zamanda təhsilini davam etdirir. Yengicə kənd məktəbini bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Sonra Daşkənd Orta Asiya Dövlət Plan İnstitutunda təhsilini davam etdirir və 1934-cü ildə institutu bitirir. == Əmək fəaliyyəti == Bəhmən Axundov ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində çalışır. O, bir müddət SSRİ Ağır Sənaye Xalq Komissiyasının Mərkəzi aparatında, Qubkin adına Moskva Neft İnstitutunda çalışıb.
Bəhmən Gülbarnəjad
Bəhmən Gülbarnəjad (fars. بهمن گلبارنژاد‎; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, Braziliya) — iranlı paralimpiya velosipedçisi. == Paralimpiya Oyunlarında == İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir. == Vəfatı == Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
Bəhmən Hacıyev
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar, Zəngəzur qəzası – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi. == Həyatı == Hacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi.
Bəhmən Mirzə
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhmən Qubadi
Bahman Qobadi (Kürd: بەهمەن قوبادی / Bəhmən Qubadî, Fars: بهمن قبادی Bahman Qobadī, 1 fevral 1969, Banə) — İranlı film rejissoru. == Həyatı == 1969-cu ildə İranın-Kürd Banə şəhərində doğulan Bahman Qobadi, təhsili əsnasında bir radioda çalışdı. Daha sonra Senendec'də gənc bir həvəskar olaraq film rejissorları qrupuna qatıldı və onlarla qısa metrajlı filmlər çəkməyə başladı. Daha sonra kino təhsili almaq üçün paytaxta gedən sənətçi təhsilini yarıda buraxdı. 1995–1999 illəri arasında bir çox milli və beynəlxalq yarışlarda mükafat qazanan, 10 qısa filmə rejissorluq edən sənətçinin istehsalları arasında Clermont-Ferrand Festivalında Jüri Xüsusi Mükafatını qazanan "Yaşam şifrəsi" filmi də var. 1999-cu ildə, Abbas Kiyarüsteminin "Külək bizi aparacaq" filminin çəkilişlərində baş assistent olaraq işləyən rejissor, Samira Makhmalbaf'ın "Qara taxta" adlı filmində baş rollardan birini oynamağı boynuna götürdü. Qubadi, "Sərxoş atlar zamanı" filmi ilə 2000-ci il Kann Film Festivalında "Qızıl Kamera Mükafatı", "Gənc Film Mükafatı" və "FIPRESCI Mükafatı" na layiq görüldü. 2004-cü ildə Amerika-İraq müharibəsindəki uşaqların həyatlarından təsirlənərək "Turtles Can Fly" adlı filmin ssenarisini yazdı və rejissorluğunu etdi.
Bəhmən Quliyev
Bəhmən Quliyev (Quliyev Bəhmən Hidayət oğlu; d. 14 fevral 1969. Qırıxlı, Xanlar rayonu, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, Professor. İ.İ.Meçnikov adına Şimal‑Qərb Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru. == Həyatı == Quliyev Bəhmən Hidayət oğlu 1969-cu il fevralın 14-də Azərbaycan Respublikasının Göygöl rayonunun Qırıxlı kəndində anadan olub. 1986-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi fərqlənmə ilə bitirib və təhsilini davam etdirmək üçün Leninqrada göndərilib. 1993-cü ildə İ.P.Pavlov adına Sankt-Peterburq Tibb Universitetinin müalicə fakültəsini bitirib. O, 1993-1996-cı illərdə “urologiya” ixtisası üzrə internatura və klinik ordinaturada təhsil alıb. 1996-cı ildən Rusiyanın Şimal-Qərb bölgəsinin ən böyük stasionarlarından biri olan 2 saylı şəhər çoxprofilli xəstəxanasının urologiya şöbəsinin ordinatoru vəzifəsində çalışır. 2010-cu ildə bu şöbənin bazası əsasında Rusiyanın bütün regionlarının, eləcə də MDB ölkələrinin xəstələrinə yüksək ixtisaslı yardım göstərən Elmi-Praktik Urologiya Mərkəzi yaradılıb.
Bəhmən Vətənoğlu
Abbasov Bəhmən Kalış oğlu (Bəhmən Vətənoğlu) (31 dekabr 1932, Seyidlər, Kəlbəcər rayonu – 30 sentyabr 2004, Gəncə) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Bəhmən Vətənoğlu 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960). Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993). Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur.
Bəhmən Xəlilov
Bəhman Xəlilov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. == Həyatı == 1930-cu ildə Gəncə şəhərində ana­dan olmuşdur. 2011-ci ildə vəfat etmişdir. === Təhsili === Azərbaycan Dövlət Aqrar Universitetinin (o dövrki AKTİ) məzunu olmuşdur. == Fəaliyyəti == 1973-1983-cü illərdə institutun 11-ci rektoru olmuşdur. AKTİ-nin mə­zunudur. , entomologiya üzrə biolo­giya elmləri doktoru, Əməkdar Elm Xadimi və professor olmuşdur. Rektor işlədiyi müddətdə instituta tələbə qəbulu xeyli artırılmış, yeni kompleksin inşası üçün Azərbaycan KP MK, SSRİ Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunmuş və qərara əsasən 1991-ci ilədək bir sıra tikinti işləri aparılmış, 1979-cu ildə AKTİ “Şərəf Nişanı” ordeni ilə təltif olunmuşdur.
Bəhmən şəhəri
Bəhmən-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,484 nəfər və 1,604 ailədən ibarət idi.
Bəhmən Əliyev
Bəhmən Əliyev (31 dekabr 1934, Bakı – 24 dekabr 1993) — Azərbaycan animator-rejissoru və ssenari müəllifi. == Həyatı == Bəhmən Əliyev 1934-cü il dekabrın 31-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və və İncəsənət Universitetinin rəssamlıq fakültəsini müvəffəqiyyətlə bitirib. 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasından "Soyuzmultfilm"in təşkil etdiyi multiplikasiya kurslarına göndərilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru Adil İsgəndərov onu Bakıda işləməyə dəvət edib. Bu illər ərzində Azərbaycanda yaradılan, demək olar ki, bütün animasiya filmlərinə öz imzasını atıb. 1993-cü ilin dekabrın 24-də vəfat edib. Bəhmən Əliyevin Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondu yaradılıb. == Filmoqrafiya == "Bakılı" press-avtomatı (film, 1967) "Koroğlu" dənizdə (film, 1966) Balaca çoban (film, 1985) Böyük bostan (film, 1965) Camışçılıq (film, 1966) Cırtdan (film, 1969) Cırtdan və div (film, 1983) Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Cücələrim (film, 1975) Dəniz səyahəti (film, 1992) Əndazədən çıxanda (film, 1988) Fitnə (film, 1970) Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965) Güzgü (film, 1990)(I) Humayın yuxusu (film, 1985) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Lağım (film, 1993) Lovğa fil balası (film, 1987) Meşəyə insan gəlir (film, 1980) Nar ağacının nağılı (film, 1989) Neft sənayesində ştanqsız nasoslar (film, 1962) Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964) O geri çəkilməlidir (film, 1966) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Qəribə əjdaha (film, 1984) Qozbeli qəbir düzəldərmi?
Bəhmən Mirzə xəzinəsi
Bəhmən Mirzə xəzinəsi və ya Bəhmən Mirzə xəzinəsi məqbərəsi — Qacar sülaləsindən olan Bəhmən Mirzə Qacarın şərəfinə ucaldılmış məqbərə. Bəhmən Mirzə Qacar XIX əsrdə yaşamış Qacarlar dövləti siyasətçisi və tarixçisi olmuşdur. Türk Qacar sülaləsindən olan Abbas Mirzənin dördüncü oğlu olan Bəhmən Mirzə siyasi səbəblərə görə Rusiya imperiyasına köçməyə məcbur olmuş və Şuşada yaşamışdır. O, Bəhməni ailəsinin qurucusudur. == Bəhmən Mirzə Qacar == 1847-1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti ona təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə Tiflisdən oraya göndərirlər. Onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır.
Bəhmən Mirzə Qacar Qovanlı
Bəhmən Mirzə Abbas Mirzə oğlu Qacar Qovanlı (11 oktyabr 1810, Təbriz – 11 fevral 1884, Şuşa) — Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi. == Həyatı == 1847–1848-ci ildə Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər. onun kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir, özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır. Onun 31 oğlunun əksəriyyəti hərbçi olurlar. Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir və bu yolda bir çoxları hətta canlarını da qurban verirlər.
Bəhmən Mirzə Qacar hamamı
Bəhmən Mirzə Qacar hamamı — XIX əsrin əllinci illərinin əvvəllərində şahzadə Bəhmən Mirzə Qacar Şuşada məskunlaşarkən inşa etdirdiyi ilk tikililərdən biri də hamam olub. == Haqqında == Şahzadənin saray kompleksinə daxil olan həmin hamam məxsusi olaraq bəyin ailəsinə xidmət edib. 1884-cü ildə onun ölümündən bir ay sonra baxımsızlıq ucbatından uçub dağılıb.
Bala Bəhmənli
Bala Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bala Bəhmənli kəndi Füzuli rayonunun ən qədim kəndlərindən biridir. Bala Bəhmənli kəndi Böyük Bəhmənli kəndindən ayrılmış bir qol kimi göstərilsə də, Bala Bəhmənli kəndi ərazisi daimi yaşayış məskəni olmuşdur. Bütün bu sübutlar maddi, tarixi eksponatlarlar Bala Bəhmənli kəndinin Tarix-Diyarşünaslıq muzeyində öz əksini tapmışdır. Burada kəndin tarixi ilə bağlı minə yaxın tarixi eksponatlar saxlanılır. Həmin eksponatların ən qədiminin 4500 il yaşı vardır. Orta tunc dövrünü əhatə edən bu eksponatlar müxtəlifliyi ilə seçilir. Kəndin kənarında şum zamanı sahədə aşkar olunmuş kərpic tikili qalıqları Bala Bəhmənli kəndi ərazisinin əsrlərlə daha geniş olduğunu göstərir. Monqollara aid ox ucluqlarının bu ərazilərdən tapılması həmin dövrlərdə bu ərazilərin qanlı-qadasız ötüşmədiyinin sübutlarıdır. Tarixi mənbələrdə Bəhmənli tayfasının Monqol döyüşçülərinin hücumlarından qorunaraq saxlandığı göstərilir.
Bala Bəhmənli bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Bəhmənli
Böyük Bəhmənli — Azərbaycan Respublikasının Füzuli rayonunun Böyük Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. Quruçayın (Arazın qolu) sahilində, düzənlikdədir. 1917-ci ildə Böyük Bəyimanlı Şəklində qeydə alınmışdır. Etnotoponimdir. Bəhmənlilər Qarabağ xanlığının həyatında muhum rol oynamış Cavanşirlərin bir qoludur. Böyük sözü kəndin adına onu eyniadlı oykonimdən fərqləndirmək üçün əlavə edilmişdir. == Tarixi == Rayonun ən qədim kəndlərindən sayılan Böyük Bəhmənli ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Ötən əsrin 50-ci illərinin sonlarına qədər qalıqları qalmış bu şəhərin Sasani hökmdarları tərəfindən salındığı güman olunur. Ötən əsrin ortalarında kolxozlaşmanın vüsət aldığı bir vaxtda şəhərin qalıqları məhv edilərək ərazidə əkin sahələri salınıb. Böyük Bəhmənli ərazisində qədim türk tayfalarına məxsus kurqanlar, həmçinin daha bir şəhər qalığı, on oğuz (haylandur) türklərinə məxsus və hazırda Haylan adı ilə tanına ərazilər mövcuddur.
Böyük Bəhmənli bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Murtuza ağa Bəhmənli
Nizami Bəhmənov
Nizami Bəhmənov (4 aprel 1948, Şuşa, DQMV – 13 sentyabr 2008, Bakı) — Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı. == Həyatı == Nizami Bəhmənov 4 aprel 1948-ci ildə anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 92 saylı Şuşa Tikinti İdarəsində fəhlə kimi başlamışdır. 1970-ci ildən fəhlə, usta, iş icraçısı, baş mühəndis, 1979-cu ildən Şuşa Təmir-Tikinti İdarəsinin rəisi, 1981-ci ildən 92 saylı Şuşa Tikinti İdarəsinin rəisi, 1989-cu ildən Dağlıq Qarabağ Layihə Sənaye-Tikinti Birliyinin müdiri, 1992-ci ildən isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri olub. Nizami Bəhmənov 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Nizami Bəhmənov 13 sentyabr 2008-ci ildə vəfat edib. == Mənbə == "Azərbaycanda Kim Kimdir" ensiklopedik məlumat kitabı.
Qışlaq-i Bəhmənşir (Pərsabad)
Qışlaq-i Bəhmənşir (fars. قشلاق بهمن شير‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Vaqif Bəhmənli
Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimi olmuş, Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir (2016 - 2021-ci illər). 1990-93-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. == Həyatı == 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib. == Fəaliyyəti == Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə rəisi (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisində baş redaktorun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir.
Zakir Bəhmənov
Əbülhəsən Bəhmənyar
Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani (993 – 1067) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır. == Həyatı == Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazmışlar.
Ərdəşir Mirzə Qovanlı-Qacar (Bəhmən Mirzə oğlu)
Ərdəşir Mirzə Qovanlı-Qacar (d. 2 sentyabr 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası - ö. 1920-ci ildən sonra, ?) — Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacarın ailəsində dünyaya gəlmiş Qacar şahzadəsi. Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşa şəhərinin polis idarəsinin işçisi və qəza pristavı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Şahzadə Ərdəşir Mirzə Qacar 2 sentyabr 1875-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində dünyaya gəlmişdir. Onun atası bir zamanlar Cənubi Azərbaycanın general-qubernatoru olmuş, Abbas Mirzə oğlu Bəhmən Mirzə Qacar, anası isə Bərdə xanım olmuşdur. Dini etiqad baxımından müsəlman olmuşdur. İlk təhsilini xüsusi şəkildə evdə almışdır. Ərdəşir Mirzə Bəhmən Mirzənin 63 övladından ən kiçiyi idi. O, həmçinin 1872-ci ildə Şuşada dünyaya gələn Bəhmən Mirzənin ən böyük nəvəsi Feyzulla Mirzədən də yaş etibarilə kiçik idi.
Məhəmməd Bəhmənbəyi
Məhəmməd Bəhmənbəyi və ya Məhəmməd Bəhmən Bəyi (d. 16 fevral 1920; Pəhləvi İranı - ö. 1 may 2010; Şiraz, İran İslam Respublikası) — Qaşqay türklərindən olmuş və İrandakı köçərilər üçün təhsil uğrunda mübarizə aparmış təhsil aktivisti. == Həyatının erkən dövrü == Bəhmənbəyi İran türklərindən olan Qaşqay ailəsində İranın cənubunda yerləşən Fars əyalətində dünyaya gəlmişdir. Onun ailəsi Qaşqay tayfasının kiçik tirələrindən birinin başçısı olmuşdur. Buna görə də, Bəhmənbəyi təhsil almış və Tehran Universitetinə daxil olmuşdur. == ABŞ proqramə ilə birlikdə çalışması == 28 oktyabr 1954-cü ildə İranın Şiraz şəhərində fəaliyyət göstərən Point Four proqramı çərçivəsində tayfa üzvləri arasında təhsilin təbliği üçün çalışmışdır. ABŞ-nin Təbrizdəki konsulu və Tehrandakı səfiri kimi çalışmış Robert L. Funsethin gizli məruzəsinə görə, Bəhmənbəyi ilə oradakı tayfaların vəziyyətini, proqramın oradakı tayfa üzvləri arasında təhsil işinin irəliləyişi barədə qeyri-rəsmi şəkildə müzakirə edərkən Bəhmənbəyi Xosrov xanın 24 oktyabr 1954-cü ildə general Əzizini ziyarət etdiyini, Xosrovun hal-hazırda Firuzabadda yaşadığını bildirmişdir. 1954-cü ilin oktyabrında Funseth Bəhmənbəyini bu proqramın rəhbəri təyin etdi. Onun hesabatına əsasən: O, 40 yaşlıdır və Amalı tayfasının üzvüdür.
Bəhməni sultanlığı
Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti. == Bəhməni sultanlığının yaranması == Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi. == Xarici dövlətlərlə münasibət == Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu. == Dövlətin süqutu == 1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.

Значение слова в других словарях